Məhkəmə qərarları › İş №1(013)-28/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-28/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-28/2025 29.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası Şəki şəhərində anadan olan, ailəli, orta təhsilli, məhkum olunmamış, Qax rayonu Marsan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu X5 Yaşayış Massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixli, QT-002/2024 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC-ə icarə verdiyi, 2008-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı maz yük yəhərli dartıcı texnikaya icarəyəverən olaraq işçilərin təhlükəsizliyini təmin etmək və digər qanunvericlik aktları ilə müəyyən edilmiş texniki təhlükəsizlik üzrə lazımi tədbirlər görmək və riayət etmək, icarəçinin düşərgəsində və tikiniti ərazisində olduğu müddətdə bütün təhlükəsizlik qaydalarına riayət etmək, özünün və ya sürücüsünün təqsiri ilə baş verə biləcək istənilən hadisəyə görə məsuliyyət daşımaqla texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırma aparılması işlərinə və təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxs olmaqla “Avtomobil nəqliyyatında əməyin mühafisəzi qaydaları”nın 2.13, 13.1.2, 13.1.14-cü bəndlərinə əsasən avtomobillərə xidmət göstərilən işlərin təhlükəsiz aparılması metod və üsulları barədə təlim keçmək, bilikləri yoxlanılmaqla həmin növ işlərə cəlb etməli və “Maz” qoşqu markalı yük avtomobilinin kuzovunda təmir işləri aparılması zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsini təmin etməli olmasına baxmayaraq qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyib 2024-cü ilin avqust ayının sonlarında əmək müqaviləsi bağlamadan qeyd olunan işlərin yerinə yetirilməsinə sürücü kimi cəlb etdiyi Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlar keçmədən işə qəbul etdikdən sonra təhlükəsizlik tələblərinə zidd olan üsul ilə, yəni qoşqunun qaldırıcı yastıqlarının havasını əli ilə tənzimləməsinə şərait yaradıb təhlükəsizlik qaydalarını pozmuş, bu səbəbdən sonuncu 07 sentyabr 2024-cü il tarixdə, saat 12-00 radələrində Ağdam Rayon Mərzili kəndi ərazisində yük boşaldarkən qoşqunun qaldırıcı yastıqlarının havasını əli ilə tənzimləyərkən Zərərçəkmiş şəxs tərəfindən düymədən istifadə edilməsi zamanı qaldırcı və endirici düymələrin yerinin səhv olması səbəbilə qoşqunun kuzovu sol əlinin üzərinə düşmüş, nəticədə Zərərçəkmiş şəxs sol əlin əzilmiş-cırılmış yaraları, İİİ-İV-V barmaqların proksimal falanqlarının əsasının sınığının redukisyası, millərlə osteosintezi, V daraq sümüyün distal ucunun sınığının reduksiyası, milərllə osteosintezi, İİ, İİİ, İV, V barmaqların yetərli açıcı və bükücü kontrakturası, kəskin funksional pozğunluğu, dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (50 %) itirilməsinə səbəb olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarət almasına, yəni ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Qeyd etdi ki, 2008-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı maz yük yəhərli dartıcı texnikanı idarə edilməsi üçün Zərərçəkmiş şəxs icarəyə vermişdir. Zərərçəkmiş şəxs həmin nəqliyyat vsitəsini idarə etmək üçün sürücülük kateqoriyası olmamışdır. Baş vermiş hadisədə Zərərçəkmiş şəxs zərər çəkmişdir. Zərərçəkmiş şəxs bütün zərər xərclərini ödəmiş, ounla razılıq əldə etmişdir. Baş verənlərdən peşmandır, nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü il tarixli, QT-002/2024 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC-yə 2008-ci il buraxılışlı, **-FR-*** dövlət qeydiyyat nişanlı maz yük yəhərli dartıcı texnikanı icarəyə vermişdir. Müqaviləyə əsasən görülən işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına cavabdeh şəxs kimi özü olmuşdur. İşləri çox olduğu üçün özü köməkçi sürücü götürmək qərarına gəlmişdir. Bunun üçün əvvəldən tanıdığı Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Turalla danışdıqda Ağdamda iş olduğunu, birlikdə gedib onunla işləyəcəyini bildirmişdir. Turala ona məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı maz yük avtomobili ilə yük daşımasını hər reysi üçün 20 manat verəcəyini bildirmişdir. Tural isə onunla razılaşmışdır. Ancaq Turalla onun arasında hər hansı əmək müqaviləsi bağlanmamış və onun tərəfindən ona texniki təhlükəsizlik üzrə təlimat izah edilməmişdir. Şahid1 Əhmədzadə Zərərçəkmiş şəxs onunla işlədiyini bilmişdir. Şahid1 Əhmədzadə şirkətdə Şahid2 köməklik göstərmişdir. xx.xx.2024-cü il tarixdə Şahid1la Ağdam rayonu Şelli kəndi ərazisində olarkən şirkətdən adını unutduğu işçi Şahid1 zəng edərək Zərərçəkmiş şəxs əlinin maz markalı avtomobilin kuzasının arasında qaldığını bildirmişdir. Bundan sonra onlar dərhal Turalın yanına getmişlər. Ancaq onlar Şahid1la ora çatdıqda Turalı Ağdam Rayonu Mərkəzi Xəstəxanasına apardıqlarını öyrənmişlər. Hadisənin konkret olaraq Ağdam rayonu Mərzili kəndi yaxınlığında "xxxx" Şirkətinin tikinti sahəsində, karxanada yük boşaldan zaman baş verdiyini və hadisə baş verən zaman Turalın yanında heç kim olmadığını, hadisənin baş verməsinə səbəb ona məxsus **- FR-*** dövlət qeydiyyat nişanlı “MAZ qoşqu” markalı avtomobilin enşesinin tərs qoşulması olduğunu, belə ki, bütün “MAZ qoşqu” markalı avtomobillərin enşesinin eyni cür hərəkət olunduğunu, ancaq ona məxsus avtomobildə olan enşenin tərs qoşulduğunu, mazın kuzovunu qaldırmaq və endirmək üçün istifadə olunan düymələrin üzərində işarələr olduğunu, həmin kuzovu endirmək üçün istifadə olunan düymənin üzərində aşağı xətlə ox işarəsi, qaldırmaq üçün istifadə olunan düymənin üzərində isə qalxmış vəziyyətdə olan kuzov işarəsi olduğunu, ancaq həmin düymələrdən aşağı ox işarəsi olan düymənin kuzovu yuxarı qaldırdığını, digər düymənin isə kuzovu aşağı endirdiyini, o, isə bu barədə rəsmi olaraq Zərərçəkmiş şəxs təlimatlandırmadığını, "xxxx" MMC ilə onun arasında QT-002/2024 saylı icarə müqaviləsində adının qarşısındakı imzanın ona məxsus olduğunu, maddi vəziyyəti yaxşı olmadığı üçün yaşayış yerinin daimi olmadığını, işilə əlaqədar olaraq müxtəlif ünvanlarda yaşadığını, bunun üçün də heç bir rəsmi çağırış barədə heç bir məlumatı olmadığını bildirmişdir. Əməlini könüllü olaraq etiraf etmişdir. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmişə ona kömək edib, hazırda da onunla bir yerdə işləyir. Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs ona hər cür kömək etmiş, müalicələrinin xərclərini ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərindən tanıdığı, soyadını və ata adını bilmədiyi Röyal adlı şəxsi təxminən 2 ildir ki, tanıyır. Təxminən 2024-cü ilin avqust ayının sonlarında Röyal ona onunla Ağdam rayonunun işğaldan azad olunmuş hissəsinə gedib orada işləməyi təklif etmişdir. Razılaşmış və 2024-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı gündə Ağdam rayonuna getmişlər. Orada Röyalın tanışı olan Şahid1 adlı şəxs onlara orada yükdaşınma işlərini həyata keçirəcəklərini bildirmişdir. Röyal isə onunla əmək müqaviləsi bağlamadan onu işə cəlb etmişdir. Orada Röyal adlı şəxsə məxsus olan “MAZ qoşqu” markalı, dövlət qeydiyyat nişanının sonu 391 olan texnika ilə yükləri daşımışdır. Ancaq cəriməsi olduğundan o, 2023-cü il tarixdən sürücülük hüququndan məhrum edilmişdir. Onun sürücülük hüququndan məhrum olduğu barədə Röyala heç bir məlumat verməmişdir. Röyal isə ona hər reys üçün 20 manat pul ödəmişdir. Röyalla əmək müqaviləsi olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 12-00 radələrində Ağdam rayonu Mərzili kəndi yaxınlığında karxanada “Maz qoşqu” markalı texnikanın yükünü boşaltdığı zaman qoşqunun qaldırıcı yastıqlarının havasını tənzimlədiyi zaman qoşqunun kuzovu sol əlinin üzərinə düşərək əlini sıxmış və sol əli kuzovla rama arasında qaldığından sol əlin çoxqəlpəli preslənmiş sınığı xəsarətini almışdır. Daha sonra oraya gələn adını xatırlamadığı, türk milliyyətindən olan əməkdaşlar onun əlini həmin sıxışmış yerdən çıxarmağına kömək etmişlər. Daha sonra onun qeyri rəsmi olaraq işçi kimi fəaliyyət göstərdiyi "xxxx" Şirkətinin təcili yardım maşını ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərinə X2 şöbəsinə aparmışlar. Hadisə nəticəsində hal-hazırda sol əlini işlədə bilmir. Tamamilə sol əlinin iş qabiliyyətini itirmişdir. Onun şikayəti Təqsirləndirilən şəxsdır. Hadisənin konkret olaraq Ağdam rayonu Mərzili kəndi yaxınlığında "xxxx" Şirkətinin tikinti sahəsində karxanada yük boşaldan zaman baş verdiyini və hadisə baş verən zaman ətrafda heç kim olmadığını, hadisənin baş verməsinə səbəb Röyala məxsus “MAZ qoşqu” markalı avtomobilin enşesinin tərs qoşulması olduğunu, belə ki, bütün “MAZ qoşqu” markalı avtomobillərin enşesinin eyni cür hərəkət olunduğunu, ancaq Röyalın avtomobilində olan enşenin tərs qoşulduğunu, mazın kuzovunu qaldırmaq və endirmək üçün istifadə olunan düymələrin üzərində işarələrin olduğunu, həmin kuzovu endirmək üçün istifadə olunan düymənin üzərində aşağı xətlə ox işarəsi, qaldırmaq üçün istifadə olunan düymənin üzərində isə qalxmış vəziyyətdə olan kuzov işarəsi olduğunu, ancaq həmin düymələrdən aşağı ox işarəsi olan düymə kuzovu yuxarı qaldırdığını, digər düymənin isə kuzovu aşağı endirdiyini, Röyal isə ona bu barədə rəsmi olaraq təlimat keçmədiyini, o, iş prosesində hər-hansı geyim əşyaları ilə təmin edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Əhmədzadə Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə maşının təmiri üçün getmişlər, Zərərçəkmiş şəxs xəsarət almasını eşidib geri qayıtmışlar. Zərərçəkmiş şəxs Ağcabədi Rayon xəstəxanasına aparılmış, sonra isə Bakı Şəhərinə aparılmışdır. Zərərçəkmiş şəxsla əmək müqaviləsi olmamışdır. R.Əhmədzadə istintaq orqanına verdiyi ifadəsində qeyd etmişdir ki, “Qərbtransport MMC”-də sürücü işləyir. “Qərbtransport MMC” ilə onun arasında əmək müqaviləsi bağlanmışdır. İşçilərə gündəlik olaraq təlimat keçirilməmişdir. xx.xx.2024-cü il tarixdə o, Röyal ilə Ağdam rayonu Şelli kəndində olarkən, "xxxx" Şirkətinin adını tanımadığı əməkdaşı mobil nömrəsinə zəng edərək sürücünün əlinin “Super Maz”-ın kuzasında qaldığını və yaralandığını bildirmişdir. Röyal isə yarlanan şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Dərhal Turalın yaralandığı yerə getmişlər. Ora çatdıqda onlara Turalın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişlər. Bildiyi qədəri ilə Röyalla şirkət arasında əmək müqaviləsi bağlanmış, ancaq Turalın isə hər-hansı əmək müqaviləsi olmamışdır. Tural Röyalın yanında olmuş və onun işlərinə kömək etmişdir. Turalla onun hər hansı şəxsi münasibəti olmamış, onu Röyalın yanında olan işçi kimi tanımışdır. Zərərçəkmiş şəxs xəsarət almağına səbəb özünün diqqətsizliyi olmuş, iş zamanı işçilərin əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edən şəxsin özü olduğunu, Zərərçəkmiş şəxs “Qərbtransport MMC”-nin işçisi olmadığı üçün ona texniki təhlükəsizlik qaydalarının izah edilmədiyini, belə ki, onun Röyalın işçisi olduğunu, Turalla onun heç bir münasibəti olmadığını, Zərərçəkmiş şəxs Röyalla heç bir əmək müqaviləsi olmadığını bildiyini, ancaq ona hər reys üçün 20 manat pul ödədiyi barədə heç bir məlumatı olmadığını, Röyala məxsus “MAZ qoşqu” markalı avtomobili gördüyünü, ancaq həmin nasazıqlar barədə heç bir məlumatı olmadığını bildirmişdir. Şahid2 istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, 2024-cü ilin yanvar ayından etibarən “Qərbtransport MMC” şirkəti yaradılmışdır. Həmin şirkət yük daşıma fəaliyyəti ilə məşğul olur, şirkət "xxxx" Şirkəti ilə podrat müqaviləsi bağlayaraq Ağdam rayon ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olur. Həmçinin o, da yük maşını olan ayrı-ayrı şəxslərə icarə müqaviləsi və podrat müqaviləsi bağlayaraq fəaliyyəti həyata keçirir. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs isə hansı formada iş icra etməsi barədə hər hansı məlumatı olmamışdır. Bu səbəbdən o, Zərərçəkmiş şəxs tanımamışdır. Ancaq eşitdiyinə görə Tural iş zamanı xəsarət almışdır. Turalın kimin işçisi olması barədə hər hansı məlumatı olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Bərdə rayonlararası ekspertiza şöbəsinin xx.xx.2024-cü il tarixli, 334 saylı ekspert RƏYi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol əlin əzilmiş-cırılmış yaraları, İİİ-İV-V barmaqların proksimal qalanqalarının əsasının, V daraq sümüyünün distal ucunun yerdəyişmiş sınıqları, İİİ-İV-V barmaqların proksimal qalanqalarının əsasının sınığının reduksiyası, millərlə osteosintezi, V daraq sümüyünün distal ucunun sınığının reduksiyası, millərlə osteosintezi, İİ-İİİ- İV-V barmaqların yetərli açıcı və bükücü kontrakturası, kəskin funskional pozğunluğu küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddət qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin, 50 faizinin itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8435 saylı RƏYindən görünür ki, “Maz qoşqu” yük avtomobilinin kuzovunda təmir işlərinin aparılması zamanı kuzovun düşməsi və ya özü-özünə enməsi imkanını istisna etmək məqsədilə qaldırılmış kuzovun altına xüsusi əlavə dayaq qoyulmaması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə bağlı “Avtomobil nəqliyyatında əməyin mühavizəsi qaydaları”nın 2.13, 13.1.2, 13.1.14 bəndlərinin tələbləri, xx.xx.2024-cü il tarixli, QT-002/2024 saylı icarə müqaviləsinə əsasən həmin vəzifələr həvalə edilmiş fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Qax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-87/2-297/2025 saylı məktubundan görünür ki, Qax RPŞ-də Təqsirləndirilən şəxs barəsində cinayət işi, yaxud başqa təqsirləndirici material olmamışdır. Qax Rayon İcra Hakimiyyəti Başçısının Turaclı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 18 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Marsan kəndində kənd sakini X3 ev təsərrüfatında pasport qeydiyyatındadır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, 3 azyaşlı övladları var. Qax Rayon Mərkəzi Xəstəxanasının 09 yanvar 2025-ci il tarixli, 18-1-50/2-24/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qax RMX PHŞ-nin Poliklinika Şöbəsində ruhi-əsəb, narkoloji xəstəlikləri üzrə dispanser qeydiyyatında deyildir, stasionar və ambulator müraciəti olmamışdır. X1 Sisteminin 13 yanvar 2025-ci il tarixli Çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli olması onun özünün etirafları ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahid ifadəsi, toplanmış digər rəsmi sənədlərlə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin müvafiq maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində 3 azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən Qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən yuxarıda qeyd edilən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin zərərçəkmiş şəxsin hazırkı barışıq mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və bu cəzanın məqsədini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə məsrəfi olaraq təqsirləndirilən şəxsdən 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 /bir/ il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 100 /yüz/ manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin Hökmün icrası Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar