Məhkəmə qərarları › İş №1(013)-40/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-40/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-40/2024 17.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Xüsusi ittihamçı X5, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X1 iştirakı ilə, 09 iyul 1984-cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bərdə Rayon Dövlət X6 aqronom işləyən, məhkum olunmamış, Tərtər rayonunun Kiçik Qarabəy kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı-2 qəsəbəsi ev 831-də yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 04 sentyabr 2024-cü ildə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, məcburi köçkün kimi Ağdam rayonu Baharlı qəsəbəsi ev 391-də məskunlaşmışdır. Əri Rəşad xx.xx.2024-cü ildə saat 11 radələrində icarə əsasında götürdüyü torpaq sahəsinə getmiş və bir müddət sonra evə qayıtmış, evə gələrkən torpaq sahəsindən kağız parçası tapdığını, üzərində bir neçə şəxsin adının yazıldığını ona demişdir. Kağız parçasına baxan zaman orada onun haqqında təhqiredici və şantaj dolu məlumatların yazıldığını müəyyən etmişdir. X4 barəsində Ağdam Rayon Polis Şöbəsinə şikayət etmiş, orada xx.xx.2024-cü ildə cinayət işinin başlanılması rədd edilmiş və xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-40/2024 saylı qərarı ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə baxışı 17 sentyabr 2024-cü il tarixə saat 14:45-ə təyin edilmiş, X5 xüsusi ittihamçı, X3 təqsirləndirilən şəxs qismində tanınmış, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxs X1 müdafiəçisi təyin edilmişdir. İşə baxılarkən xüsusi ittihamçı A.R.Quliyeva məhkəməyə ərizə təqdim etməklə təqsirləndirilən şəxs X.T.Meydanovla barışdığından xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən X.T.Meydanov məhkəməyə ərizə təqdim etməklə xüsusi ittihamçı A.R.Quliyeva ilə barışdığını qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda X.T.Meydanov cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsində göstərilmişdir ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsində göstərilmişdir ki, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xəcləri yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, 346, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar