Məhkəmə qərarları › İş №1(013)-41/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-41/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-41/2025 22.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olmayan, Ağdam Rayonu Əfətli İnzibati Ərazi Dairəsinin Hacıməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib, gəzdirib, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ildə istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “Volk STALĞ 65x13 NO FB 3089” sözləri yazılmış, tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 125 mm, orta hissədən eni 21,5 mm, orta hissədən qalınlığı 13 mm zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib 03 oktyabr 2024-cü il, təxminən saat 13- 50-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib götürülənədək qəsdən qanunsuz olaraq əldə edərək daşımışdır. Həmin hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam olaraq təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, özünü bir daha təqsirli bilir. Ğəsərrüfatla məşğuldur, həmin bıçağı yalnız təsərrüfatda istifadə etməsi üçün əldə edib. Bıçağı haradan əldə etməsini xatırlamır. İlk dəfədir ki, məsulliyyətə cəlb olunur. Ailə başçısıdır, 3 nəvəsi var. Nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır. Belə ki, sonuncu onun həmkəndlisidir. Bundan başqa Nicad Ağdam Rayon Evoğlu kəndi ərazisində yerləşən “Nicat Market” adlı ərzaq mağazasını işlədir. Nicadla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 6-7 ay əvvəl Nicada məxsus mağazadan nisyə olaraq ərzaq məhsulları almışdır. Lakin sonradan pulu olmadığına görə borcunu ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 08-00 radələrində Evoğlu kəndi ərazisində yerləşən “Evoğlu Petrol” adlı X4 idarə etdiyi QAZ-3110 markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobilə yanacaq doldurarkən Nicad da idarə etdiyi HUNDAİ markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə həmin yerə gəlmişdir. Nicad avtomobilini onun avtomobilin yanında saxlayıb ona yaxınlaşaraq “sən kişi deyilsin” “niyə borcunu ödəmirsən” sözlərini işlətmişdir. Nicada eyni qaydada cavab vermişdir. Bundan sonra onların arasında sözlü mübahisə baş vermiş və orada olan şəxslər onları aralaşdırmışlar. Nicad idarə etdiyi avtomobilə əyləşib oradan bir qədər uzaqlaşmışdır. Özü də idarə etdiyi avtomobilə əyləşib oradan çıxarkən Nicadın avtomobilini yolun kənarında saxladığın görüb avtomobilini saxlamış və avtomobildən enib Nicada tərəf getmişdir. Bu zaman Nicadla aralarında yenidən sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Nicadı qorxutmaq üçün cibində olan bıçağı çıxarmışdır. Bu zaman Nicad yumruqla onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt yerə yıxılmış və bıçaq əlindən yerə düşmüşdür. Bu zaman orada olan Mirzə və Rasim adlı şəxslər onları aralaşdırmışlar. Bundan sonra Nicad idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. DİN-nin 102 xidmətinə zəng edərək Nicad adlı şəxsin onu döydüyü barədə məlumat vermişdir. Bıçağı əynində olan şalvarının yan cibindən çıxarmışdır. Bıçağı cibindən çıxarmaqda məqsədi Nicat onu yumruqla vurduğundan onu qorxutmaq olmuşdur, lakin bıçaqla heç kimi vurmağa cəhd etməmişdir və heç kimə xəsarət yetirməmişdir. Bıçağı cibindən çıxardıqdan sonra onunla heç kimə hədə-qorxu gəlməmiş, həçinin bıçadan istifadə etməklə heç bir hərəkət etməmişdir. Hadisədən sonra bıçağın kimin tərəfindən götürülməsini bilmir. Həmin bıçağı təxmiən 3 il bundan əvvəl hazırda xatırlamadığı mağazadan almışdır və bıçağı da kənd təsərrüfatı işləri ilə məşğul olduğundan əkin sahəsində işləyərkən istifadə etmişdir və bundan başqa əkin sahəsində işləyərkən yemək yeyən zamanlarda həmin bıçaqla meyvətərəvəzləri doğramaq üçün istifadə etmişdir. Həmin bıçağı üzərində gəzdirməkdə başqa bir niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Bəypaşa ilə Nicatın mübahisəsini görüş, hadisə yerinə yaxınlaşmışdır. Dava-dalaş yerində yerdə bıçaq görmüş, dərhal götürmüşdür. Sonradan bilmişdir ki, Bəypaşa ilə Nicat arasında pul söhbəti olub, mübahisə də bu səbəbdən baş verib. Hadisə yerində Əlizamin, Rasim və s. çoxlu sayda şəxslər olmuşlar. Bəypaşanı yaxşı insan kimi tanıyır. Şahid3 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumudur. Bəypaşa adlı şəxsi də tanıyır. Belə ki, sonuncu onun həmkəndlisidir. Bəypaşa ilə münasibətləri çox yaxşı olmuş, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Özünə məxsus “Kamaz" markalı avtomobillə rayonun Evoğlu kəndi ərazisində yerləşən “Evoğlu Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında mişar daşlarının satışı ilə məşğul olur. Kamazı çox vaxt həmin yerdə saxlayır. Qızı Bakı Slayvan Universitetində oxuyur. Qızına pul göndərmək lazım olanda Nicada deyir, o, kartından qızına kartına pul göndərir, o, da nağd olaraq Nicada pulu verir. xx.xx.2024-cü il tarixdə, saat 08-00 radələrində yenə qızına pul göndərməsi üçün Nicadın işlətdiyi mağazaya getmişdir. Lakin Nicadın işdə olmamasını bilmişdir. Bundan sonra Kamazı saxladığı yanacaqdoldurma məntəqəsinə tərəf getmişdir. Həmin yerə çatmağa az qalmış Nicadın öz avtomobili ilə yanacaqdoldurma məntəqəsindən çıxdığını görmüşdür. Nicadı görən kimi əl işarəsi edib saxlatmışdır. Sağ qabaq qapıdan yaxınlaşıb salamlaşıb Nicadla söhbətə başlayanda Bəypaşa da arxada öz avtomobili ilə saxlamışdır. Nicad ona demişdir ki, “gözlə Bəypaşa ilə işim var”. Nicad avtomobildən düşüb Bəypaşanın yanına gedən kimi Bəypaşa Nicadın üstünə gəlmişdir. Bəypaşanın həmin vaxt əlində bıçaq olmuş və Nicadı bıçaqla vurmaq istəmişdir. Həmin yerdə Rasim adlı şəxs də gəlmişdir. Nicad Bəypaşanı yumruqla vurmuş və bıçaq Bəypaşanın əlindən yerə düşmüşdür. Bu vaxt Rasim onları aralaşdırmış və ayağını bıçağın üstünə qoymuşdur. O, da yerdən bıçağı götürüb cibinə qoymuşdur. Bundan sonra onlar Nicadla Bəypaşanı aralaşdırmışlar. Bəypaşa bıçağı ondan istəmişdir. Bəypaşaya demişdir ki, bıçağı kənara tullamışdır. Daha sonra onlar aralaşmışlar, özü də "Kamaz"a tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 istintaq orqanına verdiyi izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Bəypaşanın ona borcu olmuş, borcunu istəyərkən Bəypaşa onun üzərinə bıçaq çıxarmışdır. Hadisə yerində olan Rasim bıçağı götürüb Mirzə adlı şəxsə vermişdir. Şahid1 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Atası Bahatur 1992-ci ildə sentyabr ayında Ağdam rayonu Cinli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu onunla eyni kənddə yaşayır. Onunla əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Ağdam rayonu, Evoğlu kəndi ərazisində 2023-cü ilin dekabr ayından "Nicat Market" adlı ərzaq mağazasını açaraq işlədir. Bəypaşa adlı şəxs təxminən 6 ay əvvəl həyat yoldaşı ilə birlikdə işlətdiyi ərzaq mağazasına gələrək təxminən 573 manat dəyərində ərzaq almış və pulunu bir neçə gün sonra ödəyəcəyini bildirmişdir. Lakin 6 ay ərzində o, borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08-00 radələrində Evoğlu kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində xırda qəpik pullar götürmək üçün saxlamış, həmin vaxt Bəypaşa QAZ 31 markalı avtomobili ilə oraya benzin tökməyə gəlmişdir. Bəypaşaya yaxınlaşaraq borcunu niyə ödəmədiyini söyləmiş və ona "adam kişi olar" deyə bildirmişdir. Bu zaman Bəypaşa onu nalayiq ifadələrlə təhqir etmiş və barmağını sağ gözünə vurmuşdur. Bundan sonra orda Rasim adlı şəxs gələrək onu qolundan tutub öz avtomobilinə tərəf aparmışdır. Avtomobili ilə bir qədər irəli, yəni mağazaya tərəf gedib saxlamışdır. Onun arxasınca Bəypaşa idarə etdiyi avtomobili ilə gələrək saxlamışdır. Avtomobildən düşmüş və ona tərəf yaxınlaşanda Bəypaşa da avtomobildən düşmüşdür. Bəypaşanın əlində bıçaq olmuşdur. Bu zaman yumruqla Bəypaşanın sağ gözünə bir dəfə vurmuşdur. Bəypaşanı yumruqla vurandan sonra Bəypaşa yerə yıxılmışdır. Bu vaxt onun əlindən bıçaq yerə düşmüşdür. Onu da həmin vaxt Rasim adlı şəxsə qucaqlayıb ordan aralaşdırmışdır. Bundan sonra davaları başa çatmış, uzaqlaşıb mağazaya getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsi elan edilmişdir. Şahid2 göstərmişdir ki, "xxxx" MMC-in direktor vəzifəsində işləyir. Füzuli rayonu Babı kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri həmin kənd olsa da, hazırda işi ilə bağlı Ağdam rayon Əfətli kəndində yaşayır. Şahid1 tanıyır. Belə ki, sonuncuya məxsus rayonun Evoğlu kəndi ərazisində yerləşən "Nicat Market" adlı ərzaq mağazasından dəfələrlə alış-veriş etmişdir. Nicadla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə hadisədən sonra tanımışdır. Bəypaşa ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 08-00 radələrində Evoğlu kəndi ərazisində torpaq örtüklü avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında Şahid1 idarə etdiyi avtomobilin və onun arxasında da başqa bir avtomobilin dayandığını, Nicadla sonradan adının Bəypaşa olduğunu bildiyi şəxsin mübahisə etdiklərini görmüşdür. Dərhal avtomobilini dayandırıb avtomobildən enmiş və onların yanına yaxınlaşmışdır. Həmin vaxt Bəypaşanın əlində bıçaq olmuşdur. Nicatın əlində isə heç bir küt alət olmamışdı. Mübahisə əsnasında Nicad bir dəfə yumruqla Bəypaşanın sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Bəypaşa yerə yıxılmış və əlində olan bıçaq yerə düşmüşdür. Həmin vaxt Bəypaşa yenidən bıçağı götürməsin deyə ayağını bıçağın üzərinə qoymuş və Nicadla Bəypaşanı bir-birindən aralıyaraq oradan uzaqlaşdırmışdır. Bu zaman orada olan tanımadığı, sonradan adının Mirzə olduğunu bildiyi şəxs bıçağı götürmüşdür. Həmin vaxt Bəypaşa uca səslə qışqıraraq “bıçağımı mənə verin” deyə səslənmişdir. Daha sonra Nicad avtomobilinə əyləşərək çıxıb getmişdir. O, da mübahisə sona çatdığı üçün avtomobilinə əyləşib çıxıb getmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 barədə 28 noyabr 2024-cü il tarixli, 3-16-16/2-3/1734 saylı RƏYindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Beləliklə məhkəmə araşdırması ilə də müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə etmə və saxlama cinayət əməlini törətmiş, 2024-cü ildə istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə əldə etdiyi, üzərində “Volk STALĞ 65x13 NO FB 3089” sözləri yazılmış, tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 125 mm, orta hissədən eni 21,5 mm, orta hissədən qalınlığı 13 mm zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib 03 oktyabr 2024-cü il tarixədək saxlamışdır. Məhkəmə tədqiq olunan subutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə tövsif edilmişdir. Ona təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü həmin əməli törətməkdə səmimi olaraq təqsirli bildi, əməlini etiraf etdi ki, onun həmin əməli törətməsi həmçinin iş üzrə şahidlərin ifadələri, toplanmış sair sübutların məcmusu ilə də təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 16 dekabr 2024-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 may 2025-ci il tarixli, 5-31-5/3-2-250/2025 saylı arayışından görünür ki, B.X1 kəndində qeydiyyatdadır, ailə tərkibi anası, arvadı və 2 uşaqdan ibarətdir. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 X6 X8 19 may 2025ci il tarixli, 18-1-21/3-1603/2025 saylı tibbi arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanası PHŞ-in X3 Kabinetində qeydiyyatda yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ictimai həyatda, həmçinin yaşayış yeri üzrə hazırda müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşmançılıq bildirməsini, ailə başçısı olaraq himayəsində ailə üzvlərinin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən çoxsaylı halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi mümkündür və məhkəmə inanır ki, bu yolla Təqsirləndirilən şəxs islah olunması mümkün olacaq. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 may 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ki, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsinin maddi sübutları saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs hadisə zamanı üzərindən aşkar edilmiş 01 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması, saxlama müddəti ərzində Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması nəzərə alınmışdır. Həmin bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və s. məhkəmə xərcləri yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 1 /bir/ il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cazasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsinin maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı üzərindən aşkar edilmiş 01 /bir/ ədəd bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdaarəsinə təhvil verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar