Məhkəmə qərarları › İş №1(013)-31/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-31/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-31/2025 21.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 iştirakı ilə, X4 haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə X5 xüsusi ittiham qaydasında şikayətinə 21 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: N.N.İmanov məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində Ağdam rayonunun Bağbanlar kəndində qeydiyyatda olan X4 onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaydığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. N.N.İmanov xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanmış, hazırda 2-ci dərəcəli Qarabağ qazisi olmaqla yanaşı Prezident təqaüdçüsüdür, məcburi köçkün kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşmışdır. xx.xx.2025-ci ildə Xocalı rayonu ərazisində şəhid atasının və qardaşının qəbrlərini ziyarətə gedən zaman düşmənin basdırdığı piyada əleyhinə minaya düşmüş, Bərdə Rayon Diaqnostikaa mərkəzində sağ ayağımın baldır nahiyəsinin 1/3 hissəsi amputasiya edilmişdir. Şikayətə əlavə edilmiş «Tik-Tok» sosial şəbəkədə 22 fevral 2025-ci il tarixdə saat 22:02 radələrində barəsində yaymlanmış məlumatlarda guya onun bud oynağında olan protezin müharibə ilə heç bir əlaqəsi olmadığını, müharibə veteranı olsa da, müharibə əlili olmadığı barədə həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi ləkələyən məlumatlar yayılmışdır. Məlum olmuşdur ki, bu yalan məlumatı yaymış şəxs X6r. Aşağıda göstərilənlrə əsasən hesab edir ki, onun barəsində şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələ gətirən böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaydığına görə X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başalnmalı və V.Ə.Abbasova həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Belə ki, o, işə əlavə etdiyi müvafiq sənədlərdən göründüyü kimi həqiqətən Birinci Qrabağ müharibəsi iştirakçsı və qazisi olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və göstərdiyi igidlik və şücaətlərə görə dövlət tərəfindən ən yüksək səviyyədə təltif edilmişdir. xx.xx.1992-ci ildə «Sol bud-çanaq oynağının kor güllə yaralanması, oynağın yad cism (güllə) yaralanması, başın sol bazusunun yuxarı 1/3-nin kor qəlpə yaralanmaları hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. 708 nömrəli Hərbi Hissə Komandiri tərəfindən 7-ci MAT-nun komandiri kimi Ağdam rayonunun Əhmədağalı kəndinin düşməndən təmizlənməsində göstərdiyim igidliyə görə fəxri fərmanla təltif edilmişdir. X2 7 iyul 1991-ci ildə ermənilər tərəfindən güllələnərək şəhid olmuşdur. X1 ermənilər tərəfindən güllələnərək 07 iyul 1992-ci ildə şəhid olmuşdur. Özü Azərbaycan Respublikası X3, Veteranları və X11 Birliyinin Ağdərə rayon filialının sədridir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qismində məhkəmənin hazırlıq iclasında ifadə verən N.N.İmanov şikayətində göstərilənləri müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs qismində məhkəmənin hazırlıq iclasında ifadə verən V.Ə.Abbasova göstərmişdir ki, 1992-ci ildən tibb bacısı işləməklə müharibə veteranıdır. Nağı İmanovu təhqir etmək fikri olmamış, «tik-tok» şəbəkəsində Nağının bud sümüyündə olan xəstəliyin müharibə ilə bağlı olmadığını yazmışdır. Başqa sözləri yazmamışdır. Ərinin və oğlunun vəfat etdiklərini, tənha qadın olduğunu, hazırda Ağdam Mərkəzi Rayon Xəstaxanasının cərrahiyyə şöbəsində tibb bacısı işlədiyini bildirmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X5 X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən barəsində xüsusi ittiham qaydasında verilmiş əməldə cinayət əlamətləri olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6-cı maddələrinə, həmçinin şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin Məcəllənin 302.1.3-ci maddələrinə əsasən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Həmin Məcəllənin 147.1-ci maddəsi böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. V.Ə.Abbasovanın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində göstərilən əlamətlərin olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə ki, V.Ə.Abbasovanın N.N.İmanovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq, sonuncuya nöhtan atmaq məqsədinin olması barədə iş materiallarına sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaqdıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətdə V.Ə.Abbasovanın doğulduğu gün və ay səhv göstərilmiş, cinayət barədə məlumatlar (cinayətin harada törədilməsi, maddi ziyanın məbləği, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri) hansı sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. 302.3. Məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3-cü maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar