Məhkəmə qərarları › İş №1(013)-30/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-30/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-30/2025 13.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi2 iştirakları ilə, xx xxx 2008-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 11-ci sinif şagirdi, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayon Papravənd kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - CM-nin 221.1-ci maddəi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə, təxminən saat 20-00 radələrində Ağdam rayon Quzanlı Qəsəbəsi ərazisində yerləşən və ictimai yer hesab edilən 18 saylı Tam Orta Məktəbin həyətində Zərərçəkmiş şəxs1 ilə sonuncunun onun dostu Şahid2 bacısı Aydan Qasımova ilə sevgi münasibətləri olmasını bəhanə edib öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirdikdə buna etirazını bildirən Zərərçəkmiş şəxs1 orada olan şəxslərin gözü qarşısında, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkət edərək yumruqla bir dəfə ağız nahiyəsinə zərbə endirməklə ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinaszılıq göstərib cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozub sonuncunun üst dodağın sağ və sol yarısının şişkinliyi, sağ yarısının dodaq haşiyəsinin selikli qişasının əzilmiş cırılmış yarası xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkət xuliqanlıq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi /atası/ Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, əməllərindən peşmançılıq bildirdi, zərərçəkmiş şəxslə barışdığını, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, sonuncu onunla eyni məktəbdə təhsil alır. Qaliblə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 12-00 radələrində o, Zərərçəkmiş şəxs1 dostu Əlinin bacısı Aydanla söhbət etdiklərini görüb ondan bu barədə soruşduqda Qalib ona Aydanla sevgi münasibətləri qurmaq istədiyini bildirmişdir. Qalibə bu hərəkətinə görə irad bildirdikdən sonra bu barədə dostu Əliyə məlumat vermişdir. Bundan sonra xx.xx.2025-cü il tarixdə, təxminən gün saat 17-00 radələrində özü, Rövşən, və X12 qəsəbəsində görüşmüşlər. Həmin vaxt Rövşən Qalibdən hansı səbəbdən Aydanın barəsində şər böhtan xarakterli sözlər danışdığını soruşmuşdur. X13 barəsində şər böhtan xarakterli sözlər danışmadığını bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşaraq çıxıb getmişlər. Həmin gün, saat təxminən 20-00 radələrində Əli yenidən Qalibə zəng edərək Quzanlı qəsəbəsində yerləşən 18 saylı Tam Orta Məktəbin həyətində görüşməyi təklif etmişdir. O, da Əli ilə razılaşmış və onlar təxminən 10 dəqiqə sonra razılaşdıqları yerdə görüşmüşlər. Həmin vaxt orada özü, Qalib və Əli olmuşlar. Söhbət əsnasında Əli Qalibə bacısı barədə şər böhtan danışıbsa etiraf edib üzr istməsini, bununla da söhbətin bağlanmasını təklif etmişdir. Lakin Qalib yenə də bacısı barədə şər böhtan danışdığını etiraf etməmişdir. Bundan sonra Əli Ayxana zəng edərək onu məktəbin həyətinə çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra Ayxan onların yanına gəlmişdir. Orada onlar X5 arxasınca gedib-getmədiyini soruşanda X8 bacısının arxasınca getdiyini bildirmişdir. Bundan sonra Qalib onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt oraya Əvəz və Semural adlı şəxslər gəlmişlər. Mübahisə zamanı o, yumruqla bir dəfə Qalibin ağız nahiyəsinə zərbə endirmiş və Qalibin ağız nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman orada olan şəxslər onları aralaşdırıb onu oradan uzaqlaşdırmışlar və o, yaşadığı ev getmişdir. Sonradan Qalibin döyülməsi ilə bağlı polis şöbəsinə müraciət etdiyini eşitmişdir. Hadisə zamanı onu heç kim vurmamış və heç bir xəsarət almamışdır. Hadisə onun Qalibə Aydanla sevgi münasibətləri olduğunu bildirməyinə görə aralarında yaranmış mübahisə əsnasında baş vermişdir. Hadisə xx.xx.2025-ci il tarixdə, təxminən saat 20-00 radələrində rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı Tam Orta Məktəbin həyətində baş vermişdir. Hadisə zamanı orada o, Əli, Qalib, Ayxan, Semural, Fərid və Əvəz olmuşlar. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, ətrafa ziyan dəyməmişdir. Hadisə zamanı Qalibi beşbarmaqla deyil, yumruqla bir dəfə vurmuşdur. Baş vermiş hadisə ilə bağlı əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi /babası/ Zərərçəkmiş şəxs2 iştirakı ilə dindirilmiş, o, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, heç bir şikayət və ya tələblərinin olmamasını bildirdi, nəzərə alınmasını xahiş etdi. Y.Cəfərli göstərmişdir ki, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı Tam Orta Məktəbin 11-ci sinifində təhsil alır. Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Belə ki, sonuncular onunla eyni məktəbdə təhsil alırlar. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2025ci ilin yanvar ayının əvvəllərindən etibarən onunla eyni məktədə təhsil alan Şahid2 ona bacısı Aydanla aralarında sevgi münasibətləri olduğunu iddia edərək onunla mübahisə etmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 17-00 radələrində isə Əli, Fərrux və Əlinin atası Rövşənlə Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində görüşmüşlər. Söhbət əsnasında Rövşən Qasımov ondan qızı Aydanla aralarında sevgi münasibətləri olub-olmadığını soruşmuşdur. Onlara Aydanla aralarında heç bir sevgi münasibəti olmadığını bildirdikdən sonra onlar oradan çıxıb getmişlər. Həmin gün saat təxminən 20-00 radələrində Əli yenidən ona zəng vuraraq görüşməyi təklif etmişdir. Əliylə razılaşmış və onlar Quzanlı qəsəbəsi ərazisində yerləşən 18 saylı məktəbin həyətində görüşmək barədə razılığa gəlmişlər. Təxminən 5-10 dəqiqə sonra təyin edilən yerə getmişdir. Əli də həmin yerə Fərrux adlı dostu ilə gəlmişdir. Onlar orada Əli və Fərruxla bir qədər mübahisə etdikdən sonra Əli Ayxan adlı dostunu oraya çağırmışdır. Təxminən 5 dəqiqə sonra Ayxan onların yanlarına gəlmişdir. Söhbət əsnasında Ayxan adlı şəxs onun Əlinin bacısı Aydanın əlindən tutduğunu iddia etməyə başlamışdır. Həmin vaxt Ayxana öz etirazımı bildirib Aydanın əlindən tutmadığını söyləmişdir. Bu zaman onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Əli ilə birlikdə oraya gəlmiş Fərrux adlı şəxs bir dəfə beşbarmaqla onun dodaq nahiyəsindən zərbə endirmişdir. Daha sonra orada olan Semural, Əvəz və Fərid Fərruxu sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Bundan sonra oradan çıxaraq yaşadığı evə getmişdir. Zərbə nəticəsində dodaq nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı Fərrux beşbarmaqla bir dəfə onun dodaq nahiyəsinə zərbə endirmişdir. Hadisə zamanı Ayxan, Əli və Fərrux adlı şəxslərin onun Əlinin bacısı Aydanla sevgi münasibətləri yaşadığını iddia etmələri səbəbindən aralarında baş vermiş mübahisə əsnasında baş vermişdir. Hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 20-00 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı Tam Orta Məktəbin həyətində baş vermişdir. Hadisə zamanı orada Əli, Ayxan, Fərrux, Semural, Fərid və Əvəz olmuşlar. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, ətrafa ziyan dəyməmişdir. Hadisə zamanı Fərrux onu beşbarmaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. Əlavə olaraq qeyd etdi ki, hadisə olan gün edə olmuş, Qalib onu məktəbə çağırmış, o, da getmişdir. Qaliblə Fərrux sonra gəlmişlər. X9 mübahisə etdilər və yaxalaşdılar. Fərrux Qalibi bir dəfə vurdu. Səsküyə Ayxanla Əvəz gəldilər. Mübahisə 5-10 dəqiqə davam etdi. Orada kənar heç kim olmamışdır. Şahid2 istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncular onunla eyni məktəbdə təhsil almışdır. O, həmin məktəbi 2024-cü ildə bitirmişdir. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə dostu Fərrux ona bacısı Aydanla Qalib arasında sevgi münasibətləri olduğunu bildirmişdir. O, Fərruxdan bu barədə soruşanda Fərrux Qalibin özünün bu barədə ona dediyini bildirmişdir. Bundan sonra o da bu barədə atası Rövşənə məlumat vermişdir. Həmin gün saat 17 radələrində atası Rövşən, o, X10 rayon Quzanlı qəsəbəsində görüşmüşlər. Həmin vaxt atası Rövşən Qalibdən hansı səbəbdən bacısı Aydanın barəsində şər böhtan xarakterli sözlər danışdığını soruşmuşdur. Lakin Qalib bacım Aydanın barəsində şər böhtan xarakterli sözlər danışmadığını bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşaraq çıxıb getmişlər. Həmin vaxt o, Ayxan adlı dostu ilə teelfonla danışarkən Ayxan ona Qalibin bacısının arxasınca getdiyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində o, yenidən Qalibə zəng edərək Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin həyətində görüşməyi təklif etmişdir. Qalində onunla razılaşmış və onlar təxminən 10 dəqiqə sonra razılaşdıqları yerdə görüşmüşlər. Həmin vaxt orada o, Qalib və Fərrux olmuşdur. Söhbət əsnasında o Qalibə bacısı barədə şər böhtan danışıbsa etiraf edib üzr istməsini, bununla da söhbətin bağlanmasını təklif etmişdir. Lakin Qalib yenədə bacısı barədə şər böhtan danışdığını etiraf etməmişdir. Bundan sonra o, Ayxana zəng edərək onu məktəbin həyətinə çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra Ayxan onların yanına gəlmişdir. Orada onlar Ayxandan Qalibin bacısının arxasınca gedib-getmədiyini soruşanda Ayxan Qalibin bacısının arxasınca getdiyini bildirmişdir. Bundan sonra Qaliblə Fərrux mübahisə etməyə başlamışdır. Həmin vaxt oraya Əvəz və Semural adlı şəxslər gəlmişdirlər. Mübahisə zamanı Fərrux yumruqla bir dəfə Qalibin ağız nahiyəsinə zərbə endirmişdir və Qalibin ağız nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman onlar Fərruxu oradan uzaqlaşdırmışlar. Həmin vaxt oraya Fərid adlı şəxsdə gəlmişdir. O, mübahisə başa çatandan sonra yaşadıqları evə getmişdir. Sonradan o, Qalib döyülməsi ilə bağı polis şöbəsinə müraciət etdiyini eşitmişdir.Hadisə zamanı onu heç kim vurmamış və o, heç bir xəsarət almamışdır. X11 bacısı Aydanla sevgi münasibətləri olduğunu bildirməsinə görə aralarında yaranmış mübahisə əsnasında baş vermişdir. Hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin həyətində baş vermişdir. Hadisə zamanı orada o, Əli, Qalib, Fərrux, Semral, Fərid və Əvəz olmuşdur. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir.Hadisə zamanı ətrafa ziyan dəyməmişdir. Hadisə zamanı Fərrux Qalibi beşbarmaqla deyil, yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, həmin gün evdə olmuşdur. Semural ilə mağazaya getmişlər. Məktəbin həyətində səs-küy eşidib ora getmişlər. Fərruxla Qalib mübahisə etmişlər. Qalib əl-qol atdığı üçün Fərrux onu vurmuşdur. Mübahisələrinin hansı səbəbdən olmasını bilməmişdir. Oraya gələndə Qalib, Fərrux, Ayxan və Əli orada olmuşlar. Kənar heç kim hadisəni görməmişdir. Qalibi aralaşdıraraq özü aparmış, Fərruxu isə Semural aparmışdır. Şahid5 istintaq orqanına verdjiyi ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin 11b sinifində təhsil alır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 onunla eyni sinifdə, yəni 11b sinifində təhsil alır. Fərrux Əliyev isə həmin məktəbin 11a sinifində təhsil alır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində dostu Semuralla birlikdə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin yaxınlığında adsız mağazaya gedərkən məktəbin həyətindən səs-küy gəldiyini görüb həmin yerə tərəf getmişlər. Onlar ora çatanda Qalib, Fərrux, Əli və Ayxanın mübahisə etdiklərini görmüşlər. Onlar Qalibgilin yanına çatanda Fərrux yumruqla bir dəfə Qalibin dodaq nahiyəsinə vurduğunu görmüşlər. Onlar dərhal onları aralaşdırmışlar. X6 tutub məktəbin həyətindən çıxarmışlar. O, isə Qalibin yanında qalmışdır. Həmin vaxt onların yanına sinif yoldaşı Fərid gəlmişdir. Daha sonra o, Qalibi evlərinə yola saldıqdan sonra yaşadığı evə getmişdir.Hadisə zamanı onu heç kim vurmamış və o, heç bir xəsarət almamışdır. X3 Əlinin bacısı ilə sevgi münasibətləri olduğunu bildirməsinə görə aralarında yaranmış mübahisə əsnasında baş vermişdir. Hadisə xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin həyətində baş vermişdir. Hadisə zamanı orada o, Əli, Qalib, Fərrux, Fərid, Ayxan və Semural olmuşdur. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafa ziyan dəyməmişdir. Hadisə zamanı Fərrux Qalibi yumruqla vurmuşdur. Fərruxun əlində beşbarmaq və ya başqa alət olmamışdır. Məhkəmə iclasında ifadələri elan olunmuş hesab edilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 ifadələri də bundan əvvəlki şahidlərin ifadələri ilə eyni məzmunludurlar. İş materiallarında olan «MTE və PA» Bərdə Rayonlararası Zona Mərkəzinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 18 saylı RƏYindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni səthində aşkar edilmiş xəsarət – üst dodağın sağ və sol yarısının şişkinliyi, sağ yarısının dodaq haşiyəsinin selikli qişasının əzilmiş cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Ağdam MRX-nın xx.xx.2025-ci il tarixli, 18-1-21/3-584/2025 saylı məktubundan görünür ki, Əlili X4 Rayon Mərkəzi X2 Şəxsin narkoloji kabinetində qeydiyyatda yoxdur. X15 Dispanserinin xx.xx.2025-ci il tarixli, 242 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində deyil. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 fevral 2025-ci il tarixli, 215 saylı arayışından göründüyü kimi Təqsirləndirilən şəxs qəsəbədə yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Ağdam Rayon 18 saylı Tam Orta Məktəbdən verilmiş 19 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu müddətdə məsuliyyətli, nizam-intizamlı şagird olmuş, ictimai işlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Göstərilən prinsiplərdən yanaşdıqda və ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlindən zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxsin hüquqi varisinə münasibətinə, onlarla razılıq əldə etməyə cəhd etməsinə, dəymiş zərərin mümkün qədər kompensasiya etməsinə yönəlmiş hərəkətlərinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına, həmçinin təqsirləndirilən şəxsin cəmiyyətdə formalaşan əxlaqi və insani dəyərlərə münasibətinə, cəmiyyətin özəyi sayılan ailədə ailə üzvləri ilə rəftarına və onlarla ünsiyyətinə, həmçinin cəmiyyətin həmin cinayət əməlinə mövqeyi nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq bildirdi, zərərçəkmiş şəxslə barışdığını bildirdi. Həmçinin Zərərçəkmiş şəxs1 də məhkəmə iclasında Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və ya tələblərinin olmamasını bildirdi. Göründüyü kimi Təqsirləndirilən şəxs yetkin yaşa çatmayıb, məktəblidir, ilk dəfədir ki, ictimai təhlükəli əməl törədib, əməllərindən səmimi peşmançılıq bildirir, ictimai həyatda müsbət xarakterizə edilir, zərərçəkmiş şəxslə məktəb yoldaşlarıdırlar, hazırda onunla da barışıblar. Məhkəmənin qənaətincə mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli etməsi, səmimi peşmançılığı, zərərçəkmiş şəxslə barışması nəzərə alınmalı və barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi mümkün hesab edilməli, haqqında Azərbaycan Respublikası CM-nin yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı 14-cü fəslinin müddəalarının tətbiqi mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 88.1-ci maddəsi qeyd edir ki, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara xəbərdarlıq, valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermə, vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmə və yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırma və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmə kimi tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı cəzalar təyin edilə bilər. Həmçinin Məcəllənin 88.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4-cü maddəsində qeyd edilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır : /435.4.1/ cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. "Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan hallardan başqa həmçinin CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Qərarın 18-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Həmin Qərarla /19-cu bənd/ qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərı valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verərkən məhkəmə əmin olmalıdır ki, göstərilən şəxslər yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəklər. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valildeynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da belə razılıq alınmalıdır. Cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsın barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərində başqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı cəzanın təyin edilməsi onun yaşı, məktəbli olması baxımından cəzanın məqsədlərinə xidmət etməzdi, onun islah olunma imkanları hələ var, Təqsirləndirilən şəxs ilk dəfədir ki, ictimai təhlükəli əməllər törətdiyindən islah olunması üçün imkan verilməli, qanunvericinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yetkinlik yaşına çatmayanlarla bağlı yuxarıda qeyd olunan mövqeyi əsas götürülməklə barəsində tərbiyyəvi xarakterli tədbirlər tətbiq edilməli, atası /qanuni nümayəndəsi/ X1 üzərinə Təqsirləndirilən şəxs tərbiyyəvi təsir göstərmək və onun davranışlarına nəzarəti həyata keçirmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 87-ci maddəsində nəzərdə tutulan valideyninin nəzarətinə vermə kimi tərbiyəvi xarakterli məcburi tədbir təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs H.Əlilinin barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 43.3, 197-198, 321, 321.2.1, 348.1, 384 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsi tətbiq olunmaqla təqsirləndirildiyi CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilsin, cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində - 9 /doqquz/ ay müddətinə valideynlərin nəzarətinə vermə kimi tərbiyəvi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayəti təkrar törədəcəyi halda yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilsin. X1 üzərinə Təqsirləndirilən şəxs tərbiyyəvi təsir göstərmək və onun davranışlarına nəzarəti həyata keçirmək vəzifəsi qoyulsun Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar