Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-40/2025 24.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1966-cı ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Sarıhacılı kəndində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı qəsəbəsi ev 584-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən 9x18 mm kalibrli olmaqla, «Makarov» («PM»), «PA- 63», «P 64», «RK 59», «Ceska Zbrocovka» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı bir ədəd patronu və tiyəsinin uzunluğu 147 mm, dəstəyinin uzunluğu 124 mm olan zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı («Kalaşnikov» konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadə üçün yararlı, soyuq silah hesab edilən süngü-bıçağı qanunsuz əldə edib 05 mart 2025-ci il saat 01:15-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən aşkar olunub götürülənədək qanunsuz olaraq qəsdən əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1. və 228.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, tarixi xatırlamadığı gün Xocalı rayonunda piyada gedərkən yerdən bi ədəd patron və bıçaq tapmışdır. Patronu qızıl zənn edərək götürmüşdür. Tapdığı əşyaları polisə təhvil vermək üçün Ağdam rayonuna gətirmişdir. Quzanlı qəsəbəsində taksiyə əyləşib polisə getmək istəmişdir. Taksi sürücüsü onun üstündə patron və bıçaq olduğunu görərək bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları Quzanlı qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yanına gələrək onu əyləşdiyi taksidən düşürüb polis şöbəsinə aparmışlar. Hərbi xidmət zamanı başından xəsarət aldığı üçün yaddaşı itdiyindən heç nəyi yadında saxlaya bilmir. Səhv etdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri Şahid2 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, 05 mart 2025-ci ildə gecə vaxtı iş yoldaşları Şahid4 və Şahid5 ilə birlikdə xidmətdə olduğu vaxt bir nəfər Elşada zəng vuraraq onun avtomobilində olan şəxsin üzərində patron və süngü-bıçaq olduğunu demişdir. Dərhal birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yanına gedərək oradan Bərdə istiqamətinə gedən avtomobili saxlatmış və sərnişin Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən bir ədəd patron və süngü-bıçaq aşkar edilmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfərləri Şahid5 və Şahid4 Şahid2 göstərdiyi xüsusatları təsdiqləmişlər. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfərləri Şahid3 göstərmişdir ki, əvvəllətr tanımadığı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsi prosesinin video çəkilişi onun tərəfindən aparılmışdır. Yaşarın üzərindən bir ədəd süngü-bıçaq və patron aşkar edilmişdir. Məhkəmədə elan olunmuş məhkəmə-ballistik ekspertizanın xx.xx.2025-ci il tarixli 16/226 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd patron zavod üsulu istehsal edilmiş, «Makarov» («PM»), «PA-63», «P 64», «RK 59», «Ceska Zbrocovka» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. silahlarda istifadə edilən 9X18 mm kalibrli patrondur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Məhkəmə soyuq silah ekpsertizasının 12 mart 2025-ci il tarixli 16/225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı («Kalaşnikov» konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdır, soyuq silah hesab edilir və istifadə üçün yararlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət səkkiz gün islah işləri cəzasına bərabər hesablanaraq ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Onun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunması, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 9x18 mm kalibrli olmaqla, «Makarov» («PM»), «PA-63», «P 64», «RK 59», «Ceska Zbrocovka» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı bir ədəd patronu və tiyəsinin uzunluğu 147 mm, dəstəyinin uzunluğu 124 mm olan zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı («Kalaşnikov» konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadə üçün yararlı, soyuq silah hesab edilən süngü-bıçaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhcizat Anbarına təhvil verilməlidir. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş şəxsin axtarış aparılmasını özündə əks etdirən bir ədəd «DVD» diski iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il altı ay müddətə islah işləri cəzasına, 228.5-ci maddəsi ilə təqsirli bilinib, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, iki il müddətə islah işləri qəti cəza saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət səkkiz gün islah işləri cəzasına bərabər hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il on bir ay iyirmi iki gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 9x18 mm kalibrli olmaqla, «Makarov» («PM»), «PA-63», «P 64», «RK 59», «Ceska Zbrocovka» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı bir ədəd patronu və tiyəsinin uzunluğu 147 mm, dəstəyinin uzunluğu 124 mm olan zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı («Kalaşnikov» konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadə üçün yararlı, soyuq silah hesab edilən süngü-bıçaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhcizat Anbarına təhvil verilsin. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş şəxsi axtarış aparılmasını özündə əks etdirən bir ədəd «DVD» diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-40/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-40/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver