Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-43/2025 14.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2004-cü ildə Lənkəran rayon Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayon Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Viravul kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin noyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda müvəqqəti yaşadığı Ağdam rayon Ergi qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus Ağdam rayon Ergi düzündə yerləşən tikilinin arxa tərəfində mühafizə olunmayan açıq ərazidən ümumi dəyəri 1800 manat olan 300 metr uzunluğunda “VPP-25” markalı artezian kabelini gizli yolla talayaraq, bundan sonra oğurluq hərəkətlərinin davamı olaraq həmin gün istintaqla dəqiq müəyyən edilməyən vaxtda Ağdam rayon Ergi qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus Ağdam rayon Ergi düzündə yerləşən mühafizə olunmayan açıq ərazidə yerləşən artezianın ümumi dəyəri 180 manat olan 30 metr uzunluğunda “VPP-25” markalı artezian kabelini qayçı vasitəsilə kəsib gizli yolla talayaraq, bundan sonra oğurluq hərəkətlərinin davamı olaraq həmin gün istintaqla dəqiq müəyyən edilməyən vaxtda Ağdam rayon Ergi qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus Ağdam rayon Ergi düzündə yerləşən mühafizə olunmayan açıq ərazidə yerləşən artezianın ümumi dəyəri 180 manat olan 30 metr uzunluğunda “VPP-25” markalı artezian kabelini qayçı vasitəsilə kəsib gizli yolla talayaraq Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 2160 (iki min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, təxminən 2024-cü ilin yay ayılarından sonuncuya məxsus təsərrüfatda fəhlə kimi işləmişdir. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, fəhlə kimi müxtəlif şəxslərə məxsus təsərrüfatlarda fəhləlik etmişdir. Təxminən 2024-cü ilin yay aylarında mən Zərərçəkmiş şəxs məxsus Ağdam rayon Ergi düzündə yerləşən təsərrüfatda işləməyə başlamışdır. Zərərçəkmiş şəxsla aralarında olan razılaşmaya əsasən o, suvardığı hər hektar əkin sahəsinə görə ona 400 manat pul olmuşdur. Bu minvəlla o, Zərərçəkmiş şəxs məxsus təsərrüfatda işləməyə və Zərərçəkmiş şəxs məxsus evdədə yaşamağa başlamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində saat təxminən 15 radələrində ona təcili pul lazım olduğuna görə Ağdam rayon Ergi düzündə yerləşən yaşadığı evin arxa tərəfindən olan Zərərçəkmiş şəxs məxsus təxminən 300 metr uzunluğunda olan artezian kabelini oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə də o, həmin kabeli oradan götürüb yaxınlıqda olan əkin sahəsində gizlətmişdir. Bundan sonra o, daha çox pul əldə etmək məqsədilə həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus iki ədəd artezianın kabellərini kəsmək qərarına gəlmişdir. Buna görə də həmin gün saat təxminən 20 radələrində həmin artezianlardan birinin yanına getmiş və özünə məxsus olan qayçı ilə həmin artezianın kabelini kəsmişdir. Həmin kabelin uzunluğu təxminən 30 metr olmuşdurı. Daha sonra o, həmin ərazidən təxminən bir kilomter uzaqlıqdan yerləşən artezianın yanına getmişvə eyni qayda ilə qayçı ilə həmin artezianın kabeli kəsərək yaşadığı evə qayıtmış və həmin kabelləridə əkin sahəsində olan digər kabelin yanında gizlətmişdir. Həmin kabelində uzunluğu təxmini 30 metr olmuşdur. Səhəri gün o, həmin kabelləri harada kimə satacağını bilmədiyinə görə Ağcabədi rayon Şahsevən kəndində yaşayan dostum İslama zəng etmişdir. O, İslama zəng edərək onda istifadəyə yararsız artezian kabeli olduğunu, satmaq istədiyini bildirdib ona köməklik edərək müştəri tapmasını xahiş etmişdir. Həmin vaxt İslam Ağcabədi şəhərində metal qəbulu həyata keçirən şəxslər tanıdığını bildirərək onunla ora gedə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin kabelləri kisələrə yerləşdirib asfalt yolun kənarına çıxmışdır. Orada sürücüsünü tanımadığı VAZ-21011 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə əyləşərək həmin avtomobildən Ağcabədi rayon Şahsevən kəndinə getməsini xahiş etmişdir. Onlar Şahsevən kəndinə çatıb orada İslamı avtomobilə götürmüşlər. İslam avtomobilə əyləşdikdən sonra taksi sürücüsünə Ağcabədi şəhərinə sürməyini bildirmişdir. Onlar şəhərə çatanda İslam göstərdiyi evin önündə dayanmaqlarını bildirmişdir. İslam telefonla zəng edərək adını bilmədiyi şəxsə yaşadığı evin önündə olduğunu bildirmişdir. Bundan sonra İslamla o, avtomoibldən enib yük yerində olan kabelləri götürüb qapıdan içəri daxil olmuşlar. Həmin vaxt həyətdə sonradan adının Maral olduğunu bildiyi bir qadın olmuşdur. Daha sonra Maral Əbilfəz adlı şəxsə zəng edərək oraya çağırmışdır. Əbilfəz oraya gəlib kabelə baxdıqdan sonra hazırda kabel almadığını bildirib onları başqa ünvana aparmışdır. Orada tanımadığı, sonradan adının Natiq olduğunu bildiyi şəxs kabeli tərəzi vasitəsilə çəkdikdən sonra kabelə görə ona 220 manat pul vermişdir. Daha sonra onlar orada çıxaraq Şahsevən kəndinə qayıtmışlar. Orada İslamı avtomobildən endirdikdən sonra taksi sürücüsü onu yaşadığı Ağdam rayon Ergi ərazisinə aparmış və bunun müqabilində həmin taksi sürücüsünə 30 manat pul vermişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus olan müvəqqəti yaşadığı evin arxa tərəfindən sonuncuya məxsus təxminən 300 metr, Ağdam rayon Ergi düzündə yerləşən əkin sahəsində olan 2 ədəd artezianın ümumilikdə 60 metr ( hər birindən 30 metr olmaqla) kabelini oğurlamışdır. Həmin oğruluq əməllərini o, tək törətmişdir. İslamın kabellərin oğurluq olması barədə məlumatı olmamışdır. O İslama həmin kabellərin istifadəyə yararsız olması, buna görə də sahibi tərəfindən satmaq üçün ona verildiyini bildirmişdir. O, həmin şəxsləri əvəllərdən tanımamışdır. Həmin kabeli ondan Natiq adlı şəxs almışdır. O, Natiqə həmin kabellərin oğurluq olması barədə heçnə deməmişdir. O, həmin şəxslərə kabellərin yararsız olmasına görə satdığını bildirmişdir. Həmin qayçını hadisədən sonra itirmişdir. Ona görə istintaqa təqdim edə bilmir. O, ilkin ifadələrini verərkən həyəcanlı olduğuna, həmçinin kabelləri apardığı taksi sürücüsünü tanımadığına görə polis əməkdaşlarının ona inanmayacağını düşünüb özündən VAZ-21011 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili uydurmuşdurki, güya oğurladığı kabelləri həmin avtomobillə daşımışdır. Takis sürücüsünün kabellərin oğurluq olmasından məlumatı olmamışdır. Onun əmək müqaviləsi olmamışdır. Hadisə vaxtı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, törətdiyi əməli könüllü etiraf etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu və vurduğu ziyanı qismən ödədiyini bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Ergi qəsəbəsində fərdi təsərrüfatla məşğul olur. Belə ki, onun həmin ərazidə torpaq sahələri vardır. O, həmin sahələrə əksər vaxtlarda özü nəzarət edir. Lakin həmin ərazidə olmayanda həmin əkin sahələrinə dostu Şahid1 nəzarət edir. Təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhərində olarkən dostu Şahid1 telefonla ona zəng edərək Ağdam rayon Ergi düzündə yerləşən evin arxasında olan 300 metr uzunluğunda, Ağdam rayon Ergi düzündə olan ona məxsus iki ədəd arteziandan ümumlikdə 60 metr ( hər bir arteziandan 30 metr olmaqla) artezian kabelinin oğurlandığını bildirmişdir. Belə ki, həmin 300 metr artezian kabellərini suvarmı sezonu başa çatdıqdan sonra həmin əraziyə toplamışdır. Həmin 60 metr artezian kabeli isə iki ədəd arteziandan kəsilmişdir. O, həmin vaxt Vaqifə polisə məlumat verməməyini bildirmişdir. Çünki polisə məlumat veriləcəyi halda həmin oğurluq edən şəxsin qaçacağını, bir daha oğurluğa cəhd etməyəcəyini, belə olan halda onu tuta bilməyəcəklərini düşünmüşdür. O, oğurlanmış həmin aretzianın oğurlanmış kabellrini özü təmir etmişdir. Bundan sonra o, səhhətində problemlər olduğu üçün Bakı şəhərinə müalicə almaq məqsədilə getmişdir. 2025-ci ilin fevral ayının əvvələrində o, Ağdam rayonuna qayıdandan hadisədən təxminən 3 ay keçməsinə baxmayaraq oğruluq edən şəxsi müəyyən edə bilməyəcəklərini düşünmüşdür. Buna görə də o, artıq polisə məlumat vermək qərarına gəlmiş və ərizə ilə Ağdam rayon polis şöbəsinə məlumat vermişdir. Bildirir ki, 2024-cü ilin noyabr ayının əvvəllərində Ağdam rayon Ergi düzündə yerləşən evin arxasından 300 metr uzunluğunda, Ağdam rayon Ergi düzündə yerləşən əkin sahəsində olan iki ədəd arteziandan ümumlikdə 60 metr kabel naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, hadisə nəticəsində ona 2160 manat ziyan dəymişdir. O, oğurluq barədə heç kimdən şübhələnmir. O, hadisə baş verərkən polisə məlumat verməmişdir ki, oğurluq edən şəxsi özləri müəyyən etsinlər. Daha sonra isə xəstələndiyi üçün təxminən iki ay Ağdam rayonunda olmamışdır. Buna görə də polisə gec məlumat vermişdir. Təqsirləndirilən şəxs əmək müqaviləsi olmamışdır. Həmin 360 metr artezian kabeli “VPP-25” markalı olmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Ergi qəsəbəsində fərdi təsərrüfatla məşğul olur. Belə ki, onun həmin ərazidə torpaq sahələri vardır. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, sonuncu həm onun həmkədlisi, həm də dostudur. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs Ağdam rayon Ergi düzündə torpaq sahələri vardır. Həsən həmin sahələrdə əkin işləri ilə məşğul olur və təsərrüfatına əksər vaxtlarda özü nəzarət edir. Lakin Həsən rayon ərazisində olmayanda o, Həsənin əkin sahələrinə nəzarət etmişdir. Təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində o, Həsənin Ergi düzündə yerləşən əkin sahələrinə baxarkən orada yerləşən evin arxa tərəfində topa yığılmış 300 metr kabelin orada olmadığını görmüşdür. Bundan sonra əkin sahələrinə baxış keçirərkən iki artezian quyusundan ümumilikdə 60 metr ( hər bir arteziandan 30 metr olmaqla) artezian kabelinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. həmin vaxt Həsən o, polisə məlumat verməməyimi bildirmişdir. Çünki polisə məlumat veriləcəyi halda həmin oğurluq edən şəxsin qaçacağını, bir daha oğurluğa cəhd etməyəcəyini, belə olan halda onu tuta bilməyəcəklərini düşünmüşdür. Bundan sonra o, oradan uzaqlaşaraq yaşadığı evə qayıtmışdır. Bir müddət sonra Həsən özü Bakı şəhərindən qayıdaraq həmin kabelləri öz vəsaiti hesabına bərpa etmişdir. Bundan təxminən 3-4 ay sonra mən eşitmişdir ki, Həsən oğurluq barədə polis şöbəsinə məlumat vermiş və polis əməkdaşları tərəfindən kabelləri oğurlayan şəxsin Həsənin əkin sahələrini suvaran Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin 360 metr artezian kabeli “VPP-25” markalı olmuşdur. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8-9 aydır ki, tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək onda sahibi tərəfindən ona verilmiş istifadəyə yararsız artezian kabeli olduğunu, satmağa müştəri tapa bilmədiyini bildirərək satmaqda ona köməklik etməyini xahiş etmişdir. O da əvvəllərdən tanıdığı Maral adlı qadına zəng edərək satdıq kabel olduğunu bildirmişdir. Maral adlı qadın onunla razılaşaraq kabeli gətirmələrini bildirmişdir. Bundan sonra o, Yusifə zəng edərək kabeli satmağa adam tapdığını və gəlib onu götürməsini bildirmişdir. Təxminən bir saat sonra Yusif sürücüsünü tanımadığı VAZ-21011 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun yanına gəlmiş və o, maşına əyləşərək sürücüyə Ağcabədi şəhərinə sürməsini bildirmişdir. Orada Maral adlı qadının evinin önündə dayanmışlar və Yusiflə o, avtomobildən enərək yük yerində olan kabeli götürüb həyətə daxil olmuşlar. Həmin vaxt Maral adlı qadın evdə tək olmuşdur. Daha sonra Maral Əbilfəz adlı şəxsə zəng edərək oraya çağırmışdır. Əbilfəz oraya gəlib kabelə baxdıqdan sonra hazırda kabel almadığını bildirib onları başqa ünvana aparmışdır. Orada tanımadığı, sonradan adının Natiq olduğunu bildiyi şəxs kabeli tərəzi vasitəsilə çəkdikdən sonra kabelə görə Yusifə 220 manat pul vermişdir. Daha sonra biz avtomobilə oturub oradan uzaqlaşaraq yaşadığı kəndə gəlmişdir. Orada o, avtomobildən endikdən sonra Yusif oradan uzaqlaşaraq çıxıb getmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, o, həmin kabelin oğurluq olmasını bilməmişdir. Belə ki, Yusif ona həmin kabellərin yararsız olduğuna görə sahibi tərəfindən verildiyini bildirmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. Natiq adlı şəxs kabelə görə Təqsirləndirilən şəxs 220 manat pul vermişdir. Lakin Yusif ona həmin puldan heçnə verməmişdir. Yusif həmin şəxslərə kabelin özünə məxsus olduğunu bildirmişdir. Həmin taksi sürücüsünü tanımır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, müxtəlif şəxslərdə olan dəmir, mis və aliminium metallarını həmin şəxslərdən alaraq metal qəbulu məntəqələrinə satıb qazanc əldə edir. Təxminən 2024-cü ilin noyabr ayında o, yaşadığı evdə olarkən qudası Maral ona zəng edərək sonradan adının Yusif olduğunu bildiyi şəxsin satdıx mis gətirdiyini bildirmişdir. O, dərhal yaşadığı evdən çıxaraq qudası Maralın yaşadığı evə getmişdir. Orada həqiqətən Yusif adlı şəxsin satmağa kabel gətirdiyini görmüşdür. O, həmin şəxslərə kabel almadığını bildirmişdir. Həmin şəxs isə təkidlə kabelin ona məxsus olduğunu, narahat olmamağı bildirmişdir. Lakin o, yenədə kabeli almayacağını bildirmişdir. Bundan sonra Yusif adlı şəxs ondan başqa alıcı tapmağını xahiş edərək uzaq yoldan gəldiyini bildirmişdir. O da metal alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxsə zəng edərək satdıq mis olduğunu bildirmişdir. Natiqdə həmin misi alacağını bildirərək həmin şəxslərin yaşadığı küçəyə gəlməsini xahiş etmişdir. Çünki Natiqlə onun yaşadığı evlər yaxın məsafədə yerləşir. Yusif adlı şəxs kabellə birlikdə onun yaşadığım ünvana gəlmişdir. Orada Natiq kabeli çəkərək Yusifə məbləğini dəqiq bilmədiyi qədər pul vermişdir. Daha sonra Yusif və yanında olan şəxs oradan çıxaraq getmişlər. Natiqdə kabeli götürüb oradan uzaqlaşmışdır. Şahid4 daha sonra ifadəsində göstərmişdir ki, həmin şəxslərdən biri sonradan adının Yusif olduğunu bildiyi şəxs kabelin ona məxsus olduğunu bildirmişdir. O, həmin kabelin uzunluğunu bilmir, çəkisini isə Natiq çəkdiyinə görə onun məlumatı olmamışdır. O, kabelə görə Natiqin Yusifə verdiyi pulun miqdarını dəqiq xatırlamır. Nə Yusif mənə həmin kabelə görə əldə etdiyi puldan verməmiş, nə də Natiq həmin kabeldən ona heçnə verməmişdir. Natiq həmin kabeli aldıqdan sonra kabelidə götürüb oradan uzaqlaşaraq getmişdir. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, əvvəllər müxtəlif şəxslərdə olan dəmir, mis və aliminium metallarını həmin şəxslərdən alaraq metal qəbulu məntəqələrinə satıb qazanc əldə etmişdir. Təxminən 2024-cü ilin noyabr ayında o, yaşadığı evdə olarkən əvəllərdən tanıdığı Əbilfəz adlı şəxs ona zəng edərək satdıq mis olduğunu və gəlib baxmağımı söyləmişdir. O, dərhal yaşaığı evdən çıxaraq Əbilfəzin yaşadığı evə getmişdir. Orada Əbilfəzin evin həyətində iki nəfər sonradan adlarının İlsam və Yusif olduğunu bildiyi şəxslərin və Əbilfəzin olduğunu görmüşdür. O, həyətə daxil olanda kabelin yerdə yığılmış vəziyyətdə olduğunu görmüşdür. O, orada tərəzi vasitəsilə kabeli çəkmişdir. Hazırda həmin kabelin çəkisinin nə qədər olduğunu xatırlamır. O, kabeli çəkdikdən sonra orada olan adının sonradan Yusif olduğunu bilmədiyi şəxslərdən birinə 220 manat pul vermişdir. Daha sonra həmin şəxslər oradan çıxaraq getmişlər. O da aldığı kabeli avtomobilinə yükləyərək oradan uzaqlaşmışdır. Şahid5 daha sonra ifadəsində göstərmişdir ki, həmin şəxslərdən biri sonradan adının Yusif olduğunu bildiyi şəxs kabelin ona məxsus olduğunu bildirmişdir. O, həmin kabelin uzunluğunu bilmir, çəkisini isə həmin vaxt çəksə də hazırda xatırlamır. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. Şahid2 isə əvllərdən tanıyır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 2024-cü ilin noyabr ayında o, yaşadığı evdə olarkən əvəllərdən tanıdığı İslam adlı şəxs ona zəng edərək satdıq mis olduğunu bildirmişdir. O da qudası Əbilfəz dəmir, mis və aliminium alqı-satqısı ilə məşğul olduğuna görə İslama həmin misi gətirməsini bildirmişdir. Təxminən iki-üç saat sonra İslam və sonradan adının Yusif olduğunu bildiyi şəxslər onun yaşadığı ünvana gəlmişlər. Bundan sonra o, qudası Əbilfəzə zəng edərək satdıq mis oilduğunu bildirib yaşadığı ünvana dəvət etmişdir. Təxminən 5-10 dəqiqə sonra Əbilfəz yaşadığı ünvana gəlib həmin misin kabel formasında olduğunu görməsindən sonra almaqdan imtina etmişdir. Həmin vaxt Yusif adlı şəxs kablin ona məxsus olduğunu israrla bildirmişdir. Lakin Əbilfəz kabeli ondan almayacağını bildirmişdir. Bundan sonra Yusif Əbilfəzdən həmin kabeli ondan ala biləcək şəxs tapmasını xahiş etmişdir. Bundan sonra Əbilfəz və həmin şəxslər onun yaşadığı ünvandan çıxaraq getmişlər. Şahid3 daha sonra ifadəsində göstərmişdir ki, həmin şəxslərdən biri sonradan adının Yusif olduğunu bildiyi şəxs kabelin özünə məxsus olduğunu bildirmişdir. O, həmin kabelin uzunluğunu və çəkisini bilməmişdir. Sonradan Əbilfəz ona kabeli Natiq adlı şəxsin aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 25 gün hissəsi 02 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Məhkumluğu ödənilməmişdir. -xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğurluq nəticəsində Zərərçəkmiş şəxs vurduğu 2160 manat maddi ziyanın 1000 (min) manat hissəsini ödəmişdir. - Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12-16/85 nömrəli arayışdan görünür ki, Məmmədov X2 rayon Viravul kəndində qeydiyyatda olmaqla yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.1-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də onu həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.14-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seıilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində göstərilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seıilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Lənkəran rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Lənkəran rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də onun ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə maddi sübut yoxdur, həmçinin, mülki iddia, ekspertiza xərcləri və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Lənkəran rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Lənkəran rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydə alınıdığı vaxtdan hesablansın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-43/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-43/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver