Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-39/2024 16.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, 06 avqust 1979-cu ildə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Çıxış yolu” qəzetinin baş redaktoru işləyən, məhkumluğu olmayan, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Şahid1 Ağdam rayonu, Ergi qəsəbəsində İcra nümayəndəsi vəzifəsinə, sonuncunun atası Zərərçəkmiş şəxs1 isə "xxxx" ASC-də işə düzəldəcəyini vəd edib, Təqsirləndirilən şəxs2 isə həmin şəxslərin işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmalarına nail olub, özü Zərərçəkmiş şəxs1 15 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Oskar" yanacaq doldurma məntəqəsinin qarşısında 13000 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Şahid3 "xxxx" ASC-də işə düzəldəcəyini vəd edib, Təqsirləndirilən şəxs2 isə Şahid3 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, özü vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci il noyabr ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda sonuncunun atası Zərərçəkmiş şəxs3 Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən Rafiqin çayxanası kimi tanınan yerdə 2600 manat, növbəti gün isə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən istintaqa məlum olmayan çay evlərinin birində Şahid3 400 manat, ümumilikdə isə 3000 manat məbləğində pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda X11 "xxxx" ASC-də işə düzəldəcəyini vəd edərək, sonuncunun atası Zərərçəkmiş şəxs4 cinayətkar niyyətdən xəbərsiz olan sonuncunun qardaşı Şahid3 vasitəsilə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən istintaqa məlum olmayan çay evlərinin birində 3000 manat pulunu tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Zərərçəkmiş şəxs2 kürəkəni Şahid2 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Ağcabədi rayon şöbəsinə işə düzəldəcəyini vəd edib, Təqsirləndirilən şəxs2 isə Şahid2 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, özü vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda tanışı cinayətkar niyyətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən "Kaspi" kafesində 10000 manat, bundan bir neçə gün sonra Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Seyidin Dükanı" kimi tanınan marketdə terminal vasitəsi ilə məlumatlarını verdiyi bank kartına 4000 manat, ümumilikdə isə 14000 manat məbləğində pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 14000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, "Qobu park 3" yaşayış kompleksının birinci mərtəbəsində icarəyə obyekt götürərək işlətmək istəyən Zərərçəkmiş şəxs5 guya tanışı olan X5 Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin İşlərı üzrə Dövlət Komitəsində işlədiyini və guya Təqsirləndirilən şəxs2 obyektin işlədilməsinə icazə alınmasında köməklik edə biləcəyi ilə bağlı yalan vədlər verib, aldatmaqla sonuncu isə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən "Park 20 Shopping" ticarət mərkəzində "Podium" adlı mağazada 5000 manat və 01 dekabr 2022-ci il tarixdə həmin ünvanda 2000 manat pulu əldə edib verdiyi vədə əməl etməyərək qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 7000 manat maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Zərərçəkmiş şəxs8 övladı Samir Allahverdiyevi 5 nömrəli Regional Sukanal İdarəsinin X26 çilingər vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verib, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs8 oğlunun işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub Təqsirləndirilən şəxs2 "xxxx" ASC-yə məxsus bank kartına Ağdam rayonu, Xındırıstan kəndində yerləşən “Oba” marketdə quraşdırılmış 5776 nömrəli “eManat” ödəmə terminalından vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) və 1000 (min) manat köçürülməsinə nail olaraq, qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 qohumu Vüqar Mirzəyevi "xxxx" ASC-də işə düzəldəcəyi barədə yalandan vəd verib aldadaraq cinayətkar niyətindən xəbəri olmayan tanışı X4 vasitəçiliyi ilə, Ağcabədi rayonu Dördyol deyilən yerdə 2023-cü ilin may ayında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda 3000 manat məbləğində pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan suiistifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Zərərçəkmiş şəxs7 5 nömrəli Regional Sukanal İdarəsinin X20 Təhlil qrupunun rəhbəri vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verib, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs7 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, özünə məxsus olan "xxxx" ASC-yə aid bank kartına ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış 3404 nömrəli “mpay” ödəmə terminalından vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Murad” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından 01 may 2024-cü il tarixdə 1500 (min beş yüz) manat və Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından 01 iyun 2023-cü il tarixdə 50 (əlli) manat köçürülməsinə nail olaraq bankomat vasitəsilə nağdlaşdırıb qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 4050 (dörd min əlli) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Şahid1 Ağdam rayonu, Ergi qəsəbəsində İcra nümayəndəsi vəzifəsinə, sonuncunun atası Zərərçəkmiş şəxs1 isə "xxxx" ASC-də işə düzəldəcəyini vəd edib, özü isə həmin şəxslərin işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmalarına nail olub, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 15 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Oskar" yanacaq doldurma məntəqəsinin qarşısında 13000 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Şahid3 "xxxx" ASC-də işə düzəldəcəyini vəd edib, özü isə Şahid3 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci il noyabr ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda sonuncunun atası Zərərçəkmiş şəxs3 Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən Rafiqin çayxanası kimi tanınan yerdə 2600 manat, növbəti gün isə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən istintaqa məlum olmayan çay evlərinin birində Şahid3 400 manat, ümumilikdə isə 3000 manat məbləğində pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Şahid2 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Ağcabədi rayon şöbəsinə işə düzəldəcəyini vəd edib, özü isə Şahid2 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan gün və vaxtda tanışları cinayətkar niyyətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən "Kaspi" kafesində 10000 manat, bundan bir neçə gün sonra Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Seyidin Dükanı" kimi tanınan marketdə terminal vasitəsi ilə məlumatlarını verdiyi bank kartına 4000 manat, ümumilikdə isə 14000 manat məbləğində pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 14000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, "Qobu park 3" yaşayış kompleksının birinci mərtəbəsində icarəyə obyekt götürərək işlətmək istəyən Zərərçəkmiş şəxs5 guya onun Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin İşlərı üzrə Dövlət Komitəsində işlədiyini və guya obyektin işlədilməsinə icazə alınmasında köməklik edə biləcəyi ilə bağlı yalan vədlər verib aldatmaqla, özü isə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə 21 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən "Park 20 Shopping" ticarət mərkəzində "Podium" adlı mağazada 5000 manat və 01 dekabr 2022-ci il tarixdə həmin ünvanda 2000 manat pulu əldə edib verdiyi vədə əməl etməyərək qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 7000 manat maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs8 övladı Samir Allahverdiyevi 5 nömrəli Regional Sukanal İdarəsinin X26 çilingər vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verib, özü isə Zərərçəkmiş şəxs8 oğlunun işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub özünün "xxxx" ASC-yə məxsus bank kartına Ağdam rayonu, Xındırıstan kəndində yerləşən “Oba” marketdə quraşdırılmış 5776 nömrəli “eManat” ödəmə terminalından vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə 1500 (min beş yüz) və 1000 (min) manat köçürülməsinə nail olaraq, qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarında olan vəzifə bölgüsünə əsasən əvvəlcədən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 5 nömrəli Regional Sukanal İdarəsinin X20 Təhlil qrupunun rəhbəri vəzifəsinə işə düzəldə biləcəyi barədə yalan vəd verib, özü isə Zərərçəkmiş şəxs7 işə düzəlməsi ilə bağlı inandırıcı məlumatlar verməklə aldadılmasına nail olub, Təqsirləndirilən şəxs1 məxsus olan "xxxx" ASC-yə aid bank kartına ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış 3404 nömrəli “mpay” ödəmə terminalından vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə 2500 (iki min beş yüz) manat, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Murad” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından 01 may 2024-cü il tarixdə 1500 (min beş yüz) manat və Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim” marketdə quraşdırılmış MilliÖN ödəmə terminalından 01 iyun 2023-cü il tarixdə 50 (əlli) manat köçürülməsinə nail olaraq bankomat vasitəsilə nağdlaşdırıb qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdikləri pulları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 4050 (dörd min əlli) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 7-8 ildir ki, tanımış, 2022-ci ilin oktyabr ayında Ağdam rayonunda yerləşən, adını xatırlamadığı kafedə o, Abdulla ilə təsadüfən görüşmüşdür. Abdulladan nə iş gördüyünü soruşmuş və Abdulla isə bekar olduğunu demişdir. Həmin vaxt o, Abdullaya işlədiyi "xxxx" ASC-də aylıq 460 manat maaşı olan mühəndis işinə düzəldə biləcəyini söyləmişdir. Abdulla razı olduqdan sonra, o, Abdulladan həmin iş üçün 3000 manat pul istəmişdir. Həmin ay Abdulla ilə yenidən həmin yerdə görüşmüş və söhbət əsnasında Abdulla ona oğlu Xanhüseyni işlə təmin etmək istədiyini bildirmişdir. O da Abdullaya, Xanhüseyni Ağdam rayonu, Ergi qəsəbəsində icra nümayəndəsi vəzifəsinə düzəldə biləcəyini söyləmiş və bunun müqabilində Abdulladan 10000 manat pul istəmişdir. Abdulla bu təklifi qəbul etmişdir. 15 noyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Abdulla ilə Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Oskar" yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşdür. Abdulla görüşə "Lada Priora" markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmişdir. O isə özünə məxsus VAZ-2106 markalı avtomobillə gəlmişdir. O, avtomobildən düşüb Abdullanın avtomobilinə əyləşmiş və Abdulla ona 13000 manat pulu sayıb vermişdir. Bundan sonra o, görüş yerindən ayrılmışdır. Bu görüşdən sonra o, Abdulla ilə mobil telefon vasitəsilə bir neçə dəfə danışmışdır. Danışıq zamanı o, Abdullaya "xxxx" ASC-də əlavə bir nəfərlik ştatın olduğunu, həmçinin FHN-nin Ağdam rayon şöbəsində də iş imkanlarının olduğunu və kiminsə iş axtarışında olması halında ona köməklik edə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayının sonlarında Abdulla ona zəng edərək, tanışı Şaməddinin övladını "xxxx" ASC-yə, digər tanışı Məzahirin kürəkəni Nurlanı isə FHN-nin Ağcabədi rayon şöbəsinə işə düzəltmək istədiyini bildirmişdir. O da Abdullaya Şaməddinin övladını "xxxx" ASC-yə 3000 manata, Məzahirin kürəkəni Nurlanı isə FHN-nin Ağcabədi rayon şöbəsinə 14000 manata işə düzəldəcəyini demişdir. O, Abdullaya demişdir ki, FHN-də düzəldəcəyi iş üçün ilkin olaraq 8000 manat ödəniş edilməli, iş alınandan sonra isə əlavə 6000 manat verilməlidir. 2023-cü ilin noyabr ayının sonlarında Abdulla Şaməddin ilə birlikdə "Lada Priora" markalı avtomobillə Ağcabədi rayonu, Sarıcalı kəndində “Rafiqin çayxanası” kimi tanınan kafedə onunla görüşmüşdür. Həmin vaxt Abdulla Şaməddinin yanında ona 2600 manat pulu vermişdir. O, 2600 manat pulu götürüb, qalıq 400 manatı da vermək lazım olduğunu demişdir. Şaməddin isə növbəti gün qalıq 400 manatı oğlu Nəbidən göndərəcəyini demişdir. Növbəti gün Nəbi 400 manat pulu götürüb onunla Ağdam rayonu, Quzanlı kəndində yerləşən çay evində görüşərək 400 manatı ona vermişdir. Təxminən 2-3 gün sonra Abdulla ona zəng edərək, Məzahirin 8000 manatı gətirib verdiyini bildirmişdir. O da Abdullaya demişdir ki, Hindarx qəsəbəsində bazarın yanında olan “Kaspi” adlı kafedə görüşsünlər. Həmin gün Abdulla ilə o, sözügedən kafedə görüşmüşdür və o, oraya tək gəlmişdir. Abdulla ona 8000 manat pulu vermişdir, təxminən 10 gün sonra əlavə olaraq 2000 manat pul vermişdir. Təxminən bir neçə gün sonra o, Abdullaya zəng edib demişdir ki, Məzahirin oğlunun FHN-də olan işi üçün qalıq 4000 manat pulu vermək lazımdır. Həmin 4000 manat pulu Nurlan Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 adına olan bank kartına köçürmüşdür. Fuad həmin puldan 3000 manatını ona göndərmişdir, qalan 1000 manat isə Fuadda qalmışdır. Bundan başqa, o, Abdulladan ümumilikdə aldığı 13000 manat pulun 600 manatını, Şaməddindən aldığı 3000 manatdan isə 500 manatı Fuadın xatırlamadığı bank kartına göndərmişdir. Həmçinin, Abdullanın Nurlanın işi üçün verdiyi 8000 manat pulun 1000 manatını, o, növbəti gün Fuad ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində görüşərək ona vermişdir. O, Fuadı 10 il olar ki, tanımışdır və onu jurnalist kimi tanımışdır. O, su idarəsində işlədiyi vaxtlarda, Fuad işi ilə bağlı tez-tez Ağdam rayonu, Quzanlı qəsəbəsinə və Bərdə rayonuna onun işlədiyi yerə gəlirdi və bu səbəbdən aralarında yaxşı münasibət yaranmışdır. O, Fuadı dövlət qurumlarında çoxlu tanışları olan birisi kimi tanımışdır və bütün bu işləri Fuadın vasitəsilə həll etməyə çalışmışdır, lakin Fuadın adını bilmədiyi tanışı həmin işləri həll edə bilməmişdir. O, aldığı pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. 2022-ci ilin dekabr ayının sonlarında o, Abdullaya zəng edib demişdir ki, Bakı şəhərinə gedib orada Fuad müəllimlə görüşsünlər. Abdulla Fuadın kim olduğunu soruşanda, o, demişdir ki, Fuad "xxxx" ASC-də məsul vəzifədə işləyir, onların işi ilə bağlı gedib Fuad ilə görüşməlidirlər. Bundan başqa, o, Abdullaya 5 vərəqdən ibarət peşə talimatlarını vermişdir ki, onları oxusunlar və imtahan zamanı cavab verə bilsinlər. O, demişdir ki, həmin sənədləri götürüb Fuad müəllimə göstərmək lazım olacaqdır. Sənədlərin üzərində "xxxx" ASC-yə aid peşə təlimatları əks olunmuşdur. X6 ilə birlikdə həmin kağızları götürüb Bakı şəhərinə getmişdir. Bakı şəhərində onlar Fuadla görüşmüşdür. Fuad ilə 20 yanvar metrosunda "Şuşa" çay evində görüşmüşdür. Abdulla və Nəbi Fuad müəllimə onun verdiyi sənədləri göstərmişdir. Fuad həmin sənədlərə baxıb demişdir ki, heç bir problem yoxdur və imtahan zamanı onları çağıracaqdır. Təxminən bir neçə gün sonra Fuad Abdullaya zəng edib demişdir ki, onun işi alınıb, Nəbinin işi isə yaxın zamanlarda alınacaqdır. Bundan sonra o, Abdullaya zəng edib demişdir ki, işi alınıb, 3 ay ərzində sınaq müddəti olacaq və həmin müddət ərzində işə çıxmayacaq, lakin maaşını alacaqdır. Abdulla isə maaşının hansı qaydada ödəniləcəyini soruşanda, o, demişdir ki, 3 ay ərzində maaş nağd şəkildə veriləcəkdir. Bundan sonra Abdulla ona oğlu Xanhüseynin nömrəsindən xatırlamadığı bank kartını göndərmişdir. 2023-cü ilin mart, aprel və may aylarında o, həmin kart hesabına hər ay 460 manat olmaqla Abdullaya pul göndərmişdir. Əslində isə Abdullanın işi alınmamışdır. O, sadəcə olaraq Abdullanın məndən şikayət edəcəyindən ehtiyat edib, onun verdiyi kart hesabına 4 ay ərzində hər ay 460 manat pul göndərmişdir ki, Abdulla elə bilsin ki, işləyir və məndən şikayət etməsin. Pulum qurtardıqdan sonra o, Abdullaya zəng edib bildirmişdir ki, "xxxx" ASC-də idarələr birləşir, ona görə də maaşların verilməsində gecikmələr olacaqdır. Abdulla isə ona inanmış və bir qədər gözləmişdir. Növbəti aylarda maaş yenə də köçməyəndə Abdulla ona zəng edib, hansısa bankda adının portalda rəsmi işçi kimi olub-olmadığını yoxlatdırdığını və bankda isə ona portaldan adına rəsmi iş yeri mövcud olmadığını bildirmişdir. O isə Abdullaya demişdir ki, hazırda sınaq müddətindəsən, ona görə sənin adın rəsmi işçi kimi portalda çıxmır. Abdullanın oğlu Xanhüseyn həmin vaxt Şirvan regional reklam agentliyində işləyirdi. O, Abdullaya demişdir ki, oğlu Xanhüseyni yaxın zamanlarda işlə bağlı Ağdam rayon icra hakimiyyətinin başçısı ilə görüşdürəcəkdir, halbuki o, onu kimləsə görüşdürməyi planlaşdırmırdı və sadəcə vaxt qazanmağa çalışırdı. 2023-cü ilin əvvəllərində Abdulla ona demişdir ki, Xanhüseynin işi üçün verdiyi 10000 manat pulu geri qaytarsın. O isə həmin puldan ona 2023-cü ilin may ayında 1500 manat qaytarmışdır. Qalan pulu isə hissə-hissə qaytaracağına söz vermişdir. Abdulla ona demişdir ki, Xanhüseynin işi üçün kredit götürmüşdür, lakin həmin krediti ödəyə bilmir. O da ona krediti bağlamaqda köməklik edəcəyini bildirmişdir. 2023-cü ilin may, iyun və iyul ayları ərzində o, Abdullanın krediti üçün hər ay 400 manat olmaqla ümumilikdə 1200 manat kredit ödəmişdir. Bundan başqa, o, Abdullaya da əlavə olaraq xatırlamadığı məbləğlərdə kredit ödənişləri etmişdir. Zərərçəkmiş şəxs5 tanıyırmış, 2022-ci ilin sonlarında Zaur ona Qobu park 3 yaşayış kompleksində obyekt götürmək istədiyini bildirmişdir. O isə Fuad adlı tanışının olduğunu və onun vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Fuadla əlaqə saxlamış və ona bu məsələ ilə bağlı məlumat vermişdir. Fuad Zaurun nömrəsini istəyərək köməklik edə biləcəyini bildirmişdir. O da Fuada Zaurun nömrəsini vermişdir. Bundan sonra Fuad və Zaur öz aralarında danışaraq razılığa gəlmişdir ki, 7000 manat qarşılığında həmin yaşayış kompleksindən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi vasitəsilə ona obyekt veriləcəkdir. 2022-ci ilin dekabr ayında Fuadla Zaur iki dəfə Zaurun iş yerində, yəni Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında yerləşən “Park Shopping” ticarət mərkəzində görüşərək, 2000 və 5000 manat olmaqla ümumilikdə 7000 manat pulu almışdır. Bununla bağlı Zaur ona məlumat vermişdir. Bundan sonra Fuad qeyd etdiyi kimi obyekti onun adına keçirmək üçün təxminən 5- 6 ay mübarizə aparmışdır, lakin bunu bacarmamışdır. Həmin 7000 manat pulun yarısını, yəni 3500 manatını ona vermişdir. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda isə Fuad və o, Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyanı tam şəkildə ödədiklərini bildirmişdir. Təxminən 2023-cü ilin əvvəllərində o, tanıdığı Ağcabədi rayonu, Pərioğullar kənd sakini X1 12000 manat pul götürmüşdür və 9-10 ay ərzində hər ay ona borcun faizini, yəni 900 manatı ödəyirdi. Lakin buna baxmayaraq, əsas borcu ödəyə bilməmişdir. 2023-cü ilin təxminən may ayında o, telefon vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs6 ilə danışdığı zaman, onlar razılığa gəlmişdilər ki, o, 3000 manat pul qarşılığında Əmrahın qohumu Vüqar Mirzəyevi "xxxx" ASC-nin Ağcabədi rayon şöbəsinə işə düzəldəcəkdir. Bunun üçün o, X22 nömrəsini verərək, pulu ona verməsini və Rizvanın pulu ona göndərəcəyini bildirmişdir. O isə Bakı şəhərində danışıb, işini düzəldəcəyini söyləmişdir. Eyni zamanda o, Rizvana zəng edərək, Əmrahın ona 3000 manat verəcəyini bildirmişdir. Rizvan pulu aldıqdan sonra isə onların telefon danışığı olmuş və o, Rizvana demişdir ki, həmin pulu borcundan çıxsın. Əmrah isə ondan işin nə yerdə olduğunu soruşanda, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonradan isə o, Əmraha 2023-cü ilin təxminən sentyabr ayında 3000 manatın 1450 manatını qaytarmışdır. Zərərçəkmiş şəxs8 tanıyırdı və onunla eyni idarədə işləmişdi, yaxşı münasibətləri olmuşdur. Əhməd ona oğlu Samir Allahverdiyevi işə düzəltmək istədiyini bildirmişdir. O da Samir Allahverdiyevi 5 nömrəli Regional Sukanal İdarəsinin X26 çilingər vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 2500 manat lazım olduğunu bildirmişdir. Sonra isə Əhmədin oğlu Samiri inam yaratmaq üçün Bakıda olan tanışı Təqsirləndirilən şəxs2 yanına göndərmişdir və demişdir ki, sənədlərini ona versinlər. Bundan sonra Fuada da bu barədə xəbər vermiş və onun yanına gələcəklərini bildirmişdir. 18 yanvar 2023-cü il tarixdə o, 1500 və 1000 manat olmaqla cəmisi 2500 manat pulu Fuadın kartına göndərmişdir. Fuad da pul köçən kimi 2000 manat pulu onun kartına köçürmüş, 500 manat isə Fuadın özündə qalmışdır. Lakin o, pulu alsa da, Samirin işini düzəldə bilməmişdir. O, Əhmədin pulundan 1000 manat qaytarmışdır. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs7 ilə Ağdam rayonu Quzanlı qəsəbəsində görüşərkən, Fərhad işsiz olduğunu bildirmişdir. O da ona demişdir ki, iş olsa xəbər edəcəkdir. Həmin hadisədən 10 gün sonra, yəni 2023-cü ilin aprel ayının xatırlamadığı bir günündə Fərhadla görüşərkən, ona 5 nömrəli Regional Sukanal İdarəsinin X20 Təhlil qrupunun rəhbəri vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Fərhad da fikirləşib cavab verəcəyini söyləmişdir. Sonra Fərhadla danışarkən, Fərhad demişdir ki, Bakı şəhərindədir. O da Fərhada demişdir ki, Bakıda Fuad adlı şəxslə görüşsün və sənədlərini ona versin. Fərhad da həmin ərəfədə Bakıda Fuadla görüşmüş və sənədlərini ona vermişdir. Fuadla görüşdükdən sonra isə Fərhad ona məxsus olan "xxxx" ASC-yə məxsus bank kartına 19 aprel 2023-cü il tarixdə 2500 manat, 1 may 2024-cü il tarixdə 1500 manat və 1 iyun 2023-cü il tarixdə 50 manat olmaqla ümumilikdə 4050 manat pul göndərmişdir. Lakin o, Fərhadın işini düzəldə bilməmiş və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində “Zərərçəkmiş şəxs1 ifadəsində sizin onları Fuadın yanına göndərdiyinizi, Bakı şəhərində Fuad sənədlərə baxıb heç bir problem olmadığını, imtahan zamanı onları çağıracaqlarını dediyini, təxminən bir neçə gün sonra Fuadın ona zəng edib onun işinin alındığını, Nəbinin işinin isə yaxın zamanlarda alınacağını dediyini, sonra isə sizin zəng edərək Abdullanın işinin alındığını dediyinizi bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq Abdulla düz dediyini, hər şey onun dediyi kimi olduğunu, “Zərərçəkmiş şəxs3 ifadəsində oğlu Nəbinin və Abdullanın Quzanlı qəsəbəsindən sənəd götürərək Bakı şəhərində Fuadla görüşüb ona verdiklərini və Fuadın onlara yaxın günlərdə əmrinin veriləcəyini bildirdiyini göstərmişdir. Deyə bilərsiniz həmin sənəd nə sənədidir?” sualına cavab olaraq Nəbi Abdulla ilə birlikdə Azərsunun peşə təlimatını götürüb və öz sənədlərinin surətlərini Fuada verdiklərini, Fuad da əmrinin veriləcəyini bildirdiyini, “Zərərçəkmiş şəxs2 ifadəsində kürəkəni Nurlanın Bakı şəhərində Fuadla çay evində görüşdüklərini, Fuadın Nurlana hazırda təlim getdiyini, təlimdə iştirak etmədən əmrinin veriləcəyini bildirdiyini göstərmişdir. Sonra isə Fuadla danışanda Fuadın ona əmrinin tezliklə veriləcəyini bildirdiyini göstərmişdir.” Sualına cavab olaraq Məzahirin düz dediyini, onun kürəkəni Nuralan Bakı şəhərində Fuadla görüşdüyünü, Fuad da ona əmrinin veriləcəyini bildirdirdiyini, Nurlanın işinin Fuadın vasitəsi ilə onun qohumunun düzəldəcəyini, lakin alınmadığını, “Zərərçəkmiş şəxs8 ifadəsində işi ilə bağlı sizin Fuadın nömrəsini ona verdiyinizi, Fuadla danışandan sonra Fuadın ona işinin düzəlməsi üçün 2500 manat verməli olduğunu, sonra isə sizinlə əlaqə saxlayaraq Fuadın dediklərini sizə dediyini, sizində 2500 manat pulu Fuada verməli olduğunu dediyinizi bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq əmisinin yas yerində olan zaman Əhmədlə görüşdüyünü, Əhmədə Fuadın nömrəsini verdiyini, Əhmədin də Fuadın kartına 2500 manat pul atdığını, həmin pulun 2000 manatın Fuad onun kartına qaytardığını, “Zərərçəkmiş şəxs7 da ifadəsində işinin düzəlməsi üçün Fuadla Bakı şəhərində görüşdüyünü, Fuadla görüşdükdən sonra inam yarandığı üçün sizə ilkin olaraq 2500 manat, ümumilikdə isə 4050 manat göndərdiyini bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq Fərhad Bakıda Fuadla görüşüb ona sənədlərini verdiyini, Fuadın konkret olaraq onunla nə danışdığını bilmədiyini, Fuadla görüşdükdən sonra isə Fərhad onun kartına pul atdığını göstərmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 2005-ci ildə X12 ilə ailə həyatı qurmuşdur. Ailəlidir və iki övladı var: 2007-ci il təvəllüdlü X8 və 2010-cu il təvəllüdlü X7. O, "Press Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində işləyir. Təxminən 4-5 ildir ki, Ağdam rayonunda tikinti işləri ilə məşğul olmuşdur, yəni ev götürüb təmir-tikintisini həyata keçirmişdir. Həmin vaxt orada Su idarəsinin müdiri Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. Onunla dostluq münasibətləri yaranmışdır. Vüqar təxminən 2022-ci ilin konkret olaraq xatırlamadığı tarixində ona zəng edərək, Abdulla adlı şəxsin yanına gələcəyini bildirmişdir. Vüqar demişdir ki, Abdullanın kağızlarını götürər və deyəcəyi adama həmin sənədləri verər. 2022-ci ilin noyabr ayında Bakı şəhərində 20 Yanvar metro stansiyasının yanında Abdulla ilə görüşmüşdür. Onunla orada çayxanada oturub, Abdulladan sənədlərin surətlərini almış və ona kömək edəcəyini bildirmişdir. O, Vüqarın həmin işin alınması üçün Abdulladan konkret olaraq nə qədər pul aldığını bilməmişdir. Bundan sonra, 2022-ci ilin dekabr ayında Vüqar ona zəng edərək, yanına adamların gələcəyini və onlarla görüşərək sənədlərini götürməyini, həmçinin həmin şəxslərə işləri ilə bağlı narahat olmamalarını, tezliklə əmrlərinin veriləcəyini deməsini istəmişdir. O da Vüqarla razılaşmışdır. 2022-ci ilin dekabr ayında Abdulla ona zəng edərək, Nəbi adlı şəxs ilə Bakı şəhərinə gəldiklərini və onunla görüşmək istədiklərini bildirmişdir. O da yenə onlarla 20 Yanvar metrosunun yanında olan çayxanada görüşmüşdür. Onlar ona Nəbinin "xxxx"ya işə düzəlmək üçün Vüqarla danışdıqlarını və Vüqarın dediyi sənədləri gətirdiklərini bildirmişdir. O da Nəbinin şəxsiyyət vəsiqəsinin surətini və digər sənədlərin surətini götürmüşdür. Vüqarın ona dediyi kimi, o da onlara demişdir ki, narahat olmasınlar, yaxın günlərdə Nəbinin əmri veriləcəkdir. Bundan sonra, 2022-ci ilin dekabr ayında Vüqar ona zəng edərək, Nurlan adlı şəxsin yanına gələcəyini və onu FHN-yə işə düzəltmək üçün tanışının olubolmadığını soruşmuşdur. O da FHN-də tanışının olmadığını, lakin Yunus adında bir gizir tanışının olduğunu və ondan bu barədə soruşacağını bildirmişdir. Sonra o, Yunusla danışmış və Yunus ona demişdir ki, idmanla məşğul olsun, o zaman normativdən keçəndə kömək edəcəkdir. 2022-ci ilin xatırlamadığı günündə o, Nurlan adlı şəxslə Bakı şəhərində Nərimanov rayonunda bir çay evində görüşmüşdür. Nurlanla söhbət zamanı, Nurlan ona sənədlərinin surətlərini gətirmişdir. O da Nurlana demişdir ki, Vüqar müəllim xahiş edib ki, görək işini kimlə danışa bilirik. Bundan sonra Nurlanla Yunus adlı tanışı ilə görüşmüşdür. Yunus Nurlana da demişdir ki, biraz turnikdə çəkinməyi öyrənsin, normativ götürüləndə kömək edəcəkdir. O da Nurlana demişdir ki, narahat olmasın, işi düzələcək, sadəcə turnikdə dartınmağı öyrənsin. Bundan sonra o, bir dəfə də Nurlanla görüşmüşdür və yenə eyni mövzuda söhbət etmişlər. Bildirmişdir ki, Yunusla 2 ildir ki, əlaqəsi kəsilmişdir, onun soyadını, atasının adını və telefon nömrəsini xatırlamır. Həmin vaxtdan bir müddət sonra da Nurlan ona zəng etmiş, o da Vüqarın deməsi əsasında Nurlana işinin düzələcəyini bildirmişdir. Bundan başqa, o, X17 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımışdır. 2022-ci ilin oktyabr ayında Vüqar ona "Zaur adlı tanışının olduğunu və ona Qobu park 3 yaşayış kompleksində obyekt götürməyə köməklik etməyin lazım olduğunu" bildirmişdir və ondan köməklik istəmişdir. O da razılaşmış və tanış tapmağa çalışmışdır ki, köməklik edilsin. Bu məsələ ilə bağlı Vüqar, onunla 5000 və əlavə 2000 manat olmaqla 7000 manata razılaşmışdır. Ona Zaurun Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən "Park 20 Shopping" adlı ticarət mərkəzində işlədiyini və pulu ondan götürməli olduğunu bildirmişdir. O da razılaşmışdır. İlk öncə, 21 noyabr 2022-ci ildə onun işlədiyi yerə gedərək ondan 5000 manat pul almışdır. Daha sonra 1 dekabr 2022-ci il tarixdə ondan əlavə olaraq 2000 manat pul almışdır. Pulu aldıqdan sonra Vüqar ona narahat olmamasını, tanış tapacaqlarını və işi həll edəcəklərini demişdir. Lakin tanış adam tapa bilmədikləri üçün işi həll edə bilməmişlər. Pulun isə öz aralarında 3500 manat olmaqla iki hissəyə bölüb xərcləmişlər. Sonradan Zaur polisə şikayət etdikdən sonra onun pulunu tamamilə qaytarmışlar. Bundan başqa, 2023-cü ilin yanvar ayında Vüqar ona zəng edərək, Əhməd adlı tanışının olduğunu və onu "xxxx"ya işə düzəltməyin lazım olduğunu demişdir. Həmçinin ona demişdir ki, Əhməd ona zəng edəcək və onunla danışmalıdır, Əhmədə inam yaratmaq lazımdır, onun işini həll edəcəklər. Əhməd ona zəng etdikdə, o da Əhmədə demişdir ki, övladının işini düzəltmək üçün danışılmışdır və narahat olmasın, bunun üçün 2500 manat pul vermək lazımdır. O da Əhmədə öz bank kartını göndərmiş və 18 yanvar 2023-cü il tarixdə onun kartına 2500 manat pul göndərilmişdir. O, həmin pulun 2000 manatını elə həmin gün Vüqarın kartına göndərmiş, 500 manat isə özündə qalmışdır. Bir müddət sonra iş alınmadığı üçün Əhməd ona bir neçə dəfə zəng etmiş və o da hər dəfə işinin alınacağını bildirmişdir. Vüqar isə Əhmədin pulundan 1000 manatı geri qaytarmışdır. Bundan başqa, 2023-cü ilin aprel ayında Vüqar yenidən ona zəng edərək, Bakı şəhərində Fərhad adlı şəxslə görüşmək lazım olduğunu və ondan sənədlərini götürmək lazım olduğunu bildirmişdir. O da Vüqarla razılaşmışdır. Bundan sonra, 2023-cü ilin aprel ayının 17-də Fərhadla ilk dəfə Nərimanovda McDonald's-ın yanında görüşmüşdür. Onunla işi ilə bağlı söhbət etmişdir. Fərhad demişdir ki, Vüqar onu işə düzəldəcək və sənədləri ona verməlidir. O da Fərhaddan şəxsiyyət vəsiqəsi, əmək kitabçası, diplom və veteran vəsiqəsinin surətlərini götürmüşdür. Səhəri gün Vüqar ona zəng edərək, sənədləri Fərhada qaytarmasını bildirmişdir. O da səhəri gün Fərhadla görüşərək sənədləri özünə qaytarmışdır. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində “Zərərçəkmiş şəxs1 ifadəsində sizin Bakı şəhərində onunla və Nəbi ilə görüşüb sənədlərə baxandan sonra heç bir problem olmadığını, imtahan zamanı onları çağıracaqlarını dediyinizi, təxminən bir neçə gün sonra ona zəng edib onun işinin alındığını, Nəbinin işinin isə yaxın zamanlarda alınacağını dediyinizi bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq Abdullanın düz dediyini, onlarla görüşən zaman heç bir problem olmadığını, imtahan zamanı onları çağıracaqlarını dediyini, təxminən bir neçə gün sonra Abdullaya zəng edib onun işinin yaxınlarda alınacağını, Nəbinin işinin isə yaxın zamanlarda alınacağını dediyini, “Zərərçəkmiş şəxs3 ifadəsində oğlu Nəbinin və Abdullanın Quzanlı qəsəbəsindən sənəd götürərək Bakı şəhərində Fuadla görüşüb ona verdiklərini və Fuadın onlara yaxın günlərdə əmrinin veriləcəyini bildirdiyini göstərmişdir. Deyə bilərsiniz həmin sənəd nə sənədidir?” sualına cavab olaraq Şaməddinin düz dediyini, dediklərini kimi onlarla danışdığını, “ Zərərçəkmiş şəxs2 ifadəsində kürəkəni Nurlanın Bakı şəhərində Fuadla çay evində görüşdüklərini, Fuadın Nurlana hazırda təlim getdiyini, təlimdə iştirak etmədən əmrinin veriləcəyini bildirdiyini göstərmişdir. Sonra isə Fuadla danışanda Fuadın ona əmrinin tezliklə veriləcəyini bildirdiyini göstərmişdir” sualına cavab olaraq Məzahirin düz dediyini, Nurlanla görüşən zaman hazırda təlim getdiyini, təlimdə iştirak etmədən əmrinin veriləcəyini, sonra isə zəng edərək əmrinin tezliklə veriləcəyini dediyini, bütün danışıqları Vüqarla məsləhətləşərək dediyini, amma özünün konkret olaraq işin nə yerdə olduğundan xəbəri olmadığını, “Zərərçəkmiş şəxs8 ifadəsində işi ilə bağlı sizinlə danışandan sonra ona işinin danışıldığını, düzəlməsi üçün 2500 manat verməli olduğunu, sonra isə sizin kartınıza 2500 manat pulu köçürdüyünü, sonra isə hər dəfə sizinlə danışanda sizin işin alınacağını dediyinizi bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq Əhmədin düz dediyini, onunla danışdığını, Əhmədin qeyd etdiklərini ona dediyini, sonra isə Əhməd də onun kartına 2500 manat pul atdığını, həmin pulun 2000 manatın Vüqarın kartıma qaytardığını, 500 manatın da onda qaldığını, “Zərərçəkmiş şəxs7 da ifadəsində işinin düzəlməsi üçün sizinlə Bakı şəhərində görüşdüyünü, Fuadla görüşdükdən sonra inam yarandığı üçün Vüqara ilkin olaraq 2500 manat, ümumilikdə isə 4050 manat göndərdiyini bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq Fərhad onunla Bakıda görüşüb sənədlərini verdiyini, Fərhadla çox söhbəti olmadığını, sadəcə sənədlərə baxıb problem olmadığını dediyini, səhəri gün isə Vüqar ona zəng edib sənədləri qaytar dediyini, onunda sənədləri Fərhada qaytardığını, “Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, “Məzahirin oğlunun FHN-də olan işi üçün qalıq 4000 manat pulu Nurlan Bakı şəhərində yaşayan tanışım Təqsirləndirilən şəxs2 adına olan bank kartına vurmuşdur. Fuad həmin puldan 3000 manatını mənə göndərmişdir. Qalıq 1000 manat isə Fuadda qalmışdır. Bundan başqa, Abdulladan ümumilikdə aldığım 13000 manat pulun 600 manatını, Şaməddindən aldığım 3000 manatdan isə 500 manatı mən Fuadın xatırlamadığım bank kartına göndərmişdim. Bundan başqa, Abdulla mənə Nurlanın işi üçün verdiyi 8000 manat pulun 1000 manatını, mən növbəti gün Fuad ilə Ağdam rayonu Quzanlı qəsəbəsində görüşərək ona vermişdim.”. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq həmin ərəfələrdə müxtəlif vaxtlarda mən Vüqardan borc pul aldığını, ancaq konkret olaraq həmin pulları hansı işi düzəltmək üçün aldığını puldan ona verdiyini bilmədiyini, xeyli vaxt sonra isə Vüqara pulları qaytardığını, “Siz yanınıza gələn şəxslərinin işinin düzəlməsi üçün Vüqarın onlardan pul aldığını bilirdinizmi?” sualına cavab olaraq onların işinin düzəlməsi üçün Vüqarın onlardan pul aldığını bildiyini, lakin konkret olaraq nə qədər aldığını bilmədiyini, “Siz ilkin olaraq 2022-ci ilin noyabr ayında sizinlə görüşən Zərərçəkmiş şəxs1 işinin düzəlmədiyini bilə-bilə nə üçün sonrakı tarixlərdə yanınıza gəlib sizinlə görüşən, telefonla sizinlə danışan şəxslərə işlərini alınacağını bildirmisiniz? Sizin bu işdə marağınız nə idi?” sualına cavab olaraq Vüqarın bu işləri düzəldəcəyini dediyini, həmçinin işlərin alınacağı, düzələcəyi halda ona da müəyyən miqdarda pul veriləcəyini bildiyini göstərmişdir. Məhkəmədən göstərdiyi halları nəzərə alınmasını və ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 7-8 il bundan əvvəldən tanımışdır. Həmin vaxtlarda Vüqar Ağdam rayonunda yerləşən, dəqiq adını xatırlamadığı "xxxx" ASC-nin filialında çalışmışdır. 2022-ci ilin oktyabr ayında Ağdam rayonunda yerləşən kafedə o, Vüqar ilə təsadüfən görüşmüşdür. Vüqar ondan nə işlə məşğul olduğunu soruşmuşdur, o isə bekar olduğunu bildirmişdir. Həmin vaxt Vüqar ona "xxxx" ASC-də aylıq 460 manat maaşı olan mühəndis işinə düzəldə biləcəyini demişdir. O, Vüqarın həmin vaxt "xxxx" ASC-də işlədiyini bildiyi üçün ona inam yaranmışdır. Bundan sonra Vüqar həmin iş üçün ondan 3000 manat pul istəmişdir. O da Vüqarla razılaşaraq həmin pulu ödəyəcəyini demişdir. Həmin ay o, yenidən Vüqar ilə həmin yerdə görüşmüşdür və söhbət əsnasında oğlunu, Xanhüseyni, işlə təmin etmək istədiyini bildirmişdir. Vüqar isə Xanhüseyni Ağdam rayonu, Ergi qəsəbəsində icra nümayəndəsi vəzifəsinə düzəldə biləcəyini demişdir və bunun müqabilində ondan 10000 manat məbləğində pul istəmişdir. O, Vüqara inandığı üçün onunla razılaşmışdır. 15 noyabr 2022-ci il tarixdə o, Ağcabədi rayonunda yerləşən "Yelobank"-dan 12000 manat kredit götürmüş, əlavə olaraq evdən 1000 manat da üstünə qoyub Vüqara zəng edərək pulu hazırladığını bildirmişdir. Həmin gün saat 21 radələrində Vüqar ilə Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Oskar" yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşdür. O, özünə məxsus "Lada Priora" markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmişdir. Vüqar isə oraya VAZ-2106 markalı, üzərində taksi işarəsi olan avtomobillə gəlmişdir. Vüqar avtomobildən tək düşərək onun avtomobilinə əyləşmişdir. O, avtomobilində Vüqara 13000 manat pulu sayıb vermişdir. Bundan sonra Vüqar gəldiyi taksiyə əyləşərək çıxıb getmişdir. Sonradan o, Vüqar ilə mobil telefonla bir neçə dəfə danışmışdır. Danışıq zamanı Vüqar ona "xxxx" ASC-də əlavə bir nəfərlik də ştat olduğunu, həmçinin FHN-nin Ağdam rayon şöbəsində də iş olduğunu və istəyən olsa, ona deyib köməklik edə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayının sonlarında o, qonşuları Şaməddin və Məzahira, Vüqara özü və oğlunun işi üçün 13000 manat pul verdiyini və Vüqarın "xxxx" ASC-də və FHN-nin Ağcabədi rayon şöbəsində iş tapmaqda köməklik edə biləcəyini demişdir. Həmin vaxt Şaməddin öz övladını "xxxx" ASC-yə işə düzəltmək istədiyini, Məzahir isə kürəkəni Nurlanı FHN-nin Ağcabədi rayon şöbəsinə işə düzəltmək istədiyini demişdir. O, Vüqarla telefonla danışmış, Vüqar ona Şaməddinin övladını "xxxx" ASC-yə 3000 manata, Məzahirin kürəkəni Nurlanı isə FHN-nin Ağcabədi rayon şöbəsinə işə 14000 manata düzəldəcəyini demişdir. Vüqar ona demişdir ki, FHN-nə düzəldəcəyi iş üçün ilkin olaraq 10000 manat, iş alındıqdan sonra isə 4000 manat vermək lazım olacaqdır. O da Vüqarın dediklərini Məzahir və Şaməddinə danışmışdır. Şaməddin və Məzahir razı olduqlarını bildirmişdir. 2023-cü ilin noyabr ayının sonlarında o, Şaməddin ilə birlikdə özünə məxsus "Lada Priora" markalı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndində kafedə Vüqar ilə görüşmüşdür. Həmin vaxt Şaməddin ona verdiyi 2600 manat pulu o, Vüqara vermişdir. Vüqar 2600 manat pulu götürüb, qalan 400 manatı da vermək lazım olduğunu demişdir. Şaməddin isə növbəti gün qalıq 400 manatı oğlu Nəbidən göndərəcəyini demişdir. Növbəti gün Nəbi 400 manat pulu götürüb Vüqar ilə Ağdam rayonu, Quzanlı kəndində yerləşən çay evində görüşərək ona 400 manatı vermişdir. Təxminən 2-3 gün sonra Məzahir ona 10000 manat pul gətirib vermişdir ki, həmin pulu Vüqara versin. O isə Məzahira demişdir ki, həmin pulu bir yerdə aparıb Vüqara verək, lakin Məzahir "sən gedirsənsə mənə nə ehtiyac var" deyə cavab vermişdir. Bundan sonra o, Vüqara zəng edərək Məzahirin 10000 pulu gətirib verdiyini bildirmişdir. Vüqar isə ona Hindarx qəsəbəsində bazarın yanında olan kafedə görüşməyi təklif etmişdir. Həmin gün Vüqar ilə o, sözügedən kafedə görüşmüşdür. Vüqar oraya tək gəlmişdir. O, Vüqara 10000 manat pulu vermişdir. Vüqar pulu götürüb çıxıb getmişdir. Təxminən bir neçə gün sonra Vüqar ona zəng edərək, Məzahirin oğlunun FHN-də olan işi üçün qalıq 4000 manat pulu vermək lazım olduğunu demişdir. O isə danışığın belə olmadığını bildirmişdir. Vüqar isə həmin pulu təcili vermək lazım olduğunu bildirmişdir. Bundan sonra o, Məzahirin kürəkəni Nurlanın nömrəsini Vüqara vermişdir. Nurlan isə Vüqarın verdiyi kart hesabına 4000 manat pulu göndərmişdir. 2022-ci ilin dekabr ayının sonlarında Vüqar ona zəng edərək Bakı şəhərinə gedib orada Fuad müəllimlə görüşməli olduğunu demişdir. O isə Fuadın kim olduğunu soruşduqda, Vüqar ona Fuadın "xxxx" ASC-də məxfi şöbənin məsul işçisi olduğunu və onun işi ilə bağlı Fuad ilə görüşməli olduğunu bildirmişdir. Bundan başqa, Vüqar ona demişdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən, hazırda adını xatırlamadığı bir telefon mağazasında sənədlər qoymuşdur. Həmin sənədləri götürüb Fuad müəllimə göstərmək lazım olacaqdır. O da həmin gün Vüqarın dediyi yerə gedərək sənədləri götürmüşdür. Həmin sənədlər 5 vərəqdən ibarət olmuşdur. Sənədlərin üzərində "xxxx" ASC-yə aid peşə təlimatları əks olunmuşdur. Həmin sənədlərdən 3 ədədini o, Fuada verməli, 2 ədədini isə Nəbi Fuada verməli idi. O, Şaməddinin oğlu Nəbi ilə birlikdə həmin kağızları götürüb Bakı şəhərinə getmişdir. Bakı şəhərində onlar Fuad ilə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Fuad onlara 20 Yanvar metrosunun qarşısında "xxxx" ASC-nin binasının qarşısında görüşəcəyini bildirmişdir. Onlar Fuad ilə 20 Yanvar metrosunda "Şuşa" çay evində görüşmüşdür. O və Nəbi Fuad müəllimə Vüqarın verdiyi sənədləri göstərmişdir. Fuad həmin sənədlərə baxıb heç bir problem olmadığını demişdir və imtahan zamanı onları çağıracağını bildirmişdir. Təxminən bir neçə gün sonra Fuad ona zəng edərək onun işinin alındığını, Nəbinin işinin isə yaxın zamanlarda alınacağını demişdir. Bundan sonra Vüqar ona zəng edərək işinin alındığını, 3 ay ərzində sınaq müddəti olacağını, həmin müddət ərzində işə çıxmayacağını, lakin maaş alacağını demişdir. O, maaşın hansı qaydada ödəniləcəyini soruşanda Vüqar ona 3 ay ərzində maaşın nağd şəkildə veriləcəyini demişdir. Bundan sonra o, Vüqara oğlunun nömrəsi ilə xatırlamadığı bank kartını göndərmişdir. 2023-cü ilin mart, aprel və may ayları ərzində Vüqar həmin kart hesabına hər ay 460 manat olmaqla ona maaş göndərmişdir. İyun ayında Vüqar ona zəng edərək "xxxx" ASC-də idarələrin birləşdiyini, ona görə də maaşların verilməsində gecikmələr olacağını bildirmişdir. O da yenə Vüqara inanaraq bir qədər gözləmişdir. Növbəti aylarda maaş yenə də köçməyəndə o, artıq "xxxx" ASCdə rəsmi işçi olub-olmadığı barədə şübhə etməyə başlamışdır. Bunun üçün 2023cü ilin iyul ayında banklardan birində adının portalda rəsmi işçi kimi olub-olmadığını yoxlatdırmışdır. Bankda ona bildirmişlər ki, portaldan onun adına rəsmi iş yeri mövcud deyil, yəni faktiki olaraq heç yerdə işləmir. Bundan sonra o, Vüqara zəng edərək bu haqda məlumat vermişdir. Vüqar isə ona sınaq müddətində olduğu üçün adının rəsmi işçi kimi portalda çıxmadığını demişdir. Bir müddət sonra o, Vüqarın onu aldatdığını anlayaraq, ondan şikayət etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, kənd camaatı onu Ömər kimi tanısa da, sənəddə adı Məzahirdir. Təqsirləndirilən şəxs1 tanımır və onunla heç vaxt görüşməmişdir. Zərərçəkmiş şəxs1 isə onun qudasıdır. 2022-ci ilin noyabr ayında Abdulla ona demişdir ki, Vüqar adlı şəxsə işə düzəlmək üçün pul vermişdir. Vüqar isə Abdullaya demişdir ki, Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon şöbəsində boş iş yeri vardır. O da kürəkəni Nurlanı həmin işə düzəltmək istədiyini bildirmişdir. Abdulla isə demişdir ki, Vüqar həmin işi 14000 manat müqabilində düzəldəcəkdir. O, bu təkliflə razılaşmışdır. Vüqar Abdullaya demişdir ki, ilkin olaraq ona 10000 manat pul verməli, Nurlan işə çıxdıqdan sonra isə qalıq 4000 manatı verəcəkdir. O da bu razılaşma ilə razılaşmışdır.2022-ci ilin dekabr ayının əvvəllərində o, qəsəbədə yaşadığı evin həyətində Abdullaya 10000 manat pul götürüb vermişdir ki, həmin pulu Vüqara versin. Abdulla isə ona demişdir ki, həmin pulu bir yerdə aparıb Vüqara versinlər. O da "sən gedirsənsə mənə nə ehtiyac vardır" demişdir. Bundan sonra Abdulla Vüqar ilə Hindarx qəsəbəsində bazarın yanında olan kafedə görüşmüş və Abdulla Vüqara 10000 manat pulu vermişdir. Təxminən bir neçə gün sonra Vüqar Abdullaya zəng edərək demişdir ki, kürəkəninin FHN-də olan işi üçün qalıq 4000 manat pulu vermək lazımdır və həmin pulu deyəcəyi bank kartına göndərmələrini istəmişdir. Abdulla ona bunları dedikdən sonra, o, razılaşmanın belə olmadığını bildirmişdir. Abdulla isə demişdir ki, Vüqar pulu indi istəyir. Bundan sonra o, 4000 manat pulu kürəkəni Nurlana vermişdir ki, həmin pulu Vüqarın dediyi kart hesabına göndərsin. Nurlan isə Vüqar ilə telefonla danışaraq kart hesabının nömrəsini öyrənmiş və Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "seyidin dükanı" deyilən marketdə terminal vasitəsilə Vüqarın kart hesabına 4000 manatı ödəmişdir. Nurlan ödəniş qəbzini ona vermiş, lakin həmin qəbzi o, hazırda tapa bilmir. 2022-ci ilin dekabr ayında Vüqar Nurlana demişdir ki, Bakı şəhərinə gedib Fuad müəllimlə görüşsün. Nurlan da Vüqarın dediyi kimi, Bakı şəhərinə gedib Fuad müəllimlə görüşmüşdür. Bakı şəhərində Fuad müəllimlə çay evində görüşmüşlər. Fuad Nurlana demişdir ki, hazırda təlim gedir, elə edəcək ki, təlimdə iştirak etmədən əmri veriləcəkdir. Nurlan da ona inanıb Ağcabədiyə qayıtmışdır. Bundan sonra Nurlan iki dəfə də Bakı şəhərinə gedərək Fuad müəllimlə görüşmüşdür. Hər dəfəsində isə Fuad müəllim müxtəlif bəhanələr gətirərək yaxın günlərdə əmrinin veriləcəyini ona demişdir. Bir müddət sonra kürəkəni Nurlan əmrinin gəlmədiyini görüb Vüqar ilə mobil telefonla danışaraq işinin nə yerdə olduğunu soruşduqda, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək işin yaxın zamanlarda həll olunacağını demişdir. Bir müddət sonra isə Vüqara zəng çatmamış və onlar başa düşmüşdür ki, Vüqar onları aldatmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 1990-cı illərdən tanımışdır. Vüqar ilə bir yerdə döyüşmüşdür. Zərərçəkmiş şəxs1 isə onun qonşusudur. 2023-cü ilin noyabr ayında Abdulla ona demişdir ki, Vüqar adlı şəxsə işə düzəlmək üçün pul vermişdir və Vüqar Abdullaya "xxxx" ASC-də əlavə iş yeri olduğunu bildirmişdir. O da oğlunu, Nəbini, həmin işə düzəltmək istədiyini söyləmişdir. Abdulla isə demişdir ki, Vüqar həmin işi 3000 manat müqabilində düzəldəcəkdir. O, bu təkliflə razılaşmışdır. 2023cü ilin noyabr ayının sonlarında o, Abdulla ilə birlikdə, sonuncuya məxsus "Lada Priora" markalı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən “Rafiqin çayxanası” kimi tanınan kafedə Vüqar ilə görüşmüşdür. Həmin vaxt o, Abdullaya 2600 manat pul vermişdir ki, Vüqara versin. Abdulla onun yanında Vüqara 2600 manat pulu vermişdir. Vüqar 2600 manat pulu götürüb, qalan 400 manatı da vermək lazım olduğunu demişdir. O da növbəti gün qalıq 400 manatı göndərəcəyini demişdir. Növbəti gün o, oğluna 400 manat pul verib Ağdam rayonuna gedib həmin pulu Vüqara verməsini tapşırmışdır. Nəbi 400 manat pulu götürüb Vüqar ilə Ağdam rayonu, Quzanlı kəndində yerləşən çay evində görüşmüş və Vüqara 400 manatı vermişdir. 2022-ci ilin dekabr ayının sonlarında Vüqar Abdullaya zəng edərək demişdir ki, Abdulla ilə onun oğlu Nəbi Bakı şəhərinə gedib orada Fuad müəllimlə görüşməlidir. Abdulla Fuadın kim olduğunu soruşduqda, Vüqar demişdir ki, Fuad "xxxx" ASC-də məxfi şöbənin məsul işçisidir və onların işi ilə bağlı gedib Fuad ilə görüşməlidirlər. Bundan başqa, Vüqar Abdullaya bildirmişdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən bir telefon mağazasına sənədlər qoymuşdur və həmin sənədləri götürüb Fuad müəllimə göstərmək lazım olacaqdır. Abdulla həmin gün Vüqarın dediyi yerə gedərək sənədləri götürmüşdür. Abdulla və onun oğlu Nəbi həmin sənədləri götürüb Bakı şəhərinə getmiş və orada Fuad ilə görüşmüşlər. Həmin gün Nəbi Bakıdan evə qayıdaraq demişdir ki, Fuad ilə görüşmüşlər və yaxın günlərdə əmrin veriləcəyi bildirilmişdir. Bir müddət sonra oğlu Nəbi əmrinin gəlmədiyini görüb Vüqar ilə mobil telefonla danışaraq işinin nə yerdə olduğunu soruşduqda, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək işin yaxın zamanda həll olunacağını demişdir. Bir müddət sonra isə Vüqara zəng çatmamış və onlar bu zaman anlamışlar ki, Vüqar onları aldatmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olsa da, işğaldan sonra Ağdam rayonu Ergi qəsəbəsində yaşamaqdadır. X33 uzun müddətdir işsiz olduğu üçün onu işə düzəltmək istəmişdir. 2022-ci ilin noyabr ayında, dəqiq gününü xatırlamasa da, qardaşı Şaməddin ilə bu barədə söhbət etdiyi zaman Şaməddin ona demişdir ki, Vüqar adlı şəxsin vasitəsilə oğlu Nəbini işə düzəldəcəkdir. X34 idarəsinə çilingər kimi işə düzəltmək üçün 3000 manat pul almışdır. O da Şaməddinə demişdir ki, oğlunu, Elmiri, də Vüqar işə düzəltsin və 3000 manat verəcəyini bildirmişdir. Bundan sonra Şaməddin Vüqarla danışmışdır. Vüqar Elmiri də Sukanal idarəsinə çilingər kimi işə düzəldəcəyinə söz verərək 3000 manat pul istəmişdir. O, 3000 manat pulu oğluna, Elmire, vermişdir. Elmir də Şaməddinlə birlikdə gedərək Vüqar ilə Ağdam rayonunda görüşmüş, söhbət etmiş və pulu ona vermişdir. Lakin pulu verdikdən sonra bir müddət keçsə də, iş alınmamışdır. Sonradan məlum olmuşdur ki, Vüqar bir neçə adamı aldadaraq pullarını ələ keçirmişdir. Onlar dəfələrlə Vüqara zəng etsələr də, Vüqar hər dəfə bir bəhanə ilə onları aldatmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin təxminən may ayında telefon vasitəsilə Vüqar ilə danışdığı zaman, Vüqar ona 3000 manat pul müqabilində qohumu Vüqar Mirzəyevi "xxxx" ASC-nin Ağcabədi rayon şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. O da bu təkliflə razılaşmışdır. Vüqar ona Ağcabədi rayon Pərioğullar kənd sakini Rizvan Xəlilovun nömrəsini verərək pulu ona verməsini və işi Rizvanın Bakı şəhərində kiminləsə danışıb düzəldəcəyini demişdir. O, X14 rayonunda “Dörd yol” deyilən ərazidə görüşmüş və 3000 manat pul vəsaitini Rizvana vermişdir. Rizvan Xəlilov ona demişdir ki, təcili Bakı şəhərinə gedərək verdiyi pulu işini düzəldəcək şəxsə verməlidir. Bundan sonra o, Rizvan Xəlilovdan ayrılmışdır. Təxminən iki ay keçmişdir, lakin Vüqar ona söz verdiyi işi düzəltməmişdir. O, Rizvan Xəlilova telefonla zəng edərək yenidən “Dörd yol” deyilən yerdə onunla görüşmüş və Vüqarın işi düzəltmədiyini dedikdə, Rizvan Xəlilov ona demişdir ki, həmin 3000 manat pul Vüqarın ona olan borcuna görə onda qalmışdır. Bundan sonra o, X16 yaşadığı Bərdə rayonuna getmişdir, lakin Vüqarı tapa bilməmiş və pulu nə Təqsirləndirilən şəxs1, nə də Rizvan Xəlilovdan ala bilməmişdir. Bundan sonra onlar “Dörd yol” deyilən yerə qayıtmış və orada o, Rizvana pulunu qaytarmasını demişdir. Rizvan isə ona demişdir ki, pul məndədir, pulunu sənə qaytaracağam. Sonradan isə Rizvan müxtəlif bəhanələr gətirərək, onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 isə ona demişdir ki, “pulu kimə vermisənsə, ondan da al” və o, bununla bağlı Rizvan Xəlilovdan polis orqanlarına şikayət etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 20-25 ildir tanıyır və aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Vüqar "xxxx" ASC-nin 5 saylı Sukanal İdarəsinin Bərdə sahəsi İstismarının rəisi vəzifəsində çalışmışdır. 2023-cü ilin təxminən aprel ayının əvvəllərində o, Vüqar ilə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində görüşmüşdür. Söhbət zamanı o, Vüqara işsiz olduğunu bildirmişdir. Vüqar isə cavabında "İşsiz niyə olursan, işdən çox bizdə iş var, gəl səni işə düzəldim" deyə bildirmişdir. O, Vüqardan hansı idarəyə və hansı işə düzəldə biləcəyini soruşmuşdur. Vüqar cavab olaraq onu Ağcabədi rayonu, Muğanlı kəndi ərazisində Mühəndis-Təhlil Qrupunun rəhbəri vəzifəsinə, daha sonra Bərdə rayonu, Təhlə qəsəbəsinə mexanik işinə və s. düzəldə biləcəyini söyləmişdir. Həmin işlər üçün ona 4000 manat məbləğində pul verməli olduğunu demişdir. Lakin iş yerləri uzaq olduğu üçün o, Vüqarla razılaşmamışdır. Yekunda, Vüqar onu Ağdam Su İdarəsində Təhlil qrupunun rəhbəri vəzifəsində işlə təmin edəcəyini, lakin bunun üçün 4000 manat məbləğində pul verməli olduğunu söyləmişdir. O da bu təkliflə razılaşmışdır. Söhbət zamanı orada ikisindən başqa heç kim olmamışdır. Danışıq zamanı Vüqar ona "xxxx" ASC-də işləyən Fuad adlı şəxsin köməyi ilə işə düzəldəcəyini bildirmişdir. Vüqar bundan sonra hər gün ona zəng etmişdir. Axırıncı danışıq zamanı Vüqar ona Fuadın onu gözlədiyini və onunla Bakı şəhərində görüşməli olduğunu bildirmişdir. O da 2023-cü ilin aprel ayının 17-də saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonunda "McDonald's" restoranının qarşısında Fuad ilə görüşmüşdür. Fuad həmin yerə "Lexus" markalı avtomobillə gəlmişdir. Daha sonra Fuad onun avtomobilinə əyləşmişdir. Avtomobili onun göstərişi ilə "McDonald's" restoranının arxa tərəfindəki binaların altında olan kafenin qarşısına sürmüşdür. Onlar düşüb həmin kafeyə getmişlər. Orada söhbət zamanı Fuad ona özü haqqında məlumat vermişdir və "xxxx"-nun Daxili Təhlükəsizlik Xidmətinin işçisi olduğunu bildirmişdir. Fuadın danışığı ilə ona qarşı inam yaranmışdır. Ona qarşı inam yarandıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 15:57-də ünvan 2 ünvanında yerləşən "Bazarstore" adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169973******6598" olan kart hesabına 2500 manat məbləğində pul köçürmüşdür. Sonra isə Fuad ilə telefonla danışmış və "Dərnəgül" adlanan ərazidə "Tayqa" marketin qarşısında görüşmüşdür. Görüş zamanı o, Fuada Vüqarın dediyi üzrə şəxsiyyət vəsiqəsi, əmək kitabçası, diplom, müharibə veteranı vəsiqəsi, məcburi köçkün vəsiqəsinin surətlərini vermişdir. Fuad sənədlərini götürmüş və "1 aya, uzaq başı ay yarıma" işin düzələcəyini bildirmişdir. İkinci dəfə, xx.xx.2023-cü il tarixdə saat 11:24-də Bərdə rayonu, H.Əliyev prospektində yerləşən "Murad market" adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169973******6598" olan kart hesabına 1500 manat məbləğində pul köçürmüşdür. Bununla da, Vüqarın dediyinə əsasən ona ümumilikdə 4000 manat məbləğində pul göndərmişdir. Vüqarın dediyinə görə, təxminən 1 ay müddətində işlə təmin olunmalı idi. xx.xx.2023-cü il tarixdə Vüqar onun mobil nömrəsinə zəng edərək, "sənədlərin düzəlir, amma gərək əlavə 50 manat pul göndərəsən. Kadrlar Şöbəsində adam var, ona verməliyik" deyə bildirmişdir. O, Vüqara inanaraq həmin tarixdə saat 13:50-də Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən "Bizim market" adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus Kapital Bank ASC-yə aid 16 rəqəmli kodu "4169973******6598" olan kart hesabına 50 manat məbləğində pul köçürmüşdür. Bununla da, işə düzəlmək məqsədilə Vüqara ümumilikdə 4050 manat məbləğində pul göndərmişdir. Lakin Vüqarın dediyi vaxtdan xeyli keçməsinə baxmayaraq, bu müddət ərzində işlə təmin olunmamışdır. O, Vüqardan verdiyi pulu geri tələb etdikdə isə Vüqar müxtəlif bəhanələr gətirmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, həmin şəxs X20 rəisi vəzifəsində çalışmışdır. Vüqar onun həmkəndlisidir və aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin yanvar ayında, dəqiq vaxtını xatırlamadığı bir gündə, Ağdam rayonunun Bənövşələr qəsəbəsi ərazisində Vüqar ilə rastlaşmışdır. Vüqar onun oğlunun, Samir Allahverdiyevin, işsiz olduğunu bildiyi üçün ona tanışı vasitəsilə oğlunu işə düzəldə biləcəyini bildirmiş və Fuad adlı şəxsin nömrəsini ona verərək əlaqə saxlamasını tövsiyə etmişdir. Həmin gün axşam saatlarında o, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Fuad ona oğlunu X43 İdarəsində çilingər vəzifəsinə düzəltmək üçün 2500 manat pul verməli olduğunu bildirmişdir. Daha sonra o, Vüqarın istifadəsində olan 077 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlayaraq Fuadın ondan 2500 manat pul istədiyini bildirmişdir. Vüqar da ona həmin məbləği verməsini tövsiyə etmişdir. Bunun ardınca, o, Fuadın ona göndərmiş olduğu Kapital Bank ASC-yə məxsus olan 16 rəqəmli şifrəsi "416973****4483" olan plastik kart hesabına, Ağdam rayonunun Xındırıstan kəndində yerləşən "Oba" marketdə quraşdırılmış E-Manat elektron ödəniş sistemi vasitəsilə 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Fuad ona oğlunun 15 gün ərzində X24 işə başlayacağını bildirmişdir. O, Fuadla dəfələrlə əlaqə saxlamış, lakin Fuad hər dəfə işin ən qısa müddətdə həll olunacağını bildirmişdir. Mütəmadi olaraq əlaqə saxladıqda isə Fuad ona oğlunu işə Vüqarın düzəldəcəyini, əks təqdirdə, Vüqara verdiyi 2500 manat pulu geri qaytaracağını bildirmişdir. O da dərhal Vüqarla telefon əlaqəsi qurmuşdur. Vüqar ona Fuadın doğru söylədiyini, onların işini özünün həll edəcəyini, oğlunun işə düzəlməyəcəyi təqdirdə, Fuada verdiyi 2500 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin həmin müddətdən 10 ay keçməsinə baxmayaraq, Vüqar və Fuad adlı şəxslər nə onun pulunu geri qaytarmış, nə də oğlunu, Samiri, işə düzəltmişlər. Təxminən 20 gün əvvəl isə Vüqar, Fuada göndərdiyi 2500 manat pulun 999 manatını geri qaytarmışdır. Həmin məbləğ onun Kapital Banka aid "4169 7388 7178 3753" olan kart hesabına göndərilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmədə ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsi elan olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəli imiş və üç övladı olmuşdur: 2007-ci il təvəllüdlü X31, 2009-cu il təvəllüdlü X25 və 2010-cu il təvəllüdlü X32. Təxminən 20 il idi ki, ticarətlə məşğul olmuşdur. 2018-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən "Park 20 Shopping" ticarət mərkəzində "Podium" adlı mağazanı işlədir. 2020-ci ilin iyul ayında məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası tərəfindən Qaradağ rayonunda yerləşən "Qobu park 3" yaşayış kompleksində ona ev verilmişdir. Yaşadığı kompleksdə təxminən ondan çox bina yerləşirdi. Həmin binaların 1-ci mərtəbəsində boş obyektlər icarəyə verilirdi. O da 2022-ci ilin noyabr ayının əvvəllərində həmin yerdə obyekt götürüb, həmin obyektdə geyim və ya ərzaq dükanı düzəltdirib işlətmək fikrinə düşmüşdü, çünki işlədiyi yer ilə yaşadığı ünvan arasında məsafə problemi yaranmışdı. Həmin yerdən icarəyə obyekt götürmək üçün rəsmi qaydada Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etmişdi. Müraciət qəbul edildikdən sonra müqavilə bağlanılır və müəyyən edilmiş icarə haqqı ödənilməklə həmin obyekti işlətmək mümkün olurdu. O isə həmin dövrdə Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə rəsmi şəkildə müraciət etməmişdi, lakin onlar ona müsbət cavab verməmişdilər. Bu səbəbdən qohumu Kamilin vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 müraciət edərək köməklik göstərməsini xahiş etmişdi. O, Təqsirləndirilən şəxs1 üç ildir ki, tanıyırdı və həmin şəxs ona özünün Bərdə rayonu Su Kanal İdarəsinin rəis müavini olduğunu bildirmişdi. O, Vüqar ilə mobil telefon vasitəsilə əlaqə saxlayırdı, çünki özü Bakıdaydı, Vüqar isə Bərdədə idi. Vüqar ona Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsində işləyən Təqsirləndirilən şəxs2 adlı tanışı olduğunu, Fuad ilə danışdığını və onunla əlaqə qurmağını, görüşməyini tövsiyə etmişdi. O, işinin həlli üçün Fuada 5000 manat verməli olduğunu, daha sonrakı prosedurlarda əlavə pul lazım olarsa, onu da verməsini söyləmişdi. Bundan sonra o, Fuad adlı şəxsin mobil nömrəsinə zəng edərək görüş təyin etmişdi. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 onun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən "Park 20 Shopping" ticarət mərkəzində "Podium" adlı mağazaya gəlmişdi. Həmin zaman mağazada işləyən Şamama adlı qadın, xalam oğlu X15 və qonşusu Tərbiyyə adlı qadın da mağazada idilər. O, Fuada 5000 manat pulu həmin insanların şahidliyində sayaraq vermişdi. Bundan sonra Fuad ona ərizə yazmağını, həmin icarəyə veriləcək obyektin iki nəfərin adına olmasının vacib olduğunu bildirmişdi. O isə xalam oğlu X15 ilə birlikdə ərizə yazaraq Təqsirləndirilən şəxs2 vermişdi. Bundan sonra Təqsirləndirilən şəxs2 ona 3-4 gün sonra Komitəyə gəlməsini və prosedurların orada davam edəcəyini bildirmişdi. O, 3-4 gün gözləmişdi, lakin Fuad ona zəng etməmişdi. O, Fuada zəng etdikdə isə Fuad narahat olmamağını, prosedurun davam etdiyini və tezliklə çağırılacağını bildirmişdi. xx.xx.2022-ci il tarixdə həm Vüqar, həm də Fuad ona zəng edərək 2000 manat pulun daha lazım olduğunu bildirərək, ertəsi gün üçün görüş təyin etmişdilər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Fuad yenidən onun işlədiyi "Podium" adlı mağazaya gəlmişdi. O, yenə həmin əvvəlki şahidlərin şahidliyində 2000 manat pulu Fuada vermişdi. Bundan sonra Fuad çıxıb getmişdi. Növbəti günlərdə o, həm Fuad, həm də Vüqar adlı şəxslərə zəng etdikdə, ona işinin həll olunacağını və səbirli olmağını bildirmişdilər. Təxminən iki ay sonra, 2023-cü ilin fevral ayında o, yenidən telefon vasitəsilə Fuad ilə danışdıqda, ondan əgər işi həll olunmursa, pulunu geri qaytarmağını tələb etmişdi. Fuad ilə yeni obyektində görüşdükdə, Fuad ona pulun Komitəyə verildiyini, qaytarıla biləcəyini, lakin 20 gün gözləməsini bildirmişdi. O, yenidən razılaşaraq 20 gün gözləmişdi, lakin Fuad nə onun pulunu qaytarmamış, nə də telefon zənglərini cavablandırmamışdı. Təxminən 15 mart 2023-cü il tarixində o, Bərdəyə, Vüqarın iş yerinə getmişdi. İş yerində Vüqarın köməkçisi ona Vüqarın məzuniyyətdə olduğunu bildirmişdi. O, Vüqarın yaşadığı ünvanı öyrənib oradan çıxmışdı. Təxminən 5-6 gün sonra, xx.xx.2023-cü il tarixində Ağdam rayonu, Quzanlı qəsəbəsinə gedərək, Vüqarın anasının yaşadığı ünvanda Vüqarı tapmışdı. O, Vüqardan pulunu tələb etmiş, Vüqar isə "bir işdir olub," pulunu bir həftə içində qaytaracağını bildirmişdi. O isə yenidən inanaraq çıxıb getmişdi. Daha sonra onlar onun pulunu qaytarmadıqları üçün o, Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram daxil olmuşdur. Həmin teleqramda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi üçün onlardan şikayətçi olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmşdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, lakin adını eşitmişdir və bildiyinə görə, Vüqar Ağdam rayonunda yerləşən, dəqiq adını xatırlamadığı "xxxx" ASC-nin filialında çalışmışdır. 2022-ci ilin oktyabr ayında atası ona demişdir ki, Vüqar adlı şəxs vasitəsilə onu 10,000 manat verib Ağdam rayonu Ergi qəsəbəsinə icra nümayəndəsi vəzifəsinə, özünü isə 3,000 manat verib "xxxx" ASC-də mühəndis vəzifəsinə düzəldəcəkdir. Atası istəmişdir ki, o, evlərinə yaxın bir yerdə işləsin. O, hazırkı işindən razı olmasına baxmayaraq, atası ilə razılaşmışdır. Bunun üçün, 15 noyabr 2022-ci il tarixdə atası Ağcabədi rayonunda yerləşən "Yelobank"-dan 12,000 manat kredit götürmüş, əlavə olaraq evdən 1,000 manat da üstünə qoymuş və Vüqara zəng edib pulu hazırladığını bildirmişdir. Bu məbləğin 10,000 manatı onun işi üçün, 3,000 manatı isə atasının işi üçün nəzərdə tutulmuşdur. Həmin gün saat 21 radələrində, Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "Oskar" yanacaq doldurma məntəqəsinin qarşısında atası ilə Vüqar görüşmüş və orada atası Vüqara 13,000 manat pul vermişdir. 2022-ci ilin dekabr ayının sonlarında Vüqar atasına zəng edərək, Bakı şəhərinə gedib orada Fuad müəllimlə görüşməli olduğunu bildirmişdir. Vüqar atasına demişdir ki, Fuad "xxxx" ASC-də məxfi şöbənin məsul işçisidir. Atası gedərək onunla Bakı şəhərində görüşmüşdür. Təxminən bir neçə gün sonra Vüqar atasına zəng edərək, işinin alındığını və 3 ay ərzində sınaq müddəti olacağını, həmin müddət ərzində işə çıxmayacağını, lakin maaşını alacağını, maaşın isə 3 ay ərzində nağd şəkildə veriləcəyini bildirmişdir. Bundan sonra o, Vüqara bank kartının nömrəsini göndərmişdir ki, atasının maaşını həmin karta göndərsin. 2023-cü ilin mart, aprel və may ayları ərzində Vüqar həmin kart hesabına hər ay 460 manat olmaqla atasına maaş köçürmüşdür. İyun ayında Vüqar atasına zəng edərək, "xxxx" ASC-də idarələrin birləşdiyini və buna görə də maaşların verilməsində gecikmələr olacağını bildirmişdir. Atası yenidən Vüqara inanmış və bir qədər gözləmişdir. Lakin növbəti aylarda maaş yenə də köçməyincə, atası "xxxx" ASC-də rəsmi işçi olubolmadığından şübhələnməyə başlamışdır. Bunun üçün, 2023-cü ilin iyul ayında, o, banklardan birində atasının adının portalda rəsmi işçi kimi olub-olmadığını yoxlamışdır. Bankda ona bildirmişlər ki, atasının rəsmi iş yeri mövcud deyil, yəni faktiki olaraq atası heç yerdə işləmir. Bundan sonra atası Vüqara zəng edərək bu barədə məlumat vermişdir. Vüqar isə atasına hazırda sınaq müddətində olduğunu və buna görə də adının rəsmi işçi kimi portalda görünmədiyini demişdir. Bir müddət sonra atası Vüqarın onu aldatdığını anlayaraq ondan şikayət etmək qərarına gəlmişdir. O isə həmin vaxt Şirvan regional reklam agentliyində çalışırmış. Vüqar onlara demişdir ki, yaxın zamanda onu işlə bağlı Ağdam rayon icra hakimiyyətinin başçısı ilə görüşdürəcəkdir. Bunun üçün, 2023-cü ilin əvvəllərində, Vüqar onu tanımadığı şəxslərlə Bərdə, Ağcabədi və Ağdam rayonlarının ərazilərində, çayxanalarda görüşdürmüşdür, lakin orada onun işi ilə bağlı ciddi söhbətlər getmədiyi üçün şübhəsi artmışdır. Buna baxmayaraq, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək onun işini düzəldəcəyini bildirmişdir. 2023-cü ilin əvvəllərində o, atasına Vüqarın dediyi işə düzəlmək istəmədiyini və pullarını geri qaytarmasını tələb etməsini söyləmişdir. Atası da Vüqara oğlunun işi üçün verdiyi 10,000 manat pulu geri qaytarmasını demişdir. Vüqar isə həmin puldan onlara 2023-cü ilin may ayında 1,500 manat qaytarmışdır. Qalan pulu isə hissə-hissə geri qaytaracağını söz vermişdir. Atası Vüqara bildirmişdir ki, oğlu üçün kredit götürmüşdür, lakin həmin krediti ödəyə bilmir. Vüqar isə onlara krediti bağlamaqda köməklik edəcəyini demişdir. 2023-cü ilin may, iyun və iyul aylarında Vüqar kredit üçün hər ay 400 manat olmaqla, ümumilikdə 1,200 manat kredit ödəmişdir. 2023-cü ilin avqust ayı üçün olan kreditin ödənişi üçün isə 200 manat pul ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmşdir ki, Təqsirləndirilən şəxs1 tanımamış və onunla heç vaxt görüşməmişdir. Onunla yalnız 3-4 dəfə telefonla danışmışdır. Zərərçəkmiş şəxs2 isə onun qayınatasıdır. 2022-ci ilin noyabr ayında Abdulla Məzahirə demişdir ki, Vüqar adlı şəxsə işə düzəlmək üçün pul verib və Vüqar ona Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon şöbəsində boş iş yeri olduğunu bildirmişdir. Qayınatası Məzahir isə həmin işə onu düzəltmək istədiyini Abdullaya bildirmişdir. Abdulla isə Məzahirə Vüqarın həmin işi 14,000 manat müqabilində düzəldəcəyini demişdir. Qayınatası da bu təkliflə razılaşmışdır. Vüqar Abdullaya demişdir ki, ilkin olaraq Vüqara 10,000 manat pul verməli, o işə çıxdıqdan sonra isə qalan 4,000 manatı ödəməli olacaqlar. O da bu razılaşmanı qəbul etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Məzahir, qəsəbədə yaşadığı evin həyətində Abdullaya 10,000 manat pul verib ki, həmin pulu Vüqara versin. Bundan sonra Abdulla Vüqar ilə Hindarx qəsəbəsində, bazarın yanında olan "Kaspi" adlı kafedə görüşmüş və Vüqara 10,000 manat pulu vermişdir. Təxminən bir neçə gün sonra Vüqar Abdullaya zəng edərək, onun FHN-də olan işi üçün qalan 4,000 manat pulu verməli olduqlarını və həmin pulu deyəcəyi bank kartına göndərmələrini istəmişdir. Abdulla isə bu barədə ona və qayınatası Məzahirə məlumat vermişdir. O və qayınatası Məzahir razılaşmanın belə olmadığını söyləmişlər. Lakin Abdulla demişdir ki, Vüqar pulu indi istəyir. Vüqar da ona əlavə olaraq zəng edərək 4,000 manat pulu indi vermələrinin vacib olduğunu bildirmişdir. Bundan sonra Məzahir ona 4,000 manat pulu vermişdir ki, həmin pulu Vüqarın dediyi kart hesabına göndərsin. O, Vüqar ilə telefonla danışaraq kart hesabının nömrəsini ondan almış və Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən "seyidin dükanı" deyilən marketdə terminal vasitəsilə Vüqarın hazırda xatırlamadığı kart hesabına 4,000 manatı ödəmişdir. Ödəniş qəbzinin şəklini isə telefona çəkmişdir. 2022-ci ilin dekabr ayında Vüqar ona Bakı şəhərinə gedib Fuad müəllimlə görüşməli olduğunu bildirmişdir. O da Vüqarın dediyi kimi, Bakı şəhərinə gedərək Nərimanov rayonunda yerləşən, adını xatırlamadığı bir çay evində Fuad müəllimlə görüşmüşdür. Fuad ona hazırda təlimin getdiyini, amma elə edəcəyini ki, təlimdə iştirak etmədən əmrin veriləcəyini demişdir. O, Fuadın sözlərinə inanaraq Ağcabədiyə qayıtmışdır. Bundan sonra iki dəfə də Bakı şəhərinə gedərək Fuad müəllimlə görüşmüşdür. Hər dəfə Fuad müəllim müxtəlif bəhanələr gətirərək yaxın günlərdə əmrin veriləcəyini ona demişdir. Bir müddət sonra, əmrinin gəlmədiyini görərək, Vüqar ilə mobil telefonla danışmış və işin nə yerdə olduğunu soruşduqda, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək işin yaxın zamanlarda həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Vüqara zəng çatmamışdır və o, bu zaman anlamışdır ki, Vüqar onu aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmşdir ki, Zərərçəkmiş şəxs3 onun atasıdır. Zərərçəkmiş şəxs1 isə qonşusudur. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 atasına demişdir ki, Vüqar adlı şəxsə işə düzəlmək üçün pul vermişdir və Vüqar ona söyləmişdir ki, "xxxx" ASC-də əlavə iş yeri var. Atası da bu sözləri eşitdikdə, onu həmin işə düzəltmək istədiyini bildirmişdir. Abdulla isə demişdir ki, Vüqar həmin işi 3000 manat müqabilində düzəldəcəkdir. Atası da bu təklifi qəbul etmişdir. Həmin gün atası evə gələrkən bu barədə ona danışmışdır və o da atasının təklifi ilə razılaşmışdır. 2023-cü ilin noyabr ayının sonlarında atası, Abdulla ilə birlikdə sonuncuya məxsus "Lada Priora" markalı avtomobillə Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən və "Rafiqin çayxanası" kimi tanınan kafedə Vüqar ilə görüşmüşdür. Atası orada Vüqara 2600 manat pul vermişdir. Vüqar isə bu pulu götürərək, qalıq 400 manatı da verməyin lazım olduğunu atasına demişdir. Atası Vüqara söz vermişdir ki, həmin pulu növbəti gün verəcəkdir. Evə gəldikdən sonra atası ona demişdir ki, qalıq 400 manatı vermək lazımdır, və bu məqsədlə onun Ağdam rayonu Quzanlı qəsəbəsinə gedərək, orada Vüqar ilə görüşməsi, həmçinin qalıq 400 manatı verməsi lazım idi, çünki Vüqar onu işə düzəldəcəyi adamı, yəni onu görmək istəyirdi. Növbəti gün o, 400 manat pulu götürüb Vüqar ilə Ağdam rayonu Quzanlı kəndində "Araz" şadlıq sarayının yaxınlığında yerləşən çay evində görüşmüş və ona 400 manatı vermişdir. 2022-ci ilin dekabr ayının sonlarında Vüqar Abdullaya zəng edib demişdir ki, Abdulla ilə o, Bakı şəhərinə gedərək orada Fuad müəllimlə görüşməlidirlər. Vüqar Abdullaya demişdir ki, Fuad "xxxx" ASC-də məxfi şöbənin məsul işçisidir və onların işləri ilə bağlı Fuad ilə görüşmələri lazımdır, çünki o, onlarla fərdi söhbət aparacaqdır. O, Abdulla ilə birlikdə Bakıya gedərək "20 Yanvar"da yerləşən kafelərin birində Fuad ilə görüşmüşdür. Orada Fuad onlara demişdir ki, işləri yaxın zamanda alınacaqdır. O, isə işlərinə baxan rəis ilə görüşmək istədiyini bildirdikdə, Fuad onlara demişdir ki, rəis ilə görüşməyə heç bir ehtiyac yoxdur. Bundan sonra onlar rayona qayıtmışlar. O, işləri ilə bağlı Vüqara hər dəfə zəng etdikdə, Vüqar müxtəlif bəhanələr gətirərək, işin alınacağını bildirmişdir. Bir müddət sonra isə Vüqar Abdullaya zəng edərək bildirmişdir ki, rəis dəyişdiyi üçün, onlar Vüqardan sənədləri götürərək, Fuad ilə yenə görüşməlidirlər. O, da Abdulla ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə gedərək, kafelərin birində Vüqarla görüşmüş və ondan üzərində peşə təlimatı yazılan sənədləri götürmüşdür. Bir neçə gün sonra isə, Bakıya gedərək "20 Yanvar"da birinci dəfə görüşdükləri kafedə Fuad ilə görüşmüş və ona həmin sənədləri təqdim etmişdir. Lakin Fuad həmin sənədləri götürməmiş və demişdir ki, işləri yaxın zamanda alınacaqdır. Bundan sonra o, hər dəfə Vüqardan işi ilə maraqlandıqda, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, başa düşmüşdür ki, Vüqar atası ilə onu aldadıb və onun işi düzəlməyəcəkdir. Vüqar və Fuad onun nömrəsini bloka atmışlar. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Ağdam RMX-nın xx.xx.2024-cü il tarixli, 18-1-21/3-1291/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam RMX-nın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. -X41 Dispanserinin xx.xx.2024-cü il tarixli, 1605 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 X42 Dispanserində dispanser müşahidəsində deyil. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının Göytəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon Göytəpə kəndində daimi qeydiyyatdadır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 yanvar 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. -Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İsmayılov X9 rayon Bağbanlar kəndində daimi qeydiyyatdadır. Xasiyyətnamədən görünür ki, X13 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. -Respublika Narkoloji Mərkəzdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 822 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 RNM-də qeydiyyatda yoxdur. -Respublika Psixatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 1032/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 RPX-də müalicədə olmamışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 dekabr 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əmələrin əlamətləri ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməlini Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, onlar, həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına təsirini nəzərə alıb, onlara Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, çəzaçəkməsinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdrilməli və o, məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkmə müddətinin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- 3 ədəd qəbz, 01 ədəd disk və 154 ədəd çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd edilən cəza növünü seçərkən onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia, ekspertiza xərci və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs olunsun. Cəzaçəkməsinin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar- 3 ədəd qəbz, 01 ədəd disk və 154 ədəd çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunsun. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-39/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-39/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver