Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-36/2024 27.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Zeynallı Asiman Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Vətən Müharibəsinin qazisi, işləməyən, İİİ qrup əlil, məhkum olunmamış, Ağdam rayonunun Sarıhacılı kəndində qeydiyyatda olan, Ağdam rayonu 689 saylı Quzanlı qəsəbəsi ev 459-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədi ilə 2024-cü ilin aprel ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Ağdam rayonu 689 saylı Quzanlı qəsəbəsi 459 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilinin içərisində bir ədəd plastik materialdan olan dipçəkdə ümumi təmiz çəkisi 22 qram olan 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 24 may 2024-cü il tarixdə saat 18:44-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini yumşaldaraq alaq otlarından təmizləyib xeyli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və göstərmişdir ki, 2020-ci ildə 44 Günlük Müharibədə iştirak etdikdən sonra narkotik vasitədən istifadə etməyə başlamışdır. Çəkdiyi marixuanadan aşkar etdiyi toxumdan üç ədədini yaşadığı evin həyətindəki yarımtikilidə dibçəkdə əkmiş və onlara qulluq etmişdir. Əkdiyi tarixi xatırlamamışdır. Polis əməkdaşları gələrək onun əkdiyi çətənə kollarını aşkar etmişlər. İlk dəfə olarq cinayət törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və 44 X2isi olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən evin həyətində narkotik vasitələr əkib-becərməsi və istifadə etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Baxış keçirilməsi haqqında qərar qəbul edilərək dəvət olunmuş mütəxəssis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış keçirilməsi video kamera ilə çəkiliş aparılmışdır. Həyətdəki yarımtikilidə dibçəkdə üç ədəd çətənəyə oxşayan kol aşkar edilmişdir. Aqronom bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini və narkotik tərkibli çətənə koluna oxşadığını bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən X6 İnkişaf Mərkəzində bitkiçilik sektorunun baş məsləhətçisi işləyən Şahid3 bildirmişdir ki, xatırlamadığı gün Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə mütəxəssis qismində Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən evə və evin həyətinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı həyətdəki tikilidə dibçəkdə üç ədəd kol aşkar edilib götürülmüşdür. Kollara baxış keçirərək həmin bitkilərin tərkibi narkotik vasitə olan çətənə bitkisi olması və onlara xüsusi qulluq olunmasını müəyyən etmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının 25 may 2024-cü il tarixl 16/608 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq ümumi sayı üç ədəd, ümumi təmiz çəkisi 22 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkilərinin ümumi çəkisi 22 qram olmuş, tədqiqata hər obyektdən 0,02 qram olmaqla cəmi 0,06 qram sərf olunmuş, qalıq 21,94 qram təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 1065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Ruhi-Əsəb Dispanserinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 may 2024-cü il tarixli 362 saylı rəyindən görünür ki, ekspet komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə X1 göndərilməsini zəruri hesab etmişdir. Məhkəmə Psixiatrik Ekspertiza X5 Şəxsin 16 iyul 2024-cü il tarixli 120 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatlann, həmçinin hal-hazırki stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs N.Ş,Allahverdiyevdə «üzvi mənşəli şəxsiyyət pozuntusu» müəyyən edilir, N.Ş,Allahverdiyev qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməllərini törətməsi nəzərə alınmalıdır. N. Ş. Allahverdiyev anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «üzvi mənşəli şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəzyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakter məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokol və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 19:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, 44 X4 iştirak edərək qazi, anlaqlılığı istisna etməyən psixi pozuntusu olmaqla və «üzvi mənşəli şəxsiyyət pozuntusu» xəstəliyindən əziyyət çəkməklə İİİ qrup əlil olması, «Ağdamın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq İİİ qrup əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 22 qram, istifadə olunduqdan sonra yerdə qalan 21,94 qram olan üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları məhv edilməli, iş materiallaına əlavə edilmiş Təqsirləndirilən şəxsun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. 32,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 9 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonu 689 saylı Quzanlı qəsəbəsində yerləşən 459 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan ümumi təmiz çəkisi 22 qram, istifadə olunduqdan sonra yerdə qalan 21,94 qram olan 03 üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolları məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən bir ədəd «DVD» diski cinayət işinin materiallarında saxlanılsın. 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 9 iş saatı üçün hər saatı 6 manat olmaqla 54 (əlli dörd) manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-36/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-36/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver