Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-35/2023 26.09.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Tərcüməçi – Azərbaycan Karlar Cəmiyyətinin Mingəçevir şəhər rayonlararası lal-kar idarə heyətinin sədri, jest dilli tərcüməçisi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, İİİ qrup əlil, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Evoğlu kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxs 17 may 2023-cü ildə saat 00:30 radələrində Ağdam rayonunun Evoğlu kəndində yaşadığı evin həyətində alkoqol sərxoşluğu vəziyyətində ailə üzvləri ilə mübahisə edərək yaratdığı ailə münaqişəsinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi üçün bacısı Şahid3 xahişi ilə qonşusu Şahid6 16 may 2023-cü il tarixdə saat 22:28-də mobil telefonla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» zəng mərkəzi xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə gələn Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarından ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən, yəni «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən təyinat üzrə ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək vəzifəsini icra etməklə onu hüquqa zidd hərəkətlərə son qoymağa və nizamintizama dəvət edib xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi xx.xx.2019-cu il tarixli əmrlə Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Ağdam Rayon Polis X4 Bölməsinin polis sahə rəisi təyin olunmuş, polis baş leytenantı Zərərçəkmiş şəxs yaşadığı evin mətbəxindən əldə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə iki dəfə zərbə vuraraq qarının ön səthinin və döş qəfəsinin sağ yarsının arxa səthinin deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 16 may 2023-cü ildə günorta saatlarında xatırlamadığı yerdə olan ərzaq mağazasından bir neçə ədəd “Go” adlanan spirtli içki və bir butulka pivə alıb yaşadığı evdə qəbul etməyə başlamışdır. Bundan sonra atası Şahid1, anası Şahid2 və sonradan yaşadığı evə gələn bacısı Şahid3 ona spirtli içki içməməyi məsləhət görmüşlər. Həmin vaxt ailə üzvlərinin iradlarından əsəbləşmişdir. Sonra yaşadığı kəndin polis sahə rəisi Zərərçəkmiş şəxs və bir neçə polis əməkdaşının onların həyətinin giriş qapısının önündən evlərinə doğru gəldiklərini gördükdə polis əməkdaşlarının onu tutub ruhi-əsəb xəstəxanasına aparacaqlarını düşünüb yaşadığı evin mətbəxinə keçərək oradan taxta dəstəkli mətbəx bıçağını götürüb özünün boğazına dirəyərək polislərdən yaxınlaşmamağı tələb etmişdir. Polis əməkdaşları onu kənardan dayanıb sakitləşdirməyə çalışsalar da, o, polislərin onu tutub aparacağını düşünmüşdür. Bir qədər sonra Zərərçəkmiş şəxs ona nə isə dediyini gördükdə həmin şəxsin onu tutub aparacağını düşünüb əlində olan taxta dəstəkli bıçaqla Kənanın bədəninə iki dəfə vurmuşdur. Bundan sonra Kənan həyəti tərk edərək getmiş, digər polis əməkdaşları isə onu sakitləşdirməyə davam etmişlər. Tədricən əsəbləri sakitləşdiyi üçün bıçağı yaxınlıqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X4 Bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs göstərmişdir ki, 2012-ci ildən polisdə, 2018ci ildən isə Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində xidmət edir. 2022-ci ilin noyabr ayından Ağdam rayonunun Evoğlu, Qaradağlı, Rzalar və Hacıməmmədli kəndlərinə sahə rəisi təyin olunmuşdur. 16 may 2023-cü ildə saat 22:49-da Ağdam Rayon Polis Şöbəsinin növbətçi hissə rəisinin köməkçisi onun isitifadəsində olan mobil nömrəyə zəng edərək xidməti ərazisi olan Ağdam rayonu Evoğlu kənd sakini, onun 2022-ci ildən tanıdığı Təqsirləndirilən şəxs yaşadığı evdə ailə münaqişəsi yaratması barədə məlumat vermişdir. Dərhal Ağdam Rayon Polis X4 Bölməsinin sahə polis nəfəri Şahid4lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqda sonuncunun valideynləri onları yaşadıqları evə dəvət etmişlər. Onlar həmin evə doğru gedərkən Təqsirləndirilən şəxs əlində olan mətbəx bıçağını öz boğaz nahiyəsinə yaxınlaşdıraraq ətrafdakılardan yaxınlaşmamağı tələb etdiyini görmüşdür. Həmin vaxt orada Təqsirləndirilən şəxs atası Allahverdi, anası Vəsilə və bacısı Dürdanə olmuşlar. Onlar Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışarkən bacısı Dürdanə evdən çıxaraq yaşadığı evə getmişdir. Vaqif Hüseynovu sakitləşdirib özünə xəsarət yetirməsinin qarşısını almaq istəmişdir. Onlar həmin yerə çatdıqdan təxminən yarım saat sonra Ağdam Rayon Polis Şöbəsinin sutkalıq əməliyyat-istintaq qrupunun üzvləri, həmçinin Şahid5 də həmin yerə gəlmişlər. Ətrafdakılardan yaxınlaşmamağı xahiş edib Təqsirləndirilən şəxs sakitləşdirmək üçün cəhdlərini davam etdirmişdir. 17 may 2023cü ildə saat 00:30 radələrində Təqsirləndirilən şəxs müxtəlif işarələrlə sakitləşdirməyə çalışaraq sonuncuya yaxınlaşıb əlində olan bıçaqla özünə xəsarət yetirməsinə mane olmaq üçün bıçağı verməsini tələb etdikdə Vaqif qəfildən əlində olan mətbəx bıçağı ilə ön tərəfdən onun qarın nahiyəsinə zərbə endirmiş, o, geri çəkilməyə çalışarkən isə bir dəfə sağ kürək nahiyyəsinə vuraraq kənara çəkilmişdir. Bundan sonra hadisə yerində olan digər polis əməkdaşları Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinin qarşısını almaq üçün tədbirlərini davam etdirmiş, ona isə hadisə yerinə çağırılmış olan Ağdam Rayon Mərkəzi X6 Yardım Stansiyasının əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsi nəticəsində qarın nahiyəsindən və sağ kürək nahiyəsindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsini sonuncunun atası Allahverdi, anası Vəsilə, Yusif Musayev, Şahid4 və Şahid5 adlı polis əməkdaşları görmüşlər. Təqsirləndirilən şəxsla barışdığından şikayət və tələbinin olmadığını qeyd etməklə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Hazırda Ağdam-Xocalı rayonları arasında xidmət aparmaqla üzrlü səbəbdən məhkəmədə iştirak etməyən şahidlər - Ağdam Rayon Polis X4 Bölməsinin sahə rəisi Şahid5 və polis nəfəri Şahid4 iş materiallarında olan ibtidai istintaq zamanı verdikləri ifadələri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmədə elan olunmuşdur. Şahidlər Şahid5 və Şahid4 ibtidai istintaq zamanı dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişlər. Şahid qismində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs alkoqoldan sonra yaranan psixi pozuntu diaqnozu ilə X12 Dispanserində qeydiyyatdadır. Vaqif əvvəllər spirtli içki qəbul etdikdən sonra müxtəlif aqressiv hərəkətlər etmişdir. Vaqifin nitq və eşitmə qabiliyyəti məhdud olduğu üçün sonuncu ilə müxtəlif jest hərəkətləriylə ünsiyyət yaradırlar. 16 may 2023-cü ildə saat 17 radələrində Vaqif bir neçə ədəd “Go” adlanan spirtli içki və bir ədəd iki litrlik pivə alıb yaşadığı Ağdam rayonunun Evoğlu kəndində yerləşən evlərinə gətirib içməyə başlamışdır. Həmin vaxt o və arvadı Vəsilə Vaqifə spirtli içki içməsinə görə irad bildirmiş, Vaqif isə əsəbi hərəkətlər edərək içməyi davam etmişdir. Bundan sonra Vaqif qonşuluqda yaşayan qızı Şahid3 yaşadığı evə gedərək sonuncunu onların yaşadığı evə gətirmişdir. Vaqif Dürdanəni evə gətirdikdən sonra sonuncudan evi tərk etməməyi tələb etmiş və Dürdanə getmək istəyəndə əsəbləşərək onun evdən çıxmasına imkan verməmişdir. Bu hal bir neçə saat davam etdikdən sonra qızı Dürdanə üzərində olan mobil telefonla qonşuluqda yaşayan Şahid6 zəng edərək qardaşı Vaqifin yaşadığı evə qayıtmasına imkan vermədiyini bildirib bu barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat verməyi xahiş etmişdir. Saat 23 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs və başqaları küçə qapısından onların yaşadıqları evə doğru gələrkən Vaqif evdən çıxıb polis əməkdaşlarını görmüş və dərhal mətbəxə keçib oradan taxta dəstəkli bıçağı götürüb polislərdən yaxınlaşmamağı tələb etmiş, bıçağı boğazına tutaraq özünə xəsarət yetirəcəyini bildirmişdir. Həmin vaxt Dürdanə Vaqifin başının polislərə qarışmasından istifadə edərək evdən getmişdir. Bundan sonra polis əməkdaşları Vaqifi sakitləşdirməyə çalışsalar da, Vaqif aqressiv hərəkətlərini davam etdirərək əlindəki bıçaqla gah polis əməkdaşlarına xəsarət yetirəcəyi ilə hədələmiş, gah da özünə xəsarət yetirəcəyini bildirmişdir. Bir qədər sonra əlavə bir neçə polis əməkdaşı da, yaşadıqları evin həyətinə gəlmiş və müxtəlif üsullarla Vaqifi sakitləşdirməyə çalışmışlar. 17 may 2023-cü ildə saat 00:30 radələrində Vaqif əlində olan mətbəx bıçağı ilə onu sakitləşməyə çağıran Zərərçəkmiş şəxs qarın və kürək nahiyyələrinə bıçaq zərbələri vurmuşdur. Vaqif Kənanı bıçaqla vurduqdan sonra dərhal kənara çəkilmiş və Kənan onun əlindən bıçağı ala bilməmişdir. Bundan sonra Kənan digər polis və hadisə yerinə gələn təcili yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılmışdır. Daha sonra polis əməkdaşları oğlu Vaqifi sakitləşdirmək və onun ətrafdakılara xəsarət yetirməsinin qarşısını almaq üçün sonuncuyla ünsiyyət qurmaq cəhdlərini davam etdirmişlər. 17 may 2023-cü ildə saat 03:40 radələrində Vaqif əlində olan bıçağı stolun üzərinə qoymuş və bundan sonra polis əməkdaşlarının dəvəti ilə Ağdam Rayon Polis Şöbəsinə getmişdir. Hadisə zamanı Kənandan başqa heç kim xəsarət almamış, həmçinin ətrafa ziyan dəyməmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid2 və Kərimova X2 Allahverdi Əhəd oğlunun göstərdiyi xüsusatları təsdiqləmişlər. Şahid6 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın qonşusudur. Onunla Vaqif və ailə üzvləri ilə arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Vaqif uzun müddətdir içkili olduqda ailəsi ilə mübahisə edir. 16 may 2023-cü ildə saat 22 radələrində yaşadığı evdə olarkən Vaqifin bacısı Dürdanə mobil telefonla ona zəng vuraraq Vaqifin onlara hədə qorxu gəlməsini deyərək bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsini xahiş etmiş, o isə dərhal 102 xidmətinə zəng vurub ailə münaqişəsi barədə məlumat vermişdir. Vaqifin yaşadığı evdə hər hansı bir səs-küy eşitməmiş və bu səbəbdən həmin yerə getməmişdir. Vaqifin polis əməkdaşını bıçaqla vurduğunu hadisədən bir gün sonra eşitmişdir. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 111 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının ön səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş-deşilmiş yaraları deşici-kəsici təsir göstərə bilən alət (alətlər), ola bilsin bıçaq təsirindən, həmçinin ekspertizaya təqdim edilmiş bıçaq və həmin bıçağın konstruktiv xüsusiyyətlərinə malik digər bıçaq təsirindən törənə bilmələri inkar olunmur, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 357-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (pencək, köynək və mayka) ön səthində solda bir və arxa səthində sağda bir ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaqla törənməsi inkar olunmur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 347/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt mayka, polis köynəyi və pencəyi üzərində Oalfa, beta /İ/ qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs aid olması inkar olunmur. Məhkəmə-narkoloji eksperizasının xx.xx.2023-cü il tarixli 1088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər emosional davamsız şəxsiyyət pozuntusu, alkoqolizimlə fəsadlaşma XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, alkoqolizimlə fəsadlaşma xbt 10, F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və kompensasiya (müvəqqəti yaxşılaşma) mərhələsində olması səbəbindən o, cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, alkoqolizimlə fəsadlaşma XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hal-hazırda da öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs hadisə baş verən zaman əsəbi psixi-emosional halda olmuş və həmin vəziyyət spirtli içki qəbul etməsi ilə şərtlənə bilər. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-61/2-15185/23 saylı məktubundan görünür ki, həmin şöbənin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Zərərçəkmiş şəxs xx.xx.2012-ci il tarixdən daxili işlər orqanlarında, xx.xx.2019-cu il tarixdən də tutduğu vəzifədə xidmət etməklə Ağdam rayonu Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə xidmət aparır. X12 Dispanserinin xx.xx.2023-cü il tarixli 442 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi və davranış pozuntuları ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Tibbi-Sosial Ekspert Komissiyasının Təqsirləndirilən şəxs adına verilmiş müayinəyə dair məlumat verilməsi haqqında olan sənəddən görünür ki, onda şəxsiyyətin emosional davamsız pozğunluğu, emosional davamsız şəxsiyyət və davranış pozuntusu, anadangəlmə lal-karlıq müəyyən edilmiş, o, üçüncü dərəcəli əlildir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ağdam rayonunun Evoğlu kəndində yerləşən X1 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətidir. Hadisə yerindən Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq götürülmüşdür. Götürülmüş əşayaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək götürülmüşdür. Götürülmüş əşayaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd şalvar 01 ədəd mayka, 01 ədəd köynək və 01 ədəd pencək götürülmüşdür. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışdığından şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(013)-16/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı dörd ay doqquz gün müddət səkkiz ay on səkkiz gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayətçi olmaması, nitq və eşitmə qabiliyyəti məhdud olmaqla İİİ qrup əlil olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus pencək, köynək, mayka, şalvar özünə, Təqsirləndirilən şəxs məxsus köynək, qolsuz mayka, kofta və şalvar isə özünə qaytarılmalıdır. İş materiallarından müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 7 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib, dörd il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı dörd ay doqquz gün müddət səkkiz ay on səkkiz gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq üç il üç ay on iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonunun Əfətli kəndində yerləşən evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerə getməmək barədə əlavə vəzifə qoyulsun. İş üzrə maddi sübut - Ağdam Rayon Prokurorluğunda saxlanılan bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut - Ağdam Rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus pencək, köynək, mayka, şalvar özünə qaytarılsın. İş üzrə maddi sübut - Ağdam Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus köynək, qolsuz mayka, kofta və şalvar özünə qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 7 iş saatı üçün hər saatı 6 manat olmaqla 42 (qırx iki) manat vəkil X3 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-35/2023
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-35/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver