Məhkəmə qərarları › İş №1(013)-35/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-35/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-35/2025 30.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1963-cü ildə Ağdam Rayon Umudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtissas təhsilli, ailəli, Ağdam MRX-da mülki müdafiə üzrə mütəxəssis işləyən, məhkumluğu olmayan, Ağdam Rayon Umudlu kəndində qeydiyyatda olmaqla, hazırda Bərdə rayon Cəyirli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx xxxx 1960-cı il tarixdə Ağdam Rayon Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, müharibə veteranı, Ağdam Rayon Əfətli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 təqsiləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir . Belə ki, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs6 həyat yoldaşı Şahid3 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri ərazisində "xxxx" ASCnin inzibati binasının yaxınlığında 2000 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs4 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ağdam rayon Dördyol-1 Qəsəbəsi ərazisində yerləşən “Şəhriyar” adlı ərzaq mağazasının qarşısında 2000 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 2000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu 588 saylı Qəsəbədə 1500 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs5 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ağdam Rayon Quzanlı Qəsəbəsi ərazisində yerləşən “Dördyol” adlanan ərazidə 2000 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 2000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid4 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ağdam rayon Dördyol-1 Qəsəbəsi ərazisində yerləşən “Şəhriyar” adlı ərzaq mağazasının qarşısında 2500 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 2500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 bacısı Şahid2 əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığından bərpa etdirəcəyini yalandan vəd verib onu aldadaraq bu məqsədlə 2021-ci ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Ağdam rayon Dördyol-1 Qəsəbəsi ərazisində yerləşən “Şəhriyar” adlı ərzaq mağazasının qarşısında 2000 manat pulunu qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2ci maddələri ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Həmin ittihamla həmçinin Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs6 2000 manat, Zərərçəkmiş şəxs4 2000 manat, Zərərçəkmiş şəxs3 1500 manat, Zərərçəkmiş şəxs5 2000 manat Zərərçəkmiş şəxs2 2500 manat və Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmuş, ona qarşı da Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirmiş, təqsirini etiraf etmiş, peşmançılıq bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərmişdir ki,həmin işlərlə bağlı hazırda Təqsirləndirilən şəxs1 6000 manat borcu var, imkanı olan kimi ödəyəcək. Təqsirləndirilən şəxs2 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayından etibarən tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxt Azər ona həmin şəxsə tanıdığı şəxsləri “pensiyaya çıxarmağa köməklik göstərməyini” xahiş etmişdir. Bundan bir neçə gün sonra Azərlə Ağdam rayon Quzanlı Qəsəbəsi ərazisində Ağdam MRX-nin qarşısında çayxanada görüşmüşlər. Onlar Azərlə görüşdükdən sonra Yasən də oraya gəlmiş və birlikdə söhbət zamanı sonuncu ona bir neçə nəfər şəxsi pensiyaya çıxarmağa köməklik göstərməyimi xahiş etmişdir. Yasənə həmin şəxsləri “müxtəlif əlillik qruplarında pensiyaya çıxarmağa köməklik” edə bilib-bilməyəcəyi ilə bağlı “başqa şəxslə məsləhətləşdikdən sonra cavab verə biləcəyini, habelə özünün bu işlərlə məşğul olmadığımı söylədim”, sonradan söhbətləri bitdikdən sonra oradan uzaqlaşıb yaşadıqları ünvana getmişlər. Həmin dövr ona şəxsi ehtiyacları üçün vacib pul lazım olduğuna görə o, Yasən adlı şəxsə həmin şəxslərin dayandırılmış pensiyalarını bərpa edə biləcəyini və bunun müqabilində pulları gətirməsini bildirmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Yasən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək bir nəfər şəxsin sənədlərini və 2700 manat pulu Azərə verdiyini, həmin pulları ondan götürməyini bildirmişdir. Bundan sonra Azərlə telefon əlaqəsi saxlayaraq onunla Qasımbəyli Qəsəbəsinin girişində görüşmüş, həmin vaxt Azər ona ağ zərfin içində Zərərçəkmiş şəxs4 və Şahid3 aid şəxsiyyət vəsiqəsinin surətini, Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatları əks etdirən sənədi və 2700 manat pulu vermişdir. Həmin pulu o, şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 3-4 gün sonra Yasənlə o, Ağdam rayon Quzanlı Qəsəbəsində “Poçtun” yaxınlığına görüşmüşlər. Orada Yasən ona Zərərçəkmiş şəxs3 aid sənədlərin surətini və 1000 pulu vermişdir. Həmin 1000 manat puluda şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 10 gün sonra Yasən ona zəng edərək Mingəçevir şəhərinə getdiyini 2 nəfər şəxsə aid sənədləri və 2700 manat pulu Azərə verdiyini bildirmişdir. Dərhal Azərlə telefon əlaqəsi saxlayaraq onunla Qasımbəyli Qəsəbəsinin girişində görüşmüş və sonuncu ona Zərərçəkmiş şəxs5 və Şahid4 aid sənədləri, həmçinin 2700 manat pulu zərfin içində vermişdir. Həmin pulu yenə də şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra təxminən 2021-ci ilin iyun ayının ortalarında səhhəti ilə bağlı Bakı şəhərinə getmişdir. Bu zaman Yasən ona zəng edərək bir nəfər də tapdığını həmin şəxsə məxsus 1550 manat pulu ona vermək istədiyini bildirmişdir. Yasənə hazırda Bakı şəhərində olduğunu bildirdikdə, Yasən ona poçt vasitəsilə pulu göndərə biləcəyini bildirmişdir. Yasənlə razılaşmış, bir neçə dəqiqə sonra Yasən ona zəng edərək 1550 manat pulu poçt vasitəsilə ona göndərdiyini bildirmişdir. 1550 manat həmin pulu ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin AZ1102 saylı poçt şöbəsindən almışdır. Həmin pulu aldıqdan sonra Ağdam rayonuna qayıtmış və rayonda müalicəsinə xərcləmişdir. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini, onlara vurulmuş zərər məbləğinin ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və ya tələblərinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 50 ildir ki, tanıyır. Belə ki, sonuncu onun həmkədlisidir. Təqsirləndirilən şəxs2 isə tanımır. Şəkər xəstəsi olduğuna görə 2015ci ildən 2020-ci ilədək pensiya almışdır. Lakin 2021-ci ilin əvvələrində həmin pensiya dayandırılmışdır. Bundan sonra pensiyasının dayandırılması barədə Təqsirləndirilən şəxs1la söhbət edərkən Yasən ona pensiyasını bərpa etdirə biləcəyini demişdir. Yasəndən pensiyanın bərpa olunacağının nə qədərə başa gələcəyini soruşanda Yasən ona 2000 manat qarşılığında pensiyanı bərpa etdirə biləcəyini demişdir. Həmin vaxt Yasənlə razılaşmışdır. Təxminən iki gün sonra Yasənlə Ağdam rayon Quzanlı Qəsəbəsidnə “Dördyol” adlanan ərazidə görüşmüşlər və həmin vaxt Yasənə 2000 manat pul vermişdir. Yasən ona 2-3 ay ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun pensiyası bərpa edilmədiyindən o, Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu ona 2022-ci ilin sonlarında yaşadığı kənddə qaytarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, onlara vurulmuş zərər məbləğinin ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və ya tələblərinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Şahid2 onun doğma bacısıdır. Təqsirləndirilən şəxs1 2021ci əvvəllərindən etibarən təsadüfən tanımışdır. Həmin vaxt Yasən ona pensiya düzəldə biləcəyini, dayandırılmış pensiyanı bərpa etdirə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə tanımır. Bacısı Şahid2 ikinci qrup əlil olduğundan təxminən 10 il pensiya almışdır. Lakin 2020-ci ilin ortalarında həmin pensiya dayandırılmışdır. 2021-ci ilin əvvəllərində pensiyanın bərpa edilməsi məqsədilə Təqsirləndirilən şəxs1 zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Çünki Yasənlə tanış olarkən Yasən ona dayandırılmış pensiyanı bərpa etdirə biləcəyini bildirmişdir. X6 rayon Quzanlı Qəsəbəsindən yerləşən çayxanaların birində görüşmüşlər. Orada Yasənə bacısı Nərgizin pensiyasının dayandırılığını bildirib, bərpa edə bilib-bilməyəcəyini soruşmuşdur. Yasəndə ona pensiyanı bərpa etdirə bilcəyini bildirmişdir. Həmin vaxt Yasən ondan bacısı Nərgizə məxsus şəxsiyyət vəsiqəsinin surətini, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı və 2000 manat pul istəmşdir. Yasənlə razılaşıb ayrılmışlar. Təxminən bir həftə sonra Yasənlə Ağdam rayon Dördyol adlanan ərazidə “Şəhriyar” adlı marketin qarşısında görüşmüşlər və həmin vaxt Yasənə 2000 manat pul və yuxarıda göstərdiyi sənədləri vermişdir. Yasən ona 3-4 ay ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun pensiyası bərpa edilmədiyindən Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu ona 2022-ci ilin əvvəllərində Dördyol Qəsəbəsi ərazisində qaytarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, onlara vurulmuş zərər məbləğinin ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və ya tələblərinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şahid4 onun həyat yoldaşımdır. Onunla 2012-ci ildən rəsmi nigahdayıq və onların birgə nigahlarından 2 övladı var. Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs2 isə tanımır. Həyat yoldaşı Şahid4 bronxial astma xəstəsi olduğundan təxminən 15 il pensiya almışdır. Lakin 2021-ci ilin əvvələrində həmin pensiya dayandırılmışdır. Bundan sonra pensiyanın dayandırılması barədə Təqsirləndirilən şəxs1la söhbət edərkən Yasən ona pensiyanı bərpa etdirə biləcəyini demişdir. Yasəndən pensiyanın bərpa olunacağının nə qədərə başa gələcəyini soruşanda Yasən ona 2500 manat qarşılığında pensiyanı bərpa etdirə biləcəyini demişdir. Həmin vaxt Yasənlə razılaşmışdır. Təxminən bir ay sonra sonra Yasənlə Ağdam rayon Dördyol adlanan ərazidə “Şəhriyar” adlı marketin qarşısında görüşmüşlər və həmin vaxt Yasənə 2500 manat pul vermişdir. Yasən ona 2-3 ay ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun pensiyası bərpa edilmədiyindən Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu ona 2022-ci ilin aprel ayında Ağdam rayon Dördyol adlanan ərazidə “Şəhriyar” adlı marketin qarşısında qaytarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, onlara vurulmuş zərər məbləğinin ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və ya tələblərinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, sonuncu onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2 tanımır. Təxminən 2014-cü ildən etibarən pensiya almışdır. Lakin həmin pensiya 2020-ci ilin sonlarında dayandırılmışdır. 2021-ci iin əvvələrində dəqiq xatırlamadığı tarixdə bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs1la söhbət edərkən sonuncu ona dayandırılmış pensiyanmı bərpa etdirə biləcəyini bildirmişdir. Yasənə bunun müqabilində nə lazım olduğunu soruşduqda Yasən ondan şəxsiyyət vəsiqəsinin surətini, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı və 1500 manat pul istəmişdir. Yasənlə razılaşıb ayrılmışlar. Təxminən bir həftə sonra Yasənlə Bərdə rayonu 588 saylı Qəsəbədə görüşmüşlər və həmin vaxt Yasənə 1500 manat pul və yuxarıda göstərdiyi sənədləri vermişdir. Yasən ona 10 gün ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun pensiyası bərpa edilmədiyindən o, Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu yaşadığı qəsəbədə ona qaytarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 onlara vurulmuş zərər məbləğinin ödənilməsini, təqsirləndirilən şəxslərdən şikayət və ya tələblərinin olmamasını bildirdi. Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Şahid3 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs1 2021ci əvvələrindən etibarən təsadüfən tanımışdır. Təqsirləndirilən şəxs2 isə tanımır. Həyat yoldaşı Şahid3 ikinci qrup əlil olduğundan təxminən 10 il pensiya almışdır. Lakin 2020-ci ilin ortalarında həmin pensiya dayandırılmışdır. Bundan sonra pensiyanın bərpa edilməsi məqsədilə müxtəlif insanlardan soruşmuşdur. 2021-ci ilin əvvəllərində Bərdə şəhəri ərazisində hazırda xatırlamadığı şəxslərdən biri ona Yasən adlı şəxsin olduğunu və pensiyanı bərpa etdirə biləcəyini bildirmişdir. Bundan sonra Yasən adlı şəxsin hazırda xatırlamadığı telefon nömrsini taparaq istifadəsində olan ***-***-**-** saylı mobil nömrəm vasitəsilə ona zəng vurmuşdur. Yasən adlı şəxsə pensiya məsələsi ilə bağlı danışmaq istədiyini bildirmişdir. Yasən də onunla razılaşmış və onlar Bərdə şəhəri ərazisində Kapital Bankın yaxınlığında Yasənlə görüşmüşlər. Orada Yasənə yoldaşının pensiyasının dayandırıldığını və bərpa etdirmək istədiyini bildirmişdir. Yasən də pensiyansını bərpa etdirə biləcəyini bildirmişdir. Həmin vaxt Yasən ondan həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsinin surətini, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı və 2000 manat pul istəmişdir. Yasənlə razılaşıb ayrılmışlar. Təxminən bir gün sonra Yasənlə Bərdə şəhərində yerləşən Kapital Bankın yaxınlığında görüşmüşlər və həmin vaxt Yasənə 2000 manat pul və göstərdiyi sənədləri vermişdir. Yasən ona 2-3 ay ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra onun pensiyası bərpa edilmədiyindən o, Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu ona 2021-ci ilin sonlarında Bərdə şəhəri ərazisində qaytarmışdır. Məhkəmə iclası barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onun təqsirləndirilən şəxslərdən şikayət və ya tələbləri yoxdur. Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 30 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs2 isə tanımır. Onun baş nahiyyəsində xəsarət olduğundan 2016-cı ildən etibarən pensiya almışdır. Həmin pensiya 2021-ci ilin yanvar ayında dayandırılmışdır. Bundan sonra pensiyanın dayandırılması barədə kənd sakinləri ilə söhbət edərkən orada olan Təqsirləndirilən şəxs1 ona pensiyanı bərpa etdirə biləcəyini demişdir. Yasəndən pensiyanın bərpa olunacağının nə qədərə başa gələcəyini soruşanda Yasən ona 2000 manat qarşılığında pensiyanı bərpa etdirə biləcəyini demişdir. Həmin vaxt Yasənlə razılaşmışdır. Təxinən 10 gün sonra Yasənlə Ağdam rayon Dördyol adlanan ərazidə “Şəhriyar” adlı marketin qarşısında görüşmüşlər və həmin vaxt Yasənə 2000 manat pul vermişdir. Yasən 2-3 ay ərzində pensiyanın bərpa ediləcəyini bildirmişdir. Bundan xeyli müddət keçdikdən sonra pensiyası bərpa edilmədiyindən Yasəndən təkidlə pulu geri istəmişdir. Yasən də həmin pulu ona 2022-ci ilin noyabr ayının 8-də Tərtər rayon Şıxarx Qəsəbəsində qaytarmışdır. Şahid1 məhkəməyə teleqram vuraraq istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, belə ki, sonuncu onun qonşusunun qudasıdır. Təqsirləndirilən şəxs1 təxminən 44 ildir tanıyır, belə ki, sonuncu onunla birlikdə Ağdam rayon X1 və Elektrikləşdirilməsi Kollecində təhsil almışdır. İkinci qrup əlil olduğu üçün dövlət tərəfindən ona pensiya təyin edilmişdir. Həmin pensiya 2021-ci ilin yanvar ayında dayandırıldığından Bakı şəhərində olan Cahangir Abdullayev adına elmi tədqiqat kordiologiya inistitutunda stasionar müalicə aldıqdan sonra oradan verilən sənədləri fevral ayının əvvələrində Ağdam MRX-na təqdim etmişdir. Xəstəxana tərəfindən veriləcək bildirişi götürmək üçün həmin bildiriş hazır olanadək gözləmək məqsədilə xəstəxananın qarşısında olan çayxanaya getmişdir. Orada tanışı Tofiqlə rastlaşmışdır. Tofiq masaların birində tək əyləşərək çay içmişdir. Tofiqin əyləşdiyi masada əyləşmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 da xəstəxananın həyətində onlara yaxın ərazidə olmuş və onun Tofiqlə əşyləşib çay içdiyimi görmüşdür. Təxminən yarım saat sonra çayxanadan çıxaraq ona veriləcək bildirişi götürmək üçün xəstəxananın binasına daxil olmuşdur. Orada bildirişi götürdükdən sonra həyətə çıxanda Yasən ona yaxınlaşıb çayxanada eyni masada çay içdiyi adımın kim olduğunu soruşmuşdur. Yasənə həmin şəxsin qonşusunun qudası olduğunu və onunla eyni işlərlə məşğul olduğunu bildirmişdir. Bundan sonra oranı tərk edərək yaşadığı ünvana getmişdir. Bundan bir neçə gün sonra Yasən ona zəng edərək Tofiqə bir paket çatdırmalı olduğunu, lakin sonuncuya zəng çatmadığını bildirmişdir. Həmin vaxtı Yasən vacib işinin olduğunu bildirmiş və ondan həmin paketi Tofiqə çatdırmağı xahiş etmişdir. Yasənlə razılaşmışdır. Təxminən 10-15 dəqiqə sonra Yasən yaşadığı ünvana gələrək ağ bağlı paketi ona vermişdir. Həmin vaxtı paketdə nə olduğunu soruşmamışdır. Təxminən 2 saat sonra Tofiq ona zəng edərək Yasənin ona paket verdiyini və həmin paketi haradan götürə biləcəyini bildirmişdir. X4 girişinə gəlməyi bildirmişdir. 15-20 dəqiqə sonra X3 girişində asfalt yolun kənarında görüşmüşlər və Yasənin ona verdiyi ağ bağlı paketi Tofiqə vermişdir. Tofiq həmin paketi ondan alaraq oradan uzaqlaşmışdır. Bundan təxminən 10 gün sonra Yasən yenindən ona zəng edərək Tofiqə bir paket çatdırmalı olduğunu, lakin vacib işi olduğu üçün təcili getməli olduğunu bildirmişdir. Həmin vaxtı Yasən həmin paketin Tofiq tərəfindən götürüləcəyini bildirmişdir. Onunla razılaşmışdır. Təxminən 10-15 dəqiqə sonra Yasən yaşadığı ünvana gələrək ağ bağlı paketi ona vermişdir. Həmin vaxtı paketdə nə olduğunu soruşmamışdır. Təxminən 2 saat sonra Tofiq ona zəng edərək Yasənin ona paket verdiyini və həmin paketi haradan götürə biləcəyini bildirmişdir. X4 girişinə gəlməyi bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra X3 girişində asfalt yolun kənarında görüşmüşlər və, Yasənin ona verdiyi ağ bağlı paketi Tofiqə vermişdir. Tofiq həmin paketi ondan alaraq oradan uzaqlaşmışdır. Bundan sonra 2022-ci ilin iyun ayında Ağdam Rayon Polis Şöbəsindən onu izahat vermək üçün dəvət edərkən Yasənin Tofiqdən şikayət etdiyini öyrənmişdir. Şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında ifadələri elan edilmişdir. Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Həmin şəxsləri heç vaxt görməmişdir. O, ikinci qrup əlil olduğundan təxminən 2010-cu ildən 2020-ci ilin ortalarına qədər pensiya almışdır. Lakin 2020-ci ilin ortalarında ona verilən pensiya dayandırılmışdır. O da bu barədə qardaşı Qabilə məlumat vermişdir. Həmin vaxt Qabil ona çalışıb pensiyanı bərpa etdirəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin əvvəllərində qardaşı Qabil onun yanına gələrək Yasən adlı şəxsin vasitəsilə dayandırılmış pensiyanı bərpa etdirə biləcəyini bildirmişdir. Həmin vaxt Qabil ona Yasənin 2000 manat pul istədiyini bildirmişdir. Bundan sonra qardaşı Qabil ondan şəxsiyyət vəsiqəsini alaraq getmişdir. Bir neçə gün sonra qardaşı ona Yasən adlı şəxsə pensiyanın bərpa edilməsi məqsədilə 2000 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı verdiyini bildirmişdir. Qabil söhbət əsnasında Yasənin ona 3-4 ay ərzində pensiyanı bərpa etdirəcəyinə söz verdiyini bildirmişdir. Lakin həmin söhbətin üstündən uzun zaman keçməsinə baxmayaraq pensiya bərpa edilməmişdir. O, bu barədə qardaşından soruşanda Qabil Yasən adlı şəxsin onu aldatdığını pensiyanı düzəldə bilmədiyini bildirmişdir. Təxminən 2022-ci ilin əvvələrində isə qardaşı ona Yasənin adlığı 2000 manat pulu geri qaytardığını bildirmişdir. Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs6 İbarhim oğlu onun həyat yoldaşıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Həmin şəxsləri heç vaxt görməmişdir. O, ikinci qrup əlil olduğundan təxminən 2010cu ildən 2020-ci ilin ortalarına qədər pensiya almışdır. Lakin 2020-ci ilin ortalarında ona verilən pensiya dayandırılmışdır. Təxminən 2021-ci ilin əvvəllərində həyat yoldaşı Yasən adlı şəxsin vasitəsilə dayandırılmış pensiyamı bərpa etdirə biləcəyini bildirmişdir. Həmin vaxt Adil ona Yasənin ondan 2000 manat pul istədiyini bildirmişdir. Bundan sonra Adil ondan şəxsiyyət vəsiqəsini alaraq getmişdir. Bir neçə gün sonra Adil ona Yasən adlı şəxsə pensiyamın bərpa edilməsi məqsədilə 2000 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi- Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı verdiyini bildirmişdir. Adil söhbət əsnasında Yasənin ona 3-4 ay ərzində pensiyanı bərpa etdirəcəyinə söz verdiyini bildirmişdir. Lakin həmin söhbətin üstündən uzun zaman keçməsinə baxmayaraq pensiya bərpa edilməmişdir. O bu barədə Adildən soruşanda Yasən adlı şəxsin onu aldatdığını pensiyanı düzəldə bilmədiyini bildirmişdir. Təxminən 2021-ci ilin ortalarında isə Adil ona bildirmişdir ki, Yasən ondan aldığı 2000 manat pul geri qaytarmışdır. Şahid4 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Həmin şəxsləri heç vaxt görməmişdir. O, bronxial astma xəstəsi olduğu üçün təxminən 15 il pensiya almışdır. Lakin 2021-ci ilin əvvəllərində ona verilən pensiya dayandırılmışdır. Bundan bir neçə gün sonra həyat yoldaşı Zərərçəkmiş şəxs2 Yasən adlı şəxsin vasitəsilə dayandırılmış pensiyamı bərpa etdirə biləcəyini bildirmişdir. Həmin vaxt Vüsal ona Yasənin ondan 2500 manat pul istədiyini və onunda razılaşdığını bildirmişdir. Bundan sonra Vüsal ondan şəxsiyyət vəsiqəsini alaraq getmişdir. Bir neçə gün sonra Vüsal ona Yasən adlı şəxsə pensiyasının bərpa edilməsi məqsədilə 2500 manat pul, şəxsiyyət vəsiqəmin surətini və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışı verdiyini bildirmişdir. Vüsal söhbət əsnasında Yasənin ona 5-6 ay ərzində pensiyası bərpa etdirəcəyinə söz verdiyini bildirmişdir. Lakin həmin söhbətin üstündən uzun zaman keçməsinə baxmayaraq pensiyam bərpa edilməmişdir. O, bu barədə Vüsaldan soruşanda Yasən adlı şəxsin onu aldatdığını pensiyanı düzəldə bilmədiyini bildirmişdir. Təxminən 2022-ci ilin ortalarında isə Vüsal ona bildirmişdir ki, Yasən ondan aldığı 2500 manat pul geri qaytarmışdır. Məhkəmə iş materiallarını tam öyrənib, məhkəmə iclasında təqsirləndirilən və zərərçəkmiş şəxsləri dinləyib, ittiham və müdafiə tərəfinin dəlillərini təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri təsdiq edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş, törətmiş olduqları cinayət əməllərini etiraf etmiş, onun təqsirli olması həmçinin iş materiallarında olan çoxsaylı sübutların məcmusu, məhkəmə iclasında araşdırılmış sübutlar ilə təsdiq olunmuşdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmiş, ona həmin maddələrin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 zərər məbləğini ödədiyindən və dövlət büdcəsinə zərər məbləğinin 25 %-ni ödədiyindən məhkəmənin eyni tarixli qərarı ilə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşını, ictimai həyatda ümumən müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməsini, onlarla barışıq əldə etməsini, insulindən asılı şəkərli diabet xəstəsi olmasını, xroniki böyrək xəstəliyinin olmasını, Azərbaycan Respubliasının müdafiəsi zamanı xəsarətlər almasını, 2-ci qrup müharibə əlili olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əfətli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-31-5/3-2-194 saylı ARAYİŞ və XASİYYƏTNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs2 nümayəndəliyin Əfətli kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. X7 Dispanserinin xx.xx.2025-ci il tarixli, 105 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 dispanser müşahidəsində dayanmır. Ağdam MRX-nın 11 fevral 2025-ci il tarixli, 25 saylı məktubundan görünür ki, T.X5 qeydiyyatda yoxdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən götürünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır, insulindən asılı şəkərli diabet xəstəsidir, xroniki böyrək xəstəliyi var, Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər almış, 2-ci qrup müharibə əlilidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən çoxsaylı halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən məhkumun üzərinə qanunla nəzərdə tutulan bir sıra vəzifələr qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində 21 iyul 2023-cü il tarixdə istintaq orqanının qərarı ilə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 təqdim etdiyi üzərində “Rövşən – 1500 m, Aysel – 1500 m, Namiq – 1000 m, Bahar – 1000 m, Nərgiz – 1000 m, Elnarə - 1500 m, Mürşüd – 1200 m, İlham – 1200 m, Elza – 1200 m, Hüseyn, Elnur, Tükəzban – 900” yazıları olan kağız parçası, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi özündə Togiq Hüseynova 1550 manat pul göndərməsini əks edən qəbz və Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi özündə sonuncunun 1550 manat pulu almasını əks etdirən poçt çıxarışı cinayət iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və sair məhkəmə məsrəfləri yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 07-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 təqdim etdiyi üzərində “Rövşən – 1500 m, Aysel – 1500 m, Namiq – 1000 m, Bahar – 1000 m, Nərgiz – 1000 m, Elnarə - 1500 m, Mürşüd – 1200 m, İlham – 1200 m, Elza – 1200 m, Hüseyn, Elnur, Tükəzban – 900” yazıları olan kağız parçası, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi özündə Togiq Hüseynova 1550 manat pul göndərməsini əks edən qəbz və Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi özündə sonuncunun 1550 manat pulu almasını əks etdirən poçt çıxarışı cinayət iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar