Məhkəmə qərarları › İş №1(013)-33/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-33/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-33/2025 20.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1973-cü il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bərdə şəhəri, Təbriz küçəsi ev 70-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 17 dekabr 2024-cü il tarixdə saat 03 radələrində Ağdam rayonu Çullu kəndində kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinin giriş qapısından həyətə daxil olmaqla sonuncunun həyətində olan tövlənin qapısını açaraq saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq Tohid Nəbiyvə məxsus 01 baş erkək cinsli, 01 illik iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını qəsdən oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Onun övladı xəstə olduğuna görə təcili pul lazım olmuşdur. Buna görə də o, oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün Ağdam rayon Çullu kəndini seçmişdir. Çünki həmin kənd Soğanverdilər kəndində yaxın məsafədə yerləşir və həmiçinin həmin kəndi yaxşı tanıyır. xx.xx.2024-cü il tarixdə hazırlaşıb axşam oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 03 radələrində Ağdam rayon Çullu kəndinə gəlmişdir. Çullu kəndi ərazisində bir qədər gəzdikdən sonra oğurluq üçün ən əlverişli sonradan adının Tohid olduğunu bildiyi şəxsin heyvanları olduğunu müəyyən etmişdir. Belə ki, Tohidin həyətinin giriş qapısı açıq olmuşdur. O, həmin qapıdan həyətə daxil olaraq tövləyə getmişdir. O, tövlənində qapısı açıq olduğundan rahatlıqla içəri daxil olmuşdur. Tövlədə təxminən 6-7 baş iribuynuzlu heyvan olmuşdur. O, həmin heyvanlardan bir baş erkək cinsi təxminən bir il yarımlıq olan heyvanı ipindən açaraq tövlədən çıxarmışdır. Daha sonra həmin heyvanı ipindən tutub küçəyə çıxarmışdır. Daha sonra dananı piyada Bərdə rayon Soğanverdilər kəndində yerləşən rəhmətə getmiş atası Qardaşxana məxsus yaşayış olmayan həyətə gətirmişdir və həyətdə olan çəkil ağacına bağlamışdır. O, oğurladığı dananı Gəncə bazarında satmaq qərarına gəlmişdir. Çünki ətraf rayonların bazarlarında satarkən tutulacağından qorxmuşdur. Məhz elə bu səbəbə görə də o xx.xx.2024-cü il tarixdə saat təxminən 07 radələrində yaşadığı Bərdə şəhərindən tanımadığı taksi vasitəsilə Gəncə şəhəri ərazisinə getmişdir. Gəncə şəhəri ərazisində “Daşkəsən yolu” deyilən ərazidə yerləşən bazarın qarşısında dayanmış “Qazel” markalı avtomobilə yaxınlaşıb övladının xəstə olmasına görə bir baş iribuynuzlu heyvanını satmaq istədiyini bildirmişdir və onunla birlikdə Bərdə rayonuna qayıdaraq dananı götürüb Gəncə şəhərinə gəlməsini xahiş etmişdir. O da onunla razılaşmışdır. O adını bilmədiyi həmin Qazel sürücüsünə 140 manat pul verəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Bərdə rayonu Soğanverdilər kəndinə gəlmişdirlər və orada həyətdə olan bir baş dananı dövlət qeydiyyat nişaşnı bilmədiyi Qazel markalı yük avtomobilinə yükləyərək Gəncə şəhərində yerləşən bazara aparmışdırlar. Orada həmin dananı tanımadığı şəxsə 1200 manata satmışdır. Həmin puldan 140 manatını Qazel markalı avtomoiblin sürücüsünə vermişdir. Yerdə qalan 1060 manatı isə cibinə qoyaraq Bərdə rayonuna qayıtmışdır və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, oğurluq etməkdə ona heç kim kömək etməmişdir, oğurluq hadisəsini özü tək olaraq etmişdir. Onun oğurluq etməyindən heç kimin xəbəri olmamışdır, həmçinin onu oğurluq edən zaman heç kim görməmişdir. O, həmin avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır və sürücüsünün adını bilmir. Həmin şəxsin dananın oğurluq olmasından məlumatı olmamışdır. Çünki o həmin sürücüyə dananın özünə məxsus olduğunu bildirmişdir. Gəncə şəhərində dananı satdığı həmin şəxsi tanımır və o dananın oğurluq olmasını bilməmişdir. Həmin 01 baş dana erkək cinsli, təxminən 1 yaş yarımlıq olmuşdur. Həmin ev atası Qardaşxana məxsus olmuşdur. Atası öldükdən sonra həmin evdə kiçik qardaşı İlyas yaşamışdır. Hazırda evdə kimsə yaşamır. Həmin ev boşdur, o oğurladığı heyvanı həmin evin həyətinə aparan zaman orada heç kim olmamışdır və onun heyvanı ora apardığını görən şəxs və yaxud şəxslər olmamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu və vurduğu ziyanı tam ödədiyini bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Çullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, 3 övladı vardır. Çullu kəndində yerləşən fərdi yaşayış evinin həyətində tövləsi vardır. Həmin tövlədə 6 baş iribuynuzlu heyvan saxlayır. Hər səhər saat 08 radələrində tövləyə gedib heyvanlara ot verir, bundan sonra saat 13 radələrində və sonuncu dəfə saat 18 radələrində tövləyə gedib heyvanlara ot, su vermişdir. 16 dekabr 2024-cü il tarixdə gün ərzində evdə olmuşdur. Axşam həmişəki kimi saat 18 radələrində heyvanlara ot verib qapını bağlamışdır. Tövlənin qapısı bağlandıqdan sonra arxadan dəmir qarmaq keçirib bərkidmişdir. Tövlənin qapısına heç vaxt kilid vurmamışdır. 17 dekabr 2024-cü il tarixdə səhər saat 08 radələrində gedib tövlənin qapısını açıb içəri girmişdir. İçəri girən zaman heyvanlardan 1 başının yerində olmadığını görmüşdür. Heyvanları kəndirlə bağladığı üçün açılıb çıxması mümkün deyildir. Buna görə də həmin heyvanın oğurlandığını bilmişdir. Ona görə də polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs tanıyır, o Bərdə rayon sakinidir, əvvəllər CM-in müxtəlif maddələri ilə məhkum olunduğunu bilmişdir. Onlarla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 04 radələrində mən qonşu kənd olan Bərdə rayon Şahvəlilər kəndində yaşayan dayısıgildən hazırda yaşadığı Ağdam rayon İmamqulubəyli kəndinə gəlmişdir. Həmin vaxtı meşənin yaxınlığına çatanda bir nəfər şəxsin əlində dananın ipini tutaraq apardığını görmüşdür. O diqqətlə baxanda həmin şəxsin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs olduğunu bilmişdir, lakin Qafqaz onu görüdüyünü bilməmişdir. Qafqaz boz rəngli dananın ipindən tutaraq özü ilə Bərdə rayon Şahvəlilər kəndi istiqamətinə aparmışdır. Bundan sonra o hazırda yaşadığı İmamqulubəyli kəndinə gəlmişdir. Sonradan bilmişdir ki, həmin vaxtı Qafqazın apardığı dana oğurluq imiş. Bununla bağlı polis əməkdaşları onunla profilaktiki söhbət aparan zaman onlara Qafqazı həmin gecə gördüyünü bildirmişdir və bundan sonra polis əməkdaşları onu Ağdam rayon polis şöbəsinə dindirilməsi üçün dəvət etmişdirlər. Həmin vaxtı Qafqazın yanında heç kim olmamışdır, o tək olaraq həmin dananın ipindən tutaraq aparmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1166 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş 10-12 aylıq, erkək cinsli, diri çəkisi 250kq olan iribuynuzlu heyvanın 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1700,00 manat müəyyən edilir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci tarixli tələbnamədən görünür ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. -Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 282 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də onu həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nın 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsi və CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində iki az yaşlı uşağının, yəni xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 olması, həmçinin onun birinci Qarabağ müharibəsi zamanı İİ qrup müharibə əllili olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun 19 yanvar 2025-ci il tarixdən 21 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı və ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bərdə rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bərdə rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə ekspertiza təhqiqatın dəyəri Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də onun ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəs i ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdən 21 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bərdə rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bərdə rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydə alınıdığı vaxtdan hesablansın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 9 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 99 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar