Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-27/2025 15.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, 14 avqust 1994-cü ildə Ağdam rayon Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, TVM İnşaat MMC-də elektrik vəzifəsində işləyən, məhkumluğu olmayan, Ağdam rayon Çəmənli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində yeznəsi Zərərçəkmiş şəxs onun yaşadığı Ağdam rayon Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında bacısı X5 döydüyünə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə sifət nahiyəsinə zərbə endirərək sonuncunun sol bazunun orta 1/3-nin ön bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, üst çənədə sağda 6-cı və 1-ci dişdə travmatik pulpit, 1-ci dişin laterial hissəsində çatı, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ailə üzvləri ilə birlikdə Ağdam rayon Çəmənli kəndində yaşayır. Zərərçəkmiş şəxs yeznəsidir, X7 bacısıdır, onlarla əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2012-ci ilda bacısı Mehdiyeva X6 Üzeyir Bəhmən oğlu ilə rəsmi olaraq ailə həyatı quraraq birlikdə Ağdam rayonu, Çəmənli kəndindəki evdə yaşamağa başlamışlar. Həmin nikahdan 2 övladları dünyaya gəlmişdir. Həmin vaxtdan Üzeyirlə Gülünarə arasında söz söhbətləri olmuşdur. Buna səbəb sözlərinin üst üstə düşməməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə o bayramla əlaqədar bacısı Gülünarənin yaşadığı evə qonaq getmişdir. O, Gülünarə və Xəyalla birlikdə yemək yedikdən sonra Gülünarə ona anası Rənanın xəstə olduğu üçün yaşadığı evə gedib bayramını təbrik etmək istədiyini bildirdikdə Üzeyir ona etiraz etməmişdir və getməyini bildirmişdir. Bundan sonra o Gülünarə ilə birlikdə anası Rənanın yaşadığı ünvana getmişdir və onun bayramını təbrik etmişlər. Həmin gün saat təxminən 23 radələrində Gülünarəni yaşadığı evə aparmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman bacısı Gülünarə ona telefonla zəng edərək Üzeyirin onu döyməsini və gəlib onu aparmağını, əks təqdirdə intihar edəcəyini bildirmişdir. Həmin vaxtı Hüseyn də yaşadığı evdə olmuşdur. Lakin ona heç bir söz demədən bacısı Gülünarənin yaşadığı evə getmişdir. Bundan bir qədər sonra Hüseyn də ora gəlmişdir. O, Üzeyirdən nə baş verdiyini soruşduqda Üzeyir onunla mübahisə etmişdir və mübahisə zamanı yumruqla Üzeyirin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı bacısı Gülnarə və Hüseyin onları aralaşdırmışdır. Bundan sonra o Gülünarəni və övladlarını götürüb yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə o işdə olan zaman Gülünarə övladları ilə birlikdə yaşadıqları evə gedərək heyvanları və öz əşyalarını götürərək onun yaşadığı evə gətirmişdirlər. O, həmin vaxtı orada olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə bacısı Gülnarənin yaşadığı Ağdam rayonu, Çəmənli kəndindəki evdə baş vermişdir. Hamin vaxtı orada o, Hüseyn, bacısı Gülünarə və yeznəsi Üzeyir olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs tamamilə yalan dediyini, xx.xx.2025-ci il tarixdə o işdə olan zaman Gülünarə övladları ilə birlikdə yaşadıqları evə gedərək heyvanları və öz geyim əşyalarını götürərək onun yaşadığı evə gətirmişlər. O, həmin vaxtı orada olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmamışlar, məhkəmədən ona cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun arvadıdır, onlar 2012-ci ildə rəsmi ailə həyatı quraraq birgə nigaha daxil daxil olmuşlar və birgə nigahlarından iki övladları dünyaya gəlmişdir. Gülünarə ilə ailədaxili münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə qaynı Xəyal arvadı Əfsanə ilə birlikdə “Yeni il” bayramı ilə əlaqədar onlara qonaq gəlmişdir. Onlar birlikdə yemək yedikdən sonra Gülünarə ona anası Rənanın xəstə olduğu üçün yaşadığı evə gedib bayramını təbrik etməsini bildirdikdə o, Gülnarənin anasının evinə getməsinə razı olmuşdur. Bundan sonra Gülünarə qardaşı Xəyalla birlikdə anasının evinə getmişdir və həmin gün saat təxminən 23 radələrində yaşadığı evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman arvadı Gülnarəyə ona məxsus olan köynəyinin sökülən hissəsini tikməsini bildirmişdir və Gülünarə tikməyəcəyini bildirmişdir. O, Gülnarədən nəyə görə köynəyini tikməməsini soruşduqda Gülnarə ona demişdir ki, yaxşı edirəm. Bu zaman o əsəbiləşərək Gülünarənin yaxasından tutub silkələyərək divana tərəf itələmişdir və o, da divanın üzərinə yıxılmışdır. Bundan sonra o dayanmışdır və başqa heçnə etməmişdir. Bundan sonra Gülünarə evin arxa otağına keçərək qardaşı Xəyala telefonla zəng edərək gəlib onu aparmasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra qaynı Təqsirləndirilən şəxs və bacanağı Şahid2 yaşadığı evə gəlmişlər. Bu zaman Xəyal ondan nə baş verdiyini soruşduqda ona hadisəni izah etmişdir və bildirmişdir ki, “bacına deyirəm mənim köynəyimi tik, o isə tikməyəcəyini bildirdiyini və səbəbini soruşduqda yaxşı edirəm” dediyini Xəyala bildirmişdir. Bu zaman Xəyal ona bacısının yaxşı etdiyini demişdir və o da onu və bacısını təhqir etmişdir. Bundan sonra Xəyal yumruqla onun sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərəbələr endirmişdir. Sonra isə arvadı Gülünarə və Şahid2 onları aralaşdırmışdırlar. Sonra isə Xəyal arvadı Gülnarəni və iki azyaşlı övladlarını da götürüb çıxıb getmişdir. Sonradan öyrənmişdir ki. xx.xx.2025-ci il tarixdə arvadı Şahid1, qayınatası İlqar Hacıyev, bacanağı Şahid2, qaynı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumibirgə mülkiyyətdə olan 05 baş iribuynuzlu heyvanı, 3000 manat pul və arvadı Gülünarənin üzüyü və məişət əşyalarını götürüb aparmışlar. O da döyülməyi ilə bağlı xx.xx.2025-ci il tarixdə Ağdam RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində baş, dodaq, sifət və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisə yaşadığı Ağdam rayonu, Çəmənli kəndindəki evində baş vermişdir. Həmin vaxtı orada o, arvadı Gülünarə, Xəyal və Hüseyn olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. Gülnarənin ərizə və ifadəsində göstərdiyi xüsusatlar yalandır, hadisə zamanı o Gülünarənin yaxasından tutub silkələyərək divana tərəf itələmişdir və o, da divanın üzərinə yıxılmışdır, lakin onu vurmamışdır. Həmin vaxtı orada yalnız ikisi olmuşdur, başqa heç kim olmamışdır. O, həmin vaxtı Gülnarəni vurmadığını, ona əsəbiləşdiyindən yaxasından tutaraq əli ilə itələmiş, Gülnarə divanın üzərinə yıxılmışdır. Yəqin ki, Gülnarə həmin vaxtı divanın üzərinə yıxılan zaman xəsarət almışdır. MTE və PA birliyi publik hüquqi şəxsin Bərədə rayonu şöbəsində tibbi ekspertizadan keçən zaman o, əsəbi olduğundan belə demişdir, onu həmin vaxtı qaynı Xəyal sifət nahiyəsindən yumuqurla vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı Xəyal onu yumuruqla sifət nahiyəsindən vurduqda yerə yıxılmışdır və həmin vaxtı ayaq nahiyələrindən fiziki ağrılar hiss etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. 2012-ci ildə mən Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı quraraq birlikdə Ağdam rayonu, Çəmənli kəndindəki evdə yaşamağa başlamışlar. Həmin nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Həmin vaxtdan Üzeyirlə aralarında söz söhbətlər olmuşdur. Buna səbəb sözlərinin üst üstə düşməməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs bayramla əlaqədar yaşadıqları evə qonaq gəlmişdir. O, Üzeyir və Xəyalla birlikdə yemək yedikdən sonra Xəyala anası Rənanın xəstə olduğu, buna görə də onun yaşadığı evə gedib bayramını təbrik etmək istədiyimi bildirdikdə Üzeyir ona etiraz etməmişdir və getməyini bildirmişdir. Bundan sonra o qardaşı Xəyalla birlikdə anası Rənanın yaşadığı ünavan getmişdir və onun bayramını təbrik etmişdir. Həmin gün saat təxminən 23 radələrində yaşadıqları evə gələndə Üzeyir ona evə gec gəldiyini bildirərək onunla sözlü mübahisə etmişdir. Lakin Üzeyirə heç bir cavab verməmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman Üzeyir ona paltarını tikməyini bildirmişdir və bir neçə dəqiqə sonra yenidən gələrək yumruqla sağ göz və baş nahiyəsindən bir dəfə sonra isə təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq zərbələr endirmişdir və nəticədə o fiziki ağrı hiss etmişdir. Bundan sonra o qardaşı Xayala telefonla zəng edərək gəlib onu aparmasını, əks təqdirdə intihar edəcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Xəyal yaşadığı evə gəlmişdir. Bundan bir neçə dəqiqə sonra Hüseyn də ora gəlmişdir. Həmin vaxtı Üzeyir Xəyalla mübahisə etdi və bu zaman Xəyal bir dəfə Üzeyirin sifət nahiyəsindən yumruqla vurdu. Bu zaman o Hüseynlə birlikdə onları aralaşdırmışdır. Bundan sonra Xəyal onu və uşaqlarını da oradan götürüb onun yaşadığı evə getmişlər. O, əvvəl övladlarına görə şikayət etmək istəmədiyi üçün müraciət etməmişdir. xx.xx.2025-ci il tarixdə bu barədə Ağdam RPŞ-yə ərizə ilə müraciət etmişdir. Gülnarə Mehdiyeva daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində baş, sağ göz, sol ayaq və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisə yaşadığı Ağdam rayonu, Çəmənli kəndindəki evimdə baş vermişdir. Hadisə zamanı orada o, qardaşı Xəyal, qohumu Hüseyn və əri Zərərçəkmiş şəxs olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməmişdir. O, hadisə zamanı heç kimə xəsarət yetirməmişdir. Üzeyirin ifadəsində göstərdiklərinin yalan olduğunu, oradan apardığı heyvanları atası İlqar Hacıyev ona hədiyə olaraq verdiyindən buna görə həmin heyvanları özü ilə aparmışdır, bundan başqa evdən özünə və uşaqlarına aid paltarları aparmışdır, lakin oradan 3000 manat pul, özünə məxsus qızıl üzüyü və məişət əşyalarını aparmamışdır. Hadisə vaxtı orada olan onun azyaşlı övladı Şahid3 şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, babası X9, nənəsi X8, anası X7, dayısı Təqsirləndirilən şəxs və qardaşı Kənan ilə birlikdə yaşayır və Ağdam rayon Çəmənli kənd tam orta məktəbində 6-cı sinifdə təhsil alır. Zərərçəkmiş şəxs doğma atasıdır, Gülnarə Mehdiyeva isə doğma anasıdır, onların aralarında tez-tez mübahisələr olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində yaşadıqları evdə olan zaman atası Üzeyirlə anası Gülnarə mübahisə etməyə başlamışdırlar. Bu zaman atası anasını döyməyə başlamışdır. Bundan sonra anası telefonu götürüb dayısı Xəyala zəng edərək atasının onu döydüyünü və buna görə də onu gəlib aparmasını bildirmişdir. Bundan bir qədər sonra dayısı Xəyal onlara gəlmişdir. Bundan bir neçə dəqiqə sonra kirvəsi Hüseyin də gəlmişdir. Həmin vaxtı atası dayısı Xəyalla mübahisə etməyə başlamışdır və onu söyüb təhqir etmişdir. Bu zaman onlar dalaşmağa başlamışdır və bu zaman dayısı Xəyal atasını bir dəfə yumruqla sifətindən vurmuşdur. Bu zaman anası onları aralaşdırmışdır. Bundan sonra atası yenidən dayısının üzərinə hücum çəkərək onu vurmaq istəmişdir. Həmin vaxı kirvəsi Hüseyn həyətdə onları yenidən dalaşmağa qoymamışdır. Bu zaman dayısı anasını və onları götürüb öz yaşadığı evə aparmışdır. xx.xx.2025-ci il tarixdə anası ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin vaxtı anası ilə birlikdə tövlələrində olan 5 baş heyvanı arabaya bağlamışlar və o həmin heyvanları sürüb babası İlqarın yaşadığı evin həyətinə aparmışdır. Anası isə özünə və onlara məxsus geyim əşyalarını yığaraq aparmışdır. Şahid3 daha sonra ifadəsində göstərmişdir ki, heyvanları və digər geyim əşyalarını aparmağa gedən zaman orada anası ilə özü olmuşdur, başqa orada heç kim olmamışdır. Atasının yalan dediyini, həmin vaxtı anası Gülnarə oradan 3000 manat pul və qızıl üzük götürməmişdir. Yalnız qeyd etdiyi əşyaları və 5 baş heyvanı aparmışlar. Həmin heyvanları da onlara babası İlqar hədiyə olaraq vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, Təqsirləndirilən şəxs isə qohumudur, həmçinin Üzuyrin uşaqlarının kirvəsidir. xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində Xəyalgilə qonaq getmişdir. Orada olan zaman Gülnarə Xəyala telefonla zəng edərək Üzeyirin onu döydüyünü və gəlib onu aparmasını bildirmişdir. Buna görədə Xəyal onların yaşadığı evə getmişdir. O, Xəyalla Üzeyirin arasında dava-dalaş olmasın deyə onların arxasınca ora getmişdir. O, ora çatanda görmüşdür ki, Xəyalla Üzeyir dalaşıblar və onlar yenidən dalaşmaq istədikdə Gülnarə ilə onları yenidən dalaşmağa qoymamışdır və onları aralaşdırmışdırlar. Həmin vaxtı Üzeyir Xəyalın onu yumruqla sifət nahiyəsindən vurduğunu bildirmişdir. Bundan sonra Xəyal bacısı Gülnarəni uşaqları ilə birlikdə götürüb yaşadığı evə aparmışdır. O da oradan çıxıb öz evinə getmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, Üzeyirin ifadəsində göstərdikləri yalandır, heyvanların və digər əşyaların aparılması zamanı orada olmamışdır. Onun bu barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Məhkəmə-tibb ekspertizanın xx.xx.2025-ci il tarixli 07 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bazunun orta 1/3-nin ön bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, üst çənədə sağda 6-cı və 1-ci dişdə travmatik pulpit, 1-ci dişin laterial hissəsində çat küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 283 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Çəmənli inzibati ərazi dairəsinin Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən və iş yerindən müsbət xarakterizə olunmuşdur. -Cinayət işinin materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında», «X2 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Presedentlərinin Tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5 saylı Qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdədir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosessində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhs məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslığını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Hark Niderlanda qarşı” işi üzrə qərarın “51(b)” bəndində qeyd etmişdir ki,ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxartdığı qərarları əsaslandırsın- bu, o demək deyildir ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” işüzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X12rşı” işüzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59-1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, həmçinin onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, hesab edir ki, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin etməklə daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, hazırkı iş üzrə “xüsusi müsadirə” məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2ci maddələrində: «məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Xüsusi müsadirə”nin tətbiqinə zərurət yoxdur. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan müdafiəçi T,S,Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 06 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 60 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-27/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-27/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver