Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-29/2025 20.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, 02 aprel 1985-ci ildə Ağdam rayon Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qəhrəmanbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə təxminən saat 08 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun 37-ci kilometrliyindən Ağdam rayonu Evoğlu kəndi ərazisidən keçən hissəsində Zərərçəkmiş şəxs ilə sonuncunun onun Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən “Nicat Market” adlı ərzaq mağazasına olan 570 manat pul borcunu ödəməməsini irad bildirdikdən sonra aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə sifət nahiyəsinə zərbə endirərək sonuncunun sağ alın gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyənin qançırı, alının sağ yarısının sıyrığı xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Atası Bahatur 1992-ci ildə sentyabr ayında ünvan 1dən döyüşlərdə şəhid olmuşdur. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncu onunla eyni kənddə yaşayır. Onunla əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. O, Ağdam rayonu, Evoğlu kəndi ərazisində 2023-cü ilin dekabr ayından "Nicat Market" adlı ərzaq mağazasını açaraq işlədir. Bəypaşa adlı şəxs təxminən 6 ay əvvəl həyat yoldaşı ilə birlikdə işlətdiyi ərzaq mağazasına gələrək təxminən 573 manat dəyərində ərzaq almış və pulunu bir neçə gün sonra ödəyəcəyini bildirmişdir. Lakin 6 ay ərzində o borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində xırda qəpik pullar götürmək üçün saxlamış, həmin ərəfədə Bəypaşa adlı şəxs QAZ 31 markalı avtomobili ilə ora benzin tökməyə gəlmişdir. O, Bəypaşaya yaxınlaşaraq borcunu niyə ödəmədiyini söyləmiş və "ona adam kişi olar"-deyə bildirmişdir. Bu zaman Bəypaşa onu nalayiq ifadələrlə təhqir etmiş və barmağını sağ gözünə vurmuşdur. Bundan sonra orda Rasim adlı şəxs gələrək onu qolundan tutub öz avtomobilinə tərəf aparmışdır. O, avtomobili ilə bir qədər irəli, yəni mağazaya tərəf gedib saxlamışdır. Onun arxasınca Bəypaşa idarə etdiyi avtomobili ilə gələrək saxlamışdır. O, avtomobildən düşmüş və ona tərəf yaxınlaşanda Bəypaşa da avtomobildən düşmüşdür. Onun əlində bıçaq olmuşdur. Bu zaman o, yumruqla Paşanın sağ gözünə bir dəfə vurmuşdur. O, Bəypaşanı yumruqla vurandan sonra Bəypaşa yerə yıxılmışdır. Bu vaxt onun əlindən bıçaq yerə düşmüşdür. Onu da həmin vaxt Rasim adlı şəxsə qucaqlayıb ordan aralaşdırmışdır. Bundan sonra davaları başa çatmışdır. O da ordan uzaqlaşıb mağazaya getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsindən göstərmişdir ki, hadisə 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Ağdam rayonu Evoğlu kəndində kənd arası əsas yolda baş vermişdir. Hadisəyə səbəb Bəypaşanın onun mağazasına olan 573 manat borcunu ödəməməsi ilə bağlı onun Bəypaşaya iradından sonra baş vermişdir. Bəypaşaya 573 manat dəyərində 1 ay bundan qabağa kimi alver etmiş və adını mağazada olan nisyə dəftərinə qeyd etdirmişdir. Hadisə vaxtı orda Rasim, Mirzə və Əlzamin adlı şəxs olmuşdur. Hadisə vaxtı əlində heçnə olmamışdır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışmış, törətdiyi əməldən peşimandır, məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu onun həmkəndlisidir. Bundan başqa Nicad Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən “Nicat Market” adlı ərzaq mağazasını işlədir. Nicadla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, təxminən 6-7 ay əvvəl Nicada məxsus mağazadan nisyə olaraq ərzaq məhsulları almışdır. Lakin sonradan pulu olmadığına görə borcunu ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən “Evoğlu Petrol” adlı yanacaq doldurma məntəqəsində idarə etdiyi QAZ-3110 markalı **-CD-*** qeydiyyat nişanlı avtomobilə yanacaq doldurarkən Nicad da idarə etdiyi HUNDAİ markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə həmin yerə gəlmişdir. Nicad avtomobilini onun avtomobilin yanında saxlayıb ona yaxınlaşaraq “sən kişi deyilsin” “niyə borcunu ödəmirsən” sözlərini işlətmişdir. O da Nicada eyni qaydada cavab vermişdir. Bundan sonra onların arasında sözlü mübahisə baş vermiş və orada olan şəxslər onları aralaşdırmışlar. Nicad idarə etdiyi avtomobilə əyləşib oradan bir qədər uzaqlaşmışdır. O da idarə etdiyi avtomobilə əyləşib oradan çıxarkən Nicadın avtomobilini yolun kənarında saxladığın görüb avtomobilini saxlamış və avtomobildən enib Nicada tərəf getmişdir. Bu zaman Nicadla aramızda yenidən sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı o, Nicadı qorxutmaq üçün cibində olan bıçağı çıxarmışdır. Bu zaman Nicad yumruqla onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Bu zaman orada olan Mirzə və Rasim adlı şəxslər onları aralaşdırmışlar. Bundan sonra Nicad idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. O da DİN-nin 102 xidmətinə zəng edərək Nicad adlı şəxsin onu döydüyü barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Nicadın borcunu ödəmədiyini bildirib onu təhqir etməsi aralarında mübahisə yaranmasına səbəb olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən “Evoğlu Petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruqla onun sifət nahiyəsinə zərbə endirərək ona xəsarət yetirmişdir. O, hadisə zamanı Təqsirləndirilən şəxs vurmamışdır. Həmin vaxt orada o, Nicad, Rasim və Mirzə olmuşdur. O, hadisə zamanı sağ alın, sağ göz və sol əl nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Sol əlində olan bıçaq xəsarəti onun öz ehtiyatsızlığından yaranmışdır. Belə ki, o, bıçağı cibindən çıxarıb Nicadı qorxutmaq istəyəndə bıçaq sol əlini kəsmişdir.Hadisədən sonra bıçağın kimin tərəfindən götürülməsini bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Bəypaşa adlı şəxsi də tanıyır. Belə ki, sonuncu onun həmkəndlisidir. Bəypaşa ilə münasibətləri çox yaxşı olmuşdur, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. O, özünə məxsus “Kamaz" markalı avtomobillə Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən “Evoğlu Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında mişar daşlarının satışı ilə məşğul olur. Kamazı çox vaxt həmin yerdə saxlayır. Qızım Bakı Slayvan Universitetində oxuyur. O, qızına pul göndərmək lazım olanda Nicada deyir o kartından qızının kartına pul göndərir, o da nağd olaraq Nicada pulu verir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yenə qızına pul göndərməsi üçün Nicadın işlətdiyi mağazaya getmişdir. Lakin Nicadın işdə olmamasını bilmişdir Bundan sonra Kamazı saxladığı yanacaqdoldurma məntəqəsinə tərəf getmişdir. Həmin yerə çatmağa az qalmış Nicadın öz avtomobili ilə yanacaqdoldurma məntəqəsindən çıxdığını görmüşdür. O, Nicadı görən kimi əl işarəsi edib saxlatmışdır. Sağ qabaq qapıdan yaxınlaşıb salamlaşıb Nicadla söhbətə başlayanda Bəypaşa da arxada öz avtomobili ilə saxlamışdır. Nicad ona demişdir ki, “gözlə Bəypaşa ilə işim var”. Nicad avtomobildən düşüb Bəypaşanın yanına gedən kimi Bəypaşa Nicadın üstünə gəlmişdir. Bəypaşanın həmin vaxt əlində bıçaq olmuş və Nicadı bıçaqla vurmaq istəmişdir. Həmin yerdə Rasim adlı şəxs də gəlmişdir. Nicad Bəypaşanı yumruqla vurmuş və bıçaq Bəypaşanın əlindən yerə düşmüşdür. Bu vaxt Rasim onları aralaşdırmış və ayağını bıçağın üstünə qoymuşdur. O da yerdən bıçağı götürüb cibinə qoymuşdur. Bundan sonra onlar Nicadla Bəypaşanı aralaşdırmışlar. Bəypaşa bıçağı ondan istəmişdir. O da Bəypaşaya demişdir ki, “bıçağı kənara tullamışam”. Daha sonra onlar aralaşmışlar, o da "Kamaz"a tərəf getmişdir. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş vermişdir. Həmin vaxt orada o, Rasim, Nicad və Bəypaşa olmuşdur. Səhər tezdən olduğu üçün yolda çox adam olmmaış, ora kənar şəxslər yığışmamışdır.Hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir.Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-in direktoru vəzifəsində işləyir. O, Füzuli rayonu Babı kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri həmin kənd olsada, hazırda işi ilə bağlı Ağdam rayon Əfətli kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, mən sonuncuya məxsus Ağdam rayonu, Evoğlu kəndi ərazisində yerləşən "Nicat Market" adlı ərzaq mağazasından dəfələrlə alış-veriş etmişdir. Nicadla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə hadisədən sonra tanımışdır. Bəypaşa ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Ağdam rayon Evoğlu kəndi ərazisində torpaq örtüklü avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin və onun arxasında da başqa bir avtomobilin dayandığını, Nicadla sonradan adının Bəypaşa olduğunu bildiyi şəxsin münbahisə etdiklərini görmüşdür. O, dərhal avtomobilini dayandırıb avtomobildən enmiş və onların yanına yaxınlaşmışdır. Həmin vaxt Bəypaşanın əlində bıçaq olmuşdur. Nicatın əlində isə heç bir küt alət olmamışdı. Mübahisə əsnasında Nicad bir dəfə yumruqla Bəypaşanın sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Bəypaşa yerə yıxılmış və əlində olan bıçaq yerə düşmüşdür. O, həmin vaxt Bəypaşa yenidən bıçağı götürməsin deyə ayağımı bıçağın üzərinə qoymuş və Nicadla Bəypaşanı bir-birindən aralıyaraq oradan uzaqlaşdırmışdır. Bu zaman orada olan tanımadığı sonradan adının Mirzə olduğunu bildiyi şəxs bıçağı götürmüşdür. Həmin vaxt Bəypaşa uca səslə qışqıraraq “bıçağımı mənə verin” deyə səslənmişdir. Daha sonra Nicad avtomobilinə əyləşərək çıxıb getmişdir. O da mübahisə sona çatdığı üçün avtomobilinə əyləşib çıxıb getmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, hadisə 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Ağdam rayonu Evoğlu kəndində kənd arası əsas yolda baş vermişdir. Hadisə zamanı Nicad bir dəfə yumruqla Bəypaşanın sifət nahiyəsinə zərbə endirmişdir. Hadisə vaxtı orda o, Nicad, Bəypaşa, Mirzə və adını bilmədiyi başqa şəxs olmuşdur. Hadisə vaxtı Nicadın əlində heçnə olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncular onun yaşadığı Evoğlu kəndi ilə qonşuluqda yerləşən Əfətli kəndində yaşayırlar. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Ağdam rayon Evoğlu kəndi ərazisində yerləşən əkin sahəsindən yaşadığı evə qayıdarkən yolun sağ kənarında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin və onun arxasında da başqa bir avtomobilin dayandığını, Nicadla Bəypaşanın sözlü mübahisə etdiyini görüb dərhal həmin yerə yaxınlaşmışdır. O, həmin yerə çatanda Bəypaşa idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt Bəypaşanın qaş nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra o, Nicaddan nə baş verdiyini soruşmuşdur. Nicad ona Bəypaşanın onun mağazasına olan borcunu ödəməyini, buna görə də aralarında mübahisə yarandığını, mübahisə zamanı yumruqla bir dəfə Bəypaşanı vurduğunu bildirmişdir. Bundan sonra o, Nicadın yanından uzaqlaşaraq yaşaıdğı evə getmişdir. Şahid3 daha sonra ifadəsində göstərmişdir ki, hadisə 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Ağdam rayonu Evoğlu kəndində kənd arası əsas yolda baş vermişdir. Hadisə zamanı o, orada olmadığına görə Nicadın Bəypaşanı nə ilə neçə dəfə vurmasını görməmişdir. Lakin hadisədən sonra Nicad ona bir dəfə yumruqla Bəypaşanın sifət nahiyəsinə zərbə endirdiyini bildirmişdir. O, hadisə yerinə çatanda Bəypaşa avtomobilin əyləşib çıxıb getmişdir. Orada o, Nicad, Mirzə və adını sonradan bildiyi Rasim adlı şəxs qalmışdır. Hadisə vaxtı Nicadın əlində heçnə olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 335 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ alın gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyənin qançırı, alının sağ yarısının sıyrığı küt əşyanın (əşyaların), sol əlin İİ barmağının İ falanqasının ovuc səthinin kəsilmiş yarası kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağ alın gicgah nahiyəsinin əzilmişcırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat pul cərimə cəzasına məhkum edilmişdir. -Ağdam Rayon İcra və Probasiya Şöbəsinin 20 may 2025-ci il tarixli 04/2016 saylı məktubundan görünür ki, Ağdam rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs barəsində 28 may Respublika Günü münasibəti ilə xx.xx.2016-cı il tarixli Amnistiya haqında Qərara əsasən amnistiya tədbiq edilərək xx.xx.2016-cı il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. -İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbi olmadığını göstərib, onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdıqlarını göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsində tətbiq olunan dəyişikliyə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun təqsirini etiraf etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmaqla düzgün nəticəyə gəlinmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağıının olmasını, cinayət əməlinin nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, ona dəymiş zərəri ödəməsi, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətində işin icraatına xitam verilməsinə mane olan hallar olmadığını nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası CM-nın 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatlarından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə, yəni xx.xx.2025-ci il tarixə 3 iş saatı, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək 6 iş saatı, cəmi isə 9 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 40, 43, 321, 344-347, 356, 358 və 384-cü maddələrini, habelə Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə xx.xx.2025-ci il tarixə sərf etmiş 3 iş saatı, hər iş saatı üçün 06 manatdan, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək sərf etmiş 6 iş saatı, hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 9 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 84 (səksən dörd) manat pul ödənilsin və həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-29/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-29/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver