Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-3/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdam rayonu Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında istintaqa məlum olmayan tarix, vaxt və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədilə 2024-cü ilin mart ayında istifadəsində olmaqla yararsız halda olan Ağdam rayonu Əfətli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi təmiz çəkisi 6550 qram olan 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 03 sentyabr 2024-cü il saat 22:45-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini belləyərək alaq otlarından təmizləyib həmin bitkiləri xeyli miqdarda qəsdən yetişdirib kultivasiya etmişdir. Bundan başqa o, 2024-cü ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda istifadəsində olmaqla yararsız halda olan Ağdam rayonu Əfətli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq qəsdən kultivasiya etdiyi, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən çətənə (kannabis) bitkisinin hissələrindən toplayıb öz həyətyanı sahəsində qurudaraq qanunsuz hazırladığı təmiz çəkisi 120 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə hesab olunan qurudulmuş marixuananı istifadəsində olmaqla yararsız halda olan Ağdam rayonu Əfətli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində hasarın kənarında 03 sentyabr 2024-cü il, saat 22:45-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni qəsdən hazırlayıb saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin dekabr ayında işğaldan azad edilmiş Ağdam rayonu, Şelli kəndi ərazisində xatırlamadığı boş sahədən 01 ədəd kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunun içərisinə baxan zaman qutunun içərisində 4 ədəd narkotik tərkibli bitkinin toxumlarının olduğunu görmüşdür. O, həmin toxumları götürüb yaşadığı evə gəlmiş və həmin toxumları onlarla qonşuluqda yaşayan yeznəsi X6 məxsus olmaqla onun istifadəsində olan yaşayış olmayan həyətyani sahədə gizlətmişdir. Daha sonra 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə həmin 4 ədəd toxumu yeznəsi X6 məxsus olmaqla onun istifadəsində olan yaşayış olmayan həyətyani sahədə əkmişdir. Həmin toxumlardan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri bitmişdir. Bundan sonra o, həmin bitkilərə mütəmadi qulluq edərək diblərini belləmiş, sulamışdır. Təxminən 2024-cü ilin avqust ayının sonlarında o, həmin bitkilərin yarpaqlarından yığaraq hasarın kənarına sərib qurutmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə o, həmin kütlələrə baxarkən onların artıq quruduğunu və istifadəyə hazır olduğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək özlərini təqdim edib müvafiq qərar əsasında yeznəsi X6 məxsus olmaqla onun istifadəsində olan yaşayış olmayan həyətyani sahəyə baxış keçirləcəyini bildirmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşlarının iştirakı ilə həmin həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı yeznəsi X6 məxsus olmaqla onun istifadəsində olan yaşayış olmayan həyətyani sahədən ümumilikdə 4 ədəd narkotik tərkibli bitki və hasarın kənarından qurudulumuş marixuna aşkar edilmişdir. Həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə onun iştirakıyla çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Ağdam rayon Polis Şöbəsinə gəlmişlər. Orada protokol tərtib edilmiş və onlar protokola imza etmişlər. Daha sonra ona hüquqlarını müdafiə etməsi məqsədilə müdafiəçi təyin edilmişdir. Həmin narkotik vasitə olan marixuana və 4 ədəd narkotik tərkibli bitkilər ona məxsus olmuşdur və şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, əkib-becərmiş olduğu narkotik tərkibli bitkinin toxumlarını 2023-cü ilin dekabr ayından dəqiq xatırlamadığı tarixdə Ağdam rayon Şelli kəndi ərazisindən tapmışdır. X6 məxsus yaşayış olmayan həyətyani sahədən aşkar edilmiş narkotik vasitə və 4 ədəd narkotik tərkibli bitki ona məxsus olmuşdur. Həmin bitkiləri o, əkərək qulluq etmişdir. Daha sonra həmin bitkinin yarpaqlarından yığaraq qurudub saxlamışdır. Həmin bitkilərin adı çətənə bitkisi, narkotik vasitənin adı isə marixuanadır. O, həmin narkotik vasitədən heç kəsə satmamışdır. Həmin narkotik vasitənin çəkisini ölçməmişdir. Həmin narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır. X6 məxsus yaşayış olmayan həyətyani sahədən konkret olaraq 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Əkdiyi həmin narkotik tərkibli çətənə kollarının diblərini alaq otlarından təmizləmiş, belləmiş və su vermişdir. X6 məxsus yaşayış olmayan həyətyani sahədə təxminən 10 ildir ki, heç kim yaşamır. Belə ki, təxminən on il öncə həmin həyətdə yerləşən fərdi yaşayış evi yanmışdır. O, öz əməlini heç bir təzyiq və ya təsir olmadan sərbəst şəkildə etiraf etmişdir. O, törətdiyi əməlin cinayət xarakterli olduğunu bilir və törətdiyi əməldən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2021-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayon X14 rayon Əfətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadəsində olmaqla sonuncunun bacısı X4 məxsus yaşayış olmayan evin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar həmin həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Əfətli kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs özünün istifadəsində olan bacısı X4 məxsus həyətyani sahəyə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan bacısı X4 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həyətyanı sahədə hər hansı narkotik tərkibli bitki olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bacısı X7 və sonuncunun əri X6 məxsus hazırda yaşayış olmayan həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Daha sonra baxış zamanı həmin həyətyanı sahədə bir-birindən müxtəlif məsafələrdə torpağa əkilmiş 04 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin kolların yaxınlığında divarın dibində narkotik vasitəyə bənzər qurudulmuş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri özünün əkdiyini, eləcə də, yaxınlıqdakı qurudulmuş kütləni özünün həmin kollardan qırıb istifadə etmək məqsədilə oraya yığdığını bildirmişdir. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 2.70 sm, 2.04 sm, 2.42 sm və 1.58 sm olması müəyyən edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin yerdə aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə sintetik kisəyə yığılaraq həmin kisə ilə birlikdə çəkilərkən 165 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin həyətyanı sahəyə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2006-cı ildən DİO-da, 2011-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayon X14 rayon Əfətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadəsində olmaqla sonuncunun bacısı X4 məxsus yaşayış olmayan evin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar həmin həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Əfətli kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs özünün istifadəsində olan bacısı X4 məxsus həyətyani sahəyə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan bacısı X4 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həyətyanı sahədə hər hansı narkotik tərkibli bitki olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bacısı X7 və sonuncunun əri X6 məxsus hazırda yaşayış olmayan həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Daha sonra baxış zamanı həmin həyətyanı sahədə bir-birindən müxtəlif məsafələrdə torpağa əkilmiş 04 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin kolların yaxınlığında divarın dibində narkotik vasitəyə bənzər qurudulmuş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri özünün əkdiyini, eləcə də, yaxınlıqdakı qurudulmuş kütləni özünün həmin kollardan qırıb istifadə etmək məqsədilə oraya yığdığını bildirmişdir. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 2.70 sm, 2.04 sm, 2.42 sm və 1.58 sm olması müəyyən edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin yerdə aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə sintetik kisəyə yığılaraq həmin kisə ilə birlikdə çəkilərkən 165 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin həyətyanı sahəyə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2023-cü ildən isə hazırki vəzifəsində xidmət edir. xx.xx.2024cü il tarixdə şöbə rəhbərliyi tərəfindən ona əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadəsində olmaqla sonuncunun bacısı X7 və bacısı əri X6 məxsus yaşayış olmayan evin həyətyanı sahəsində keçiriləcək əməliyyat-axtarış tədbirinin görüntülərini videokamera ilə qeydə almaq həvalə olundu. Bundan sonra həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün mütəxəssis dəvət olunmuş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Əfətli kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs onun iştirakı ilə istifadəsində olan bacısı X7 və sonuncunun əri X6 məxsus həyətyani sahəyə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs nəzarətində olan bacısı X4 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həyətyanı sahədə hər hansı narkotik tərkibli bitki olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bacısı X7 və sonuncunun əri X6 məxsus hazırda yaşayış olmayan həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Daha sonra baxış zamanı həmin həyətyanı sahədə bir-birindən müxtəlif məsafələrdə torpağa əkilmiş 04 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin kolların yaxınlığında divarın dibində narkotik vasitəyə bənzər qurudulmuş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri özünün əkdiyini, eləcə də, yaxınlıqdakı qurudulmuş kütləni özünün həmin kollardan qırıb istifadə etmək məqsədilə oraya yığdığını bildirmişdir. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 2.70 sm, 2.04 sm, 2.42 sm və 1.58 sm olması müəyyən edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin yerdə aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə sintetik kisəyə yığılaraq həmin kisə ilə birlikdə çəkilərkən 165 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin həyətyanı sahəyə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin qablaşdırılmış bitkilərə və kütləyə Ağdam rayon Polis Şöbəsinin inzibati binasında təhiqiqatçı tərəfindən baxış keçirilmiş və o, həmin baxış istintaq hərəkətini də, videoçəkiliş vasitəsilə qeydə almışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmaqla sonuncunun bacısı X7 və bacısı əri X6 məxsus yaşayış olmayan evə, həmçinin Təqsirləndirilən şəxs özünün yaşadığı evə, eləcə də, həmin evin həyətyanı sahəyə baxış keçirilmiş və o, həmin istintaq hərəkətlərini də, videoçəkilişlə qeydə almışdır. Çəkilmiş videogörüntülər 04 ədəd DVD diskə köçürülərək tərtib olunmuş protokollara əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ildən X16 İnkişaf Mərkəzində bitikiçilik sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Ağdam rayon polis şöbəsinin əməkdaşları əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi X4 məxsus yaşayış olmayan evin həyətyani sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmək üçün dəvət olunmuşdur. O, polis əməkdaşları ilə birlikdə videoçəkilişdən istifadə edilməklə Ağdam rayonu Əfətli kəndində yerləşən hazırda Təqsirləndirilən şəxs istifadəsində olan, bacısı X7 və sonuncunun əri X6 məxsus torpaq sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı həmin həyətyanı sahədə birbirindən müxtəlif məsafələrdə torpağa əkilmiş 04 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin kolların yaxınlığında divarın dibində narkotik vasitəyə bənzər qurudulmuş kütlə aşkar olunmuşdur. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 2.70 sm, 2.04 sm, 2.42 sm və 1.58 sm olması müəyyən edilmişdir. Baxış zamanı o, həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını müəyyən etmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürləndi və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin yerdə aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə sintetik kisəyə yığılaraq həmin kisə ilə birlikdə çəkilərkən 165 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırıldı qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2022-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayon X14 rayon Əfətli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadəsində olmaqla sonuncunun bacısı X4 məxsus yaşayış olmayan evin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar həmin həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Əfətli kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs özünün istifadəsində olan bacısı X4 məxsus həyətyani sahəyə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan bacısı X4 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həyətyanı sahədə hər hansı narkotik tərkibli bitki olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bacısı X7 və sonuncunun əri X6 məxsus hazırda yaşayış olmayan həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Daha sonra baxış zamanı həmin həyətyanı sahədə bir-birindən müxtəlif məsafələrdə torpağa əkilmiş 04 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin kolların yaxınlığında divarın dibində narkotik vasitəyə bənzər qurudulmuş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri özünün əkdiyini, eləcə də, yaxınlıqdakı qurudulmuş kütləni özünün həmin kollardan qırıb istifadə etmək məqsədilə oraya yığdığını bildirmişdir. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 2.70 sm, 2.04 sm, 2.42 sm və 1.58 sm olması müəyyən edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin yerdə aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə sintetik kisəyə yığılaraq həmin kisə ilə birlikdə çəkilərkən 165 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin həyətyanı sahəyə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-bioloji ekspertizanın 04 sentyabr 2024-cü il tarixli, 16/940 nömrəli rəyindən göründüyü kimi tədqiqata təqdim olunmuş üzərində “Aşkar edilmiş 165 qram narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan sintetik kisədəki təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlə, tərkibində markotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs X2 həyətindən aşkar edilmiş 04 ədəd narkotik vasitəyə bənzər bitki” sözləri və imzalar olan sintetik kisə bağlamadakı ümumi sayı 4(dörd) ədəd, ümumi təmiz çəkisi – 6550 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. -Məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2024-cü il tarixli 1727 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Ağdam rayon İcra Hakimiyyəti başçısının Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Əfətli kənd inzibati ərazi dairəsində qeydiyyatda olmaqla ailə üzvlər ilə birlikdə yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1 və 237.1-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağının, yəni xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2024-cü il təvəllüdlü X3 olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi subutlar- təmiz çəkisi 120 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 04 (dörd) ədəd ümumi təmiz çəkisi 6550 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də, 06 ədəd 2 litrlik plastik su butulkaları, 01 ədəd dairəvi formalı ağ rəngli plastik su qabı və 01 ədəd dairəvi formalı ətrafları yaşıl rəngli qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və ekspertiza təhqiqatın dəyəri 60,80 manat ondan tutulmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Ağdam rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs istifadəsində olan Ağdam rayonu Əfətli kəndində yerləşən yaşayış olmayan evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 120 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 04 (dörd) ədəd ümumi təmiz çəkisi 6550 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də, 06 ədəd 2 litrlik plastik su butulkaları, 01 ədəd dairəvi formalı ağ rəngli plastik su qabı və 01 ədəd dairəvi formalı ətrafları yaşıl rəngli qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-3/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-3/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver