Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-42/2024 22.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs vəkili X3 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayon Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Xındırıstan Ərazi Dairəsinin Dadaşlı Kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatryia Xəstəxanasına yerləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında olan, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarını nəzərdən keçirib məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyədə olan zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə, təxminən saat 12-00 radələrində Ağdam rayon Dadaşlı kəndində bacısı Qanuni nümayəndə2 onunla birlikdə yaşadığı atası Qanuni nümayəndə1 məxsus evdə olan zaman bacısı Qanuni nümayəndə2 üzərinə hücum edərək azyaşlı oğlu 13 sentyabr 2023-cü il təvəllüdlü olmaqla aşkar sürətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sonuncunun əlindən zorla alaraq bədəninin müxtəlif nahiyələrini dişi ilə tək-tək olmaqla intensiv və ardıcıl olaraq dişləyib, ona sol gicgah, döş qəfəsi, sol bazu, sol bazu oynağı, sol qoltuq, sol almacıq, sol said, sağ said nahiyələrinin yaraları ilə nəticələnən ümumilikdə sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126-və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermişdir. İş üzrə istintaq orqanına ifadə vermiş Təqsirləndirilən şəxs təqsirini etiraf etmişdir. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ilkin dinləmə zamanı istintaq orqanına verdiyi ifadələrini təsdiq etmiş, məhkəmə iclasına səhhəti ilə bağlı gəlməmişdir. Qanuni nümayəndə1 ifadələrində göstərmişdir ki, Qanuni nümayəndə2 və Ağayeva Şahanə onun qızlarıdır, onlarla birlikdə Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin Dadaşlı kəndində yaşayır. Qızı Sevincin azyaşlı oğlu var, onun adı Musadır. Sevincin əri Şahiddur, lakin hal-hazırda onlar birlikdə yaşamırlar. Yaşamamasına səbəb qızı Şəhanənin onu evdən qovması olmuşdur. Şahanə ruhi əsəb xəstəsidir, X14 Dispanserində qeydiyyatdadır, müxtəlif vaxtlarda müalicə olunması üçün Bakı şəhərində yerləşən 1 saylı xəstəxanada yataraq müalicə olunmuşdur. Axırıncı dəfə 2023-cü ilin oktyabr ayında maülicəyə göndərilmiş və 4 aydan sonra evə qayıtmışdır. Qızı Şahanə əvvəllər sağlam olmuşdur, lakin təxminən 10 il bundan əvvəl qorxduğundan xəstəliyə tutulmuşdur. Belə ki, yaşadıqları evin həyətyanı sahəsində gəzərkən ayağının üzərindən ilan keçdiyindən qorxmuşdur və həmin vaxtdan da xəstəliyə tutulmuşdur. Bütün bunları anası Tahirə ona demişdir. Bundan başqa Sevincin oğlu Musanın bədənində olan xəsarətləri qızı Təqsirləndirilən şəxs yetirmişdir. X10 bədənini dişləyərək ona xəsarətlər yetirməsini görməmişdir. Hadisə baş verən günü evə gələn zaman qızı Sevinc ona bacısı Şəhanə onun üzərinə hücum çəkərək oğlu Musanı əlindən almış və bədəninin müxtəlif nahiyələrindən dişləməyə başlayaraq xəsarətlər yetirmişdir. Buna görə qızı Şəhanənin üstünə qışqırmışdır. Əvvəllər belə bir hal olmamışdır, lakin son 10 gün olar ki, qızlarının arasında tez-tez münaqişələr olmuşdur. Musanın bədəni üzərində olan xəsarətlər hadisə baş verən günü, yəni 10 iyun 2024-cü il tarixdə qızı Şəhanənin dişləməsi nəticəsində yaranmışdır, həmin xəsarətlərə görə onu Ağdam MRX-na müayinə və müalicə olunması üçün aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. İfadəsində o, göstərmişdir ki, atası Qanuni nümayəndə1, bacısı X7 ilə birlikdə yaşayır və işləmir. Bacısı ruhi xəstədir, əvvəllər bir neçə dəfə Psixiatrik xəstənada müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixdə bacısı Şahanə ilə evdə olmuş, atası Telman isə kənd ərazisində yerləşən mağazaya ərzaq məhsulları almaq üçün getmişdir. Evdə bacısı Şəhanə ilə qalmışdır və azyaşlı oğlu Musaya baxmışdır. Həmin vaxtı bacısı Şəhanə qəfildən onun üzərinə hücum çəkərək onunla dalaşmağa başlamışdır, onun əlindən çıxmağa çalışsa da ona gücü çatmamışdır. Bu zaman bacısı Şahanə onun azyalı oğlu Musanı onun əlindən almış və bundan sonra uşağın bədəninin müxtəlif nahiyələrindən dişləyərək qoparmağa başlamışdır. Şahanənin bu hərəkətlərindən qorxduğundan qışqırmağa başlamışdır, lakin bacısı ona əhəmiyyət verməmişdir. Bir qədər sonra atası evə gəlmiş və hadisəni görən kimi bacısının üstünə qışqırmışdır, bacısı isə atasından qorxduğundan öz hərəkətlərindən əl çəkmişdir. Bundan sonra uşağını götürərək Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada uşağına ilkin tibbi yardım göstərildikdən sonra rayon polis şöbəsinə gəlmişdir. Bacısı əvvəllər belə hərəkətlərə yol verməmişdir, bu hal ilk dəfədir ki baş vermişdir. Bacısı əvvəllər onunla dalaşmamışdır, lakin son vaxtlar əsəbi halda onunla tez-tez mübahisə etmiş və dalaşmışdır. Şəhanə oğlu Musanın bədənin sol hissələrindən, yəni sol gicgah, sinəsindən, sol qolundan, sol qoltuğundan, sol yanağından, sağ və sol qolunun yuxarı hissələrindən dişləyərək xəsarətlər yetirmişdir. Hazırda azyaşlı Musa dövlətin nəzarətindədir, uşağının qaytarılmasını istəyir. Şahid məhkəmə iclasında göstərdi ki, hadisə vaxtı Rusiya Federasiyasında olmuşdur. Arvadı Sevinc ona zəng edərək azyaşlı oğlu Musanın barəsisndə olan hadisə barədə məlumat vermiş, bu səbəbdən də Azərbaycan Respublikasına qayıtmışdır. Uşağın xəsarətləri ilə bağlı onu xəstəxanaya yerləşdirmişlər. Hazırda uşaq özlərində deyil, dövlətin himayəsindədir, uşağın qaytarılmasını istəyirlər. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırkı səhhəti ilə bağlı stansionar müalicəyə yerləşdirilməsini, onun əməllərinin CM-nin 21-ci maddəsinin təsiri altına düşdüyündən cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Vəkil Telman Süleymanov da Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olduğunu, onun barəsində qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 178 saylı RƏYindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah, döş qəfəsi, sol bazu, sol bazu oynağı, sol qoltuq, sol almacıq, sol said, sağ said nahiyələrinin yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, insan tərəfindən dişlənilməsi nəticəsində törənə bilməsi istisna edilmir, müddəti xəstəlik tarixində qeyd edilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, şahidlərin ifadələri, baxış protokolu, ekspert rəyləri və istintaq zamanı toplanmış digər sübutlar, eləcə də digər istintaq sənədləri ilə öz təsdiqini tapmışdır. Cinayət işi xx.xx.2024-cü il tarixdə Ağdam rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə başlanaraq istintaq aparılması üçün Ağdam Rayon Polis X4 göndərilmiş, Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 31 iyul 2024-cü tarixdə Ağdam Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya X2 Şöbəsinə yerləşdirilməsi haqqında qərar qəbul edilmiş, 10 sentyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış və məhkəməyədək icraat ibtidai istintaq şəkilində davam etdirilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair protokol əsasında ibtidai araşdırmaya prosessula rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağdam Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 142 saylı RƏYində göstərilmişdir ki, ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda <<YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (DEBİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA), QULLUQ VƏ MÜALİCƏ TƏLƏB EDƏN CİDDİ DAVRANİŞ POZUNTUSU İLƏ» (psixi və davranış pozuntulanının beynəlxalq təsnifatının 10-01 baxışında kodu F70.1) müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndinildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, hazırkı psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Göstərilən ekspert rəyləri ilə Təqsirləndirilən şəxs CM-nin 133.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübut olunmuş, onun barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq olunmasından ötrü məhkəməyədək icraat işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 475-ci maddəsinə əsasən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəliliyini, barəsində müvafiq ekspertlər tərəfindən verilmiş yuxarıda qeyd edilən ekspert rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Porosessual Məcəlləsinin 39.1.10-cu maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədildikdə cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barəsində qərar çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən və cəzadan azad edilməli, ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. İş üzrə maddi sübutlar olan xx.xx.2024-cü il tarixli, 178 saylı, 18 iyul 2024-cü il tarixli, 508 saylı və Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 142 saylı RƏYi cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.10, 321, 477.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayon Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Xındırıstan Ərazi Dairəsinin Dadaşlı Kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatryia Xəstəxanasına yerləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar olan Məhkəmə-Tibbi Ekspertizası və X5 X13 xx.xx.2024-cü il tarixli, 178 saylı RƏYi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X1 Məhkəmə Psixiatrik ekspertizasının 18 iyul 2024-cü il tarixli, 508 saylı RƏYi və Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 142 saylı RƏYi cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.A.Bayramov.
Məhkəmə qərarları › İş №1(013)-42/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-42/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver