Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-41/2024 20.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Xüsusi ittihamçı Sevil Sarıyeva məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində Ağdərə rayonu Xatınbəyli kəndində anadan olmuş, Tərtər rayonu, Kiçik Qarabəy kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı-2 Qəsəbəsi, ev 831-də yaşayan, ailəli, azərbaycanlı, əvvəllər məhkum olunmamış, X1 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanması xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı Sevil Sarıyeva iştirak etməmiş, 19 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina etmiş, məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 19 sentyabr tarixli ərizə ilə müraciət edərək xüsusi ittihamçı ilə barışdığını bildirmiş, uşağının xəstəliyi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 03 noyabr 2014-cü il tarixdə verilmiş AZE 14130774 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Sevil Sarıyeva 1979-cu il təvəllüdlüdür, rayonun Əhmədağalı kəndində anadan olub, hazırda rayonun Mərzili kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2005-ci il tarixdə verilmiş AA 109957 seriyalı X7 surətindən görünür ki, X10 rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, Ağdam Rayon Polis X5 cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarının surətindən görünür ki, X4 X2 tərəfindən döyülməsi barədə araşdırma aparılmış, X.Meydanovun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin məlumatlarından görünür ki, X2 xx.xx.1984-cü il təvəllüdlüdür, Ağdərə Rayon Xatınbəyli kəndində anadan olub, Tərtər rayonu, Kiçik Qarabəy kəndinin qeydiyyatındadır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir, /302.2.3/ bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X2 barəsində - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-41/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-41/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver