Məhkəmə qərarları › İş №1(013)-39/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-39/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-39/2025 22.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ağdərə rayonu, Manik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 4 övladı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda məskunlaşan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında /Gəncə/ həbsdə saxlanılan, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edərək saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 13,29 qram olmaqla, 01 ədəd Winston markalı siqaret qutusunun içərisində 2 ədəd ağ kağız bükümdə, 7 ədəd qızılı kağız bükümdə, 12 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,33 qram, 0,31 qram, 0,46 qram, 0,26 qram, 0,33 qram, 0,49 qram, 0,43 qram, 0,32 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,33 qram, 0,34 qram, 0,36 qram, 0,31 qram, 0,39 qram, 0,37 qram, 0,38 qram, 0,31 qram, 0,35 qram və 01 ədəd Sobranie markalı siqaret qutusunun içərisindən 1 ədəd ağ kağız bükümdə, 1 ədəd qızılı kağız bükümdə, 15 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,38 qram, 0,39 qram, 0,47 qram, 0,37 qram, 0,30 qram, 0,37 qram, 0,35 qram, 0,31 qram, 0,35 qram, 0,32 qram, 0,30 qram, 0,34 qram, 0,30 qram, 0,33 qram, 0,31 qram, 0,27 qram, 0,30 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 26 fevral 2025-ci il, saat 01-12-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu, Dördyol-1 Qəsəbəsində saxlanılaraq üzərinə keçirilən baxış nəticəsində əynində olan gödəkçəsinin sol iç cibindən aşkar edilib götürülənədək qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxlayıb daşımışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, təxminən 2022-ci ildən narkotik vasitə olan marixuanadan istifadə edir. 2025-ci ilin fevral ayının 23-də Bakı şəhərində olarkən adının Elməddin olduğunu bildiyi, lakin əlaqə nömrəsini və ünvanını bilmədiyi şəxslə Bakı Şəhərində Koroğlu Metrostansiyasının yaxınlığında görüşmüşlər. Elməddin ona üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxsdən 40 ədəd kağız bükümdə olan marixuananı ümumilikdə 270 manata satın almışdır. Həmin vaxt yanında kimsə olmamışdır. Elməddin adlı şəxsi uzun müddətdir ki, tanısa da əvvəllər həmin şəxsdən narkotik vasitə satın almamışdır. Əvvəllər müxtəlif vaxtlarda narkotik vasitə əldə edib istifadə etsə də narkotik vasitəni aldığı həmin şəxsləri tanımır. 270 manat pul müqabilində əldə etdiyi 40 büküm narkotik vasitənin 2 ədədini özü müxtəlif vaxtlarda istifadə etmiş, qalan 38 büküm narkotik vasitənin 17 bükümünü “Sobranie” markalı siqaret qutusunun içərisində, 21 bükümünü isə “Winston” markalı siqaret qutusunun içərisində olmaqla əynində olan gödəkçənin sol tərəfdən içəri hissəsində olan sinə cibində saxlamışdır. Onun üzərində narkotik vasitə olan marixuana saxlamağı barədə ailə üzvlərinin məlumatı olmamışdır. 26 fevral 2025-ci il tarixdə axşam saatlarında domino oynamaq üçün qəsəbədə olan evindən kafeyə getmişdir. Saat 00-30 radələrində kafenin həyətində olan zaman polis əməkdaşları gələrək özlərini təqdim edib onun üzərinə, daha sonra isə yaşadığı evə və həyatyanı sahəyə baxış keçiriləcəyini bildirib, narkotik vasitə saxlayıb-saxlamamağını soruşmuşlar. Üzərində və yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Baxış videoçəkiliş ilə keçirilmiş, polis əməkdaşları üzərinə baxış keçirən zaman əynində olan gödəkçənin sol iç cibində olan, içərisində 38 ədəd bükümdə narkotik vasitə olan 2 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ardınca onu polis şöbəsinə gətirmişlər. Bundan sonra ərizəsi əsasında müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Üzərində aşkar olunmuş narkotik vasitəni təxminən 22 fevral 2025-ci il tarixdə Bakı şəhərində “Koroğlu” Metrostansiyasının yaxınlığında, ünvanını və əlaqə nömrəsini bilmədiyi Elməddin adlı şəxsdən 270 manat pul müqabilində almışdır. Elməddin adlı şəxsdən narkotik vasitə aldığı yerin “Koroğlu” Metrostansiyasının yaxınlığında olduğunu bilsə də, Bakı şəhərini yaxşı tanımadığından həmin yeri dəqiq bilmir. Eləcə də Elməddin adlı şəxsin dəqiq şəxsiyyəti və ünvanı barədə heç nə bilmir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 xx.xx.2025-ci il tarixli, 16/191 saylı rəyi ilə tanış olmuşdur. Rəydə göstərilənlərlə razıdır. Belə ki, üzərində saxladığı 38 ədəd kağız bükümdə olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu əvvəlcədən bilmişdir. Əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Daha öncə Ağdam Rayon Polis X1 vermiş olduğu ifadəsində əvvəllər bir neçə şəxsə 1 bükümü 10 manata narkotik vasitə satmağını bildirsə də, həmin vaxt həyəcanlı olduğundan fikrini düzgün izah edə bilməmişdir. Hazırda isə hər şeyi dəqiq xatırlayır və bildirir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin kiməsə pul qarşılığında və ya təmənnasız olaraq narkotik vasitə verməmişdir. Üzərində aşkar edilib götürülənlərdən başqa hardasa digər bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Üzərində narkotik vasitə saxlamağıyla bağlı heç kimlə əlbirliyi olmamış və bundan kiminsə məlumatı da olmamışdır. Onu heç kim narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etməmişdir və özü də kimi isə narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etməmişdir. Özünü narkotik vasitələri xeyli miqdarda saxlamaqda təqirli bilsə də həmin narkotik vasitələri satış məqsədi ilə yox, öz şəxsi istifadəsi üçün saxlamışdır. Əməlini etiraf etməyində ona heç bir təziq olmamışdır, əməlini könüllü olaraq etiraf etmişdir. Heç vaxt narkotik vasitə satmamış, yalnız narkotik vasitəni istifadə etmişdir. Ona görə də özünü narkotik vasitənin satışında təqsirli bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bir daha təqsirini qismən etiraf etdi. Göstərdi ki, narkotik vasitəni Bakı Şəhərində Elməddin adlı şəxsdən almışdır. Narkotikləri 40 bükümdə və 2 siqaret qutusunda saxlamışdır. Heç vaxt narkotik satışı ilə məşğul olmayıb. Xəstədir, narkotik vasitələrdən asılılığı var. Bir daha bildirir ki, narkotik vasitənin satışı ilə məşğul olmayıb. Ona görə də özünü narkotik vasitənin satışında təqsirli bilmir, əməlindən peşmandır. Himayəsində ailə üzvləri, xəstə anası var, özünün səhhətində ciddi problemlər var. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2021-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Məlikli kəndində qeydiyyatda olmaqla Dördyol-1 Qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Dördyol-1 Qəsəbəsinə getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qəsəbədə “Murad çay evi” adlanan iaşə obyektinin yaxınlığında olması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı iaşə obyektinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00-31 dəqiqədə rayonun Dördyol-1 Qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan gödəkçənin içəri hissədən sol sinə cibindən 1 ədəd “Sobranie” markalı və 1 ədəd “Winston” markalı siqaret qutusu çıxarıb təqdim edərək narkotik vasitələrin həmin qutuların içərisində olduğunu bildirmişdir. “Sobranie” markalı siqaret qutusunun içərisindən 17 ədəd, “Winston” markalı siqaret qutusunun içərisindən isə 21 ədəd müxtəlif kağız bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin içərisinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu görünmüşdür. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərində Elməddin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında yuxarıda qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollar tərtib olunmuş və protokolların doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr, eləcə də əməliyyat-axtarış tədbirlərinin videoçəkilişinin əks olunduğu 02 ədəd DVD disk Təhqiqat Bölməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid4 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2021-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Məlikli kəndində qeydiyyatda olmaqla Dördyol-1 Qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Dördyol-1 Qəsəbəsinə getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsəbədə “Murad çay evi” adlanan iaşə obyektinin yaxınlığında olması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı iaşə obyektinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00-31 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan gödəkçənin içəri hissədən sol sinə cibindən 1 ədəd “Sobranie” markalı və 1 ədəd “Winston” markalı siqaret qutusu çıxarıb təqdim edərək narkotik vasitələrin həmin siqaret qutularının içərisində olduğunu bildirmişdir. “Sobranie” markalı siqaret qutusunun içərisindən 17 ədəd, “Winston” markalı siqaret qutusunun içərisindən isə 21 ədəd müxtəlif kağız bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin içərisinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu görünmüşdür. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərində Elməddin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansısa bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında yuxarıda qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollar tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr, eləcə də əməliyyat-axtarış tədbirlərinin videoçəkilişinin əks olunduğu 02 ədəd DVD disk Təhqiqat Bölməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 da istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2024-cü ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin noyabr ayından tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Məlikli kəndində qeydiyyatda olmaqla Dördyol-1 Qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı qəsəbəyə getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsəbəndə “Murad çay evi” adlanan iaşə obyektinin yaxınlığında olması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı “Murad çay evi” adlanan iaşə obyektinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00-31 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan gödəkçənin içəri hissədən sol sinə cibindən bir ədəd “Sobranie” markalı və bir ədəd “Winston” markalı siqaret qutusu çıxarıb təqdim edərək narkotik vasitələrin həmin siqaret qutularının içərisində olduğunu bildirmişdir. “Sobranie” markalı siqaret qutusunun içərisindən 17 ədəd, “Winston” markalı siqaret qutusunun içərisindən isə 21 ədəd müxtəlif kağız bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin içərisinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu görünmüşdür. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra iştirakları ilə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərində Elməddin adlı tanışından aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə də videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında yuxarıda qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollar tərtib olunmuş və protokolların doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr, eləcə də əməliyyat-axtarış tədbirlərinin videoçəkilişinin əks olunduğu 02 ədəd DVD disk Ağdam Rayon Polis X2 təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, 2017-ci ildən X5, 2023-cü ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə şöbə rəhbərliyi tərəfindən ona əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi, Ağdam rayonu Məlikli kəndində qeydiyyatda olan və Dördyol-1 Qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzildə keçiriləcək əməliyyat-axtarış tədbirinin görüntülərini videokamera ilə qeydə almaq həvalə olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs “Murad çay evi” adlanan iaşə obyektinin yaxınlığında olması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı iaşə obyektinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə və yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00-31 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan gödəkçənin içəri hissədən sol sinə cibindən bir ədəd “Sobranie” markalı və bir ədəd “Winston” markalı siqaret qutusu çıxarıb təqdim edərək narkotik vasitələrin həmin siqaret qutularının içərisində olduğunu bildirmişdir. “Sobranie” markalı siqaret qutusunun içərisindən 17 ədəd, “Winston” markalı siqaret qutusunun içərisindən isə 21 ədəd müxtəlif kağız bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin içərisinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə olduğu görünmüşdür. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhərində Elməddin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansısa bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra polis şöbəsinin inzibati binasında yuxarıda qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair protokollar tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrə, eləcə də əməliyyat-axtarış tədbirlərinin videoçəkilişinin əks olunduğu 02 ədəd DVD diskə Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin baxış istintaq hərəkətini də videoçəkiliş vasitəsilə qeydə almışdır. Onun tərəfindən çəkilmiş videogörüntülər 03 ədəd DVD diskə köçürülərək tərtib olunmuş protokollara əlavə edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertinin 26 fevral 2025-ci il tarixli, 16/191 saylı RƏYi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən aşkar olunmuş Winston markalı siqaret qutusunun içərisindən aşkar olunmuş narkotik vasitəyə bənzər 21 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 2 ədəd ağ kağız bükümdə, 7 ədəd qızılı kağız bükümdə, 12 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,33 qram, 0,31 qram, 0,46 qram, 0,26 qram, 0,33 qram, 0,49 qram, 0,43 qram, 0,32 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,33 qram, 0,34 qram, 0,36 qram, 0,31 qram, 0,39 qram, 0,37 qram, 0,38 qram, 0,31 qram, 0,35 qram, ümumi təmiz çəkisi 7,53 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən aşkar olunmuş narktoik vasitəyə bənzər 17 büküm” yazı və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə, 1 ədəd qızılı kağız bükümdə, 15 ədəd gümüşü kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,38 qram, 0,39 qram, 0,47 qram, 0,37 qram, 0,30 qram, 0,37 qram, 0,35 qram, 0,31 qram, 0,35 qram, 0,32 qram, 0,30 qram, 0,34 qram, 0,30 qram, 0,33 qram, 0,31 qram, 0,27 qram, 0,30 qram ümumi təmiz çəkisi 5,76 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertinin 14 may 2025-ci il tarixli, 795 saylı RƏYi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli, 204 saylı RƏYi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında protokoldan və əlavəsi olan DVD diskdəki videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00-31dən başlayaraq Ağdam Rayonu Dördyol-1 Qəsəbəsində “Murad çay evi”nin arxasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol tərəf içəri hissədən sinə cibində saxladığı bir qutu “Sobranie” və bir qutu “Winston” siqaretlərinin qutusunu təqdim etmiş, qutuların içərisindən qeyd olunan narkotik vasitələr aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu və həmin bükümləri Bakı şəhərində Elməddin adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitənin satışı ilə məşğul olmamasını, narkotik vasitəni yalnız istifadə etdiyini, narkotik vasitəni Elməddin adlı şəxsdən aldığını, narkotik vasitəni satmadığını göstərərək özünü ona qarşı irəli sürülmüş ittihamda qismən, yəni narkotik vasitənin istifadə edilməsində təqsirli bilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş, əməliyyatı həyata keçirmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələri kimə isə satması ilə bağlı hər hansı konkret faktın onlara məlum olmamasını bildirdilər, yalnız əməliyyat məlumatı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirdilər. Həmçinin işin materiallarında olan telefon danışıqları barədə çıxarışlarda da Təqsirləndirilən şəxs ailə üzvləri, yəni arvadı və qardaşı, bir nəfər dosutu və 1 nəfər iş yoldaşı ilə mütəmadi danışıqları müəyyən edilmiş, hər hansı sair şəxslərlə şübhə doğuran danışıqları aşkar edilməmişdir. Məhkəmə istintaqında müəyyən edilmiş və işin materiallarında olan sübutlara qiymət verib məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməldə təqsirli olması sübut olunmur, istintaq orqanının sübutlara əsaslanmayan tövsifi ilə onun təqsirli bilinməsi yolverilməzdir, onun əməlləri CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və təqsirləndirildiyi həmin maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri onun satması və ya belə bir niyyətdə olmasını müəyyən etmək üçün istintaq orqanı tərəfindən, həmçinin mhkəmə tərəfindən hər hansı bir mötəbər sübut və dəlil aşkar edilməmiş, yalnız narkotik vasitələrin çox sayda bükümlərdə olması onun narkotik vasitələri satmasının /satmaq niyyətində olmasının/ əsası kimi göstərilmişdir. Göründüyü kimi irəli sürülən ittihama görə Təqsirləndirilən şəxs üzərindən 2 ədəd siqaret qutularında 38 büküm narkotik vasitələr aşkar edilmiş, 26 fevral 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 25 fevral 2025-ci tarixli Əməliyyat Raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı var, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunur. Şübhəli şəxsin tutulması haqqında təhqiqatçının 26 fevral 2025-ci il tarixli PROTOKOLundan isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama və daşınmasında şübhəlidir, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinir. Bundan sonra 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində və evində axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr aşkarlanmış, evində narkotik vasitə və ya hər hansı qanunsuz əşya aşkar edilməmiş, həmin gün şübhəli şəxs kimi saxlanılmışdır. Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə verdiyi ilkin izahatında o, narkotik vasitə satmadığını, yalnız istifadə etdiyini bildirmişdir. Yuxarıda qeyd olunan Əməliyyat Raportunda Təqsirləndirilən şəxs narkotik vasitəni satışında şübhəli olması göstərilsə də və sonradan Təqsirləndirilən şəxs saxlanılsa da onun ilkin izahatından görünür ki, ona narkotik vasitəni satması ilə bağlı ümumiyyətlə hər hansı sual edilməmiş, həmçinin həmin tarixdə ondan vəkilinin iştirakı olmadan /?/ əlavə izahat alınmış, yenə də ona narkotik vasitələri satması ilə məşğul olub-olmaması barədə sual verilməmiş, bundan sonra materiallar təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsi üçün istintaq orqanına verilmiş, müstəntiq tərəfindən CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır. Sonradan müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsi alınmış, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə verdiyi sərbəst ifadəsində narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını bildirsə də, lakin müstəntiqin narkotik vasitəni kimə isə satması ilə bağlı sualına Təqsirləndirilən şəxs narkotik vasitəni bir neçə şəxsə satması kimi eyni gündə və eyni ifadəsində biri-digərini təkzib edən cavab vermiş, nə müstəntiq tərəfindən, nə də ifadənin alınmasında iştirak edən vəkil tərəfindən ifadədə olan bu ziddiyyətin aradan qalıdırılması təmin edilməmiş, narkotik satılan şəxslərin şəxsiyyətləri, narkotiki harada, kimə və hansı qiymətə satılması barədə Təqsirləndirilən şəxs heç bir sual verilməmiş, sonradan Təqsirləndirilən şəxs narkotik satışı ilə bağlı ittiham verilməsinə baxmayaraq istintaqçı tərəfindən işin həmin halının araşdırılması istiqamətində heç bir cəhd edilməmişdir. Buna baxmayaraq heç bir ilkin sübut növü ilə öz təsdiqini tapmadığı, istehlakçı barədə heç bir məlumat olmadığı, şahidlər dindirilmədiyi və Təqsirləndirilən şəxs narkotik vasitələri satmasına, yaxud da satmaq niyyətində olmasına dəlalət edən hər hansı bir halın müəyyən edilməsi üçün digər ətraflı araşdırmanın aparılmadığı halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli onun tutulmasından cəmi 1 gün sonra, yəni 27 fevral 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, qərarında isə müstəntiq Azərbaycan Respublikası Ali Məhkəməsinin məlum plenum qərarının müddəalarına qeyri-müəyyən formada istinad etmişdir. Əməlin tövsif edilməsinə dair istintaq orqanının 27 fevral 2025-ci il tarixli Qərarından görünür ki, istintaqçı tərəfindən əməl CM-nin 234.2-ci maddəsinə tövsif edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinad edilmiş, heç bir sübutun mövcud olmadığı halda istintaqçı əməli özünün əsaslandırılmamış və formal mülahizələri ilə, yalnız narkotik vasitələrin bükümlərinin çox olması əsası ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmiş, həmin maddə ilə onu təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə ifadəsi alınarkən onun bundan əvvəl müstəntiqə vermiş olduğu 26 fevral 2025-ci il tarixli ifadəsi eyni ilə onun yeni ifadəsinə köçürülmüş, yeni ifadədə əvvəlki ifadədən fərqli olaraq "mən əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışam" sözü "mən əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmuşam" sözü ilə əvəz edilmiş, yenə də nə müstəntiq, nə də vəkil tərəfindən ifadələrdə olan bu ziddiyyətin aradan qaldırılması üçün heç bir araşdırma aparılmamış, təqsirli şəxsə bu məsələ ilə bağlı ümumiyyətlə suallar verilməmişdir. Sonrakı ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə satmasını qəti inkar etmiş, əməlinin CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətləri isə heç bir əsaslı sübuta istinad edilmədən təmin edilməmiş, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsinin əsası kimi yalnız narkotik vasitələrin bükümlərinin sayının çoxluğu götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri satması, yaxud belə bir niyyətdə olması istintaq orqanı tərəfindən müəyyən edilmədiyindən istintaq orqanı 09 mart 2025-ci il tarixdə Z.Əiyevin narkotik vasitəni kimdən alması, kimlərə satması, digər şəxslərlə əlaqəsinin olub-olmaması və s. bu kimi halların araşdırılması üçün əməliyyat tapşırığı vermiş, Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi həmin tapşırıq əsasında 07 aprel 2025-ci il tarixli RAPORTu ilə yenə də istintaq orqanına məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə əməliyyat məlumatı olsa da, keçirilən əməliyyat tədbirləri ilə həmin hallarla bağlı hər hansı konkret fakt müəyyən edilməmişdir. Daha sonra istintaq orqanı tərəfindən polisin bir neçə narkotiklərə qarşı mübarizə əməkdaşları şahid qismində dindirilmiş, daha sonra telefon danışıqları ilə Təqsirləndirilən şəxs daimi əlaqədə olduğu şəxslər müəyyən edilərək onlar da şahid qismində dindirilmiş, heç bir şahid Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumata malik olmasını bildirməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satması, yaxud satmaq niyyətində olmasını müəyyən etmək üçün ittiham tərəfi mötəbər sübut, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və s. kimi dəlillər aşkar etməmiş, yalnız əməliyyat tapşırığı əsasında əldə edilmiş qeyri-müəyyən məlumat və Təqsirləndirilən şəxs ziddiyyətli və araşdırılmamış bir ifadəsində göstərdiyi şübhə doğuran fikirləri əsas götürülmüşdür. Halbuki cinayət işinin materiallarında olan, Ağdam Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci il tarixli Qərardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat qərarda da olmamış, həmin qərarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması ümumi formada qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs evində də aparılan axtarış zamanı onun narkotik vasitələrin satışında və belə bir niyyətdə şübhəli olmasına dəlalət edən hər hansı predmet /məsələn, tərəzi və s./ aşkar edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hər hansı istehlakçı ilə qabaqcadan razılaşması, narkotik vasitələrin çəkilib bükümlərə məhz Təqsirləndirilən şəxs tərəfindən ayrılmasını təsdiq edən hər hansı bir sübut növü də müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra nümayəndəliyi də verdiyi xasiyyətnamə ilə onu narkotik vasitələrin satıcısı kimi deyil, narkotik vasitələrin istifadəçisi kimi xarakterizə etmişdir /səh 186/. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, onun məcburi müalicəyə ehtiyacı var. Məhkəmə bir daha qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsinin əsası kimi narkotik vasitələrin çox saylı bükümlərdə olmasına istinad etmişdir. Lakin iş materiallarından o da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə olan bükümlər 0,46 qram, 0,26 qram, 0,33 qram və s. kimi müxtəlif çəkilərdədir, bundan başqa onların heç birinin üzərlərində bükümlərin çəkiləri ilə bağlı qeydiyyat /yazı/ aparılmamışdır ki, məhkəmə işin bu halını da Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmamasına dəlalət edən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs narkotik vasitələri həmin bükümlərdə almasını və onları özünün qablaşdırmamasını izahat və ifadələrində dəfələrlə qeyd etmişdir. İşin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələri həmin bükümlərdə hazır vəziyyətdə almış, onları tərəzidə çəkməmiş və çəkisinin hansı miqdarda olmasını bilməmiş, onun üçün bu əhəmiyyət kəsb etməmiş, yəni bükümlər müxtəlif çəkilərdə olmuşdur ki, işin bu halı da onun həmin vasitələri satmaq niyyətində olması barədə istintaq orqanının gümanlarını təkzib edir. Məhkəmə həmçinin bir məsələni də qeyd edir ki, Təqsirləndirilən şəxs hər hansı istehlakçı ilə sövdələşməsi işin heç bir halı ilə təsdiq olunmadığı halda 38 büküm narkotik vasitənin hamısını eyni gündə məhz satmaq niyyəti ilə üzərində gəzdirməsi də ağlabatan görünmür. Fərziyyə etmək belə mümkün deyildir ki, Təqsirləndirilən şəxs üzərində gəzdirmiş olduğu həmin bükümləri 1 gündə satacaq. Göründüyü kimi nə istintaq orqanının araşdırması ilə, nə də məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs hər hansı bir istehlakçı ilə razılaşması, konkret olaraq kimə və ya kimlərəsə narkotik vasitə satmaq niyyətinin olması, əvvələr nə vaxtsa narkotik vasitə satması, telefon danışıqları ilə və ya SMS yazışmalarla narkotik vasitə satmaq barədə kiminləsə razılığa gəlməsi, narkotik vasitələrin hazırlanmasında /çəkilməsində və s./ istifadə edilən hər hansı avadanlıqların aşkar edilməsi halları müəyyən edilməmişdir. Həmçinin Müdafiəçi müdafiə çıxışında Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmiş, əməlin tövsifi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə vermiş, müdafiə çıxışının yazılı mətnini də məhkəməyə təqdim etmişdir. Müdafiəçi müdafiə çıxışında göstərmişdir ki, /olduğu kimi/ - istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Cinayət işinin istintaq matreiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə irəli sürülmüş ittihamın əsassızlığına dair dəlillərimi məhkəmənin nəzərinə çatdırıram. Belə ki, Təqsirləndirilən şəxs ifadəsindən göründüyü kimi o, xeyli vaxtdır ki, narkotik vasitə olan mariuxanadan istifadə edir. 2025-ci ilin təxminən fevral ayının 23-də Bakı şəhərində olarkən Elməddin adlı şəxsdən şəxsi istehlak məqəsdilə 270 manat müqabilində 40 ədəd kağız bükümdə olan mariuxana almışdır. Həmin narkotik vasitəni gödəkcəsinin cibində saxlamışdır. Bakı şəhərində olduğu müddət ərzində həmin narkotik vasitələrdən 2 bükümünü istifadə etmişdir. 26 fevral 2025-ci il tarixdə yaşadığı Ağdam Rayonu Dördyol-1 Qəsəbəsinə qayıtmış, ancaq yaşadığı evə getməmiş, elə birbaşa domino oynamaq üçün qəsəbədəki kafeyə getmişdir. Həmin gün gecə saat 00-30 radələrində qəsəbədə yerləşən kafenin həyətində olarkən polis əməkdaşları tərəfindən tutularaq Ağdam Rayon Polis Şöbəsinə aparılmış və axtarış zamanı Bakı şəhərindən Elməddin adlı şəxsdən aldığı 38 ədəd bükümdə olan narkotik vasitə olan mariuxana onun gödəkcəsinin cibindən aşkar edilərək götürülmşdür. O, heç vaxt, heç kimə narkotik vasitə satmamış, gələcəkdə də satmaq niyyəti olmamışdır. Ona qarşı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi irəli sürülmüş ittihamı tamamilə əsassız hesab edir. İşin qeyd edilən halından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhərindən gəldikdən sonra oradan aldıdığı narkotik vasitəni unudub evə və ya hər hansı saxlanc yerinə də qoymamış, üstündə gəzdirmiş və polis tərəfindən saxlanılarkən üstündə olmuşdur. İstintaq orqanı da bu nəticəyə gəlmişdir ki, Z.Əiyev bu narkotik vasitəni satmaq üşün üstündə gəzdirmişdir. Belə olan halda məntiqi bir sual yaranır. Əgər Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq fikri və niyyəti olmuşdursa nəyə görə 38 ədəd bükümdə olan narkotik vasitənin hamısını üstündə gəzdirmişdir ?. 38 ədəd bükümdə olan narkotik vasitənin hamısını bir gündə satmaq nə qədər ağılabatandır ?. Müstəntiq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsindəki bu xüsusatı vəsatət kimi qəbul edərək onun narkotik vasitəni satmaq üçün saxlamasının işdə olan mötəbər sübutlarla təsdiq edildiyini qeyd etmişdir. Halbuki işin istintaqını aparan müstəntiq qərarda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqəsdilə saxlamasını təsdiq edən heç bir sübut göstərməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olub olmamsını müəyyən etmək üçün ”Narkotik vasitələrin, psixtrop maddələrin və ya onların perekursorlarının qanunsuz dövrüyyəsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarına istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Mhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispoziziyasına görə narkotik vasitələri və ya psixtrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqəsdilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixtrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmaldır. Belə olan halda hazırkı iş üzrə sübutlara Ali Məhkəmənin Plenum Qərarında göstərilən tövsiyyələr baxımından qiymət versək Təqsirləndirilən şəxs əməlində narkotok vasitələri və ya psixtrop maddələri satış məqəsdilə qanunsuz olaraq əldə etmə və ya saxlama cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığı aydın olur. Belə ki, 1. hazırkı iş üzrə Ali Məhkəmənin Plenum Qərarına uyğun olaraq təqsirləndirilən şəxslə istehlakçının (yəni narkotik vasitəni almaq istəyən şəxs) əvvəlcədən razılıq əldə etməsi xüsusatını təsdiq edən hər hansı sübut, dəlil varmı ? - Xeyr, 2. Təqsirləndirilən şəxs konkret olaraq kimə və ya kimlərəsə narkotik vasitə satmaq niyyətinin olması müəyyən edilmişdirmi ? - Xeyr, 3. iş üzrə kim təsdiq edir ki, Təqsirləndirilən şəxs əvvələr nə vaxtsa narkotik vasitə almışdır - heç kim, 4. iş üzrə kim təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün onunla arada razılıq olub ? - heç kim, 5. ibtidai istintaq və ya sübutların məhkəmədə tədqiqi zamanı Təqsirləndirilən şəxs kiminləsə telefon danışığı zamanı həmin şəxsə narkotik vasitə satmaq barədə razılığa gəlməsi faktı müəyyən edilibmi ? - xeyr, 6. Təqsirləndirilən şəxs kim və ya kimlərləsə hazırkı iş üzrə və ya əvvəllər narkotik vasitə satması və ya alqı-satqısı ilə bağlı razılığa gəlinməsini təsdiq edən hər hansı SMS məlumatları mövcuddurmu ? - xeyr, 7. Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün onun hazırlanmasında istifadə edilən hər hansı avadanlıq (tərəzi, xüsusi qablar) aşkar edilərək müəyyən edilib-götürülübmü ? xeyr. Bundan başqa cinayət işinin materiallarında olan Məhkəmə narkoloji ekspertizasının 14 may 2025-ci il tarixli, 795 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istfadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Həmin rəydən o da görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Beləliklə yuxarda qeyd edilənlər təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədilə deyil, özü istifadə etmək üçün saxlamışdır. Ona görə də hazırkı iş üzrə onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutlan cinayətin tərkibinin olmaması, təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbinə görə hər bir subut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün subutların mücmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.4 - təqsirliliyi sübuta yetirilmədkdə. Göstrilənlərə və Azərbaycan Respublikası CPM-nin 42.1, 139, 144, 145 və 146-cı maddəsinə əsasən xahiş edirəm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirlən Təqsirləndirilən şəxs həmin maddə üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində bəraət hökmü çıxarasınız, əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi məhkəmənin səlahiyyətinə buraxılsın. Göründüyü kimi müdafiə tərəfi də Təqsirləndirilən şəxs əməllərinin CM-nin 234.2-ci maddəsi ilə tövsifi ilə razılaşmamış, əməlin həmin maddə ilə tövsif edilməsi üçün istintaq orqanı tərəfindən heç bir sübutun müəyyən edilməməsini göstərmişdir. Məhkəmə müdafiə tərəfinin mövqeyil ilə də razılaşır, həmçinin bir daha qeyd edir ki, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışına yönəldilmiş, məhz satış məqsədi ilə narkotik vasitələri əldə etməsi halını təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. Cinayət işinin materialları öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə və özünə qarşı ifadə verməmək hüququ da pozulmuş, həmçinin bəzi prosessual hərəkətlər icraat qaydaları pozuntularla aparılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və müdafiəçi ilə təmin edildiyi halda ilkin dindirilmələri zamanı müdafiəçinin iştirakı formal olaraq izahata qeyd edilmiş, müdafiəçi tərəfindən izahata imza edilməmiş, müdafiəçinin iştirakı olmadan dindirmə hərəkətləri aparılmışdır. /Cinayət işi səh. 44/. Bununla belə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özü istifadə etmək üçün narkotik vasitələri üzərində saxladığını etiraf etmiş, ondan 2 bükümdə olan narkotik vasitəni istifadə etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, onun əməli tövsif edilməli, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyanın həmin maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Sözügedən maddənin 3-cü hissəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Sözügedən Məcəllənin 351.2-ci maddəsində göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 44.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan Məcəllənin 349.3-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının Cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 346.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 32.2.7-ci maddəsində göstərilmişdir ki, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Cinayət prosesində tərəflərin çəkişməsindən bəhs edən Cinayət Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsində göstərilmişdir ki, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-nin 126.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd olunan Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məcəllənin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnun həyata keçirilməsinə mane olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəza məsələsini müzakirə edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində Ağdam Rayon Polis Şöbəsində başlanmış cinayət təqibinə xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam veilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində Bərdə Rayon Polis Şöbəsində başlanmış cinayət təqibinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Birinci X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 may 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayonu Birinci Dördyol Qəsəbəsində 1334 saylı mənzildə arvadı və 4 övladı ilə /onlardan biri azyaşlıdır/ birlikdə yaşayır. Xasiyyətnamə ilə onun narkotik vasitə istifadəçisi olması və yaşayış yerindən mənfi xarakterizə olunması qeyd olunur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli omalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndinin 3-cü hissəsində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun az ağır cinayət əməli törətməsini, törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, məcburi köçkün olmasını, himayəsində arvadının, 4 nəfər övladlarının, o cümlədən 1 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, az ağır cinayət əməli törətməsini, uzun müddətdir ki, nakortik vasitələrdən istifadə etməsini, həmçinin əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasının nəzərdə tutduğu azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi mümkündür, bu cəza tədbiri onun islah olunması üçün yetərli olacaq. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə CM-nin həmin maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06- 00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və Ağdam Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi məhkəmə-narkoloji ekspertinin 14 may 2025-ci il tarixli, 795 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə olunmalı və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, 38 ədəd kağız bükümdə ümumi çəkisi 13,29 qram narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata sərf olunduqdan sonra qalan 11,77 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 60,80 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Maddi sübut kimi tanınmış baxış, axtarış və götürmə barədə disklər və Azərsell MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 /iki/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdən 22 iyul 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı 4 ay 26 gün müddət 9 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablansın və ona təyin edilmiş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 /bir/ il 8 /səkkiz/ ay 8 /səkkiz/ gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 06-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsində saxlanılan 38 ədəd kağız bükümdə ümumi çəkisi 13,29 qram narkotik vasitə olan qurudulmuş marixuanadan tədqiqata sərf olunduqdan sonra qalan 11,77 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış baxış və götürmə, şəxsi axtarış və götürmə, Azərsell MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60,80 /altmış manat səksən qəpik/ manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar