Məhkəmə qərarları › İş №1(013)-26/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-26/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-26/2024 01.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Onun qanuni nümayəndəsi -atası Şahid4, Müdafiəçi2 iştirakları ilə, Yetkinlik yaşına çatmayan- xx.xx.2008-ci il, Tərtər rayonu Qaraqoyunlu kəndində anadan olmuş, subay, natamam orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmayan, Ağdam şəhəri, İ.Qayıbov küçəsi, ev 14-də qeydiyyatda olmaqla Ağdam rayonu İmamqulubəyli qəsəbəsi ev 268-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanın nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin daş hasarından keçməklə sonuncunun mağaza kimi istifadə etdiyi tikilinin giriş qapısının açıq olmasından istifadə edərək içəriyə daxil olaraq orada olan dəmir qabın içərisində olan 50 manat məbləğində qəpikləri və vitrin kimi istifadə olunan taxtanın üzərində olan 01 qutu “Kent 4” (nazik), 01 qutu “Kent 8” (nazik), 10 qutu “Pallmall” (nazik), 03 qutu ”Magna” (nazik), 02 qutu “Vinçester” (nazik), 02 qutu “Vinston” (nazik), 01 qutu “Vest” (nazik), 02 qutu “Vikeroy” (nazik) markalı, dəyəri 69,70 manat olan siqaretləri gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 119,70 (bir yüz on doqquz manat yetmiş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 02:23-də Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus 13 nömrəli filialının qıfılla bağlanmış şüşəli giriş qapısını iki əli ilə fiziki güc tətbiq edərək araladıqdan sonra həmin hissədən saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq həmin mağazanın içərisində olan seyfin açarla qapısını açmaqla Oba Market MMC-nin 13 nömrəli filialının administratoru işləyən Zərərçəkmiş şəxs1 məxsus kağız əskinaslardan ibarət 435 (dörd yüz otuz beş) manat məbləğində nağd pulunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 435 (dörd yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Buta” adlı aptekin kabelli qıfılla bağlanmış şüşəli giriş qapısını iki əli ilə fiziki güc tətbiq edərək araladıqdan sonra həmin hissədən saxlanc yeri hesab edilən aptekə qanunsuz daxil olaraq nağd pulların saxlanması üçün istifadə edilən taxta materialdan olan iki ədəd siyirmədən 5, 10, 20 və 50 manatlıq əskinaslardan ibarət, ümumilikdə 305 (üç yüz beş) manat məbləğində nağd pulu gizli yolla talayaraq Dokta MMC-yə 305 (üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 03:40-da Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazasının aliminium materialdan olan şüşəli giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açmaqla həmin hissədən saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq 200 (iki yüz) manat məbləğində pulu oğurlamaq üçün bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətlər etməklə 200 (iki yüz) manat məbləğində pulu oğurlamağa cəhd edərkən mağazanın sahibi Zərərçəkmiş şəxs4 səsini eşidərək hadisə yerinə gəlməsi ilə öz iradəsindən asılı olmayan səbəblərə görə oğurluğa yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib, təkrarən özgənin əmlakını qəsdən gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid4 ilə birlikdə yaşayır, natamam orta təhsillidir. Rəsmi olaraq heç bir yerdə işləmir. Atası Şahid4 da heç bir yerdə işləmir, fəhləlik edərək ailəni dolandırır. O, maddi imkanlarının zəif olması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. O, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən mağazadan oğurluq etmişdir. Belə ki, maddi imkanı zəif olması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində gəzərkən yolun kənarında bir həyətdə mağazanın olduğunu görmüşdür. O, həmin mağazadan oğurluq etmək məqsədilə həmin həyətə daxil olmaq qərarına gəlmişdir. Həmin mağazanın yola olan çıxışını, yəni dəmir qapısını əli ilə açmaq istəmiş, lakin həmin qapını aça bilməmişdir. Bundan sonra ətrafa baxmış, həmin həyətin daş hasarının yanında dayananda yerdə bir ədəd daşı görmüş və həmin daşı həmin hasara söykəyərək onun üzərinə ayağını qoyaraq oradan hasarın üstünə çıxmış və oradan həyətə daxil olmuşdur. Bundan sonra o, mağazanın giriş qapısını açmaq qərarına gəlmiş, mağazanın giriş qapısının açıq olduğunu görüb əli ilə həmin mağazanın qapısını açmış və içəriyə daxil olmuşdur. Həmin vaxtı mağazanın içərisində siqaretlərin, suların və başqa ərzaq məhsullarının olduğunu görmüşdür. O, həmin mağazadan pul oğurlamaq istədiyi üçün içəridə pul axtarmağa başlamışdır. Həmin vaxtı mağazanın içərisində dəmir qabın olduğunu və onun içərisinə baxdıqda orada xeyli miqdarda dəmir qəpiklərin olduğunu görmüş və həmin qəpikləri qabla birlikdə oğurlamışdır. Bundan sonra həmin taxtanın üzərində 01 qutu “Kent 4” (nazik), 01 qutu “Kent 8” (nazik), 10 qutu “Pallmall” (nazik), 03 qutu ”Magna” (nazik), 02 qutu “Vinçester” (nazik), 02 qutu “Vinston” (nazik), 01 qutu “Vest” (nazik), 02 qutu “Vikeroy” (nazik) markalı siqaretləri də oğurlamışdır. Bundan sonra o həyətə daxil olduğu yerdən də çıxıb getmişdir. O, mağazadan oğurladığı siqaretləri özü müxtəlif vaxtlarda çəkmişdir. Mağazadan oğurladığı pullara da özünə yemək və su almışdır. Bundan başqa o, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən "xxxx" MMCyə məxsus mağazasından da oğurluq etmişdir. Belə ki, maddi imkanı zəif olması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 02:23-də Quzanlı qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qarşısına gəlmişdir. O, mağazanın giriş qapısına yaxınlaşmış ki, içəriyə daxil olsun. Lakin mağazanın qapısı bağlı olduğundan onun qapısını əli ilə itələmiş ki açılsın. Lakin qapı açılmamışdır, o, iki əli ilə fiziki güc tətbiq edərək mağazanın qoşa laylı şüşə qapısını araladıqda qapılar bir qədər aralanmış və o qapıdan mağazanın içərisinə daxil olmuşdur. İçəriyə keçəndən sonra mağazanın içərisində olan kassa aparatının sürmələrini açıb onların içərisinə baxmağa başlamış ki, görsün həmin kassa aparatının sürmələrin hansında pul varsa onu oğurlasın. Lakin orada pul tapa bilmədiyindən mağazanın içərisində olan otağa daxil olmuşdur. O, orada olan seyfi görüb ona yaxınlaşdıqda görmüş ki, seyfin açarları onun qapısının üzərindədir, o həmin açarlarla seyfin qapısını açmış və seyfin içərisində olan pulların bir qismini oğurlamışdır. Belə ki, həmin vaxtı mağazanın seyfində olan iri əskinasları oğurlamışdır. Bundan sonra o, mağazaya daxil olduğu yerdən çölə çıxmışdır. Bundan sonra mağazadan oğurladığı pulları saymış və görmüş ki, oğurladığım pulların cəmisi 435 manatdır, həmin pulların neçə manatlıq əskinaslardan ibarət olmasını dəqiq xatırlamır. Bundan sonra oradan uzaqlaşmışdır. O, "xxxx"dən oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, o, həmin pullara özünə yemək, siqaret və su almışdır. O, xx.xx.2024-cü il tarixdə yaşadığı evə gəlmək istəyərkən Ağdam rayonu İmamqulubəyli qəsəbəsi ərazisində onu Ağdam rayon polis şöbəsinin əməkdaşları saxlamış və ondan Quzanlı qəsəbəsi ərazisindən oğurluq edib-etməməyini soruşmuşdurlar. O, isə polisin bunu bildiyini başa düşmüş və etdiyi oğurluğu boynuna almışdır. Bundan başqa o, maddi imkanının zəif olması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Quzanlı qəsəbəsində yerləşən lakin adını bilmədiyi aptekin qarşısına gəlmişdir. O, aptekin giriş qapısına yaxınlaşmış ki, içəriyə daxil olsun. Lakin aptekin qapısı bağlı olduğundan onun qapısını əli ilə itələmişdir ki açılsın. Lakin qapı tam açılmamışdır, bir qədər aralanmış və o yerə oturmuş və qapıdan aptekin içərisinə daxil olmuşdur. O, içəriyə keçəndən sonra aptekin içərisində olan sürmələri açıb onların içərisinə baxmağa başlamış ki, görsün həmin sürmələrin hansında pul varsa onu oğurlasın. O, orada olan sürmələrin ikisində olan pulları oğurlamışdır. Həmin vaxtı aptekin sürməsində olan bir manatlıq pulları götürməmişdir, lakin orada olan iri əskinasları oğurlamışdır. Bundan sonra o, aptekə daxil olduğu yerdən çölə çıxmışdır. Bundan sonra aptekdən oğurladığı pulları saymış və oğurladığı pulların cəmisin 305 manat olmuşdur, həmin pulların 4 ədədi 50 manatlıq, qalan pullar isə 20, 10 və 5 manatlıq əskinaslardan ibarət olmuşdur. Bundan sonra o orada uzaqlaşmış və yaxınlıqda olan maşın təmirinin sexində olan yük maşınının içərisində heç kim olmadığından onun içərisində yatmışdır. Səhər tezdən isə durub Quzanlı qəsəbəsinə gəlmiş və orada olan nömrəsini xatırlamadığı Mersedes markalı taksi ilə Bərdə rayonuna getməyə başlamışdır. O, Bərdəyə gedən zaman yolun kənarında olan paltar mağazasında maşından düşmüşdür. Bundan sonra o, həmin mağazadan özünə 1 ədəd qara rəngli kurtka, 1 ədəd kofta, 1 ədəd şalvar, 1 ədəd ayaqqabı, 1 cüt əlçək, 1 ədəd papaq, 1 ədəd pul qabı, 1 ədəd qol saatı almış, həmin paltarlara və əşyalara 140 manat pul vermiş və Bərdə rayonuna getmişdir. O, Bərdə rayonunda Sarayın yanında olan dəmir mağazanın arxa hissəsində olan telefon ustasından özünə markasını bilmədiyi senser telefonu 60 manata almışdır. Qalan pulları isə yolda gedib gələrkən 10 manatını taksiyə, qalan pullara isə özünə yemək və su almışdır. O, xx.xx.2024-cü il tarixdə yaşadığı evə gəlmək istəyərkən Ağdam rayonu Dördyol deyilən ərazidə onu Ağdam rayon polis şöbəsinin əməkdaşları saxlamış və ondan Quzanlı qəsəbəsi ərazisindən oğurluq edib-etməməyini soruşmuşdurlar. O, isə polisin bunu bildiyini başa düşmüş və etdiyi oğurluğu boynuna almışdır. Bundan başqa o, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən mağazadan da oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, özünə mobil telefon almaq istəmişdir, bunun üçün də ona təxminən 200 manat pul lazım olmuşdur. Həmçinin ac olduğu üçün özünə yemək üçün ərzaq axtarmışdır. Bu məqsədlə o Quzanlı qəsəbəsi ərazisində gəzməyə başlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən tanımadığı evin qarşısından keçmişdir. Həmin evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasına yaxınlaşmışdır. Mağazanın giriş qapısını əli iə açmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Buna görə də mağazanın giriş qapısının bağlı olduğunu gördüyü üçün cibində olan vintaçanla mağazanın giriş qapını açmağa çalışmışdır. Lakin o, həmin mağazanın qapısını aça bilməmişdir. O, mağazanın qarşısında kamera yerləşdirildiyini bilməmişdir. Bu zaman səs eşitmiş və o kənara çəkilmişdir. Bundan sonra oradan uzaqlaşaraq getmişdir. Qaçmaq istəyərkən Quzanlı qəsəbəsi ərazisində polis əməkdaşı onu görüb saxlamışlar. Bir qədər sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişdirlər. O, həmçinin ifadəsində göstərmişdir ki, mağazaya oğurluq üçün daxil olanda ətrafda heç kim olmamış və onun mağazadan oğurluq etdiyini görən olmamışdır. Onun mağazadan oğurluq etməyini heç kim bilmir və bu barədə heç kimə heçnə deməmişdir. Həmin vaxtı tək olmuşdur. O, mağazadan qeyd etdiyi pullardan başqa heç nə oğurlamamışdır. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin videogörüntülərə baxmışdır, videogörüntüdə olan şəxs özüdür, həmin görüntüdə onun oğurluğu necə etməyi əks olunmuşdur, həmçinin oğurluğa cəhd etməyi də əks olunmuşdur. O, bir daha etdiyi oğurluğu etiraf etmişdir, ona etdiyi oğutluqları boynuna almaqla bağlı heç kim tərəfindən heç bir təziq və zor, hədəqorxu və insan ləyaqətini alçaldan rəftarlar edilməmişdir. Hazırda tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin may ayından Ağdam rayon Quzanlı qəsəbəsində qohumugilin evində yaşayır və evin həyətində olan tikilidən mağaza kimi istifadə etməklə dolanışığı üçün siqaret və su məhsulları satır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində həmin mağazanı bağladıqdan sonra yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində həyətə gedərkən içərisində siqaret və su olan tikilinin qapısının açıq olduğunu görmüşdür. O, içəriyə daxil olduqda dəmir qabın içərisində olan təxminən 50 AZN dəyərində qəpiklərin və taxtanın üzərində 56 manat dəyərində olan 01 qutu “Kent 4” (nazik), 01 qutu “Kent 8” (nazik), 10 qutu “Pallmall” (nazik), 03 qutu ”Magna” (nazik), 02 qutu “Vinçester” (nazik), 02 qutu “Vinston” (nazik), 01 qutu “Vest” (nazik), 02 qutu “Vikeroy” (nazik) markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, pul və siqaretlərin kim tərəfindən oğurlanması barədə şübhələndiyi şəxs və yaxud şəxslər yoxdur. Həmin vaxtı 56 manat dəyərində olan 01 qutu “Kent 4” (nazik), 01 qutu “Kent 8” (nazik), 10 qutu “Pallmall” (nazik), 03 qutu ”Magna” (nazik), 02 qutu “Vinçester” (nazik), 02 qutu “Vinston” (nazik), 01 qutu “Vest” (nazik), 02 qutu “Vikeroy” (nazik) markalı siqaretlər oğurlanmışdır, qeyd etdiklərindən başqa heçnə oğurlanmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ağdam rayon Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti, “Dokta1084 Azadxan” adlı Aptekin müdiri işləyir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində qeyd etdiyi aptekə gəlmişdir. O, həmin vaxtı aptekin kassa kimi istifadə etdiyi sürmələrə baxdıqda orada olan iri əskinaslı pulların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o axşamdan qalan pulları saydıqda məlum olmuşdur ki, axşamdan kassada saxladığı 340 manat puldan 305 manatının olmadığı müəyyənləşdirmişdir. Bundan sonra o, aktekin müşahidə kamerasına baxdıqda görmüşdür ki, gecə saat 02 radələrində bir nəfər şəxs aptekin giriş qapısına bağlanmış tros şəkilli qıfılı basaraq aralamış və oradan aptekin içərisinə daxil olmaqla oğurluq etdiyini aşkar etmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə müraciət etmək üçün rayon polis şöbəsinə müraciət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, aptekə gələrkən aptekin giriş qapısı axşamdan bağladığı formada olmuş, yəni aptekin giriş qapısına bağladığım tros formalı qıfıl bağlı vəziyyətdə olmuşdur. Lakin o, aptekin müşahidə kamerasına baxdıqda müəyyən etmişdir ki, tanımadığı və adını bilmədiyi naməlum şəxs aptekin giriş qapısını əli ilə basaraq aralamaqla həmin yerdən aptekin içərisinə daxil olduğunu, həmin vaxtı aptekin siqnalizasiya sistemini söndürdüyünü və iki ədəd kassa kimi istifadə etdiyi sürmələrin hər ikisindən ümumilikdə 305 manat nağd pulu oğurlamasını aşkar etmişdir. Həmin vaxtı kassada axşamdan saxladığı pullar 50, 20, 10, 5 və 1 manatlıq əskinaslardan ibarət olmuşdur, bundan başqa həmin sürmədə 1 manat 20 qəpik olmaqla pul saxlanılmışdır. Lakin həmin oğurluğu edən şəxs orada olan qəpikləri götürməmişdir, bundan başqa sürmədə olan 1 manatlıq əskinaslarıda oğurlamamışdır, lakin kassada olan 50, 20, 10 və 5 manatlıq əskinaslardan ibarət olan ümumilikdə 305 manat nağd pulu oğurlamışdır. İşlətdiyi apteklə bağlı onun "xxxx" MMC ilə müqaviləsi, həmçinin apteki işlətməklə bağlı müvafiq lisenziyası vardır. O, həmin sənədlərin surətlərini təqdim etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını istəyir. Məhkəmədə ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən " OBA” MMC-nin Ağdam rayon Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən 13 nömrəli filialında adminstrator vəzifəsində işləyir. O, hər gün iş vaxtı bitdikdən sonra kassada olan pulları hesablayıb seyfə yığır və seyfin qapısını açarla bağlamışdır. xx.xx.2023-cü il tarixdə səhhəti ilə bağlı o işə gəlmədiyi üçün kassada olan pulları mağazada satıcı işləyən Şahid3 iş qurtardıqdan sonra seyfə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 7 radələrində mağazada satıcı işləyən Şahid2 ona zəng edərək mağazanın qapılarının açıq olduğunu bildirmişdir. O, dərhal yaşadığı evi tərk edərək mağazaya gəlmiş və həqiqətəndə mağazanın giriş qapılarının açıq olduğunu görmüşdür. Bundan sonra o, mağazaya daxil olaraq seyf olan otağa keçmişdir və seyfin açarlarının üzərində olduğunu görmüşdür. O, seyfin qapısının üzərində olan açarla seyfi açanda seyfin içərisində olan pulların dağınıq olduğunu və pulun seyfdə az olduğunu görmüşdür. Həmin vaxt o gündəlik hesabata baxanda seyfdə olan ümumi pulların 435 manatının çatışmadığını aşkar etmişdir. Belə ki, seyfdə gündəlik olunmuş alverin pulları yəni 750 manat pul yerində olsa da onun özünə məxsus olan 435 manat pulunun yerində olmadığını görmüşdür. Bundan sonra o, Ağdam RPŞ-yə ərizə ilə müraciət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, həmin mağazada olan seyfdən onun özünə məxsus olan 435 manat puldan başqa heçnə oğurlanmamışdır. Həmin vaxtı o seydən oğurlanmış pulun miqdarını bildirmişdir, lakin sonradan o gündəlik hesabata baxan zaman ona məlum olmuşdur ki, mağazada gündəlik alverin pulu olan 750 manat pul tam şəkildə yerindədir, seyfdən ona məxsus olan 435 manat pul oğurlanmışdır. Belə ki, o bir neçə gün əvvəl mağazanın gündəlik hesabatını hesablayaraq təhvil verən zaman üzərində olan özünə məxsus 435 manat pulu etibarlı yer olduğu üçün saxlamaq məqsədilə seyfə qoymuşdur. Sonradan oğurluq baş verəndən sonra o mağazanın hesabatını hesablayan zaman ona məlum olmuşdur ki, mağazadan oğurlanmış 435 manat pul onun saxlamaq məqsədilə mağazanın seyfinə qoyduğu pullarıdır. Oğurlanmış pullar 100, 50, 20, 10 və 5 manatlıq əskinaslardan ibarət olmuşdur. Məhkəmədə ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsi elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsində kiçik ölçülü mağazası vardır. xx.xx.2024-cü il tarixdə evdə olarkən həyətyanı sahədə olan ərzaq mağazasına quraşdırılmış kameradan tanımadığı bir nəfər şəxsin mağazanın giriş qapısını açmağa cəhd göstərərək içəriyə daxil olmaq istəməsini görmüşdür. Həmin vaxt evdə olan qızı Nuranəni dərhal çağırmışdır. Nuranə ilə mağazanın müşahidə kamerasına baxdıqda sonradan adının Süleyman olduğunu bildiyi şəxsin mağazanın qapısını əlində olan kəsici alətə oxşar alətlə açmağa çalışdığını görmüş və bununla bağlı polisə məlumat verməli olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişdir. O, mağazaya quraşdırılmış müşahidə kamerasından gördüklərimi onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları mağazaya və mağazada quraşdırılmış müşahidə kamerasına baxış keçirmişdirlər, müvafiq sənədləşmə işləri aparmışlar, müşahidə kamerasından görüntüləri əldə etmişdirlər. Baxış zamanı polis əməkdaşları mağazaya oğurluq məqsədilə daxil olmaq istəyən şəxsin Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdirlər və bundan sonra həmin şəxsi həmin əraziyə yaxın yerdən müəyyən edərək rayon polis şöbəsinə aparmışdırlar. O, həmçinin ifadəsində göstərmişdir ki, ərzaq mağazasından heç bir əşya və yaxud digər ərzaq məhsulları oğurlanmamışdır. Belə ki, həmin şəxs yəni sonradan şəxsiyyət məlum olan Təqsirləndirilən şəxs mağazaya oğurluq etmək məqsədilə mağazanın qapısını açmaqla içəriyə daxil olmağa cəhd etmişdir, lakin onun mağazanın içərisinə daxil olmaq istəməsini müşahidə kamerasından gördüyündən və Süleymanın onların səsini eşitdiyindən əməlini başa çatdıra bilməmiş və oradan uzaqlaşaraq çıxıb getmişdir. Hadisə nəticəsində mağazaya və yaxud ətrafa heç bir ziyan dəyməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu mağazaya gəlib-getdiyini, nədəki həmin ərazilərə yaxın yerlərdə görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "OBA MMC-nin Ağdam rayon Quranlı qəsəbəsində yerləşən 13 nömrəli filialında satıcı-kassir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində kassada olan 750 manat pulu ofisdə olan seyfə qoymuş və seyfin qapısını açarla bağlamışdır. Lakin seyfin açarlarını seyfin uzərində qoymuşdur. Bundan sonra o mağazanın qapılarını bağlayaraq yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə iş yoldaşı İsrail ona zəng edərək mağazanın qapılarının açıq olduğunu bildirmişdir. O, təxminən 1 saat sonra mağazaya gedəndə polis əməkdaşlarının mağazada olduğunu görmüşdür. Həmin vaxt İsrail ona seyfdən 435 manat pulun oğurlandığını bildirmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçimişdir. Lakin sonradan məlum olmuşdur ki, mağazada olan seyfdən oğurlanmış 435 manat pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur, mağazanın gündəlik edilmiş alverin pulu, yəni 750 manat pul oğurlanmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, mağazaya 750 manat pulu qoyarkən kassanın digər aşağı hissəsində başqa pulların olduğunu görmüşdür, həmin pullar kağız əskinaslardan ibarət olmuşdur, lakin həmin pulların kimə məxsus olmasını əvvəlcə bilməmiş, lakin oğurluq baş verəndən sonra məlum olmuşdur ki, oğurlanan pullar Əminənin kassaya qoyduğu özünə məxsus pullarıdır. Oğurluq zamanı həmin şəxs onun kassaya qoyduğu 750 manat pulu görmədiyindən həmin pulları oğurlamamışdır. Həmin mağazadan 435 manat puldan başqa heç bir əşya oğurlanmamışdır. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 13 nömrəli filialında satıcı-kassir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində iş yoldaşı Taleh kassada olan 750 manat pulu ofisdə olan seyfə qoymuş və onlar mağazanın qapılarını bağlayaraq yaşadıqları evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində o, mağazanı açmaq üçün mağazaya getmişdir. Həmin vaxtı o mağazanın qapılarının açıq olduğunu görmüşdür və içəri daxil olmamışdır. O, dərhal mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1 və Şahid3 zəng edərək məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra Əminə həmin yerə gəlmişdir və onlar birlikdə mağazaya daxil olmuşlar. Mağazada yerləşən ofisdə olan seyfə baxarkən orada olan puldan 435 manat pulun çatışmadığını aşkar etmişlər və bu varədə dərhal polisə məlumat vermişlər. Bundan sonra polis əməkdaşları mağazaya gələrək hadisə yerinə baxış keçirmişdirlər. Lakin sonradan məlum olmuşdur ki, mağazada olan seyfdən oğurlanmış 435 manat pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur, mağazanın gündəlik edilmiş alverin pulu, yəni 750 manat pul oğurlanmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, mağazadan 435 manat puldan başqa heçnə oğurlanmamışdır. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 2023-ci ilin oktyabr ayından etibarən Bərdə şəhəri Heydər Əliyev prospekti, Saray dairəsi adlanan ərazisində yerləşən köşkdədə telefon təmiri ustası kimi işləyir. Təxminən 2023-cü ilin noyabr ayında adının Ruslan olduğunu bildiyi şəxs oğlu Süleymanla birlikdə onun telefon təmiri ustası işlədiyi köşkə gəlmiş, ondan hazırda satdıq mobil telefonun olub-olmamasını soruşmuş və telefonu yanında olan oğluna almaq istədiyini bildirmişdir. O, həmin vaxtı telefonun olmadığını bildirmişdir, lakin Ruslan yanında olan oğlunu göstərərək onun oğlu olduğunu bir daha bildirərək Slüymanın telefon almaq üçün yanına gələndə ona telefon satmağını xahiş etmişdir. O da Ruslanla razılaşmışdır. Bundan təxminən bir ay keçmiş ki, səhər tezdən işdə olan zaman saat təxminən 11 radələrində Süleyman onun yanına gəlmiş və ondan satdıq telefonun olub-olmamasını soruşmuşdur. O, həmin vaxtı əvvəllər özünün işlətdiyi “Redmi Not9” markalı mobil telefonun satdıq olduğunu, hazırda həmin telefonun kamerasının və vayfayının işləmədiyi barədə ona bildirmişdir. Söhbət zamanı Süleyman həmin telefonu almaq istədiyini bildirmişdir. O, telefonun kamerasının və vayfayının işləmədiyini əsas gətirməklə “Redmi Not9” markalı mobil telefonu 60 manata satdığını bildirmişdir. Bu zaman Süleyman telefonu almaq üçün 60 manat pulu sayıb vermiş və telefonu alıb oradan uzaqlaşmışdır. Lakin sonradan polis əməkdaşları onun işlədiyi köşkə gələn zaman o bilmişdir ki, Süleyman oğurluq etmiş və oğurladığı pulla ondan mobil telefon alımışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Süleyman köşkə tək gəlmiş, həmin vaxtı onun yanında heç kim olmamışdır və köşkə nə ilə gəldiyini köşkün içərisində olduğundan görməmişdir. Onun Süleymanın əvvəllər oğurluq etmələri barədə heç bir məlumatı və xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -X4 Dispanserinindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X4 Dispanserinində “yüngül dərəcəli əqli gerililik, davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. -Məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 270 nömrəli rəyindənm görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. -Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3524 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 08 adda siqaretlərin 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 69,70 manat müəyyən edilir. -Ağdam RMX-nın X3 Poliklinika şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin poliklinika şöbəsində narkoloji kabinetdə qeydiyyatda yoxdur. -15 fevral 2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 09 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmaması, həmçinin onun təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və zərər çəkmiş şəxslərdən bir qisminin ondan şikayətinin və tələbinin olmaması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. -Azərbaycan Respublikası CM-nin CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun az ağır cinayətlər qrupuna daxil olması məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən də islah etmək imkanları hələ tükənməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunma imkanlarından istifadə etməsi üçün ona şərait yaradılmalı və bu imkandan ümumilikdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsi aydınlaşdırmaq üçün o müəyyən müddət sınaqdan keçirilməlidir. Beləliklə də, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdrilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi 1 ədəd qara rəngli kurtka, 1 ədəd kofta, 1 ədəd şalvar, 1 ədəd ayaqqabı, 1 cüt əlçək, 1 ədəd papaq, 1 ədəd pul qabı, 1 ədəd qol saatı Təqsirləndirilən şəxs qaytarılsın, oğurluq hadisələrini özündə əks etdirən 03 ədəd SD diski isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Ağdam rayonundan məcburi köçkün olmasını və bu cəzanın onun ailəsinin həyat şəratinə təsirini də nəzərə almışdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxskər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu hökmlə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətini əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar- 1 ədəd qara rəngli kurtka, 1 ədəd kofta, 1 ədəd şalvar, 1 ədəd ayaqqabı, 1 cüt əlçək, 1 ədəd papaq, 1 ədəd pul qabı, 1 ədəd qol saatı Təqsirləndirilən şəxs qaytarılsın, oğurluq hadisələrini özündə əks etdirən 03 ədəd SD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə zərər çəkmiş şəxskər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar