Məhkəmə qərarları › İş №1(013)-42/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-42/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-42/2023 05.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 avqust 2023-cü ildə saat 14 radələrində Ağdam rayonunun Qaradağlı kəndinə Şahid4 yaşadığı evə gedib sonuncunun evdə olmamaqla qonşuda, yəni rayonun Qaradağlı kəndində yerləşən X1 yaşadığı bir mərtəbəli yaşayış evində olacağını fikirləşib Şahid4 orada olmasını cəmiyyətdə təşəkkül tapmış davranış qaydaları çərçivəsində evdə yaşayan(lar)la dəqiqləşdirmək əvəzinə bunu etmədən qəsdən qanunsuz olaraq daş hasardan sözügedən evin bağ sahəsinə tullanıb oradan isə bağ sahəsində olan qapını təpiklə açıb həyətyanı sahəyə keçib, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Ağdam rayonunun Qaradağlı kəndində yerləşən bir mərtəbəli evin giriş qapısından dəhlizə və mətbəx otağına keçməklə həmin mənzilə orada yaşayan zərərçəkmiş şəxs X1 iradəsi ziddinə daxil olmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 01 avqust 2023-cü ildə saat 14 radələrində yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsindən Ağdam rayonunun Qaradağlı kəndinə qonaq getmişdir. Sərxoş olduğundan ünvanı səhv salaraq əvvəllər tanımadığı Səriyyə Səfərovanın yaşadığı evə getmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını qeyd etməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 01 avqust 2023-cü ildə saat 14 radələrində azyaşlı uşaqları ilə birlikdə yaşadığı Ağdam rayonunun Qaradağlı kəndində yerləşən evdə olduğu vaxt mətbəxə girdikdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs soyuducuda nəsə axtardığını görmüşdür. Dərhal əri Şahid2 zəng vuraraq evə çağırmışdır. Bundan sonra əri Elşən və qayınatası Şahid5 evə gəlmişlər. Cinayət nəticəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını qeyd etməklə sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid2 və Şahid5 zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişlər. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 1719 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X6 xx.xx.2023-cü il tarixli 1070 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatındadır. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-ci il tarixli 649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər X3 XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs X3 XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən, o hadisə zamanı anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuş, onun törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda X3 XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirsə də, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab vermək və yaxud rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlıdır. Məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 649 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zamanı adi psixi-emosional halda olmuş, hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). X7 Dispanserinin xx.xx.2023-cü il tarixli 643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “MSS-nin üzvi xəstəliyi” diaqnozu ilə X7 Dispanserində dispanser müşahidəsindədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ərizəsində tutduğu cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və sonuncu ilə barışdığını qeyd edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini bildirmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və əvvəllər barəsində cinayət təqibinə xitam verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143,156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş zərəri tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. 31,50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Müdafiəçi Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 6 saat sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, 346, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. 31 (otuz bir) manat 50 (əlli) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 6 iş saatı üçün hər saatı 6 manat olmaqla 36 (otuz altı) manat vəkil Müdafiəçi bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar