Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-25/2025 21.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" Müstəqil Şirkətin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 1986-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 - CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.2002-ci il tarixdə Tovuz rayon Böyükqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Tovuz rayon Böyükqışlaq kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 - CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü ildə Ağdam rayon Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Sechman” Beton Zavodunda operator işləyən, məhkum olunmamış, Ağdam rayonu Rzalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 - CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin cinayətdən xəbərsiz Şahid məxsus “X8” markalı, 1-CY-940 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Sarıcalı kəndi ərazisində yerləşən "xxxx" Müstəqil Şirkəti tərəfindən tikilməklə həmin şirkətə aid materialların yığıldığı saxlanc yeri hesab olunan 15C nömrəli evin qarşısına gəlib, Təqsirləndirilən şəxs1 daşla evin pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən içəri daxil olub evin giriş qapısını açmasından birlikdə həmin evə qanunsuz yolla daxil olub orada saxlanılan Şirkətə məxsus bir ədədi 550 manat olmaqla ümumi qiyməti 25.850 manat olan 47 ədəd “Lombardia” markalı, üzərində “X9 Boiler” yazısı olan 24 kv2 sahə üçün nəzərdə tutulmuş Kombi aparatını, bir ədədi 35 manat olmaqla ümumi qiyməti 315 manat olan “Lombardia” markalı Kombi aparatına məxsus 09 ədəd tüstü borusunu, bir ədədi 64 manat olmaqla ümumi qiyməti 256 manat olan 04 ədəd 8 panelli (seleksiyalı) radiatoru gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 26.421.00 manat məbləğində xeyli ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla qəsdən gizli yolla talayıb oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli sayaraq istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, əməlindən peşman olmasını, nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 2024-cü ilin mart ayından Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində adını bilmədiyi tikinti şirkətində rəngsaz işləmişdir. Həmçinin həmyerlisi və tanışı Təqsirləndirilən şəxs2 da onunla birlikdə rayonun işğaldan azad olunmuş hissəsində rəngsaz işləmişdir. Təqsirləndirilən şəxs3 təxminən 2024-cü ilin iyul ayından tanıyır. Belə ki, onunla rayonun Evoğlu kəndi ərazisində yerləşən kafedə tanış olmuşlar. Həmin şəxslə münasibəti normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təxminən 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs3 özünə ev tikdirdiyini, həmin ev üçün ona bir ədəd kombi lazım olacağını bildirərək ondan kombi tapmağı xahiş etmiş və Əflatuna həmin kombini əldə edə biləcəklərini bildirmişdir. Belə ki, Sarıcalı kəndində işlədiyi zaman orada birmərtəbəli yaşayış olmayan evdə hansı şirkətə aid olduğunu bilmədiyi çoxlu kombi olduğunu bilmişdir. Həmin kombilərdən bir ədədini Əflatun üçün, bir ədədini isə özü üçün oğurlamağı düşünmüşdür. Həmin kombilərin orada olmasını Əflatun da bilmiş və onlar birlikdə həmin oğurluğu etməyi qərara almışlar. Lakin əvvəllər Əflatun ona həmin oğurluğu həyata keçirməyi təklif etdiyi zaman içkili olduğundan oğurluğu başqa vaxt etməyi qərara almışlar. 2024-cü ilin dekabr ayının 15-də saat 18- 00 radələrində rayonun Xıdırlı kəndində işi başa çatdığından iş yoldaşı Təqsirləndirilən şəxs2lə birlikdə bir neçə günlüyə yaşadıqları Sabirabad şəhərinə getməyi qərara almışlar. Həmin vaxt Təqsirləndirilən şəxs3 özünün istifadəsində olan xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünün “Ford” markalı avtomaşı ilə Ağdam rayonu Sarıcalı kəndi ərazisində olduğunu, oraya kombi oğurlamaq üçün gəldiyini bildirmiş, içəriyə daxil olmaq üçün onu gözlədiyini, özlərinin iki nəfər olduqlarını, iki ədəd kombi götürəcəklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 bu barədə bildirmiş və Elçinin də onunla oraya gedib hərəsinə bir ədəd kombi oğurlaya biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və bu məqsədlə onlar yoldan keçən müxtəlif nəqliyyat vasitələri ilə Sarıcalı kəndi ərazisinə getmişlər. Orada yolun kənarında Təqsirləndirilən şəxs3 və yanında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs4 olduğunu bildiyi digər şəxsin onları gözlədiyini görmüşdür. Əflatun ona yük maşınının yaxınlıqda gözlədiyini və kombiləri həmin maşına yığacaqlarını bildirmişdir. Bundan sonra onlar birlikdə əvvəllər işlədiyi və içərisinə kombi yığıldığını bildiyi birmərtəbəli yaşayış evinin qarşısına getdikdə həmin evin qapı və pəncərələrinin bağlı olduğunu görmüşlər. Həmin vaxt yerdən tapdığı bir ədəd daşla həmin evin pəncərələrindən birinin şüşəsini qırıb həmin yerdən evə daxil olmuşdur. Daha sonra içəridən evin giriş qapısını açıb Əflatun, Elçin və Nurlanın həmin evə daxil olmasını təmin etmişdir. Onlar həmin vaxt evin otaqlarına yığılmış kombilərin çox olduğunu görüb oradan daha çox kombi oğurlamağı, eləcə də orada olan radiator və kombi üçün tüstü borularını da oğurlamağı qərara almışlar. Daha sonra onlar qutularda olan kombi, radiator və tüstü borularını götürüb yolun kənarına daşımağa başlamışlar. Daha sonra Əflatunla “Ford” markalı avtomaşının dayandığı yerə gedib avtomaşına əyləşib həmin maşının sürücüsü, əvvəllər tanımadığı, sonradan adının Şahid olduğunu bildiyi şəxslə birlikdə kombiləri daşıdıqları yerə getmişlər. Orada həmin kombiləri “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşına yığarkən qəflətən kənardan bir nəfərin əlində fanarla onlara tərəf gəlməsini gördükdə tez qaçıb sürücünün yanına əyləşmiş, digərləri isə avtomobilin yük yerinə qalxmış və sürücüyə avtomobili idarə edib oradan getməyi bildirmişdir. Daha sonra onlar ətrafında yaşayış olmayan düzənlik bir əraziyə çatdıqda sürücü Şahid onların arasında gedən söhbətlərdən həmin əşyaları oğurlamış olduqlarını bilib Təqsirləndirilən şəxs3 tərəfindən aldadıldığını bildirərək bu əməlin oğurluq olduğunu bildirmiş və onlardan avtomobilində olan yükləri boşlatmağı tələb etmişdir. Bundan sonra Sarıcalı kəndindən oğurlamış olduqları 19 ədəd kombini və 02 ədəd kombi üçün tüstü borularını həmin adını bilmədiyi ərazidə “Ford” markalı avtomaşından yerə boşaltmış və Əflatun onlara öz avtomobiliylə qayıdacağını bildirib Mütəllimin idarə etdiyi maşınla oradan uzaqlaşmışdır. Elçin və Nurlan isə orada dayanıb Əflatunun öz avtomobiliylə gəlməyini gözləmişlər. Bir qədər sonra Əflatun özünün idarə etdiyi “Vaz-2107” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya qayıtmışdır. Daha sonra onlar həmin kombiləri və tüstü borularını Əflatunun avtomobilinə yığıb sonuncunun təklif etdiyi əvvəllər təmas xəttində yerləşən xəndəkdə daşdan tikilmiş sığınacağa yerləşdirmişlər. Belə ki, onlar həmin əşyaları iki dəfə olmaqla avtomobilin arxa yük yeri və damındakı yük yerinə yığaraq həmin sığınacağa boşaltmışlar. Həmin vaxt Əflatun həmin kombiləri satıb pulunu bölüşməyi təklif etmiş və Elçinlə o, razılaşmışlar. Əflatun Nurlanı nəzərdə tutaraq özlərinin də iki nəfər olduqlarını bildirmişdir. Bundan sonra Əflatun iki ədəd kombinin birini avtomobilinin salonuna, digərini isə avtomobilin arxa yük yerinə qoyub avtomobilini idarə edib Nurlanla birlikdə oradan uzaqlaşmışlar. Elçinlə özü isə Sarıcalı kəndinə gedib oradan içərisində özlərinə aid ləvazimatlar olan çantalarını əvvəlcədən qoyduqları yerdən götürüb yaşadıqları Sabirabad şəhərinə getmişlər. Həmin oğurluq əməlini törətməyi əvvəlcədən Təqsirləndirilən şəxs3 özü təklif etmişdir. Onlar oradan 19 ədəd kombini, həmçinin iki qutu tüstü borusunu maşına yükləmişlər, lakin fanarlı şəxs onlara yaxınlaşarkən qaçdıqlarından yol kənarında qalan kombi, radiator və tüstü borularının dəqiq sayını bilmir. Əflatunla oğurladıqları kombilərin satışından əldə olunacaq pulu dörd nəfər arasında bölməyi razılaşmışlar. Onlar “Ford” markalı avtomobilə 19 ədəd kombi və 02 qutu tüstü borusu yükləmiş, yol kənarında əşyaları yığdıqları yerdə isə xeyli sayda kombi, bir neçə ədəd radiator və bir neçə qutu tüstü borusu qalmışdır. Oğurlanmış əşyaların sayı ilə bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdiyi xüsusatın həqiqətəuyğun olduğunu düşünür. Özü ayrılıqda və ya digər şəxslə birlikdə başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə törətmişdir. Əməlini könüllü etiraf edir. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli sayaraq istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, əməlindən peşman olmasını, nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 göstərmişdir ki, təxminən 2024-cü ilin mart ayından Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində adını bilmədiyi tikinti şirkətində rəngsaz işləmişdir. Həmçinin həmyerlisi və qohumu Təqsirləndirilən şəxs1 da onunla birlikdə rayonun işğaldan azad olunmuş hissəsində rəngsaz işləmişdir. Təqsirləndirilən şəxs3 təxminən 2024-cü ilin iyul ayından tanıyır. Belə ki, sonuncuyla rayonun Evoğlu kəndi ərazisində yerləşən kafedə tanış olmuşlar. Həmin şəxslə münasibəti normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 2024-cü ilin dekabr ayının 15-də saat 18-00 radələrində Ağdam rayonu Xıdırlı kəndində işi başa çatdığından iş yoldaşı Təqsirləndirilən şəxs1la birlikdə bir neçə günlüyə yaşadıqları Sabirabad şəhərinə getməyi qərara almışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng gəlmiş və Vaqif mobil telefonla danışdıqdan sonra ona Təqsirləndirilən şəxs3 “Ford” markalı avtomaşınla Ağdam rayonu Sarıcalı kəndi ərazisində olduğunu, oraya kombi oğurlamaq üçün gəldiyini bildirmiş, içəriyə daxil olmaq üçün Vaqifi gözlədiyini bildirmiş və ona da sonuncuyla birlikdə oraya gedib hərəsinə bir ədəd kombi oğurlaya biləcəklərini bildirmişdir. Vaqiflə razılaşmış və bu məqsədlə onlar yoldan keçən müxtəlif nəqliyyat vasitələri ilə rayonun Sarıcalı kəndi ərazisinə getmişlər. Orada yolun kənarında Təqsirləndirilən şəxs3 və yanında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs4 olduğunu bildiyi digər şəxsin onları gözlədiyini görmüşdür. Əflatun onlara yük maşınının yaxınlıqda gözlədiyini və kombiləri həmin maşına yığacaqlarını bildirmişdir. Bundan sonra onlar birlikdə əvvəllər işlədiyi yerin yaxınlığında yerləşən və içərisinə kombi yığıldığını bildiyi birmərtəbəli yaşayış evinin qarşısına getdikdə həmin evin qapı və pəncərələrinin bağlı olduğunu görmüşlər. Həmin vaxt Vaqif yerdən tapdığı bir ədəd daşla həmin evin pəncərələrindən birinin şüşəsini qırıb həmin yerdən evə daxil olmuşdur. Daha sonra içəridən evin giriş qapısını açıb Əflatunun, Nurlanın və onun həmin evə daxil olmalarını təmin etmişdir. Onlar həmin vaxt evin otaqlarına yığılmış kardon qutularda qablaşdırılmış çoxlu sayda kombilər və kombi üçün tüstü boruları, eləcə də kombi üçün radiatorlar olduğunu görüb oradan daha çox sayda həmin əşyalardan götürməyi qərara almışlar. Daha sonra onlar kombiləri götürüb yolun kənarına daşımağa başlamışlar. Həmçinin həmin vaxt oradan çoxlu sayda kombilər, həmçinin bir neçə ədəd kombi üçün radiator və kombi üçün tüstü boruları götürmüşlər. Daha sonra Əflatunla Vaqif oradan aralanıb bir qədər sonra “Ford” markalı avtomaşında həmin maşının sürücüsü, əvvəllər tanımadığı, sonradan adının Şahid olduğunu bildiyi şəxslə birlikdə əşyaları daşıdıqları yerə gəlmişlər. Orada həmin əşyaları “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomaşına yığarkən qəflətən kənardan bir nəfərin əlində fanarla onlara tərəf gəlməsini gördükdə tez qaçıb avtomobilin yük yerinə qalxmış və oradan uzaqlaşmışlar. Bir qədər sonra onlar ətrafında yaşayış olmayan düzənlik bir əraziyə çatdıqda sürücü Şahid onların həmin əşyaları oğurlamış olduğunu bilib Təqsirləndirilən şəxs3 tərəfindən aldadıldığını bildirərək bu əməlin oğurluq olduğunu bildirmiş və onlardan avtomobilində olan yükləri boşlatmağı tələb etmişdir. Bundan sonra Ağdam rayonu Sarıcalı kəndindən oğurlamış olduqları 19 ədəd kombini və iki qutu tüstü borusunu həmin adını bilmədiyi ərazidə “Ford” markalı avtomaşından yerə boşaltmışlar və Əflatun onlara öz avtomobiliylə qayıdacağını bildirib Mütəllimin idarə etdiyi maşınla oradan uzaqlaşmışdır. Vaqif və Nurlan isə orada dayanıb Əflatunun öz avtomobiliylə gəlməyini gözləmişlər. Bir qədər sonra Əflatun özünün idarə etdiyi “Vaz-2107” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya qayıtmışdır. Daha sonra onlar həmin əşyaları Əflatunun avtomobilinə yığıb sonuncunun təklif etdiyi əvvəllər təmas xəttində yerləşən xəndəkdə daşdan tikilmiş sığınacağa yerləşdirmişlər. Belə ki, onlar həmin əşyaları iki dəfə olmaqla avtomobilin arxa yük yeri və damındakı yük yerinə yığaraq həmin sığınacağa boşaltmışlar. Həmin vaxt Əflatun bu işdə dörd nəfər olduqalarını bildirmiş və həmin kombiləri satıb pulunu bölüşməyi təklif etmişdirdi. Vaqif və Nurlan Əflatunla razılaşmışlar. Bundan sonra Əflatun iki ədəd kombinin birini avtomobilinin salonuna, digərini isə avtomobilin arxa yük yerinə qoyub avtomobilini idarə edib Nurlanla birlikdə oradan uzaqlaşmışdır. Özü isə Vaqiflə Ağdam rayonu Sarıcalı kəndinə gedib oradan içərisində özlərinə aid ləvazimatlar olan çantalarını əvvəlcədən qoyduqları yerdən götürüb yaşadıqları Sabirabad şəhərinə getmişlər. Həmin oğurluq əməlini törətməyi ona Təqsirləndirilən şəxs1 təklif etmişdir. Onlar həmin vaxt obyektdən xeyli sayda kombi, bir neçə ədəd kombi üçün radiator və bir neçə qutu kombi üçün tüstü borusu oğurlasalar da həmin əşyalardan cəmi 19 ədəd kombi və 02 qutu tüstü borusunu maşına yükləyə bilmiş, oraya kənardan şəxs yaxınlaşdığından digər əşyaları yolun kənarında qoyub qaçmışlar. Oğurladıqları əşyaların satışından əldə olunacaq pulu dörd nəfər arasında bölməyi razılaşmışlar. Onlar “Ford” markalı avtomobilə 19 ədəd kombi və 02 qutu tüstü borusu yükləmiş, yol kənarında əşyaları yığdıqları yerdə isə xeyli sayda kombi, bir neçə ədəd radiator və bir neçə qutu tüstü borusu qalmışdır. Oğurlanmış əşyaların sayı ilə bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdiyi xüsusatın həqiqətəuyğun olduğunu düşünür. Özü və ya digər şəxslə birlikdə başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluğu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə törətmişdir. Əməlini könüllü olaraq etiraf edir. O, törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli sayaraq istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, ailədə valideynlərinin xəstə olmasını, əməlindən peşman olmasını, nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs3 göstərmişdir ki, təxminən 2021-ci ildən Ağdam rayonu Əfətli kəndi ərazisində yerləşən “Sechman” Beton Zavodunda avtomobil ustası kimi işləyir. Asudə vaxtlarında Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən Kamran adlı şəxsin işlətdiyi kafedə olur. Həmin kafedə olarkən təxminən 2024-cü ilin iyul ayından Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1, daha sonra isə həmin şəxsin vasitəsiylə sonuncunun qohumu Təqsirləndirilən şəxs2 tanımışdır. Ağdam rayon sakinləri Təqsirləndirilən şəxs4 təxminən 2021-ci ildən, Şahid isə təxminən 2023-cü ildən tanımışdır. Həmin şəxslərlə münasibəti normaldır, aralarında əvvəllər düşmənçilik və ədavət olmamışdır. Təxminən 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1la söhbət edərkən sonuncu ona işlədiyi tikinti şirkətində bəzən emosiya, oboy, işçi əlcəyi və s. bu kimi əşyaların artıq qaldığını və həmin əşyalardan lazım olsa xəbər verməyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 özünə ev tikdirdiyini, həmin ev üçün ona bir ədəd kombi və digər hamam aksessuarları lazım olacağını bildirmiş, sonuncudan onun üçün həmin əşyaları əldə etməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun üçün kombi əldə edə biləcəyini bildirmişdir. Vaqif ona Ağdam rayonu Sarıcalı kəndində işlədiyi zaman orada birmərtəbəli yaşayış olmayan evdə hansı şirkətə aid olduğunu bilmədiyi çoxlu sayda kombi olduğunu, həmin yerdən kombi və hamam aksessuarları götürmək üçün münasib fürsət düşdükdə xəbər edəcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayının 15-də Təqsirləndirilən şəxs1 gündüz saatlarında özünün istifadəsində olan xatırlmadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək istədiyi kombi və hamam aksessuarlarının həmin gün axşama hazır olacağını bildirmişdir. Bundan sonra həmin əşyaları gətirmək üçün yük maşını axtarışına başlamış və bu məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində tanışı Təqsirləndirilən şəxs4 zəng edərək rayonunun işğaldan azad edilmiş hissəsində özünə məxsus olan əşyaların olmasını və həmin əşyaları gətirmək üçün yük maşını lazım olduğunu bildirmiş, Nurlan da ona yük maşınının olmadığını bildirmişdir. Daha sonra bu məqsədlə Şahid adlı tanışına zəng edib sonuncuya işğaldan azad olunmuş ərazidə ona əşyalar verildiyini deyib Mütəllimdən idarə etdiyi “Ford” markalı avtomobiliylə onun həmin əşyalarını gətirməyi xahiş etmişdir. Həmin vaxt Mütəllim onun təklifiylə razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs4 zəng edərək nəqliyyat vasitəsi tapdığını və ona kömək etməsini xahiş etmiş, Nurlan da onunla razılaşıb Ağdam rayonu Əfətli kəndində yerləşən çalışdıqları şirkətin olduğu yerə gəlmişdir. Həmin vaxt Mütəllim də idarə etdiyi “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Nurlanla Mütəllimə yaxınlıqda olan kafeyə gedərək orada çay içmələrini bildirmişdir. Nurlan Mütəllim ilə orada çay içən zaman Vaqif ilə əlaqə saxlamış, sonuncu ona əşyaların hazır olduğunu bildirmişdir. Daha sonra kafeyə gedərək Mütəllim ilə Nurlana artıq getmək lazım olduğunu bildirmişdir. Onlar Mütəllimə məxsus olan “Ford” markalı nəqliyyat vasitəsinə əyləşərək Sarıcalı kəndinə getmişlər. Sarıcalı kəndi ərazisində olan zaman Mütəllimə nəqliyyat vasitəsini dayandırmasını və bir qədər keçdikdən sonra zəng etdikdə gəlib onları oradan götürməsini bildirmişdir. Nurlanla nəqliyyat vasitəsindən düşdükdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona kombilərin saxlandığı yaşayış olmayan evin yerləşdiyi istiqaməti göstərmiş və onlar həmin yerə getmişlər. xx.xx.2024-cü il tarixdə, saat 22-00 radələrində oraya çatdıqda həmin evin qapı və pəncərələrinin bağlı olduğunu görmüşlər. Həmin vaxt onlar oradan kənara çəkilib gözləmiş, Təqsirləndirilən şəxs1 yerdən tapdığı bir ədəd daşla həmin evin pəncərələrindən birinin şüşəsini qırıb həmin yerdən evə daxil olmuşdur. Daha sonra içəridən evin giriş qapısını açıb onun, Elçin və Nurlanın həmin evə daxil olmalaını təmin etmişdir. Onlar həmin vaxt evin otaqlarına yığılmış kombilərin çox olduğunu görüb oradan daha çox kombi götürməyi qərara almışlar. Həmin vaxt Vaqif həmin kombiləri satıb pulunu dördünün arasında bölməyi təklif etmiş və onlar Vaqiflə razılaşmışlar. Daha sonra onlar kombiləri götürüb yolun kənarına daşımağa başlamışlar. Həmin vaxt ona kombi radiatorları və kombi üçün tüstü boruları da lazım olduğundan Vaqif, Elçin və Nurlanla birlikdə kombilərlə yanaşı 04 ədəd radiator və 02 qutu da, kombi üçün tüstü borusu götürüb həmin yerə daşımışlar. Daha sonra Vaqiflə “Ford” markalı avtomaşının dayandığı yerə gedib avtomaşına əyləşib həmin maşının sürücüsü Şahidlə oğurlanmış əşyaları daşıdıqları yerə getmişlər. Orada həmin əşyaları avtomaşına yığarkən qəflətən kənardan bir nəfərin əlində fanarla onlara tərəf gəlməsini gördükdə Vaqif sürücünün yanında əyləşib sürüb uzaqlaşmasını demişdir. Nurlan, Elçin və özü isə tez qaçıb avtomobilin yük yerinə qalxmış və oradan uzaqlaşmışlar. Daha sonra Mütəllimin mobil nömrəsinə zəng edib avtomobili saxlamasını xahiş etmiş və Nurlandan keçib sürücünün yanında əyləşərək xəlvət yer göstərməsini xahiş etmişdir. Bir qədər sonra onlar ətrafında yaşayış olmayan düzənlik bir əraziyə çatdıqda sürücü Şahid ona narazılığını bildirərək bu əməlin oğurluq olduğunu bildirmiş və onlardan avtomobilində olan yükləri boşaltmağı tələb etmişdir. Bundan sonra Sarıcalı kəndindən oğurlamış olduqları 19 ədəd kombini və dəqiq sayını bilmədiyi tüstü borusunu həmin adını bilmədiyi ərazidə avtomaşından yerə boşaltmışlar. Daha sonra öz avtomobiliylə qayıdacağını bildirib Mütəllimin idarə etdiyi maşınla oradan işlədiyi zavoda getmişdir. Vaqif, Elçin və Nurlan isə orada dayanıb onu gözləmişlər. Bir qədər sonra özünün idarə etdiyi “Vaz-2107” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya qayıtmışdır. Daha sonra onlar həmin kombiləri və tüstü borularını onun avtomobilinə yığıb onun təklif etdiyi əvvəllər təmas xəttində yerləşən xəndəkdə daşdan tikilmiş sığınacağa yerləşdirmişlər. Belə ki, onlar həmin kombiləri iki dəfə olmaqla avtomobilin arxa yük yeri və damındakı yük yerinə yığaraq həmin sığınacağa boşaltmışlar. Həmin vaxt onlar yenidən həmin kombiləri satıb pulu bölmək barədə müzakirə aparmışlar. Bundan sonra iki ədəd kombinin birini avtomobilinin salonuna, digərini isə avtomobilin arxa yük yerinə qoyub avtomobilini idarə edib Nurlanla birlikdə oradan işlədiyi zavoda getmişlər. Elçinlə Vaqif isə oradan Sarıcalı kəndinə gedəcəklərini bildirib uzaqlaşıb getmişlər. Bundan sonra oğurladığı iki ədəd kombi və iki ədəd tüstü borusunu istifadəsində olan “Vaz-2107” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsində yerləşən yaşadığı evə aparıb oraya qoymuşdur. Həmin oğurluq əməlini törətməyi əvvəlcədən Təqsirləndirilən şəxs1 ona təklif etmişdir. Onlar “Ford” markalı, avtomobilə 19 ədəd kombi və xatırlamadığı sayda tüstü borusu yükləmişlər, yol kənarında əşyaları yığdıqları yerdə isə xeyli sayda kombi, bir neçə ədəd radiator və bir neçə qutu tüstü borusu qalmışdır. Oğurlanmış əşyaların sayı ilə bağlı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərdiyi xüsusatın həqiqətəuyğun olduğunu düşünür. Onlar oğurladıqları əşyaların satışından əldə olunacaq pulu dörd yerə bölməyi razılaşmışlar. Özü ayrı və ya digər şəxslə birlikdə başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə törətmişlər. Əməlini könüllü olaraq etiraf edir. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir, əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli sayaraq istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını, nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs4 göstərmişdir ki, təxminən 2021-ci ildən Ağdam rayonu Əfətli kəndi ərazisində yerləşən “Sechman” Betonqarışdırma Zavodunda operator işləmişdir. Təxminən həmin vaxtdan da Təqsirləndirilən şəxs3 tanıyır. Şahid təxminən 2024-cü ilin sentyabr ayından tanıyır. Təqsirləndirilən şəxs1 2024-cü ilin iyul ayından tanısa da aralarında yaxın münasibət olmamışdır. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Həmin şəxslərlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində tanışı Təqsirləndirilən şəxs3 ona zəng edərək Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində özünə məxsus olan əşyaların olmasını və həmin əşyaları gətirmək üçün yük maşını lazım olduğunu bildirmişdir. Əflatuna qardaşı Ruslan Şirinovun yük maşınının nasaz vəziyyətdə olduğunu bildirmişdir. Bir qədər sonra Əflatun ona yenidən zəng edərək nəqliyyat vasitəsi tapdığını bildirib ondan kömək etməsini xahiş etmiş, Əflatunla razılaşmış və Əfətli kəndində yerləşən çalışdıqları şirkətin olduğu yerə getmişdir. Həmin vaxt Mütəllim də idarə etdiyi “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Əflatun Mütəllimlə ona yaxınlıqda olan kafeyə gedərək orada çay içmələrini bildirmiş və onlar həmin kafeyə getmişlər. Bir qədər sonra Əflatun kafeyə gələrək Mütəllimlə ona artıq getmək lazım olduğunu bildirmişdir. Onlar Mütəllimə məxsus olan “Ford” markalı nəqliyyat vasitəsinə əyləşərək Sarıcalı kəndinə getmişlər. Sarıcalı kəndi ərazisində olan zaman Əflatun Mütəllimə nəqliyyat vasitəsini orada dayandırmasını və bir qədər keçdikdən sonra zəng etdikdə gəlib onları oradan götürməsini bildirmişdir. Əflatunla nəqliyyat vasitəsindən düşdükdən sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 onlara yaxınlaşmış, daha sonra Təqsirləndirilən şəxs1 oraya gəlmişdir. Onlar həmin şəxslərlə birlikdə bir qədər getdikdən sonra Əflatundan avadanlıqların yol kənarında olmasını bildirdiyini, amma orada heç nə olmadığını demişdir. Əflatun ondan bir qədər gözləməsini xahiş etmişdir. Vaqif onlara kombilərin saxlandığı yaşayış olmayan evin yerləşdiyi istiqaməti göstərmiş və onlar həmin yerə getmişlər. xx.xx.2024-cü il tarixdə, saat 22-00 radələrində oraya çatdıqda həmin evin qapı və pəncərələrinin bağlı olduğunu görmüşlər. Həmin vaxt onlar oradan kənara çəkilib gözləmiş, Təqsirləndirilən şəxs1 yerdən tapdığı bir ədəd daşla həmin evin pəncərələrindən birinin şüşəsini qırıb həmin yerdən evə daxil olmuşdur. Daha sonra içəridən evin giriş qapısını açıb onları oraya çağırmışdır. Daha sonra Elçin də Vaqifin yanına gedib həmin evdən kombiləri çıxarıb yolun kənarına daşımağa başlamışlar. Həmin əməlin oğurluq olduğunu bilib qorxsa da sonradan Əflatunla birlikdə həmin kombiləri daşıyıb yolun kənarına aparmağa kömək etmişdir. Belə ki, Əflatunla əvvəlcə Elçinlə Vaqifin içəridən çıxardığı kombiləri daşısalar da, sonradan özləri də həmin evə daxil olub oradan kardon qutularda qablaşdırılmış kombi, radiator və kombinin tüstü borularını daşıyıb çıxarmışlar. Daha sonra Vaqiflə Əflatun “Ford” markalı avtomaşının dayandığı yerə gedib bir qədər sonra həmin maşınla sürücü Şahidlə birlikdə kombiləri daşıdıqları yerə gəlmişlər. Orada həmin kombiləri “Ford” markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomaşına yığarkən qəflətən kənardan bir nəfərin əlində fanarla onlara tərəf gəlməsini gördükdə Vaqif sürücünün yanında əyləşib sürüb uzaqlaşmasını demişdir. Əflatun, Elçin və özü isə tez qaçıb avtomobilin yük yerinə qalxmış və oradan uzaqlaşmışlar. Daha sonra Əflatun Mütəllimin mobil nömrəsinə zəng edib avtomobili saxlamasını xahiş etmiş və ondan keçib sürücünün yanında əyləşərək xəlvət yer göstərməyini xahiş etmişdir. O, sürücünün yanında əyləşib sürücüdən onun göstərdiyi aralıq yolla sürməsini xahiş etmişdir. Bir qədər sonra onlar ətrafında yaşayış olmayan düzənlik bir əraziyə çatdıqda sürücü Şahid Təqsirləndirilən şəxs3 tərəfindən aldadıldığını bildirərək bu əməlin oğurluq olduğunu bildirmiş və onlardan avtomobilində olan yükləri boşlatmağı tələb etmişdir. Bundan sonra Sarıcalı kəndindən oğurlamış olduqları 19 ədəd kombini həmin adını bilmədiyi ərazidə “Ford” markalı avtomaşından yerə boşaltmışlar. Daha sonra Əflatun öz avtomobiliylə qayıdacağını bildirib Mütəllimin idarə etdiyi maşınla oradan uzaqlaşmışdır. Vaqif, Elçin və özü isə orada dayanıb Əflatunu gözləmişlər. Bir qədər sonra Əflatun özünün idarə etdiyi “Vaz-2107” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya qayıtmışdır. Daha sonra onlar həmin kombiləri Əflatunun avtomobilinə yığıb Əflatunun təklif etdiyi əvvəllər təmas xəttində yerləşən xəndəkdə daşdan tikilmiş sığınacağa yerləşdirmişlər. Belə ki, onlar həmin kombiləri iki dəfə olmaqla avtomobilin arxa yük yeri və damındakı yük yerinə yığaraq həmin sığınacağa boşaltmışlar. Bundan sonra Əflatun iki ədəd kombinin birini avtomobilinin salonuna, digərini isə avtomobilin arxa yük yerinə qoyub avtomobilini idarə etmiş, birlikdə işlədikləri zavoda getmişlər. Elçinlə Vaqif isə oradan Sarıcalı kəndinə gedəcəklərini bildirib uzaqlaşıb getmişlər. O, zavoda çatmamış öz avtomobiliylə yaşadığı evə getmək üçün Əflatunun avtomobilindən düşmüşdür. Əflatun isə oradan zavoda tərəf sürüb ondan uzaqlaşmışdır. O, həmin oğurluğun düşünülməsi barədə əvvəlcədən xəbərsiz olmuş, lakin hadisə yerində oğurluq əməlini törətməyi onlara Təqsirləndirilən şəxs1 təklif etmişdir. Onlar oradan 19 ədəd kombini, eləcə də dəqiq bilmədiyi sayda tüstü borusunu maşına yükləmişlər, yerdə isə xeyli sayda kombi, bir neçə ədəd radiator və bir neçə qutu tüstü borusu qalmışdır. Həmin oğurluq əşylarından satılacaq pulun hansı qaydada bölünəcəyi barədə əvvəlcədən heç kimlə razılaşmamışdır. Özü ayrılıqda və ya digər şəxslə birlikdə başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə törətmişdir. Əməlini etiraf edir. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, təqsirləndirilən şəxslərdən heç bir şikayət və ya tələblərinin olmamasını, onlara vurulmuş zərərin ödənilməsini, nəzərə alınmasını xahiş etdi. Nümayəndə ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayından ayından "xxxx" Müstəqil Şirkəti Ağdam rayonu Sarıcalı kəndi üzrə fərdi yaşayış evlərinin tikintisinin layihə rəhbəri vəzifəsində işləyir. Həmin şirkət Sarıcalı kəndi ərazisində evlərin tikilib istifadəyə hazır vəziyyətə çatdırılması ilə məşğuldur. Şirkətin Ağdam rayonu ərazisində düşərgəsi Sarıcalı kəndi ərazisində yerləşir. Sarıcalı kəndi ərazisində tikilən evlərə quraşdırılması üçün nəzərdə tutulmuş kombi aparatları həmin ərazidə yerləşən evlərdən birinə boşaldılıb orada saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 07-00 radələrində şirkətin təsərrüfat işlər müdiri Yusifov Rafael ona zəng edərək şirkətə məxsus kombilərin saxlanıldığı evin pəncərəsinin qırılaraq oğurluq edildiyini bildirmişdir. Həmin yerə çatdıqda Rafael Yusifov kombilərin saxlanıldığı yerdə olmuşdur. Rafael ona 47 ədəd “Gas Boiler 20 HF” markalı kombi aparatının, 04 ədəd alüminium radiatorun və 09 ədəd kombi üçün tüstü borusunun oğurlanmasını bildirmişdir. Həmin evə nəzər saldıqda evin mətbəx pəncərəsinin şüşəsinin qırıldığını görmüşdür. Həmin oğurluq hadisəsi nəticəsində Şirkətə 19.457 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış “Gas Boiler 20 HF” markalı kombi aparatlarının bir ədədinin qiyməti 400 manat, alüminium radiatorların bir ədədinin qiyməti 90 manat, kombi üçün tüstü borusunun bir ədədinin qiyməti 33 manat olmaqla, oğurlanmış kombi aparatlarının dəyəri ümumilikdə 18.800 manat, alüminum radiatorların dəyəri ümumilikdə 360 manat, kombi üçün tüstü borularının dəyəri ümumilikdə 297 manat təşkil etmişdir. Bundan başqa həmin inventarların saxlandığı evin şüşəsinin qırılması nəticəsində 90 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 2023-cü ildən tanıyır. Təqsirləndirilən şəxs4 təxminən 2024-cü ildən tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Həmin şəxslərlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 18-00 radələrində tanışı Əflatun ona zəng edərək Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində özünə məxsus olan əşyaların olmasını və həmin əşyaları gətirmək üçün yük maşını lazım olduğunu bildirmişdir. Həmçinin dayısı X1 da həmin məsələdən xəbərdar olduğunu bildirmişdir. Bundan sonra razılaşmış və sonuncunun dediyi gedə yerə biləcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs3 ona yenidən zəng edərək Əfətli kəndində yerləşən çalışdığı şirkətin olduğu yerə gəlməyi xahiş etmişdir. Həmin vaxt idarə etdiyi “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya getmişdir. Həmin vaxt Nurlan da Əflatunla bir yerdə olmuşdur. Əflatun Nurlanla ona yaxınlıqda olan kafeyə gedərək orada çay içmələrini bildirmiş və onlar həmin kafeyə getmişlər. Bir qədər sonra Əflatun kafeyə gələrək Nurlanla ona artıq getmək lazım olduğunu bildirmişdir. Həmin şəxslər ona məxsus olan nəqliyyat vasitəsinə əyləşərək işğaldan azad edilmiş Sarıcalı kəndinə getmişlər. Sarıcalı kəndi ərazisində olan zaman Əflatun ona nəqliyyat vasitəsini dayandırmağını və bir qədər keçdikdən sonra zəng etdikdə gedib onları oradan götürməyini bildirmişdir. Əflatunla Nurlan nəqliyyat vasitəsindən düşüb getmiş və maşında əyləşib gözləməyə başlamışdır. Təxminən iki saat sonra Əflatun ona mobil telefonla zəng edərək avtomobili irəli sürməyini istəmişdir. Avtomobili bir qədər irəli sürdükdə Əflatunun əvvəllər tanımadığı, adını sonradan bildiyi Vaqif adlı şəxslə yolun kənarında dayandığını görmüşdür. Həmin şəxslər avtomobilə əyləşib irəli sürməyini xahiş etmişlər. Həmin şəxslərin göstərdiyi istiqamətdə getdikdən sonra avtomobildən enmişlər. Həmin vaxt Nurlanla adını sonradan bildiyi Elçin adlı şəxs də orada gözləmişdir. Həmin şəxslər avtomobilin yük yerini açıb oraya nə isə yığmağa başlamışlar. Bir qədər sonra Vaqif onun yanına əyləşib ona avtomobili sürməyi bildirmişdir. Həmin vaxt Əflatun, Nurlan və Elçin isə yük yerinə minmişlər. Bir qədər sonra Əflatun ona zəng edərək Nurlanın gedəcəkləri yerin yolunu daha yaxşı tanıdığını və onun yanında əyləşməsinə imkan yaratmasını xahiş etmişdir. Bundan sonra Nurlan yanına keçib ona yolu göstərməyə başlamışdır. Düzənlik bir sahəyə çatdıqda həmin şəxslərin oradan oğurluq etdiyini anlamış və Təqsirləndirilən şəxs3 onu aldatdığı üçün irad bildirmişdir. Daha sonra həmin əşyaları orada düşürmələrini tələb etmişdir. Bundan sonra Əflatun, Elçin, Vaqif və Nurlan həmin əşyaları oraya düşürmüşlər. Daha sonra oradan gedərkən Əflatun da yanına əyləşib onunla gedəcəyini bildirmişdir. Etiraz etməmiş və Əflatun onun avtomobilinə əyləşib onunla Evoğlu kəndi yaxınlığında yerləşən “Sechman” Betonqayırma Zavodun yanınadək gedib orada avtomobildən enmiş, özü isə Ağdam rayonu Quzanlı qəsəbəsinə yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs3 ona Ağdam rayonunun işğaldan azad olunmuş hissəsində özünə kombi və digər hamam aksessuarları verildiyini bildirmişdir. Sarıcalı kəndində avtomobilinə yığılan əşyaların Təqsirləndirilən şəxs3 verilmiş kombi və hamam aksessuarları olduğunu düşünmüşdür, avtomobilinə konkret olaraq nə yığıldığını bilməmişdir. Sonradan həmin şəxslərin öz aralarında etdikləri söhbətdən əşyaların oğurluq olduğunu anladığından həmin əşyaları avtomobilindən yerə düşürmələrini tələb edib daha sonra oranı tərk edib getmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 9/698 saylı Ekspert RƏYində əks olunmuş cədvəldən görünür ki, “Lombardia” markalı, üzərində “X9 Boiler” yazısı olan, 242 sahə üçün nəzərdə tutulmuş kombi aparatının bir ədədinin qiyməti 550 manat, 47 ədədinin qiyməti isə 25850 manat müəyyən edilmişdir. Bundan başqa “Lombardia” markalı kombi aparatına məxsus tüstü borusunun bir ədədinin qiyməti 35 manat, 09 ədədinin qiyməti isə 315 manat müəyyən edilmişdir. Bundan başqa 8 panelli (seksiyalı) radiatorun bir ədədinin qiyməti 64 manat, 04 ədədinin qiyməti isə 256 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş fotoşəkillərdə göstərilən malların istifadədə olmaması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 26.421,00 manat müəyyən edilir. Cinayət işinin materillarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağdam rayonu Sarıcalı kəndində yerləşən "xxxx" Müstəqil Şirkətinə məxsus olan saxlanc yeri kimi istifadə olunan istifadəyə verilməmiş yaşayış evinin mətbəxinin pəncərəsinin şüşəsini qırmaq yolu ilə evin digər otaqlarına daxil olmaqla oğurluq hadisəsi törədilmişdir. Cinayət işinin materillarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağdam rayonu Sarıcalı kəndi yaxınlığında yerləşən keçmiş təmas xəttində beton piltələrlə əhatə olunmuş sığınacaqda 17 ədəd kombi aparatı və 02 qutuda tüstü borusu aşkar olunmuşdur. Cinayət işinin materillarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən evdə könüllü olaraq təqdim etdiyi 02 ədəd kombi aparatı və 02 ədəd tüstü borusuna baxış keçirilməklə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hamısı onlara Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamlarla özlərini tam təqsirli bildilər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmadığını məhkəmə iclasında bildirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 28 yanvar 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə məsuliyyətə cəlb olunmuş, hazırda məhkumluğu olmayan şəxsdir. Sabirabad Şəhər İcra Hakimiyyəti Başçısının Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 yanvar 2025-ci il tarixli, 5-70-12/2-101/25 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 T.Novruzov küçəsi, ev 39 ünvanında qeydiyyatdadır, həmin ünvanda yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur, subaydır, qeyri-rəsmi nikahdan 2011 və 2012-ci il təvəllüdlü yetkin yaşa çatmayan uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 28 yanvar 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Sabirabad Şəhər İcra Hakimiyyiəti Başçısının Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 yanvar 2025-ci il tarixli, 5-70-12/2-101/25 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur, himayəsində arvadı, 2008 və 2011-ci il təvəllüdlü uşaqları var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 28 yanvar 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Böyük X5 Dairə üzrə Nümayəndəliyinin 07 mart 2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Tovuz rayonu Böyük X5 Ərazi Nümayəndəliyində qeydiyyatda olsa da orada yaşamır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı müddət ərzində həmin yaşayış yerindən müsbət xarakterizə olunur, subaydır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 27 yanvar 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı X6 üzrə Nümayəndəliyinin 05 mart 2025-ci il tarixli, 5-31-6/3-2-152/2025 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 nümayəndəliyin Rzalar kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur, ailəlidir, himayəsində anası, arvadı, 2023 və 2024cü /əkiz/ il təvəllüdlü 3 uşaqları var. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup təşkil edərək tamah məqsədi ilə qəsdən özgənin əmlakını gizli olaraq ələ keçirmək niyətilə gizli yolla talayaraq oğurlamaları faktı tamamilə sübuta yetmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir, onlara həmin maddələrin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində 2 uşaqlarının olmasını, zərərin ödənilməsini, az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində 2 uşaqlarının olmasını, zərərin ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərərin ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən himayəsində 3 uşaqlarının olmasını, zərərin ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur . Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs4 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə CM-nin həmin maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarının olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 dekabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 18 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 dekabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 18 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 dekabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Z.Hüseynzadə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 05 mart 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olaraq təqsirləndirilən şəxslərdən 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut hesab edilən 19 ədəd “Lombardia” markalı kombi aparatı və 04 ədəd tüstü borusu saxlanması üçün "xxxx" Müstəqil Şirkətinə verilmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" Mərtəbə Müstəqil Şirkətinə 26421.00 manat maddi ziyan dəymiş, həmin ziyan tamlıqla ödənilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381- 383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 saxlanıldığı 02 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanılmaqla 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 /bir/ il 11 /on bir/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 saxlanıldığı 02 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanılmaqla 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 /bir/ il 11 /on bir/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
3. Təqsirləndirilən şəxs3 - Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 saxlanıldığı 02 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanılmaqla 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 /bir/ il 11 /on bir/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı Şəhəri Binəqədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
4. Təqsirləndirilən şəxs4 - Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
Məhkəmə məsrəfi olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qadada 50 /əlli/ manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.
Maddi sübut kimi tanınmış 19 ədəd “Lombardia” markalı Kombi aparatı və 04 ədəd tüstü borusunun saxlanılması üçün "xxxx" Müstəqil Şirkətinə təhvil verilməsi nəzərə alınsın. Hökmün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində icrası onların yaşayış yerləri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün Təqsirləndirilən şəxs3 barəsində icrası onun yaşayış yeri üzrə Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün Təqsirləndirilən şəxs4 barəsində icrası onun yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən: E.Bayramov