Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-34/2024 31.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, xüsusi ittihamçı X2, barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X3 iştiraki ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında Agdam Rayon Məhkəməsinə şikayət verərək, Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olan X5 "TİK-TOK" sosial şəbəkəsində dr.Quliyev profil səhifəsində onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla “Ağdam rayonu səhiyyə idarəsinə yeni təyinat alan X1rı ilə yox öz qanunları ilə hərəkət edir. Daha bezmişik gəldiyi gündən əsəblərimizi pozub, xəstəxanaya müraciət edə bilmirik. Hal-hazırda səhhətimlə bağlı özəl klinikaya müraciət edəcəm. Səhiyyə özəl qruma çevrilib, həkim andına baxan yoxdur. Ağdama gəldiyi gündən mənim canımı boğazıma yığıb. Başıma gələ biləcək hər hansı bir hadisəyə görə Canəli Nəbiyev üzərinə düşür” yazdığı fikirlərinə eləcə də, “başımın üstündə olan Ulu Öndərin büstü, Cənab Prezident dediyi kimi Qarabağ Azərbaycandı! Dəmir Yumruq və bir də stolumun üstündə olan Azəribaycan xəritəsi və Ulu Öndərin imzası ilə şəklin düzəldib stolumun üstünə qoyduğuma görə mənə çox təziqlər göstərilir, məndə bunları stolumun üstündən götürmədiyimə görə mənim iş kabinetimi bağlayıb.......” yanaşı coxsaylı belə böhtan xarakterli səsləndirdiyi fikirləri ilə mənə böhtan atdığına görə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 izahatında onun “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X9 direktor vəzifəsinə təyin olunduğunu, vəzifə səlahiyyətlərini icra edərkən, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10 Stomotologiya kabinetində 1.0 ştat vahidi Həkim Stomotoloq işləyən Ağdam rayonu, Zəngişalı kəndində qeydiyyatda olan X3 2005-ci il tarixdən xəstəxanada işə başlamasına baxmayaraq, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiya imtahanından bu günə qədər keçmədiyini və onun bu barədə şəhadətnaməsinin olmadığını, bu səbəbdən də, həmin şəxsin xx.xx.2024-cü il tarixli əmrlə ixtisasartırma kursunda iştirak etmək məqsədi ilə Bakı şəhərinə ezam olunduğunu, bundan sonra S.Quliyevin "TİK-TOK" sosial şəbəkəsində dr.Quliyev profil səhifəsində onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla böhtan xarakterli səsləndirdiyi fikirləri ilə ona böhtan atdığını, ona görə də, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair qərar qəbul edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X5 şikayətin əsassız olduğunu, X4 barəsində böhtan xarakterli məlumatları yaymadığını, onun şərəf və ləyaqətini alçatmadığını, onun təhqir etmədiyini, sadəcə olaraq cənab prrezidentə müraciət etdiyini və Ağdam Rayon Mərkəzi Xəstəxanasında olan problemlərdən danışdığını bildirdi və onun barəsində olan xüsusi ittiham qaydasında şikayəti rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və digər sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının CM-nin “Böhtan” adlanan 147.1-ci maddəsinin dispozisiyasına görə böhtan obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, fiziki şəxslərlə bağlı məlumat dedikdə onların şəxsiyyəti, sosial mənşəyi, cinsi, təhsili, vətəndaşlığı, ailə, sosial və əmlak vəziyyəti, səhhəti, fiziki və psixoloji durumu, yaşı, fəaliyyət qabliyyəti, məşğuliyyəti, məhkumluğu, vərdişi, həyat tərzi, tərcümeyi - halı, öhdəlikləri, davranışı, müsbət və ya mənfi cəhətləri, xarakteri və s. barədə açıqlanan və çatdırılan, həqiqi və ya yanlış olan konkret bilgidir. Hazırki şikayətin verilməsinə səbəb olan sözügedən müraciətdə isə ünvan sahibi barəsində hər hansı bir konkret bilgi, yəni məlumat əks olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (Jerusalem Avstriyaya qarşı, §43). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət təqibi başlanmasına dair qərar qəbul edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağdam rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-34/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-34/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver