Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-23/2025 13.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx"-də satıcı-kassir işləyən, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı-1 qəsəbəsi ev 67-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsii ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1970-ci ildə Kürdəmir rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx"-də bağban işləyən, məhkumluğu olmayan, Kürdəmir rayonu Axtaçı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədilə xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxtda Təqsirləndirilən şəxs2 işğaldan azad olunmuş Ağdam rayonu Qızıllı Kəngərli kəndində “Şəxsin cinayət məsiliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ və İİ Siyahıları ilə müəyyən edilmiş qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 2,18 qram narkotik vasitə olan qurudulmuş marixuanadan ümumi təmiz çəkisi 0,77 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxtda Ağdam rayonu Qızıllı Kəngərli kəndində Şahid9 70 manat müqabilində satmış, qalan 01 ədəd sellofan paketdə, 01 ədəd sarı kağız bükümdə və 01 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,31 qram və 0,42 qram olmaqla ümumi təmiz çəkisi 1 qram narkotik vasitə hesab olunan qurudulumuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 16:41-də Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı əynində olan gödəkçədən aşkar edilib götürülənədək qəsdən satış məqsədilə üzərində qanunsuz olaraq əldə edib saxlamaqla daşımış və satmışdır. Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilə bilinməyən tarix və vaxtda istintaqla müəyyən edilə bilinməyən mənbədən satış məqsədilə “Şəxsin cinayət məsiliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 2,18 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxtda Ağdam rayonu Qızıllı Kəngərli kəndində Təqsirləndirilən şəxs1 40 manat müqabilində tamah niyyəti ilə qanunsuz olaraq qəsdən satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayından "xxxx" MMC-in Ağdam rayonu, Qızılı Kəngərli kəndi ərazisində yerləşən filialında satıcıkassir vəzifəsində işləyir. "xxxx" MMC ilə əmək müqaviləsı bağlamış və aylıq 600 manat məvacib alır. Maaşı tam məbləğdə adına olan "xxxx" ASC-yə aid bank kartına köçürülür. Şahid11 ilə təxminən 4 aydır tanışdır, belə ki, Fədai də Qızılı Kəngərli kəndi ərazisində yerləşən "xxxx"-də işləyir. Təxminən 2-3 ay bundan əvvəl Şahid10 ilə işlədiyi marketə gəlib-gedən zaman tanış olmuşdur. Şahid9 isə onun işlədiyi mağazanın yaxınlığında olan kampda işləyir. Onunla da mağazaya gələn zaman münasibət yaranmışdır. Dəqiq xatırlamadığı tarixdə Kənan marketə gələn zaman onların söhbət əsnasında Miri ilə Kənandan narkotik vasitə olan marixuana istifadə etmək istəyib-istəmədiyini soruşmuşlar. O istifadə etmək istəmədiyini bildirmişdir. Həmin vaxt orada Miri, Kənan və o olmuşlar. Həmin vaxtdan sonra bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı 2-3 ay bundan əvvəl işlədiyi marketdə tanış olduğu Kərəm adlı şəxsdən 10 manat müqabilində bir ədəd bükümdə narkotik vasitə alıb istifadə etmişdir. Bundan sonra təxminən 4-5 gün bundan qabaq 20 manat müqabilində 2 ədəd bükümdə narkotik vasitə nəşə alıb istifadə etmişdir. 10 dekabr 2024-cü il tarixdə Qızıllı Kəngərli kəndində işlədiyi marketin yaxınlığında Kərəmdən yenidən 4 büküm narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana almışdır. Bunun əvəzində ona 40 manat pul vermişdir. Bundan sonra həmin bükümlərdəki narkotik vasitələri birləşdirib yenidən 7 ədəd bükümə yığmışdır. Həmin bükümlərdən 5 ədədini xx.xx.2024-cü il tarixdə mağazanın arxasında 70 manata Elmira satmışdır. 2 ədəd bükümü isə pulsuz və əvəzsiz olaraq Miriyə vermişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən o, Elmir, Miri və Kənan işlədiyi mağazanın qarşısına dəvət olunmuşlar. Bundan sonra polis əməkdaşları onun, Mirinin, Kənanın və Elmirin üzərinə baxış keçirmişlər. Baxış zamanı onun, Mirinin və Elmirin üzərindən içərisində marixuana olan bükümlər aşkar etmiş və qablaşdırmışlar. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs1 və Şahid11 tanıyır, belə ki, onlar Qızılı Kəngərli kəndi ərazisində yerləşən "xxxx"-də satıcı işləyirlər. Şahid9 və Şahid10 tanımır. Təxminən 1 ildir ki, Ağdam rayonu, Qızıllı Kəngərli kəndi ərazisində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. Bildirir ki, narkotik vasitələrdən əvvəllər istifadə etməmişdir. Lakin yaşadığı evin yaxınlığında olan arxın qırağında narkotik vasitə olan marixuana olduğunu görmüş və onu satmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana istədiyini bildirmişdir. O isə yaşadığı evin qarşısında su arxının kənarında yabanı halda bitmiş bitkinin qurudulmuş yarpaqlarından 01 büküm hazırlayaraq Sərxana satmış və Sərxan ona həmin narkotik vasitənin əvəzində 40 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra narkotik vasitənin alqı-satqısında şübhəli olduğuna görə rayon polis şöbəsinə getməli olduğunu bildirmişdirlər və onlarla birlikdə Ağdam RPŞ-yə gəlmişdir. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 dekabr 2024-cü il tarixdə Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1 və Şahid10 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Ağdam rayon ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olmaları barədə məlumat daxil olmuşdur. Buna görə də, xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək icrası tapşırılmışdır. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş Qızılı Kəngərli kəndinə yollanmışdır. “Oba” marketin yaxınlığında Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1 və Şahid10 saxlanılmışdır. Həmin şəxslər qəbul edilmiş qərarla tanış edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair kifayət qədər şübhələrin olması bildirilərək üzərlərinə baxış keçirəcəyimiz bildirilmişdir. Həmin şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Sonra Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanmışdır. Həmin şəxslərdən kimin üzərində qanunsuz olan hər hansı bir əşya və ya predmetin olması soruşulmuşdur. Həmin vaxtı onların hamısı üzərlərində qanunsuz əşya və predmet olmadığını bildirmişlər. Şahid9 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd qapağı olmayan Keno markalı siqaretin bir ədəd kağız büküm və West markalı siqaretin içindən bir ədəd sarı rəngli və bir ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli iki ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketlərin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının yan cibinin üstündə olan kiçik ciblikdən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid11 üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibinin üstündə olan kiçik ciblikdən iki ədəd sarı rəngli kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid10 üzərinə baxış keçirilən zaman üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra həmin şəxslər tərəfimizdən Ağdam rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində aşkar edilən narkotik vasitələr aidiyyəti üzrə təhvil verilmişdir. X2 tərəfindən baxış keçirilərək götürülmüşdür. Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid10 X2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid6 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da, həmin vaxtdan da, hazırki vəzifəsində xidmət edir. Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid10 əvvəlcədən tanımırdı, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 11 dekabr 2024-cü il tarixdə Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1 və Şahid10 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Ağdam rayon ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olmaları barədə məlumat daxil olmuşdur. Ona görə də, xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək icrası tapşırılmışdır. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş Qızıl Kəngərli kəndinə yollanmışdır. “Oba” marketin yaxınlığında Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1 və Şahid10 tərəfimizdən saxlanılmışdır. Həmin şəxslər qəbul edilmiş qərarla tanış edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair kifayət qədər şübhələrin olması bildirilərək üzərlərinə baxış keçirəcəyimiz bildirilmişdir. Həmin şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Ardınca onun tərəfiindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanmışdır. Bundan sonra həmin şəxslərdən kimin üzərində qanunsuz olan hər hansı bir əşya və ya predmetin olması soruşulmuşdur. Həmin vaxtı onların hamısı üzərlərində qanunsuz əşya və predmet olmadığını bildirmişlər. Şahid9 üzərində narkotik vasitə olduğunu bildirmişdir və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd qapağı olmayan Keno makalı siqaretin bir ədəd kağız büküm və West markalı siqaretin içindən bir ədəd sarı rəngli və bir ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli iki ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketlərin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının yan cibinin üstündə olan kiçik ciblikdən bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid11 üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibinin üstündə olan kiçik ciblikdən iki ədəd sarı rəngli kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək ağ rəngli bir ədəd kağız paketdə qablaşdırılmışdır. Ardınca həmin paketin üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid10 üzərinə baxış keçirilən zaman üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra həmin şəxslər tərəfimizdən Ağdam rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində aşkar edilən narkotik vasitələr aidiyyəti üzrə təhvil verilmişdir. X2 tərəfindən baxış keçirilərək götürülmüşdür. Şahid9 Sadiq oğlu, Şahid11, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid10 X2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımırdı, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 11 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Ağdam rayon ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Ona görə də, xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək icrası tapşırılmışdır. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş Qızıl Kəngərli kəndinə yollanmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında tərəfimizdən saxlanılmışdır. Həmin şəxs qəbul edilmiş qərarla tanış edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair kifayət qədər şübhələrin olması bildirilərək üzərinə və yaşadığı evə baxış keçirəcəyimiz bildirilmişdir. Həmin şəxsə hüquq və vəzifələri izah edilmişdir. Ardınca onun tərəfiindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanmışdır. Murad Kərəmov üzərində qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Onun üzərinə, eləcə də yaşadığı evə baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Lakin şifahi sorğu zamanı X8 adlı şəxsə narkotik vasitə olan marixuana satdığını etiraf etmişdir. Həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında olan arxın kənarından tapdığını bildirmişdir. Həmin şəxs də tərəfimizdən Ağdam rayon polis şöbəsinə gətirilmişdir və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra RPŞ-yə gəldik, orada müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolla tanış olub etiraz bildirmədən imza atmışdır. X2 tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayonu Quzanlı-1 qəsəbəsində yerləşən evə, həyətyanı sahəninə bizim və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. X2 tərəfindən Şahid11 yaşadığı Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən evə, həyətyanı sahəninə bizim və Şahid11 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2021-ci ildən də tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 11 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Ağdam rayon ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Ona görə də, xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək icrası tapşırılmışdır. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş Qızılı Kəngərli kəndinə yollanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılmışdır. Həmin şəxs qəbul edilmiş qərarla tanış edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair kifayət qədər şübhələrin olması bildirilərək üzərinə və yaşadığı evə baxış keçirəcəyimiz bildirilmişdir. Həmin şəxsə hüquq və vəzifələri izah edilmişdir. Ardınca videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanmışdır. Murad Kərəmov üzərində qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Onun üzərinə, eləcə də yaşadığı evə baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Lakin şifahi sorğu zamanı X8 adlı şəxsə narkotik vasitə olan marixuana satdığını etiraf etmişdir. Həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında olan arxın kənarından tapdığını bildirmişdir. Həmin şəxs də Ağdam rayon polis şöbəsinə gətirilmişdir və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının 14-dən Ağdam rayonunun işğaldan azad olunmuş Qızıllı Kəngərli kəndi ərazisində yerləşən "Oba market”də satıcı-kassir vəzifəsində işləyir. "xxxx" MMC-də müqavilə əsasında işləyir və 450 manat əmək haqqı, 150 manat da yemək pulu alır. Bildirir ki, işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 tanımışdır, belə ki, Sərxan da mağazada satıcı işləyir. 2024-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı bir günündə Sərxan ilə söhbət edən zaman o, narkotik tərkibli bitki olan “nəşə” yəni marixuana tapa biləcəyini ona bildirmiş və onun da çəkibçəkməyəcəyi barədə fikrini öyrəndikdə o, çəkmək istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Ağdam rayonunun işğaldan azad olunmuş Qızıllı Kəngərli kəndi ərazisində yerləşən "xxxx"in qarşısında olarkən Sərxan Kərəm adlı şəxsdən marixuana aldığını ona bildirmiş və siqaretin içərisinə doldurduğu üçün həmin ərazidə onu Sərxan ilə birlikdə çəkmişdir. Təxminən bir neçə gün əvvəl Kərəm adlı şəxs həmin mağazaya yaxınlaşanda ondan marixuana olub-olmamasını soruşmuşdur. Daha sonra Kərəm ona istədiyi vaxt bir-iki qutu siqaret qarşılığında narkotik vasitə olan marixuana sata biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Sərxan ona iki büküm istifadə etmək üçün narkotik vasitə vermişdir. O da cibinə qoymuşdur. Saat təxminən 16 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Qızıllı Kəngərli kəndi ərazisində yerləşən "xxxx"in arxa tərəfində Elmir və Kənanla birlikdə olduğu zaman oraya polis əməkdaşları gəlmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərinə baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxt Sərxan da orda olmuşdur. Polislər videoçəkilişlə baxış keçirməyə başlamışdırlar. Baxış zamanı onun üzərindən iki bükümdə olan marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan olunmuşdur. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid11 əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 12 dekabr 2024-cü il tarixdə gecə saat 03 radələrində Ağdam rayon polis şöbəsində olduğu zaman Təqsirləndirilən şəxs1 və Şahid11 yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. Bu məqsədlə Ağdam RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Əkbərzadə, RPŞ-nin MSY-nin konvoy polis nəfəri Şahid8, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə əvvəlcə Ağdam rayonu Quzanlı-1 qəsəbəsində 67 nömrəli ünvana yollanmışlar. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə və evin həyətyani sahəsində qanunsuz olan hər hansı bir əşya və yaxud predmetin olması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdə və həyətyani sahədə qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Ardınca onun evinə və evin həyətyani sahəsinə keçirilən baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Ağdam rayon polis şöbəsinə qayıtmışlar. Daha sonra Şahid11 yaşadığı ünvana baxış keçirilməsi məqsədilə Ağdam RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Əkbərzadə, RPŞ-nin MSY-nin konvoy polis nəfəri Şahid8 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Şahid11 ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsində 119 nömrəli ünvana yollanmışlar. Şahid11 yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Şahid11 yaşadığı evdə və evin həyətyani sahəsində qanunsuz olan hər hansı bir əşya və yaxud predmetin olması soruşulmuşdur. Şahid11 yaşadığı evdə və həyətyani sahədə qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Ardınca onun evinə və evin həyətyani sahəsinə keçirilən baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Ağdam rayon polis şöbəsinə qayıtmışlar. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsi elan olunmuşdur. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də daşqıran qurğu operatoru işləyir. Ağdam rayonu Qızıllı Kəngərli kəndində yerləşən kampda yaşayır. Həmin kənddə yerləşən Oba marketdə işləyən Şahid11 ilə Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, onlarla həmin mağazada alışveriş edən zamandan münasibət yaranmışdır. Narkotik vasitələrdən istifadə etmir. Elmir və Kərəm adlı şəxsləri tanımır. 11 dekabr 2024-cü il tarixdə saat 15-16 radələrində istirahət vaxtında quru çay və “Cola” almaq üçün “OBA” marketə getmişdir. Ordan lazım olan ərzaqları alıb pulunu ödədikdən sonra "Oba marketin" yaxınlığında Miri, Kənan və adını sonradan bildiyi Elmir adlı şəxsin marixuana istifadə etdiklərini görmüşdür. O isə onların yanında durub siqaret çəkmişdir. Həmin vaxt qəflətən polis əməkdaşları yaxınlaşmış və bundan sonra Sərxanı da oraya gətirmişlər. Polis əməkdaşları tərəfindən onun, Mirinin, Kənanın və Sərxanın üzərinə baxış keçirilmişdir. Baxış zamanı Elmirin, Mirinin və Sərxanın üzərindən içərisində marixuana olan bükümlər aşkar etmişdirlər. Baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışdır. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuşdur və ərizəsi əsasında müdafiəçi təqdim edilmişdir. Ardınca günahsız olduğu müəyyənləşdirildikdən sonra azad edilmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 Sadiq oğlunun ifadəsi elan olunmuşdur. Şahid9 Sadiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid11 ilə Təqsirləndirilən şəxs1 Qızılı Kəngərli kəndi ərazisində yerləşən "xxxx"-də birlikdə işləyirlər, onları təxminən 3-4 gündür ki, tanıyır. Təxminən 02 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Mağazaya gedən vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etdiyini görmüşdür. Sərxandan ona marixuana tapmasını xahiş etmişdir, o isə ona özündə olduğunu və ona sata biləcəyini söyləmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 içərisində marixuana olan 5 bükümü ona vermişdir və əvəzində cəminə 70 manat pul vermişdir. Belə ki, 5 bükümü 70 manata aldıqdan sonra növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə "Oba marketin" yaxınlığında o və Miri marixuana istifadə edərkən polis əməkdaşları onlara yaxınlaşmış və bundan sonra Sərxanı da oraya gətirmişlər. Kənan təsadüfən oraya gəlmişdir, əvvəllər Kənanı tanımırdı. Polis əməkdaşları tərəfindən onun, Mirinin, Kənanın və Sərxanın üzərinə baxış keçirmişlər. Baxış zamanı onun, Mirinin və Sərxanın üzərindən içərisində marixuana olan bükümlər aşkar etmişlər. Baxış zamanı Kənanın üzərindən narkotik vasitə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 12 dekabr 2024-cü il tarixli 16/1112 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs1 sağ yan cibindən 1 ədəd selofana bükülmüş 0,45 qram olan narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd sellofan bükümdə təmiz çəkisi 0,27qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs1 sol sinə cibindən 1,47 qr 2 bükümdə narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd sarı kağız bükümdə və 1(bir)ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram, 0,42 qram, ümumi təmiz çəkisi 0,73 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 12 dekabr 2024-cü il tarixli 16/1113 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Şahid11 sağ cibindən 2 bükümdə narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 2(iki)ədəd sarı kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram, 0,10 qram, ümumi təmiz çəkisi 0,41 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və tərkiblərinə görə eynidirlər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin 12 dekabr 2024-cü il tarixli 16/1114 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "X3 üzərindən aşkar edilən west qutusunda 2 eded bükümdə olan 1 qram narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd sarı kağız bükümdə və 1(bir)ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,30 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,62 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "ƏlŞahid9 üzərindən aşkar edilən 1 ədəd bükümdə keno siqaret paçkasının içərisində narkotik vasitəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sarı kağız bükümdə təmiz çəkisi 0,15 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində "ƏlŞahid9 üzərindən aşkar edilən west qutusunda 2 ədəd bükümdə olan 1 qram narkotik vasitəyə bənzər kütlə yazılar olan kağız paketdəki 2(iki) ədəd büküm qurudulmuş marixuana, üzərində "X3 üzərindən aşkar edilən 1 ədəd bükümdə keno siqaret paçkasının içərisində narkotik vasitəyə bənzər kütlə" yazılar olan kağız paketdəki 1(bir)ədəd büküm qurudulmuş marixuana, üzərində "Vətəndaş Təqsirləndirilən şəxs1 sağ yan cibindən 1 ədəd selofana bükülmüş 0,45 qram olan narkotik vasitəyə bənzər kütlə yazılar olan kağız paketdəki 1(bir)ədəd büküm qurudlulmuş marixuana, üzərində "Vətəndaş Təqsirləndirilən şəxs1 sol sinə cibindən 1,47qr 2 bükümdə narkotik vasitəyə bənzər kütlə" yazılar olan kağız paketdəki 2(iki) ədəd büküm qurudulmuş marixuana, üzərində "Vətəndaş Şahid11 sağ cibindən 2 bükümdə narkotik vasitəyə bənzər kütlə yazılar olan kağız paketdəki 2(iki) ədəd büküm qurudulmuş marixuana, tərkiblərinə görə eynidirlər. -Məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2025-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Məhkəmə-narkoloji ekspertizasının 11 fevral 2025-ci il tarixli 197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabioniddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. -Kürdəmir RİHB-nin Axtaçı kənd İƏDÜ nümayəndəliyindən daxil olmuş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Muradov X4 rayonu, Axtaçı-Qarabucaq kəndində qeydiyyatdadır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. -Ağdam RİHB-nin Birinci Quzanlı qəsəbə İƏDÜ nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonu, Birinci Quzanlı qəsəbəsində qeydiyyatdadır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadislər ilə əlaqəsi, törədilmiş əmələrin əlamətləri ilə CM-nin 234.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, onlar, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, həmçinin onun səmimi peşmançılığını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, həmçinin onun səmimi peşmançılığını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi 11 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlamalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı, və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 11 dekabr 2024-cü il tarixdən 13 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbs olunmalı, cəzaçəkməsinin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi subutlar- 01 ədəd sellofan bükümdə, 01 ədəd sarı kağız bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,31 qram və 0,42 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,25 qram, 0,29 qram və 0,40 qram olmaqla, cəmi 0,94 qram qurudulmuş marixuana, 01 ədəd sarı rəngli, 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd sarı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,30 qram, 0,32 qram və 0,15 qram qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,28 qram, 0,30 qram və 0,13 qram olmaqla, cəmi 0,71 qram qurudulmuş marixuana, 02 ədəd sarı kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram və 0,10 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,29 qram və 0,08 qram olmaqla, cəmi 0,37 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza təhqiqatın dəyəri 91,20 manat təqsirləndirilən şəxslərdən tutulmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi1 hesabatlarından görünür ki, o, Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə, yəni xx.xx.2025-ci il tarixə 7 iş saatı, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək 3 iş saatı, cəmi isə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 11 dekabr 2024-cü il tarixdən 13 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi Narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut 01 ədəd sellofan bükümdə, 01 ədəd sarı kağız bükümdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,27 qram, 0,31 qram və 0,42 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,25 qram, 0,29 qram və 0,40 qram olmaqla, cəmi 0,94 qram qurudulmuş marixuana, 01 ədəd sarı rəngli, 01 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd sarı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,30 qram, 0,32 qram və 0,15 qram qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,28 qram, 0,30 qram və 0,13 qram olmaqla, cəmi 0,71 qram qurudulmuş marixuana, 02 ədəd sarı kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram və 0,10 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı təmiz çəkisi 0,29 qram və 0,08 qram olmaqla, cəmi 0,37 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT- BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə xx.xx.2025-ci il tarixə sərf etmiş 7 iş saatı, hər iş saatı üçün 06 manatdan, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək sərf etmiş 3 iş saatı, hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 75 (yetmiş beş) manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-23/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-23/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver