Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-27/2024 30.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-501/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu, Həftəsov ərazi dairəsi, Zarat kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 17A ünvanında yaşayan, barəsində Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan razılaşma zamanı sonuncunun oğlu Şahid2 Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hərbi hospitala 5000 (beş min) manat müqabilində mühafizəçi vəzifəsinə təyin etdirəcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 3500 (üç min beş yüz) manat məbləğində pulu 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına qeydə alınmış 4169 7388 5727 7010 seriya nömrəli "xxxx" ASC-yə aid plastik karta mədaxil etdirərək həmin gün saat 11:36-dan 11:39-dək Ağdam rayonu Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Ömər market” adlı supermarketin önündə quraşdırılmış A0180066 nömrəli ATM vasitəsilə nağdılaşdırıb ələ keçirməklə, eləcə də, şəffaf sellofan paketdə Şahid2 dair sənədlərin arasına yerləşdirilmiş 1500 (bir min beş yüz) manat məbləğində pulu 2023-cü ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Zəka” dəftərxana ləvazimatları mağazasında cinayətdən xəbərsiz Şahid1 əlbəəl alaraq vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayon Bənövşələr qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs təxminən 2023cü ilin fevral ayından tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə özünə məxsus olan “Hundai Elantra” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıya gedərkən yolda Nərgiz ona oğlunun hərbi xidməti başa vurub gəldiyini və işsiz olduğunu bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs oğlunu vəzifəli tanışlarına 3500 manat pul verərək Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hospitala mühafizəçi işinə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmin pulu verməyə razılaşmış və bundan bir neçə gün sonra o, Zərərçəkmiş şəxs 4169 73 88 5727 7010 seriya nömrəli plastik kartının seriya nömrəsini söyləyərək razılaşdığı 3500 manat pulu həmin karta köçürməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun yuxarıda qeyd etdiyi kartına 3500 manat pul köçürmüşdür. Bundan sonra o, həmin 3500 manat məbləğində pulu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ömər Market”in qarşısında yerləşən bankomatdan çıxarıb götürmüşdür. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxsyla özünün istifadəsində olan 077 *** ** ** nömrəli mobil telefonla “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayarkən Nərgizdən oğlu Şahid2 işə düzəlməsi ilə əlaqədar sonuncunun sənədlərini ona çatdırmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt ona oğlu Şahid2 sənədlərini bir qovluqda Ağdam rayonu Quzanlı qəsəbəsində özünün işlədiyi “gözəllik salonu”nun yanında yerləşən dəftərxana ləvazimatları mağazasına qoyacağını və onun həmin sənədləri oradan götürə biləcəyini bildirmişdir. O, 2023-cü ilin avqsut ayında xatırlamadığı gündə və vaxtda Zərərçəkmiş şəxs ona söylədiyi dəftərxana ləvazimatları mağazasından Şahid2 aid sənədləri götürmüşdür. Sonradan o, həmin 3500 manat pulu özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid2 barəsində olan sənədləri isə xatırlamadığı yerdə cırıb atmışdır. Sonradan Zərərçəkmiş şəxs ondan oğlunun iş məsələsiylə bağlı soruşarkən o, Nərgizə gözləməli olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə o, Zərərçəkmiş şəxs ilə mobil telefon əlaqəsini dayandırmış və daha əlaqə saxlamamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhərinə gedən zaman təsadüfən yolda bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissələrin birində işlədiyini, zabit olduğunu, adının Ali (sonradan isə Ağa) olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı o, həmin şəxsə oğlunun uzun müddət işsiz olduğunu bildirmişdir. Bunu deyən zaman həmin şəxs onun oğlunu Ağcabədi rayon Sarıcalı kəndində yerləşən hospitala mühafizəçi işinə düzəldə biləcəyini, lakin bunun müqabilində 5000 manat məbləğində pul verməli olduğunu söyləmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs İsmayıllı rayon sakini Təqsirləndirilən şəxsdur. O, oğlu Nicatla məsləhətləşdikdən sonra Vüsala zəng edərək oğlu Nicatı onun dediyi işə düzəltmək istədiyini bildirmişdir. Bu məqsədlə, xx.xx.2023-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən Kapital Bank ASC-dən qızı Şahid3 adına 3500 manat kredit götürmüşlər. Onlar bankdan çıxdıqdan sonra bankın qarşısında olan ödəmə terminalı vasitəsilə Vüsalın dediyi Kapital Bank ASC-yə aid "4169 7388 5727 7010" seriya nömrəli plastik karta 3.500 manat məbləğində pul göndərmişdir. Bundan başqa dəqiq xatırlamadığı tarixdə oğlu Nicat həyətlərində saxladıqları qoyunları mal bazarına aparıb satmaqla 1500 manat pul əldə etmiş və həmin 1500 manat məbləğində pulu o, 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə oğlu Şahid2 aid sənədlərlə birgə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən kitab satılan mağazada işləyən Sahil adlı şəxsə vermiş və bir nəfər şəxsin gəlib həmin "paket"i götürəcəyini bildirmişdir. Lakin Sahilə həmin paketin içərisində nə olması barədə heç bir məlumat verməmişdir. Yəni Sahil həmin paketin içərisində pul olmasını bilməmişdir. O, həmin paketi Sahilə verdikdən sonra Vüsalın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə zəng edib pulu qoyduğu yeri bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüsal oradan pulu və sənədləri götürmüşdür. Bununla da, o, Vüsala oğlu Nicatı işə düzəltməsi üçün ümumilikdə 5.000 manat məbləğində pul vermişdir. Lakin sonradan Vüsal oğlunu vəd etdiyi işə düzəltməmişdir. X4 mühafizəçi kimi deyil, mühafizəçilərin rəhbəri vəzifəsinə düzəldəcəyini bildirmişdir. Daha sonra o, Vüsaldan verdiyi pulu geri tələb etdikdə isə Vüsal müxtəlif bəhanələr gətirərək guya pulu başqa şəxsə verdiyini, həmin şəxsdən pulu aldıqdan sonra ona qaytaracağını demişdir. Bundan sonra o, Vüsalın onu aldatdığını başa düşmüş və bu barədə Ağdam rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, Vüsal adlı şəxsə ümumilikdə 5000 manat məbləğində pulu oğlu Nicatı Ağcabədi rayonu ərazisində yerləşən hospitalda mühafizəçi vəzifəsində işə düzəltmək məqsədilə vermişdir. Qızı Şahid3 Kapital Bank ASC-nin Ağdam rayon Filialından götürmüş olduğu 3500 manat krediti hazırda o, ödəyir. Eləcə də, Təqsirləndirilən şəxs veriləsi 1500 manat pulu əldə etmək üçün satılan qoyunlar da, onun vəsaiti hesabına alınmış və ailə başçısı o, sayıldığından həmin qoyunların satışından əldə olunan 1500 manat pul da, ona məxsus olmuşdur. Vüsal oğlu Nicatı kimin vasitəsilə işə düzəldəcəyi barədə ona heç nə deməyib və onun yanında heç kimin adını çəkməmişdir. Vüsalın əvvəllər kimlərəsə qarşı dələduzluq etməsi barədə onun heç bir məlumatı yoxdur. Oğlu Nicatın işə düzəlməsi ilə bağlı ilk təklifi Vüsal özü ona etmişdir. O, Vüsal ilə sonuncunun işlətdiyi ***-***-**-**, ***-***-**-** saylı nömrələrlə özünün istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəylə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq danışmışdır. Bundan başqa Vüsal özünün istifadəsində olan ***-***-**-** saylı nömrəylə oğlu X3 istifadəsində olan 050 *** ** ** mobil nömrə ilə əlaqə saxlayaraq danışmışdır. Vüsal oğlu Nicatı mühafizəçi işinə düzəltmək üçün ondan əvvəlcədən 5000 manat pul istəmişdir. O, həmin pulun 3500 manatını xx.xx.2023-cü il tarixdə Vüsala göndərsə də, 1500 manat pulu hansı tarixdə verdiyini dəqiq xatırlamır. Bundan başqa Vüsal əvvəlcədən oğlu Nicatı mühafizəçi kimi işə düzəldəcəyini desə də, sonradan məsələ uzandıqca Nicatı sıravi mühafizəçi kimi deyil, mühafizəçilərin rəhbəri kimi işə düzəldəcəyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmşdir ki, Zərərçəkmiş şəxs onun anası, Şahid2 isə qardaşıdır, hər iki şəxslə münasibətləri normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin avqust ayının əvvəllərində anası Zərərçəkmiş şəxs ona Bakı şəhərinə gedərkən yolda adını Ali, daha sonra isə Ağa kimi təqdim etmiş şəxslə həmsöhbət olduğunu, həmin şəxsin Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissələrin birində işlədiyini, zabit olduğunu, qardaşı Nicatı Ağcabədi rayon Sarıcalı kəndində yerləşən hospitala mühafizəçi işinə düzəldə biləcəyini, lakin bunun müqabilində 5000 manat məbləğində pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt anası ona qardaşı Şahid2 işə düzəlməsi məqsədi ilə lazım olan 5000 manat pulun müəyyən bir hissəsini təşkil etmək üçün Kapital Bank ASCdən onun adına kredit götürməyi təklif etmişdir. O, həmin təkliflə razılaşmış və bundan sonra kredit üçün Kapital Bank ASC-nin Ağdam rayon Filialına müraciət etmişlər. Bundan əvvəl də o, şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə təxminən 2022-ci ilin avqust ayında "xxxx" ASC-dən 4000 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixdə o, anası Zərərçəkmiş şəxs, eləcə də, qardaşı Şahid2lə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində Kapital Bank ASC-nin Ağdam rayon Filialından onun adına dörd il müddətinə ödəmək şərtiylə 3500 manat kredit götürmüşlər. Bankdan çıxdıqdan sonra anası özünün istifadəsində olan mobil telefonla özünü Ali kimi təqdim edən şəxslə, yəni sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxslə danışarkən o, anasının mobil telefonuyla həmin şəxslə danışıb həyat yoldaşının vaxtsız vəfat etdiyini, himayəsində azyaşlı övladının olduğunu, həmin şəxsə göndəriləcək pulun kredit yoluyla onun adına götürüldüyünü bildirib qardaşı Şahid2 işə düzəlməsi ilə bağlı məsələnin mümkün olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona Nicatı tezliklə mühafizəçi kimi işə düzəldəcəyini söyləyib ona narahat olmamağı bildirmişdir. Daha sonra anası Zərərçəkmiş şəxs Ağdam rayonu Quzanlı qəsəbəsində Kapital Bank ASC-nin Ağdam rayon Filialının qarşısında yerləşən “Milli ön” ödəmə terminalı vasitəsilə 3500 manat pulu Təqsirləndirilən şəxs söylədiyi 4169 7388 5727 7010 seriya nömrəli kartın balansına göndərmişdir. Bundan bir neçə gün sonra 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə anası Zərərçəkmiş şəxs qardaşı Şahid2 sənədlərini və 1500 manat pulu da, kiminsə vasitəsilə Təqsirləndirilən şəxs çatdırmışdır. Bununla da, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı Nicatı işə düzəltməsi üçün ümumilikdə 5.000 manat məbləğində pul vermişdir. Lakin sonradan Vüsal qardaşı Nicatı vəd etdiyi işə düzəltməmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs Vüsalın aldatdığını başa düşmüş və bu barədə Ağdam RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə 5000 manat məbləğində pulu qardaşı Nicatı Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən hospitalda mühafizəçi vəzifəsinə işə düzəltmək məqsədilə vermişdir. Qardaşı Şahid2 işə düzəlməsi üçün Kapital Bank ASC-nin Ağdam rayon Filialından götürmüş olduğu 3500 manat krediti hazırda anası Zərərçəkmiş şəxs ödəyir. Həmin məsələ ilə əlaqədar anası Zərərçəkmiş şəxs ziyan dəymişdir. Bundan başqa qardaşı Şahid2 işə düzəlməsi üçün Təqsirləndirilən şəxs digər bir vaxtda verilmiş 1500 manat pul da, anası Zərərçəkmiş şəxs məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmşdir ki, Zərərçəkmiş şəxs onun anası, Şahid3 isə bacısıdır, hər iki şəxslə münasibəti normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin avqust ayının əvvəllərində anası Zərərçəkmiş şəxs ona Bakı şəhərinə gedərkən yolda adını Ali, daha sonra isə Ağa kimi təqdim etmiş şəxslə həmsöhbət olduğunu, həmin şəxsin Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissələrin birində işlədiyini, zabit olduğunu, onu Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hospitala mühafizəçi işinə düzəldə biləcəyini, lakin bunun müqabilində 5000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs bacısı Şahid3 onun işə düzəlməsi məqsədi ilə lazım olan 5000 manat pulun müəyyən bir hissəsini təşkil etmək üçün Kapital Bank ASC-dən Ayşənin adına kredit götürməyi təklif etmişdir. Bacısı Şahid3 həmin təkliflə razılaşmış və bundan sonra kredit üçün Kapital Bank ASC-nin Ağdam rayon Filialına müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə o, anası Zərərçəkmiş şəxs, eləcə də, bacısı Şahid3yla birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində Kapital Bank ASC-nin Ağdam rayon Filialından bacısı Şahid3 adına 3500 manat kredit götürmüşlər. Bankdan çıxdıqdan sonra anası özünün istifadəsində olan mobil telefonla özünü Ali kimi təqdim edən şəxslə, yəni sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxslə danışarkən bacısı Şahid3 anasının mobil telefonuyla həmin şəxslə danışıb həyat yoldaşının vaxtsız vəfat etdiyini, himayəsində azyaşlı övladının olduğunu, həmin şəxsə göndəriləcək pulun kredit yoluyla özünün adına götürüldüyünü bildirib onun işə düzəlməsiylə bağlı məsələnin mümkün olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bacısı Şahid3 onu tezliklə mühafizəçi kimi işə düzəldəcəyini söyləyib bacısına narahat olmamağı bildirmişdir. Daha sonra anası Zərərçəkmiş şəxs Ağdam rayonu Quzanlı qəsəbəsində Kapital Bank ASC-nin Ağdam rayon Filialının qarşısında yerləşən ödəmə terminalı vasitəsilə 3500 manat pulu Təqsirləndirilən şəxs söylədiyi 4169 7388 5727 7010 seriya nömrəli kartın balansına göndərmişdir. Bundan bir neçə gün sonra o, əvvəllər anası Zərərçəkmiş şəxs tərəfindən alınmış və ümumi ailə təsərrüfatlarına aid olan bir neçə baş qoyunu Ağcabədi rayonu ərazisində yerləşən “Mal bazarı”na apraıb orada satmaqla əldə etdiyi 1500 manat pulu da, anası Zərərçəkmiş şəxs vermişdir. Bundan bir neçə gün sonra 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə anası Zərərçəkmiş şəxs onun sənədlərini və 1500 manat pulu da, kiminsə vasitəsilə Təqsirləndirilən şəxs çatdırmışdır. Bununla da, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün ümumilikdə 5.000 manat məbləğində pul vermişdir. Lakin sonradan Vüsal onu vəd etdiyi işə düzəltməmişdir. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Vüsal adlı şəxsə ümumilikdə 5000 manat məbləğində pulu onu Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən hospitalda mühafizəçi vəzifəsinə işə düzəltmək məqsədilə vermişdir. O, işə düzəlmək üçün rəsmi olaraq hansı quruma müraciət etməyin lazım olduğunu bilmədiyindən işə düzəlmək məqsədilə heç bir yerə müraciət etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs onun işə düzəlməyi üçün 5000 manat pul vermək lazım olduğunu dedikdə onlar Vüsala inanmışlar. O, Təqsirləndirilən şəxslə işə düzəlməsi barədə və ya hansısa məqsədlə görüşüb söhbət etməmişdir. Amma Təqsirləndirilən şəxs təxminən 2023cü ilin sentyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə özünün istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən onun istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəyə zəng edərək onun mühafizəçi kimi geyinəcəyi xidməti formanı iki gün sonra Bərdə şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu Korpusundan götürə biləcəyini bildirmişdir. Lakin sonralar o, həmin mobil nömrəyə zəng edib əlaqə saxladıqda Təqsirləndirilən şəxs xidməti formanın hazır olmadığını və ya hələ oraya gəlib çatmadığını bildirmişdir. Bacısı Şahid3 onun işə düzəlməsi üçün Kapital Bank ASC-nin Ağdam rayon Filialından götürmüş olduğu 3500 manat krediti hazırda anası Zərərçəkmiş şəxs ödəyir. Eləcə də, Təqsirləndirilən şəxs veriləsi 1500 manat pulu əldə etmək üçün satdığı qoyunlar da, anası Zərərçəkmiş şəxs vəsaiti hesabına alınmış və ailə başçısı anası sayıldığından həmin qoyunları satıb əldə etdiyi 1500 manat pul da, anasına məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmşdir ki, Zərərçəkmiş şəxs təxminən iki ildir tanıyır, münasibətləri normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs onun işlədiyi “Zəka” məktəb ləvazimatları satışı mağazasına gəlib orada ona içərisində kağızlar olan şəffaf rəngli paket qovluq verərək bir nəfərin gəlib həmin qovluğu ondan götürəcəyini söyləmişdir. Lakin Zərərçəkmiş şəxs həmin qovluqda konkret olaraq hansı sənədlərin olduğunu və kimə çatacağını deməmişdir. Bundan bir gün sonra əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxs oraya gəlmiş və Nərgizin mağazaya qovluq qoyduğunu bildirmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs ona verdiyi qovluğu həmin şəxsə vermişdir. Ancaq həmin şəxsin siması hazırda yadında olmadığından həmin şəxsi xatırlamır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona verdiyi qovluğun içərisində pul olub-olmadığını bilməmişdir. Həmin qovluq şəffaf rəngli olsa da, arasında sənədlər olduğundan orada sənədlərin arasında pul olsa belə, o, həmin pulu görə bilməzdi. Zərərçəkmiş şəxs həmin qovluğu ona verdikdə qovluq bağlı vəziyyətdə olmuşdur və o, qovluğun içərisində nə olduğuna baxmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli №2024/111/2322 nömrəli məktubla daxil olmuş çıxarışa və diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx"a aid 4169 7388 5727 7010 seriya nömrəli “Birkart cashback plus” plastik bankomat kartının balansına xx.xx.2023-cü il tarixdə ümumilikdə 3500 manat pul mədaxil olunmuş və həmin pullar 2000 manat və 1500 manat olmaqla xx.xx.2024-cü il tarixdə saat 11:36-dan saat 11:39-dək A0180066 nömrəli ATM vasitəsilə məxaric olunmuşdur. Həmin pulları məxaric edən şəxsin fotogörüntüsünə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirən zaman Zərərçəkmiş şəxs fotogörüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra həmin diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman Təqsirləndirilən şəxs fotogörüntülərdəki şəxsin özü olduğunu, həmin 3500 manat pulu onun kartına Zərərçəkmiş şəxs köçürdüyünü və həmin pulları Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ömər market”in qarşısında yerləşən ATM-dən məxaric etməsini bildirmişdir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 29.178.2.2, 32.4, 312.2, 333.3, 66.2 və 68.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 6 ay azadlıqdan məhrumetmə cəzasına və 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmış, xx.xx.2020-ci ildə İsmayıllı rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 240 saat ictimai işlər ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Ağayev X5 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib. Bundan başqa Ağayev X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş və həmin tarixdə də, cinayət işi üzrə icraat dayandırılmışdır. -İsmayıllı rayon icra hakimiyyəti başçısının Həftəsov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -Ağcabədi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanaraq qismən toplamaq yolu ilə, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, yəni 01 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 08 iyun 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əmələrin əlamətləri ilə CM-nin 178.1ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2021-cü il təvəllüdlü X8 olması onun Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, onlara Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 03 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəza çəkmə müddətinin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut Kapital Bank ASC-dən daxil olmuş 01 ədəd CD disk və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mobil telefon danışıqlarının və səsli mesajlarının audioyazısını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd edilən cəza növünü seçərkən onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən mülki cavabdeh Təqsirləndirilən şəxs garşı mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində ona dəymiş 5000 manat məbıləğində maddi zərərin əvəzi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısialınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Cinayət Prosessual Məcəlləsinin 181.5-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Cinayət Prosessual Məcəlləsinin 187.1.-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Beləliklə də, mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs 5000 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 03 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkməsinin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar- Kapital Bank ASC-dən daxil olmuş 01 ədəd CD disk və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mobil telefon danışıqlarının və səsli mesajlarının audioyazısını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş 5000 (beş min) manat maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-27/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-27/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver