Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-31/2024 10.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1991-ci ildə Ağdam şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhər Üzeyir Hacıbəyov küçəsi ev 71-də qeydiyyatda olmaqla, hazırda Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd iç-içə kağız bükümdə və digər 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,089 qram olmaqla ümumi təmiz çəkisi 0,932 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib Ağdam rayonu Quzanlı qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikiliyə daşımaqla 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,089 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini yadımçı tikilidə olan stolun üzərində, 01 (bir) ədəd iç-içə kağız bükümdə təmiz çəkisi 0,843 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini yardımçı tikilidə divanın üzərində olan qəhvəyi rəngli çantada 28 mart 2024-cü il saat 21:19-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni narkotik vasitə olan heroinin saxlanılmasında özünü təqsirli bildiyini, lakin narkotik vasitə olan heroinin satış məqsədi ilə saxlanılmasında özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, Təxminən 02 ildir ki, narkotik maddə aludəçisidir. Təxminən 02 il bundan əvvəl Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən yaşadığı evin yerləşdiyi küçədə piyada gəzən zaman yerdə 02 ədəd büküm görmüş, həmin bükümlərin içərisini açan zaman onların narkotik maddə olduğunu anlamış və həmin bükümləri şəxsi istifadəsi üçün götüərək yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə olan dəri materialdan ibarət olan qəhvəyi rəngli dərman qutusuna yerləşdirmişdir. Lakin o, həmin narkotik vasitələrdən istafədə etməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Rza Nağıyev onun yaşadığı ünvana gəlmiş və əmisi oğlu Mirtağıya olan 60 manat pul borcunu verməyini bildirmişdir. O da Rzaya hazırda pulunun olmadığını, pulu olan kimi dərhal borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Rza ondan narkotik vasitə olub-olmamasını soruşmuşdur. O da Rzaya narkotik vasitə olduğunu və birlikdə həmin narkotik vasitəni qəbul etməyi təklif etmişdir. Rza da onunla razılaşmış və onlar həyətyanı sahədə yerləşən yardımçı tikiliyə daxil olmuşlar. O, yardımçı tikilidə divanın üzərində qəhvəyi rəngli çantanın içərisində iki ədəd kağız bükümdə olan tünd rəngli narkotik maddədən bir ədəd kağız bükümü çantadan çıxarıb istifadə etmək üçün həmin yardımçı tikilidə stolun üzərinə qoymuşdur. Həmin vaxt o, narkotik maddə qəbul etmək üçün düzəltdiyi kiçik ölçülü borularıda stolun üzərinə qoymuşdur. Bundan sonra o, Rza ilə özünə çay gətirmək məqsədilə yardımçı tikilidən evə getmişdirm. Təxminən 2-3 dəqiqə sonra o, yenidən həmin tikiliyə qayıtmışdır. Həmin vaxt Rza stolun kənarında əyləşmişdir. O da Rzanın yanına keçmiş və onlar stolun üzərində olan narkotik vasitəni istifadə etməyə başlayanda yaşadığı evin həyətyanı sahənin giriş qapısının döyüldüyünü eşitmişdir. O, dərhal qapını açmaq üçün oradan çıxmışdır. O, qapını açan zaman Ağdam rayon Polis Şöbəsinin əməkdaşları onun və tanışı Rza Nağıyevin narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində və dövriyyəsində şübhəli olduğumuzu bildirmişlər, bu zaman Rza onların yanına gəlmiş və polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsinə və dövriyyəsində şübhəli olduqları barədə tərtib edilmiş əməliyyat qərarını onlara təqdim etmişdirlər. O da yazılı ərizə ilə müraciət edərək yaşadığı evə, həyətyani sahəyə və yardımçı tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun və Rza Nağıyevin iştirakı ilə onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmişlər. Yaşadığı evə baxış keçirilən zaman evdən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçi tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə və həmin otaqda divanın üzərində olan qəhvəyi rəngli çantada olan 01 ədəd kağız bükümü və Rzaya məxsus “metodon” adlı dərmanı aşkar etmişdirlər. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmışdır. Bunlarla yanaşı polis əməkdaşları otaqda stolun üzərində narkotik maddə qəbul etmək üçün istifadə etdikləri dəmir materialdan ibarət olan kiçik ölçülü boruları iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırıb götürmüşdürlər. Bundan sonra onları Ağdam rayon polis şöbəsinin inzibati binasına gətirmişlərr. Ağdam RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitədən istifadə etmişdir. O, aşkar edilmiş narkotik vasitə olan heroini təxminən 2 il əvvəl Ağdam rayon Quzanlı qəsəbsindən yaşadığı küçədə yerdən tapmışdır. Rza ona heç vaxt narkotik vasitə satmamışdır. O, nə Rzaya, nə də başqa şəxslərə narkotik vasitə satmamışdır. O, Rzanın narkotik istifadəçisi olduğun bildiyindən Rzaya narkotik vasitə istifadə etməyi təklif etmişdir. Onun Rzanın üzərində metamfeatmin və metadon olmasından məlumatı olmamışdır. Aşkar edilmiş 01 ədəd tərəzi anası Könülə məxsusdur və xatırlamadığı tarixdən yaşadığı evdədir. O, həmin tərəzidən istifadə etməmişdir. Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən evdə o, həyat yoldaşı Lamiyə Həsənova və azyaşlı övladı Tunar Qasımovla yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətyani sahəsində yerləşən yardımçı tikildən aşkar edilmiş Rza Nağıyevə məxsus metadonun həmin çantaya qoyulmasından məlumatı olmamışdır. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayon X10 rayon Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və X5 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri əldə etmələrində, saxlamalarında və satışında şübhəli olmaları barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsinə getmişlər. Sonuncunun yaşadığı evin giriş qapısını döyərək bayıra çağırmışlar, bu zaman X9 ardınca küçəyə çıxmışdır. Onlar Elnur və Rzaya qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmsında və satışında şübhəli olmaları barədə məlumat verərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı onlara elan etmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə, həyətyani sahəyə və yardımçı tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Rza Nağıyevin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirməyə başlamışçlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elektron tərəzi aşkar edilmişdir və həmin tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evindən başqa iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onlar həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirmişlər. Baxış zamanı yardımçi tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə və həmin otaqda divanın üzərində olan qəhvəyi rəngli çantada olan 01 ədəd kağız bükümü və həmin çantada olan bir ədəd “metodon” adlı dərmanı aşkar etmişlər. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmışdır. Bunlarla yanaşı onlar otaqda stolun üzərində olan kiçik ölçülü boruları iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdıraraq götürmüşlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs stolun üzərindən və qəhvəyi rəngli çantadan aşkar edilmiş 02 ədəd kağız bükümlərdə olan heroinin ona məxsus olmasını, Rza Nağıyev isə qəhvəyi rəngli çantadan aşkar edilmiş 01 ədəd metodon adlı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elnur və Rza Ağdam rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Ağdam RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Rza Nağıyevin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərində olan şalvarın sol yan cibindən açıq mavi rəngli plastik materialdan ibarət olan qutuya aşkar edilmişdir. Həmin qutuya baxış keçirilən zaman qutunun içərisində ağ rəngli kağız bükümün içərisində sellofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, həmin maddə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Ağdam RPŞnin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və predtmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayon X10 rayon Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və X5 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri əldə etmələrində, saxlamalarında və satışında şübhəli olmaları barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsinə getmişlər. Sonuncunun yaşadığı evin giriş qapısını döyərək bayıra çağırmışlar, bu zaman X9 ardınca küçəyə çıxmışdır. Onlar Elnur və Rzaya qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmsında və satışında şübhəli olmaları barədə məlumat verərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı onlara elan etmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə, həyətyani sahəyə və yardımçı tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Rza Nağıyevin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirməyə başlamışçlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elektron tərəzi aşkar edilmişdir və həmin tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evindən başqa iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onlar həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirmişlər. Baxış zamanı yardımçi tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə və həmin otaqda divanın üzərində olan qəhvəyi rəngli çantada olan 01 ədəd kağız bükümü və həmin çantada olan bir ədəd “metodon” adlı dərmanı aşkar etmişlər. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmışdır. Bunlarla yanaşı onlar otaqda stolun üzərində olan kiçik ölçülü boruları iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdıraraq götürmüşlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs stolun üzərindən və qəhvəyi rəngli çantadan aşkar edilmiş 02 ədəd kağız bükümlərdə olan heroinin ona məxsus olmasını, Rza Nağıyev isə qəhvəyi rəngli çantadan aşkar edilmiş 01 ədəd metodon adlı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elnur və Rza Ağdam rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Ağdam RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Rza Nağıyevin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərində olan şalvarın sol yan cibindən açıq mavi rəngli plastik materialdan ibarət olan qutuya aşkar edilmişdir. Həmin qutuya baxış keçirilən zaman qutunun içərisində ağ rəngli kağız bükümün içərisində sellofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, həmin maddə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Ağdam RPŞnin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və predtmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayon X10 rayon Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və X5 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri əldə etmələrində, saxlamalarında və satışında şübhəli olmaları barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsinə getmişlər. Sonuncunun yaşadığı evin giriş qapısını döyərək bayıra çağırmışlar, bu zaman X9 ardınca küçəyə çıxmışdır. Onlar Elnur və Rzaya qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmsında və satışında şübhəli olmaları barədə məlumat verərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı onlara elan etmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə, həyətyani sahəyə və yardımçı tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Rza Nağıyevin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirməyə başlamışçlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elektron tərəzi aşkar edilmişdir və həmin tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evindən başqa iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onlar həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirmişlər. Baxış zamanı yardımçi tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə və həmin otaqda divanın üzərində olan qəhvəyi rəngli çantada olan 01 ədəd kağız bükümü və həmin çantada olan bir ədəd “metodon” adlı dərmanı aşkar etmişlər. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmışdır. Bunlarla yanaşı onlar otaqda stolun üzərində olan kiçik ölçülü boruları iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdıraraq götürmüşlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs stolun üzərindən və qəhvəyi rəngli çantadan aşkar edilmiş 02 ədəd kağız bükümlərdə olan heroinin ona məxsus olmasını, Rza Nağıyev isə qəhvəyi rəngli çantadan aşkar edilmiş 01 ədəd metodon adlı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elnur və Rza Ağdam rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Ağdam RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Rza Nağıyevin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərində olan şalvarın sol yan cibindən açıq mavi rəngli plastik materialdan ibarət olan qutuya aşkar edilmişdir. Həmin qutuya baxış keçirilən zaman qutunun içərisində ağ rəngli kağız bükümün içərisində sellofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, həmin maddə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Ağdam RPŞnin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və predtmet aşkar edilməmişdir. Baxış və şəxsi axtarış istintaq hərəkətləri “Panasonic” markalı videokameradan istifadə etməklə videoçəkilişlə həyata keçirilmiş və həmin videokameradan istifadə etməklə videoçəkilişi o, aparmışdır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsi elan olunmuşdur. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 05 aydır ki, narkotik maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, həmin şəxs onun tanışıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Onun oraya getməkdə məqsədi Təqsirləndirilən şəxs əmisi oğlu Mirtağıya olan 60 manat borcunu verməsini bildirmək olmuşdur. O, Elnurun yaşadığı evin həyət qapısını döyərək onu bayıra çağırmışdır. Bayırda Elnurla o, Elnurun Mirtağıya olan borcunu nə vaxt verəcəyi barədə bir qədər söhbət etmişdirlər. Söhbət əsnasında o, Elnurdan ondan narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, Elnurunda narkotik vasitə istifadəçisi olduğunu bildiyindən sonuncuya bu sualı vermişdir. Elnurda ona narkotik vasitə olan heroin olduğunu və onunla birlikdə istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra o, Elnurla birlikdə həyət qapısından içəri daxil olmuşlar və həyətdə olan yardımçı tikiliyə getmişdirlər. Tikiliyə daxil olarkən Elnur tikilidə divanın üzərində olan qəhvəyi rəngli çantanın içərisindən bir ədəd kağız bükümü çıxararaq istifadə etmək məqsədilə otaqda olan stolun üzərinə qoymuş və onlara çay gətirmək üçün həmin tikilidən çıxaraq evə getmişdir. Bu zaman o, divanın üzərində olan həmin qəhvəyi rəngli çantanın içərisinə baxmış və orada daha bir kağız büküm olmasını görmüşdür. O, həmin bükümdə narkotik vasitə olmasını düşünmüşdür. O, Elnurun həmin çantada narkotik vasitə saxlamasını fikirləşdiyindən üzərində olan bir ədəd ağrıkəsici kimi istifadə etdiyi “metodon” adlı dərmanı həmin çantaya qoymuşdur. Bundan sonra Elnur həmin otağa daxil olmuşdur. Onlar stolun üzərində olan narkotik vasitədən istifadə etmək istəyəndə Elnur yaşadığı evin həyətyanı sahəsinin giriş qapısı döyülmüşdür. O, həmin tikilidə qalmış, Elnur isə qapını açmağa getmişdir. O, təxminən 1 dəqiqə sonra Elnurun ardınca çölə çıxanda Elnurun polis əməkdaşları ilə birlikdə həyət qapısının qarşısında dayandıqlarını görmüşdür. Bundan sonra polis əməkdaşları əməliyyat qərarını onlara təqdim etmişlər və narkotik maddələrin və psixotrop maddələrin saxlanmasında və döviyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyani sahəyə baxış keçirəcəkləri barədə məlumat vermişlər. Elnur isə ərizə ilə müraciət edərək etirazının olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, onun iştirakı ilə Elnurun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elektron tərəzi aşkar edilmiş və polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları Elnurun yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçi tikiliyə baxış keçirilmişdir. Baxış zamanı olan stolun üzərində 01 ədəd kağız bükümü və həmin otaqda divanın üzərində olan qəhvəyi rəngli çantada olan 01 ədəd kağız bükümü və ona məxsus bir ədəd ağrıkəsici kimi istifadə etdiyi “metodon” adlı dərmanı aşkar etmişdirlər. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmışdır. Bunlarla yanaşı polis əməkdaşları otaqda stolun üzərində narkotik maddə qəbul etmək üçün istifadə etdiyi dəmir materialdan ibarət olan kiçik ölçülü borunu iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırıb götürmüşdürlər. Bundan sonra onları Ağdam rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Ağdam RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin xidməti otağında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman onun üzərində olan şalvarın sol yan cibində olan açıq mavi rəngli plastik materialdan ibarət olan qutuya baxış keçirilmiş və həmin zaman qutunun içərisində ağ rəngli kağız bükümün içərisində sellofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılıb götürülmüşdür. Rza Nağıyev daha sonra ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitədən istifadə etmişdir. Mən həmin psixotrop maddə olan metamfetamini təxminən 6-7 ay bundan əvvəl Ağdam rayonu ərazisində xatırlamadığı yerdən tapmışdır. Elnur ona heç vaxt narkotik vasitə satmamışdır. O, nə Elnura, nə də başqa şəxslərə narkotik vasitə satmamışdır. O, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün üzərimdən aşkar edilmiş metanfetamini Elnurun ona verdiyini bildirmişdir. Lakin həmin metanfetamin ona məxsus olmuşdur. O, həmin metadonu da üzərindən aşkar edilmiş metanfetaminlə birlikdə təxminən 6-7 ay bundan əvvəl Ağdam rayonu ərazisində xatırlamadığı yerdən tapmışdır. O, Elnurun həmin çantada narkotik vasitə saxlamasını gördüyündən və ailə üzvləri tərəfindən üzərində olan metodunu görmələrindən ehtiyat etdiyindən həmin metadonu oraya qoymuşdur ki, lazım olanda oradan götürüb istifadə etsin. Həmin 01 ədəd metadonu oraya qoyduğundan Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Həmin vaxt Elnur otaqda olmamışdır. O, üzərindən aşkar edilmiş metanfetamini axşam evə gedənə qədər istifadə etməyi düşünmüşdür. Ona görə də çantaya qoymamışdır. O, Elnurun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən ondan narkotik vasitə olubolmamasını soruşmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin Məhkəmə-bioloji ekspertizanın 29 mart 2024-cü il tarixli, 16/394 nömrəli rəyindən göründüyü kimi tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketi açdıqda, içərisində, üzərində “Faran Methadone 40” əmtəə yazısı olan tamlığı pozulmuş 1 (bir) ədəd konvalyutda 1 (bir) ədəd boz rəngli, dairəvi formalı, üzərində F/M40 yazısı olan həb zavod üsulu ilə hazırlanmış metadon həbidir, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in siyahısına (İİ siyahı) daxildir. Tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki, 1 (bir) ədəd iç-içə kağız bükümdə və digər 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,089 qram, ümumi təmiz çəkisi 0,932 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in siyahısına (İ siyahı) daxildir. Tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd karton qutuda olan 1 (bir) ədəd elektron tərəzi üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş üzərində “X5 üzərindən aşkar edilmişk narkotik maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd plastik qabda olan 1 (bir) ədəd kağız bükümün içərisindəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,202 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” in siyahısına (İ siyahı) daxildir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş Məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli, 986 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-31-12/3-2758/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdır. -AZ-İV № 954574 “X3”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı var. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs ilə əlaqədar belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-cü maddəsi ilə tövsif edilməsi qanuni hesab edilə bilməz, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi ilə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Qeyd olunmalıdır ki, cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Cinayət işinin materiallarından görünür ki, 30 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 18 iyun 2024-cü il tarixədək cinayət işi üzrə icraat CM-in 234.1-ci maddəsi ilə davam etdirilmişdir. 18 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməlinə yenidən hüquqi qiymət verilmiş və onun əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. İstintaq orqanı qərarında Təqsirləndirilən şəxs ayrı-ayrılıqda ümumi təmiz çəkisi 0,932 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini iki ayrı-ayrı bükümlərdə saxlanılmasını satış məqsədi güdüyünü göstərdiyini və bu hərəkəti ilə Təqsirləndirilən şəxs CM-nin 234.2 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi göstərmişdir. Halbuki Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması hansı sübutlarla təsdiq edilməsinə dair heç bir sübut göstərilməmiş, Təqsirləndirilən şəxs satış faktını və ya niyyətini göstərən hər hansı sübuta istinad edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsindən CM-in 234.2ci maddəsinə tövsif edərkən heç bir mötəbər sübuta istinad etməmişdir. Sübutların qiymətləndirilməsi və daxili inamın formalaşması ilə bağlı məsələlər CPM-nin 145-ci maddəsi ilə tənzimlənir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini vacib bilir. Belə ki, Qanunda göstərilən subyektlərdə daxili inamın formalaşması yalnız iş üzrə toplanmış mötəbər sübutlar və onların qiymətləndirilməsi əsasında gəlinən nəticədir. Göründüyü kimi daxili inam məfhumu «sübutların qiymətləndirilməsi» adlanan maddədə əks olunmuşdur. Sübutları qiymətləndirmək hüququna malik olan subyekt deyə bilməz ki, toplanmış sübutlar bu nəticəyə gəlməyə vadar edir, lakin mən daxili inamıma əsasən hesab edirəm ki, bu belə deyil. Yəni daxili inam toplanmış sübutlar və onların qiymətləndirilməsinin nəticəsində formalaşır. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Daxili inam mötəbər sübutlara əsaslanmadıqda bu təqsirləndirilən şəxsin əməlinin yalnış tövsif edilməsi ilə nəticələnir. İstintaq orqanı sübutların qiymətləndirilməsində yalnışlığa yol vermiş və Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməmişlər. Qeyd olunanlardan bir daha görünür ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlanılması yalnız ehtimallara əsaslanmışdır. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini iki ayrı-ayrı bükümlərdə saxlanılması təşkil etmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iş materiallarında Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satmaq niyyətində olmasını və ya satmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının əsaslandığı sübutlar formal xarakter daşımış və Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarmda da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Konstitusiya Məhkəməsi özünün bir sıra Qərarlarında hüquqi mövqe nümayiş etdirərək qeyd etmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1996-cı il tarixli 4 saylı bəndinin tələblərinə görə məhkəmə hökmü mülahizələrə əsaslana bilməz. Hökm iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qeyd olunan Qərarın 6-cı bəndində göstərilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsə bəraət qazandıran və onu ifşa edən sübutlara qiymət verilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə ibtidai istintaq orqanı mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlamasını onu satmaq niyyətinin olması barədə nəticəyə gəlmiş, ibtidai istintaq orqanın bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə səbəb olmuşdur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının, xx.xx.2020-ci il təvəllüdlü X2 olması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməli, iş üzrə maddi subutlar- 1 (bir) ədəd içiçə kağız bükümdə və digər 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,089 qram, ümumi təmiz çəkisi 0,932 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatın dəyəri 60,80 manat ondan tutulmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Ağdam rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 28 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Ağdam rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut- 1 (bir) ədəd iç-içə kağız bükümdə və digər 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,089 qram, ümumi təmiz çəkisi 0,932 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-31/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-31/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver