Məhkəmə qərarları › İş №1(013)-4/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-4/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-4/2025 04.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 25 aprel 1995-ci ildə Laçın rayonunun Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, Laçın rayonunun Şamkənd ərazi dairəsinin Nağdalı kəndində qeydiyyatda olan, Tərtər rayonu ərazisində yerləşən fermada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı işlədiyi fermanın yaxınlığında yonca sahəsinin olduğunu, həmin yonca sahəsini bir illik icarəyə alıb qazanc əldə edəcəklərinə inandırıb yalan vəd verməklə aldadaraq 13000 (on üç min) manat məbləğində pul lazım olduğunu bildirib, 2023-cü ilin fevral ayında məlum olmayan gündə və vaxtda Zərərçəkmiş şəxs məxsus Ağdam rayonunun Çəmənli kəndində yerləşən fərdi yaşayış evində 13000 (on üç min) manat nağd pulunu tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə cinayətdən xəbərsiz arvadı Şahid3 yanında Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncunun arvadı Şahid1 alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 13000 (on üç min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və mülki iddianı qəbul edərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs 13000 manat alaraq qaytarmamışdır. Aldığı pulun üstündə Məhərrəmə əlavə olaraq 2000 manat qaytaracaqdır. Pulu Məhərrəmdən icarəyə torpaq sahəsi götürüb ot əkəcəyi adı ilə almışdır. Pulu ona Məhərrəmin arvadı Sevinc sonuncunun yaşadığı evdə vermişdir. Məhərrəmin evinə keçmiş arvadı Şahid3 ilə birlikdə getmişdir. Zərərçəkmiş şəxs Şahid3 dayısıdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, himayəsində iki uşağının olduğunu, Məhərrəmdən aldığı pulu birdəfəyə qaytarmağa imkanının olmadığını, hissə-hissə qaytaracağını qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs anası Şahid2 ona zəng edərək torpaq sahəsi alacağını bildirib ondan pul istəmişdir. 13000 manat məbləği almaq üçün bacısı qızı Esmira və əri Seymur onun evinə gəlmişlər. Pulu arvadı Şahid1 Seymura vermişdir. 7 il əvvəl Seymura 12 baş qoyun vermişdir. Seymur torpaq sahəsi alacağı adı ilə ondan 13000 manat almışdır. Seymur may ayında onun pulunu qaytaracağına söz vermişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu ərazisində yerləşən «Mehman» X1 rəhbəridir. Seymur və atası Xaliq işləmək üçün bir neçə il əvvəl onun yanına gəlmişlər. Seymura torpaq sahəsi və təsərrüfatı icarəyə verməmişdir. Məhərrəmlə Seymur arasında olan pul məsələsini istintaqda bilmişdir. Şahid1 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onu əri, Təqsirləndirilən şəxs isə baldızının kürəkənidir. Seymurun anası zəng edərək torpaq almaq üçün Məhərrəmdən pul istəmişdir. Seymur və arvadı Esmira pulu almaq üçün onun yaşadığı evə gəlmişlər. Məhərrəm ona zəng edərək Seymura 13000 manat verməsini demişdir. O, Məhərrəmə məxsus 13000 manat pulu Seymura vermişdir. Şahid3 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır, Təqsirləndirilən şəxs onun əri olmuş və təxminən 9 ay bundan əvvəl ayrılmışlar. Seymurun anası Nubar Məhərrəmə zəng edərək torpaq almaq üçün sonuncudan 13000 manat istəmişdir. Seymurla birlikdə Məhərrəmin evinə getmişlər. Məhərrəmin arvadı Sevinc yaşadığı evdə Seymura 13000 manat vermişdir. Seymur aldığı 13000 manat pulu borclarna xərcləmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 16:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə həmin maddə ilə təqsirləndirilən şəxs qsimində cəlb edilərək ona ittiham elan edilmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(013)-28/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Nubar və xx.xx.2019-cu ildə anadan olmuş Məhəmməd adlı iki azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterixə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işinə məhkəmədə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə cəhd etməmiş və həmin səbəbdən zərərçəkmiş şikayətçi olmuşlar. Bu halları nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial adalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül hesab edilən cərimə və azadlığın məhdudlaşdırılması cəzası ilə islah etmək və cəzanın digər məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işinin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və mülki iddia ərizəsi ilə tələb irəli sürmüşdür. Cinayət işi üzrə ziyan Təqsirləndirilən şəxs törətdiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bilavasitə vurulduğundan, məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasının təmin olunaraq Təqsirləndirilən şəxs 13000 (on üç min) manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fizki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirlərin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsində göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və məhkəmə xərləri yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 13000 (on üç min) manat alınaraq zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar