Məhkəmə qərarları › İş №1(013)-28/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-28/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-28/2024 03.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhəri, Xanlar küçəsi ev 15-də qeydiyyatda olmalqa, Ağdam rayonu, Kəlbahüseynli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1(bir) ədəd üzərində BLACK CARBON yazısı olan siqaret qutusundakı 1(bir) ədəd gümüşü rəngli və 01 (bir) ədəd qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 1,620 qram, ümumi təmiz çəkisi 1,787 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib 27 fevral 2024-cü il, saat 20:59-dək, yəni Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayonu, Kəlbahüseynli kəndi ərazisində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülənədək qəsdən satış məqsədi ilə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni narkotik vasitə olan metamfetamin saxlanılmasında özünü təqsirli bildiyini, lakin narkotik vasitə olan metamfetamin satış məqsədi ilə saxlanılmasında özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, özü 1 ildir narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Üçoğlan kəndi istiqamətindən yaşadığı Ağdam rayonu, Kəlbahüseynli kəndinəki evinə piyada gedən zaman yolun kənarında 01 ədəd üzərində “Carbon Black” yazısı olan üst hissəsi kəsilmiş vəziyyətdə olan siqaret qutusunu görmüş və qutunu götürüb içərisinə baxan zaman qutunun içərisində 02 ədəd biri qara rəngli digəri gümüşü rəngi büküm olduğunu, həmin bükümlərin içərisində ağ rəngli maddə olduğunu görmüş, həmin maddələrin psxitorop tərtkibli maddə olan metamfetamin olduğunu bildiyi üçün həmin içərisində bükümlər olan qutunu götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və yaşadığı kənd ərazisində yerləşən mağazadan su almaq üçün gedərkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini polis əməkdaşı olduğunu bildirib təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağdam rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilərək təqdim edilmişdir. Sonra da xidməti otaqda hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 02 ədəd bükümdə psixtorop maddə olan siqaret qutusu və ümumilikdə 6 ədəd ödəniş qəbzləri aşkar edilmişdir. Həmin maddələr və qəbzlər müvafiq qaydada götürülərək qablaşdırılmış, onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Baxış zamanı başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Müvafiq protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamin ona məxsusdur, şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Üçoğlan kəndi istiqamətindən yaşadığı Ağdam rayonu, Kəlbahüseynli kəndinəki evinə piyada gedən zaman yolun kənarında tapdığını və şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2021-ci ildən də tutduğu vəzifədə xidmət edir, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə ona Ağdam şəhəri, Xanlar küçəsi ev 15-də qeydiyyatda olmaqla, Ağdam rayonu, Kəlbahüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlamasında və alqı-satqısında şübhəli olması barədə məlumat daxil olmuşdur. Ona görə də, həmin məlumat şöbənin rəhbərliyinə məruzə edərək tərəfindən xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Ağdam RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək icrası ona tapşırılmışdır. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:25-də Ağdam rayonu, Kəlbahüseynli kəndində olan zaman tərəflərindən saxlanılmış və Ağdam RPŞ-yə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Çərkəz Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onun, Ağdam RPŞ-nin digər əməkdaşları CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid3, KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, videoçəkiliş Şahid2 tərəfindən “Panasonic” markalı videokamera ilə həyata keçirilmişdir. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 2 ədəd qara və gümüşü rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və qabılaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən müxtəlif ödənişlərin əks olunduğu 6 ədəd qəbz aşkar edilmiş, həmin qəbzlər də təhqiqatçı tərəfindən qabılaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və onlar həmin protokola imza etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid qismində eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2024-cü il tarixli, 16/285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 02 ədəd bükümdə narkotik və ya psixotrop maddə hesab olunan kütlənin olduğu 01 ədəd siqaret qutusu" yazı və imzalar olan kağız paketdəki 01 (bir)ədəd üzərində BLACK CARBON yazısı olan siqaret qutusundakı, 01 (bir)ədəd gümüşü kağız bükümdə və 1(bir)ədəd qara kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,167qram, 1,620 qram, ümumi təmiz çəkisi 1,787qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,787 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq – 1,687 qram. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli 666 nömrəli rəyindən göründüyü ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat cərimə cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci ildə cərimə tam ödənilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrıayrılıqda təmiz çəkiləri 0,167 qram,1,620 qram, ümumi təmiz çəkisi 1,787 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspert tədqiqatından sonra qalığı 1,687 qram metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək Ağdam RPŞ-nin müvafiq qurumuna məsul saxlanışa verilmişdir. -Ağdam rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, Quliyev X1 üzrə nümayəndəliyinin Kəlbahüseynli kəndində müvvəqəti məskunlaşmışdır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs ilə əlaqədar belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-cü maddəsi ilə tövsif edilməsi qanuni hesab edilə bilməz, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi ilə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qeyd olunmalıdır ki, cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Cinayət işinin materiallarından görünür ki, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 11 iyun 2024-cü il tarixədək cinayət işi üzrə icraat CM-in 234.1-ci maddəsi ilə davam etdirilmişdir. 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməlinə yenidən hüquqi qiymət verilmiş və onun əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. İstintaq orqanı qərarda Təqsirləndirilən şəxs satış məqsədilə istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1(bir) ədəd üzərində BLACK CARBON yazısı olan siqaret qutusundakı 1(bir) ədəd gümüşü rəngli və 01 (bir) ədəd qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 1,620 qram, ümumi təmiz çəkisi 1,787 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək saxlamış və daşımışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs CM-nin 234.2 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi göstərmişdir. Halbuki Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxlaması hansı sübutlarla təsdiq edilməsinə dair heç bir sübut göstərilməmiş, Təqsirləndirilən şəxs satış faktını və ya niyyətini göstərən hər hansı sübuta istinad edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsindən CM-in 234.2ci maddəsinə tövsif edərkən heç bir mötəbər sübuta istinad etməmişdir. Sübutların qiymətləndirilməsi və daxili inamın formalaşması ilə bağlı məsələlər CPM-nin 145-ci maddəsi ilə tənzimlənir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini vacib bilir. Belə ki, Qanunda göstərilən subyektlərdə daxili inamın formalaşması yalnız iş üzrə toplanmış mötəbər sübutlar və onların qiymətləndirilməsi əsasında gəlinən nəticədir. Göründüyü kimi daxili inam məfhumu «sübutların qiymətləndirilməsi» adlanan maddədə əks olunmuşdur. Sübutları qiymətləndirmək hüququna malik olan subyekt deyə bilməz ki, toplanmış sübutlar bu nəticəyə gəlməyə vadar edir, lakin mən daxili inamıma əsasən hesab edirəm ki, bu belə deyil. Yəni daxili inam toplanmış sübutlar və onların qiymətləndirilməsinin nəticəsində formalaşır. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Daxili inam mötəbər sübutlara əsaslanmadıqda bu təqsirləndirilən şəxsin əməlinin yalnış tövsif edilməsi ilə nəticələnir. İstintaq orqanı sübutların qiymətləndirilməsində yalnışlığa yol vermiş və Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməmişlər. Qeyd olunanlardan bir daha görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlamış olması yalnız ehtimallara əsaslanmışdır. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin psixotrop maddə olan metamfetamini satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “Ağdam rayonu, Kəlbahüseynli kəndinəki evinə piyada gedən zaman yolun kənarında 01 ədəd üzərində “Carbon Black” yazısı olan üst hissəsi kəsilmiş vəziyyətdə olan siqaret qutusunu görmüş və qutunu götürüb içərisinə baxan zaman qutunun içərisində 02 ədəd biri qara rəngli digəri gümüşü rəngi büküm olduğunu, həmin bükümlərin içərisində ağ rəngli maddə olduğunu görmüş, həmin maddələrin psxitorop tərtkibli maddə olan metamfetamin olduğunu bildiyi üçün həmin içərisində bükümlər olan qutunu götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu” bildirmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, psixotrop maddə olan metamfetamini hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iş materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satmaq niyyətində olmasını və ya satmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının əsaslandığı sübutlar formal xarakter daşımış və Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxlaması yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarmda da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Konstitusiya Məhkəməsi özünün bir sıra Qərarlarında hüquqi mövqe nümayiş etdirərək qeyd etmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1996-cı il tarixli 4 saylı bəndinin tələblərinə görə məhkəmə hökmü mülahizələrə əsaslana bilməz. Hökm iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qeyd olunan Qərarın 6-cı bəndində göstərilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsə bəraət qazandıran və onu ifşa edən sübutlara qiymət verilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə ibtidai istintaq orqanı mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşıyaraq üzərində saxlamasını onu satmaq niyyətinin olması barədə nəticəyə gəlmiş, ibtidai istintaq orqanın bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə səbəb olmuşdur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən səmimi peşmançılığını, onun məcbiri köçkün və ikinci Qarabağ müharibəsinin veteranı olması və dövlət tərəfindən onun “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medları ilə təltif edilməsi, habelə onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və ailə üzvü olan atası X4 birinci Qarab müharibəsində ikinci qrub müharibə əlili olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməli, iş üzrə maddi subutlar- ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram,1,620 qram, ümumi təmiz çəkisi 1,787 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspert tədqiqatından sonra qalığı 1,687 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatın dəyəri 30,40 manat ondan tutulmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Ağdam rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut- ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram,1,620 qram, ümumi təmiz çəkisi 1,787 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspert tədqiqatından sonra qalığı 1,687 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar