Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-38/2025 15.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü il, Ağdam rayonu Şıxlar kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla Ağdam rayonu 689 saylı Quzanlı köçkün qəsəbəsi ev 296-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saat 23 radələrində ayıq halda, B kateqoriyalı AC 918858 nömrəli sürücülük vəsiqəsi əsasında Quliyev Rəşad Şahid oğluna məxsus olmaqla etibarnamə müddəti bitərək idarə etdiyi “VAZ 2102” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər- Hindarx avtomobil yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektindən keçən hissəsində, Rahat marketin qarşısında Ağcabədi rayonu istiqamətində avtomobili 90 km/saat surətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərini pozaraq hərəkət surəti 50 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini aşaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək, getdiyi istiqamətdə yolun sağında dayanmış vəziyyətdə olan Şahid3 məxsus “QAZEL” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ küncü ilə toqquşmuş, ehtiyatsızlıqdan avtomobildə olan sərnişin X5 ağciyərlərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, kəskin daxili qan itirmə, sağ said sümüklərinin qapalı sınıqları, sağ qaş-qaşüstü nahiyənin sağ üst göz qapağının, çənə və çənəaltı nahiyənin sıyrıqlar, üzün sağ yarısının səthi kəsilmiş yaraları, sol burun pəri və burun arakəsməsi nahiyəsinin, sağ əl pəncəsinin arxa və ovuc səthlərinin kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş Elnarə Həsənovaının hadisə yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun VAZ 2102 markalı **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. B1, B kateqoriyalı sürücülük vəsiqəsi vardır. İdarə etdiyi nəqliyyat vasitəsi faktiki olaraq özünə məxsus olsa da baş etibarnamə əsasında idarə etmişdir. O, usta işləyir. Belə ki, ev üstü, tavanların vurulması ilə məşğul olur. X3 onun həyat yoldaşı olmuşdur. Onunla 1996-cı ildə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladları vardır. 2 qızı ailə həyatı qurmuş, oğlu isə onlarla birlikdə yaşayır. 30 noyabr 2024-cü il tarixdə gün ərzində işdə olmuş, Quzanlıda Zabil adlı şəxsin evinin üstünün pollanma işini görmüşdür. Axşam saat 18 radələrində işini bitirdikdən sonra evə getmiş, evə gedəndən təxminən 1 saat sonra həyat yoldaşı Elnarə ilə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndində yaşayan qohumları Malikgilə getmişlər. Onlar Malikgildə 2-3 saat oturmuş, evə qayıdan zaman baldızı Səadətin oğlu Şamo da onlarla gələsi olmuşdur. Avtomobili o idarə etmiş, Şamo qabaq sağda, Elnarə isə arxa sağ oturacaqda əyləşmişlər. Onlar kənddən çıxıb Quzanlı istiqamətində hərəkət etmişlər. Ağdam rayonu Quzanlı qəsəbəsində Çulluya gedən döngəni keçəndən sonra təxminən 90 km/saat surətlə hərəkətdə olmuşdur. Araz restoranını keçdikdən sonra “Rahat” marketin qarşısında çatanda fikirli olduğu üçün yola tam fikir verməmiş, Şamo “əmi yavaş” sözlərini demiş, həmin vaxt artıq yolun sağında dayanmış vəziyyətdə olan Qazel markalı avtomobilə çatdığını görmüşdür. Avtomobili toqquşmadan yayındırmaq üçün sola çəksə də hadisənin qarşısını ala bilmədiyini göstərmişdir. Onun idarə etdiyi avtomobilin sağ “stoyka”sı dayanmış vəziyyətdə yolun sağında olan Qazel markalı avtomobilin arxa sol küncünü tutmuş, hadisə nəticəsində o və Şamo xəsarət almamışlar. Arxada əyləşən həyat yoldaşı Elnarə isə elə hadisə yerində vəfat etdiyini göstərmişdir. Bundan sonra o hadisə yerinə gəlmiş TTTYS-nin əməkdaşları ilə avradı Elnarə Həsənovanın meyitini Ağdam MRX-na aparmışdır. Bir müddət sonra yenidən hadisə yerinə gəlmişdir. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Ağdam rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024cü il tarixdə saat 23 radələrində baş vermişdir. O, Qazel markalı avtomobili görəndə aralarında təxminən 20 metr məsafə olduğunu bildirmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə günü, eləcə də ondan qabaqkı günlər spirtli içki qəbul etmədiyini göstərmişdir. İdarə etdiyi avtomobil faktiki olaraq ona məxsus olduğunu, lakin baş etibarnamə əsasında idarə etdiyini, sürücülük vəsiqəsi olduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Quzanlı köçkün qəsəbəsi ev 296-da yaşayır. X3 onun anasıdır. Təqsirləndirilən şəxs isə atasıdır. 1996-cı ildə atası və anası ailə həyatı qurmuş, onun 2 bacıda olduğunu göstərmişdir. Ailələrində həmişə mehribançılıq olmuş, atası anası ilə həmişə birlikdə mehriban olmuş, bir-birləri ilə xoş davranmışlar. 28 noyabr 2024-cü il tarixdə Bakı şəhərində yaşayan bacısı Ayseli ziyarət etmək üçün onlara getmiş, bir neçə gün onlarda qalmaq istəmişdir. 30 noyabr 2024-cü il tarixdə saat 23 radələrində ona xatırlamadığı qohumu zəng etmiş və “atangil qəzaya düşüb, ananın vəziyyəti yaxşı deyil” sözlərini demişdir. O, bacısı Aysel və Gülnarə ilə birlikdə yeznəsi Mehmanın avtomobili ilə Ağdama gəlmişlər. Onlar evə çatanda bilmişlər ki, anası hadisə yerində vəfat etmişdir. Hadisənin baş verməsi atasının ehtiyyatsızlığından baş verdiyini bildiyini və bu səbəbdən onun, eləcə də bacılarının atalarından heç bir şikayətlərinin olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tərtər rayonu Evoğlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qazel markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobili idarə edir. İdarə etdiyi nəqliyyat vasitəsi də özünə məxsus olduğunu, həmin avtomobillə kənddə kiminsə lazım olanda yüklərini daşıdığını göstərmişdir. 30 noyabr 2024-cü il tarixdə gün ərzində evdə olmuş, qohumu İlham Məhi oğlu ona zəng edərək “gecə Ağcabədi rayonunda mal bazarı günüdür, gedək quza alaq” təklifini vermiş, o da İlhamla razılaşmışdır. Saat 10:30-da o Qazel markalı avtomobil ilə İlhamgilin evinə getmiş, İlhamı da götürüb Ağcabədi rayonu istiqamətində yola düşmüşlər. Kətəlparaq kəndinə gedərək ordan Bərdə-Ağdam yoluna qoşulmuşlur. Dördyol deyilən ərazidən keçib “Seyidin zapravkasın”-da İlham 35 manatlıq yanacaq almış, bundan sonra onlar hərəkətlərinə davam etmişlər. Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində çatan zaman axşam yemək yemədiyi üçün demiş ki, «düşüb mağazadan nəsə alım». O, “Rahat” marketin qarşısında üzü Hindarx istiqamətində idarə etdiyi nəqliyyat vasitəsini yolun sağında saxlamış, İlham avtomobildə qalmış, o, isə düşüb mağazaya girdiyini göstərmişdir. O, rəfdən pryanik götürüb kassanın qarşısına keçəndə görmüş ki, surətlə bir avtomobil keçdi və qəfildən çöldə möhkəm gurultu səsi gəlmişdir. O, pryaniki kassaya atıb çölə çıxanda görmüş ki, VAZ 2102 markalı avtomobil ona məxsus QAZEL markalı avtomobil ilə toqquşmuşdur. O, avtomobillərə yaxınlaşanda görmüş ki, VAZ 2102 markalı avtomobilin ön sağ tərəfi sonra isə fırlanıb sağ tərəfi onun saxladığı QAZEL markalı yük avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində VAZ 2102 markalı avtomobildə olan sürücü və qabaq sağ tərəfdə əyləşən sərnişin xəsarət almamışdır. Lakin arxada əyləşən xanım sərnişin isə elə hadisə yerində vəfat etmişdir. Onun avtomobilində əyləşən İlham isə heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobilinə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir vəbu barədə heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə şahid qismində dindirilmiş Şahid3 oğlunun dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Saybalı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı köçkün qəsəbəsi ev 73-də yaşayır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, Mənsur mərhum xalası Elnarənin həyat yoldaşıdır. Mənsurla yaxşı münasibətləri vardır. 30 noyabr 2024-cü il tarixdə gün ərzində Quzanlı qəsəbəsi ərazisində olmuş, axşam saat 19 radələrində Mənsurgil ilə birlikdə onlar başqa avtomobil ilə, Masurgildə öz avtomobili ilə Ağdam rayonu İmamqulubəyli kəndində yaşayan qohumları Malikgilə getmişlər. Onlar Malikgildə 2-3 saat oturmuşlar. Evə qayıdan zaman gəldiyi avtomobildə yer sıxlıq olduğu üçün o Mənsurun avtomobil ilə qayıdası olmuşdur. Mənsur avtomobili idarə etmiş, o, qabaq sağda, Elnarə xalası isə arxa sağ oturacaqda əyləşdiyini göstərmişdir. Onlar kənddən çıxıb Quzanlı istiqamətində hərəkət etmişlər. Ağdam rayonu Quzanlı qəsəbəsindən Çulluya döngəni keçəndən sonra təxminən 90 km/saat surətlə hərəkətdə olmuşlar. Araz restoranını keçdikdən sonra “Rahat” marketin qarşısında çatanda Mənsurun fikirli olduğu görmüş və Mənsura “əmi yavaş sür” sözlərini demişdir. Həmin vaxt artıq yolun sağında dayanmış vəziyyətdə olan Qazel markalı avtomobilə çatdıqalarını görmüş, Mənsur avtomobili toqquşmadan yayındıra və hadisənin qarşısını ala bilmədiyini bildirmişdir. Onların avtomobilinin sağ tərəfdə dayanmış vəziyyətdə yolun sağında olan Qazel markalı avtomobilin arxa sol küncünü tutmuşdur. Hadisə nəticəsində o və Mənsur xəsarət almamış, arxada əyləşən xalası Elnarənin isə hadisə yerində vəfat etdiyini göstərmişdir. Şahid4 daha sonra ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində baş vermişdir. Onlar Qazeli artıq ona çatan zaman görmüş, həmin vaxt aralarında məsafə az olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən X10, 2020-ci ildən isə Ağdam RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan X8 əvvəlllər rayon sakini kimi tanımışdır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 11 noyabr 2024-cü il saat 23 radələrində qrafikə uyğun olaraq xidməti avtomobillə Ağdam rayon Quzanlı qəsəbəsində xidmətdə olan zaman Ağdam rayonu, Quzanlı qəsəbəsində yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. O, dərhal baş vermiş hadisə yerinə getmişdir və hadisə ilə bağlı radiostansiya vasitəsilə yolnəqliyyat hadisəsi baş verməsi barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Hadisə yerinə çatan zaman ora çoxlu sayda insan yığışdığını görmüşdür. Həmin vaxtı hadisə yerində dayanmış “VAZ 2102” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektindən keçən hissəsində, Rahat marketin qarşısında Ağcabədi rayonu İstiqamətində hərəkətdə olarkən getdiyi istiqamətdə yolu sağında dayanmış vəziyyətdə olan Şahid3 məxsus QAZEL markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ küncü ilə toqquşmuşdur və hadisə nəticəsində avtomobildə arxa sərnişin oturacağında əyləşmiş arvadının öldüyünü bildirmişdir. Bundan bir qədər sonra Təcili yardım avtomobili hadisə yerinə gəlmişdir və həkimlər sərnişin X7 müayinə etmişdirlər, sərnişinin hadisə yerində öldüyünü bildirmişdirlər. Bir qədər sonra Ağdam RPŞ-nin istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmişdir. Sonra isə istintaq-əməliyyat qrupunun üzvləri hal şahidləri və sürücünün iştirakı ilə birlikdə hadisə yerinə baxış keçirməyə başlamışdırlar. “VAZ 2102” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində yolun sağ hərəkət hissəsində çəpəki vəziyyətdə, QAZEL markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə həmin istiqamətdə yolun sağ hissəsində kənarda düz vəziyyətdə dayanmış vəziyyətdə olmuşdur. Hadisə baş vermiş yerdə yolun eni 13,2 metr, hadisə yerində 13,3 metr qoşa tormoz izləri aşkar olunmuşdur. Bundan sonra sərnişinin meyitini müayinə olunması üçün Bərdə rayonlararası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomoiya birliyinə aparmışdırlar. Baxış başa çatdıqdan sonra yol nəqliyyat hadisəsinin baş vermə sxemi çəkilmişdir, müvafiq sənədləşmə aparılmaqla tərtib edilmiş baxış protokolu imzalarla təsdiq edilmişdir. Bundan sonra sürücü tərəfindən Ağdam MRX-nın TTTYS-na aparılaraq sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində digər Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 27 nömrəli rəyindən göründüyü kimi mərhum X4 meyitinin müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər- ağciyərlərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, kəskin daxili qan itirmə, sağ said sümüklərinin qapalı sınıqları, sağ qaş-qaşüstü nahiyənin sağ üst göz qapağının, çənə və çənəaltı nahiyənin sıyrıqlar, üzün sağ yarısının səthi kəsilmiş yaraları, sol burun pəri və burun arakəsməsi nahiyəsinin, sağ əl pəncəsinin arxa və ovuc səthlərinin kəsilmiş yaraları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, üzün sağ yarısının səthi kəsilmiş yaraları, sol burun pəri və burun arakəsməsi nahiyəsinin, sağ əl pəcsəninin arxa və ovuc səthlərinin kəsilmiş yaraları iti kənara malik əşya (əşyalar), digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar qabırğaların çoxsaylı sınıqları ilə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin ikişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibb müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. Həmçinin X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticədinfə metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. -Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 429/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, bitul, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazim, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindn alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. -Məhkəmə-yol nəqliyyatı ekspertizasının 10 mart 2025-ci il tarixli, 3-16-16/2- 8/365/2025 nömrəli rəyindən göründüyü kimi VAZ-2102 markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayıt etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs avtomobili hərəkət surəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması)” yol nişanının tələbələrinə uyğunsuzluq olmuşdur. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Ağdam rayon İHB-nın Qərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Ortaqışlaq kəndində yaşayır və yaşadığı yerdə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, onların bir ailənin üzvü olması, həmçinin onun peşmançılığını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun az ağır cinayətlər qrupuna daxil olması məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən də islah etmək imkanları hələ tükənməmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 263.2ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından başqa cəza növü nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunma imkanlarından istifadə etməsi üçün ona şərait yaradılmalı və bu imkandan ümumilikdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsi aydınlaşdırmaq üçün o müəyyən müddət sınaqdan keçirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamasını, onların bir ailənin üzvü olması, onun əmlak vəziyyətini, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, həmin Məcəllənin 70-ci maddəsinə əsasən, cəza çəkmədən də islah olunması mümkün olduğundan, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydalara əməl etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesab edilməlidir. Məhkəmə, eyni zamanda, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldiləndək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ 2102” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri- ekspertiza tədqiqatın dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesaba keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. İş üzrə mülki iddia, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu hökmlə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətini əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ 2102” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-38/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-38/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver