Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-22/2024 10.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakı ilə, X1 haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinə 10 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Z.A.Cəfərov məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində onun şərəf və ləyaqətini nalayiq formada alçaldıb təhqir etdiyinə görə X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qismində məhkəmənin hazırlıq iclasında ifadə verən Z.A.X5 barışdığını və bu səbəbdən şikayətdən imtina etdiyini bildirərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs qismində məhkəmənin hazırlıq iclasında ifadə verən A.H.X3 barışdığını bildirərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X2 X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən şikayət vermiş şəxs şikayətindən imtina etdiyindən və A.H.Mirzəyevlə barışdığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.8, 302.2.3-cü maddələrinə əsasən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-22/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-22/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver