Məhkəmə qərarları › İş №1(013)-25/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-25/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-25/2024 16.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Ağdam rayonu Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan 15 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-cil tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1617/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinı və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(013)- 242/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 8060,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Banuçiçək və 2012-ci ildə isə Əhliman adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonrada Zərərçəkmiş şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onun qısa müddətli alkoqol aludəçisi olduğu üçün evdə tez-tez yersiz dava dalaş edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021-ci ilin may ayından Zərərçəkmiş şəxs ondan ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə yaşadıqları kəndə iaşə obyekti işlətməklə hər ay 600,00 manat qazancı olurdu. Habelə Ağdam rayon Qasımbəyli qəsəbəsində ona ailə üzvü olan anası ilə birlikdə məcburi köçkün kimi dövlət tərəfindən verilmiş evin torpaq sahəsinə "xxxx" MMC-nin dalğa ötürücü qülləsi yerləşdirildiyi üçün hər ilə 1200,00 manat birdəfəlik icarə haqqı alır. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1617/2021 saylı qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Ağdam rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilə0rək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 8060,00 manat aliment borcunu ödəməmişdir. 2021-ci iltarixdə Bakı şəhərində bacısı Lalə Lələşovaya məxsus evdə yaşamaqla günə 25,00 manat kirayə ödəməklə "Reno Tongar" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla hər günə 40-45,00 manat qazanırdı. 2022-ci ilin əvvəllərindən hazıra kimi Ağdam rayonuna köçdükdən sonra həftədə 1-2 dəfə olmaqla xırda buynuzlu qoyun alaraq Bakıda müxtəlif restoranlara satmaqla hər aya 450,00 manat qazanır. Zərərçəkmiş şəxs ona birgə nikahdan olan uşaqlarını göstərmədiyi üçün onunla prinsipə düşüb aylıq aliment borcunu ödəmir. Uşaqlarla ünsiyyətdə olmaqla bağlı məhkəməyə heç bir müraciət etməmişdir. Ona məlumdur ki, məşğulluq mərkəzinə müraciət edən heç kimi işlə təmin etməyiblər ona görə də oda məşğulluq mərkəzinə müraciət etməmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010cu ildə Banuçiçək və 2012-ci ildə isə Əhliman adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi olduğu üçün evdə tez-tez yersiz dava dalaş edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə ayrılıb uşaqları ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu yaşadıqları kəndə iaşə obyekti işlətməklə hər ay 600,00 manat gazancı olurdu. Eyni zamanda Ağdam rayon Qasımbəyli qəsəbəsində Təqsirləndirilən şəxs məcburi köçkün kimi dövlət tərəfindən verilmiş evin torpaq sahəsinə "xxxx" MMC-nin dalğa ötürücü qülləsi yerləşdirildiyi üçün hər ilə 1200,00 manat birdəfəlik icarə haqqı alır. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1617/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixden hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 vəxx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanakimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətname qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdam rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəran ilə Azərbaycan RespublikasıiXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurlar tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 8060,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 məhkəmədə şahid qismində dindirilmiş icra məmuru Şahid1 ibdidai istintaq dövründə verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 10 gün müddətinə həbs edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Ağdam Rayon Məhkəməsinin qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 1617/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Ağdam rayon icra və probasiya şöbəsinə göndərilmişdir. icra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(013)-242/2022 saylı qəranına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 8060,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1617/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. -Ağdam rayon məhkəməsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, 3(013)-242/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh edilmişdir. -xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə qətnamənin dövlətin adından çıxarıldığı, buna görə də icrasının məcburiliyi izah edilmiş və icra olunmadığı halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə dair Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmlü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci və 70.3cü maddələrinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzasıına məhkum olunmuş, 02 il şərti sınaq müddəti olmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2002ci il tarixli hökmünə əsasən Azərbaycanb Respublikası CM-nin 334.1-ci maddəsi ilə 5 il şərti, 3 il sınaq müddəti təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının MM-nin xx.xx.2003-cü il tarixli aministiya qərarı 3.4-cü bəndinə əsasən təyin olumuş cəzadan azad olunmuşdur. xx.xx.2009-cu ildə borcunu ödəmədiyinə görə BƏƏ-də 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X5 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı mövcud deyil. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 306.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, ona CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkməsinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 13 may 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar