Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-21/2024 16.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi iştirakları ilə, 13 avqust 1986-cı il tarixdə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, hal-hazırda Ağdam rayonunun Evoğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 06 aprel 2024-cü il tarixdə polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə məhkəmə məsuliyyətinə verilmişdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(013)- 1459/2017 saylı və Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-5694/2017 saylı Qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(013)-50/2023 saylı Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2018-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023cü il tarixədək Zərərçəkmiş şəxs 13.316 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmuqla yanaşı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, həbsdən azad olarsa borcunu ödəyəcəyini, özünün ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsini satacağını, ona imkan verilməsini və güzəşt edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 2015-ci ildə Murad və 2018-ci ildə isə Hüseyn adlı 2 uşaqları anadan olmuşlar. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar, sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, əvvəlki arvadı Ayşən Həsənovadan və sonuncudan olan uşaqlarından ötrü darıxdığı üçün tez-tez onların yaşadıqları evə gedib gəldiyini öyrəndiyinə görə 2018-ci il tarixdə faktiki nikahdan olan uşaqları ilə birlikdə ondan ayrılaraq ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə rayonda müxtəlif yerlərdə fəhlə kimi işləməklə hər ay 400 manat qazancı olmuşdur. Eyni zamanda Evoğlu kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus 0,21 ha pay torpaq sahəsində yonca və ya taxıl əkib becərməklə qazancı olurdu. Ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldrımış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-1459/2017 saylı Qətnaməsinə əsasən ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla 2015-ci il təvəllüdlü M.Həsənovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(13)-5694/2017 saylı Qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla 2018-ci il təvəllüdlü H.Nəcəfovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən, cəmi 13316 manat aliment borcunu tələbkara ödəməmişdir. Murad adlı uşağının saxlanılması üçün xx.xx.2017-ci il tarixdən təqdimat verilən xx.xx.2018-ci il tarixədək hər ay 136 manat olmaqla cəmi 2706 manat aliment borcunu tələbkara ödəmədiyi üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkmənin şərtlərinə əməl etmədiyinə görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə cəzası dəyişdirilərək 8 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azad olduğu tarixdən 0.01.2024-cü il tarixədək Gəncə şəhərində yaşamaqla fəhlə kimi günəmuzd olaraq işləyərək hər günə 25 manat olmaqla hər aya 750 manat qazancı olub. xx.xx.2024-cü il tarixdən rayonun işğaldan azad olunan ərazilərində tikinti şirkətində hər aya 900 manat əmək haqqı olan fəhlə işinə düzələrək hazıra kimi orada işləmişdi. Həbs olunana kimi isə Gəncə şəhər İdman Kompleksində hər aya 600 manat əmək haqqı almaqla fəhlə işləyir. Zərərçəkmiş şəxs hirsli olduğu üçün ona alimenti ödəməmişdir. Onun işi və aylıq qazancı olduğu üçün Ağdam Rayon Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, bundan əvvəl də Təqsirləndirilən şəxs aliment ödəməkdən boyun qaçırması ilə əlaqədar cinayət işi olduğunu, həmin vaxt onunla barışsa da Təqsirləndirilən şəxs sonradan yenə də aliment öhdəliyini icra etmədiyini bildirdi, aliment məbləğinin ödənilməsini, əks halda Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etdi. Zərərçəkmiş şəxs ifadələrində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından 2015-ci ildə Murad və 2018-ci ildə isə Hüseyn adlı 2 uşaqları anadan olmuşlar. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar, lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdı. Belə ki, Təqsirləndirilən şəxs ondan əvvəl rəsmi nikahda olduğu qadına aludə olduğu üçün ona və uşaqlarına qayğı göstərmirdi və onu bir arvad kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuş, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayırlar. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu yaşadıqları rayonda müxtəlif yerlərdə fəhlə kimi işləməklə hər ay 450 manat qazancı olmuşdur. Eyni zamanda Evoğlu kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus 0,25 hektar pay torpaq sahəsində yonca və ya taxıl əkib becərməklə qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmiş və özü 1-ci qrup əlil olduğu üçün heç bir yerdə işləmədiyinə görə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə anasının maddi yardımı ilə uşaqlarını saxlamışdır. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-1459/2017 saylı Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla 2015-ci il təvəllüdlü M.Həsənovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(13)-5694/2017 saylı Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla 2018-ci il təvəllüdlü H.Nəcəfovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli Qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən, cəmi 13316 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli Qərarı ilə cəzası dəyişdirilərək 8 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən icra məmuru Şahid1 göstərdi ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-1459/2017 saylı Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(13)-5694/2017 saylı Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildirişlər borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(013)-50/2023 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs inzibati məsuliyyət tədbirlərindən nəticə çıxarmamış, faktiki gəliri olsa belə ödəniş etməmiş, beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Təqsirləndirilən şəxs təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən Zərərçəkmiş şəxs 13316 manat məbləğində aliment borcu qalmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay 26 gün müddətinə azadlıqdan məhdudlaşdırma cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli Qərarı ilə cəzası dəyişdirilərək 8 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün görülmüş tədbirlər heç bir nəticə verməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli, 2(013)-1459/2017 saylı Qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-5694/2017 saylı Qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin iş materiallarında olan 18 iyun 2019-cu il tarixli Hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam Rayon Məhkəməsinin iş materiallarında olan 10 mart 2020-ci il tarixli Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təyin olunmuş və çəkilməmiş 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 8 ay 12 gün müddətə azadlığın məhrum etmə cəzası ilə əvəz edilmişdir. Ağdam Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(013)-197/2021 saylı Qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Ö.Həsənzadənin və xx.xx.2012-ci il təvəllüdlü M.Həsənzadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq A.Həsənovaya ödənilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin iş materiallarında olan 27 fevral 2023-cü il tarixli Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs aliment öhdəliyini icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İcra məmurlarının məktublarından görünür ki, Təqsirləndirilən şəxs qətnaməni icra etməyəcəyi təqdirdə barəsində cinayət təqibi başlanacağı barədə dəfələrlə rəsmi xəbərdarlıqlar edilmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materialarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 iyul 2023-cü il tarixli, 80 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin Evoğlu kəndində qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyi, başqa yerdə nikahdan kənar ailəsinin olması, heç bir yerdə işləməməsi qeyd olunur. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 19 iyul 2023-cü il tarixli, 81 saylı arayışından görünür ki, rayonun Evoğlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində 0,2144 ha pay torpağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 13 oktyabr 2023-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 306.1-ci, 69.3-cü maddələri ilə 1 il 4 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 8 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin zərərçəkmiş tərəfin şikayətçi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, bu cəza onun islah olunması üçün yetərlidir. CM-nin 56-cı maddəsinə görə Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzasını X4 müddətində çəkməlidir. Təqsirləndirilən şəxs 2 gün istintaq orqanı tərəfindən tutulmuş və saxlanılmışdır ki, həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyin edilərkən nəzərə alınacaqdır. Həmçinin Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyi üçün Ağdam Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli Qərarı əsasında onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 17 noyabr 2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş üzrə maddi subut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və saxlanıldığı 2 gün müddət ona təyin edilmiş ümumi cəzasından çıxılsın və üzərində qəti olaraq 11 /on bir/ ay 28 /iyirmi səkkiz/ gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını X4 Müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Ağdam Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 X1 həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-21/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-21/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver