Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-42/2025 13.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəbnəm Nəcəfova məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində Ağcabədi rayonu Kürdlər kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yaşayan, ailəli, azərbaycanlı X2 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasını xahiş etmişdir. Xüsusi ittihamçı Şəbnəm Nəcəfova şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ermənilər tərəfindən işğal edilməsi nəticəsində köçkün düşmüş və ailə üzvləri ilə birlikdə Ağdam rayonu, X8, ev 150-də məcburi köçkün kimi məskunlaşmışdır. Təxminən 2024-cü il tarixdə Ağcabədi rayon, Kürdlər kənd sakini X4 tərəfindən “Tiktok” Sosial Şəbəkə vasitəsi ilə “ElsenAgcabedli”, “ Y Tm” , “ OKBent Ten”, “ Nfhjoo Fgkifg” və “ Vvxfg Hhcxd” səhifə adları ilə onun barəsində təhqiredici məlumatlar yazıldığını müəyyən etmişdir. Şikayətə əlavə edilmiş “Tiktok” Sosial Şəbəkə yazışmasında olan sözləri oldugu kimi qeyd edir “er evden cıxan kimi sevis boynunu yere soxum qehbe pula veren karta pul vurduran qehbe agzına alan senin agzını sikmek lazımdi az vaxta sikilecek seninde o sebuhininde azca gozde qehbe ay qehbe senbe bazarı bura gelib qesebeye mal bazarından gelenlere sikdirib gedirsen burdan men hamısını gorurem o seni sikenlerin arvadları qardasları hamısı bu gun hamısını bilecek sene 20 yerden zeng gelecek senbe bazarı pul qazansan qehbe senin erinede mesaj gedecek gozle maman basını tutur sende. pul qazanırsan ay fase zengleri gozle qehbe hara qacırsan agzına alan seni erinden basqa hamı sikib qehbe nesli qehbe cırıx 50 manata agzına alan senin nece agzına alırsan onu gorecekler ay qehve 50 manatlıq qehbe salıva senin agzını sikmek lazımdı ay qehbe dizderin yere qoyub emen ay tras qehbesi oglun yasda usaqlarnan sikidirsen nece manata verirsen qiymetin necedi ay qehbe seni sandıga qoysalar yene vereceksen cunki qehbelik senin qanındadı ay cırıx fase ay qehbe agzına alan qehbe senin. sekillerini paylasmaq lazımdı gorsünler ki sen qehbesen“ sözləri yazılmışdır. Bununla da cavabdeh X2 onu təhqir edərək yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. X2 onun barəsində yaydığı bu yalan məlumatlara görə cox ciddi mənəvi sarsıntılar keçirmiş, bu gün də özümə gələ bilmir. Ona görə də E.Kərimovun barəsində qanuni tədbir görülməsi üçün DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılmış və ona görə də məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh E.Kərimov onun barəsində alçaldan ifadələrlə təhqir etmişdir. Ona görə də hesab edir ki, E.Kərimov onun şərəf və ləyaqətimi nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət təqibi başlanmasını və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən X3 şikayətini müdafiə etdi, şikayətinə baxılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 qeyd etdi ki, Ağcabədi rayonunda yaşayır. Şikayəti qəbul etmir. Heç kimə böhtan atmamış, heç kimi təhqir etməmişdir. Xüsusi ittihamçı ilə bibiqızı, dayıoğludurlar. Təqdim edilmiş sənədərlə onun heç bir əlaqəsi yoxdur. Hesab edir ki, ümumiyyətlə ərizə icraata qəbul edilməli deyildir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Şəbnəm Nəcəfova xx.xx.1987-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır : /299.3.1/ məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə, /299.3.3/ xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması. Məhkəmə verilmiş ərizəni və təqdim olunmuş ilkin sübutları araşdıraraq belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə cinayət işi başlanması barədə xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.1-300.1.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə görə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi İttiham Qaydasında X6 Baxılması üzrə Məhkəmə Təcrübəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarının 11-ci bəndi nəzərdə tutur ki, məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir : şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göründüyü kimi X4 tərəfindən qeyd olunan əməllərin törədilməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayət əsaslandırılmamış, şikayətin hansı sübutlarla təsdiq edildiyinə dair ərizəyə müvafiq sənədlər əlavə edilməmiş, həmçinin əlavə edilmiş sübutlarla E.Kərimovun təqsirliliyi arasında hər hansı əlaqənin olması təsdiq edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin məhkəmə baxışına çıxarılmasından imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300- 302-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-42/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-42/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver