Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-44/2023 12.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bərdə Rayon Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1972-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun İsmayılbəyli kəndində qeydiyyatda olan, Ağdam rayonu Birinci Baharlı qəsəbəsi ev 421-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə aralarında olan telefon danışığı zamanı sonuncunun oğlu Şahid3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8000(səkkiz min) manat müqabilində işə düzəldəcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 2021-ci ilin sentyabr ayında məlum olmayan gündə və vaxtda həmin pulun 4000 (dörd min) manatını Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən kafedə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, 2021-ci ilin sentyabr ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 ilə əvvəlcədən aralarında olan razılaşmaya görə 1000 (bir min) manat müqabilində 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş evinin bərpa etdirəcəyinə inandırıb yalan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 2021-ci ilin sentyabr ayında məlum olmayan gündə və vaxtda 1000 (bir min) manatını Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən kafedə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin yanvar ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz olan Şahid6 vasitəsi ilə tanış olduğu Ağdam rayonu İmamqulubəyli kənd sakini Zərərçəkmiş şəxs3 oğlu Şahid5 Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluçu kimi 2500 manat müqabilində işə düzəldəcəyinə inandırıb yalandan vəd verməklə aldadaraq aralarında olan razılaşmaya görə 2023-cü ilin yanvar ayında məlum olmayan gündə və vaxtda həmin pulun 1800 (bir min səkkiz yüz) manatını Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən 421 saylı evinin həyətinin qarşısında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onun tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Nərgiz 2021-ci ildə Zərərçəkmiş şəxs1 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini ona demişdir. Adillə görüşüb oğlunu işə düzəltmək üçün 8000 manat lazım olduğunu demişdir. Adil ona 4000 manat vermiş, 4000 manat isə iş düzələndən sonra verəcəyini demişdir. Bundan başqa 2021-ci ildə Zərərçəkmiş şəxs2 sonuncunun 2020-ci ildə olmuş müharibədən zərərçəkən evini təmir etmək üçün 1000 manat almışdır. 2022-ci ilin axırlarında Şahid6 vasitəsi ilə Zərərçəkmiş şəxs3lə tanış olmuşdur. Fariz oğlu Şahid5 hərbi hissəyə işə düzəltmək istədiyini ona demişdir. Farizdən oğlunu işə düzəltmək üçün 2500 manat istəmiş, Fariz isə ona 2023-cü ilin yanvar ayında 1800 manat verərək bundan artıq imkanının olmadığını demişdir. Tutduğu əməldan peşmançılıq hissi keçirdiyini və dəymiş ziyanı ödədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, tanışı Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. İnşallaha oğlu Şahid3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini demişdir. İnşallah ondan 8000 manat istəmiş, həmin məbləğin 4000 manatını əvvəlcədən, qalan 4000 manatı isə iş düzələndən sonra verəcəyini demişdir. 2021-ci ildə İnşallaha 4000 manat vermiş, sonuncu isə onun oğlunu işə düzəltməmişdir. Sonradan İnşallah onun pulunu qaytarmışdır. Ona dəymiş ziyan ödəndiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən R.C.Əiyev bildirmişdir ki, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində onun yaşadığı Ağdam rayonunun Sarıcalı kəndində yerləşən evə ziyan dəymişdir. Evin təmir edilməsi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. İnşallah 2021-ci ildə onun evini bərpa etdirəcəyi adı ilə ondan 1000 manat almışdır. Sonradan İnşallah onun pulunu qaytarmışdır. Ona dəymiş ziyan ödəndiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxslə onu qonşusu Şahid6 tanış etmişdir. Oğlu Təbrizi müddətdən artıq hərbi qulluqçu kimi işə düzəltmək üçün İnşallah ondan 2500 manat istəmiş, o isə pulu olmadığından 2023-cü ilin yavar ayında İnşallaha cəmi 1800 manat vermişdir. Sonradan İnşallah onun pulunu qaytarmışdır. Ona dəymiş ziyan ödəndiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid5 iş üzrə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şahid1 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə əvvəllər ictimai birlikdə bir yerdə işləmişlər. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs o tanış etmişdir. İnşallah Adildən sonuncunun oğlunu işə düzəltmək üçün 4000 manat almışdır. Şahid6 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, onu Təqsirləndirilən şəxslə özünün Nailə adlı iş yoldaşı tanış etmişdir. Nailə İnşallahın ictimai birlikdə işləyərək insanların işlə təmin olunmasına kömək etdiyini demişdir. X2 hərbiyə işə düzəlmək istədiyini ona demişdir. Farizlə İnşallahı tanış etmişdir. Bundan snra İnşallah Farizdən sonuncunun oğlunu işə düzəldəcəyi adı ilə 1800 manat almışdır. Məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmsı cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırması barışıq əldə etməsi və sonuncuların ona qarşı şikayətçi olmamaları, himayəsində xx.xx.2010-cu ildə anadan olmuş Ayxan adlı yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpası, onun islah edilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda onun ailədə mənfi davranışını təsdiq edən məlumatların olmaması nəzərə alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki,təqsirləndirilən şəxs yaşadığı yerdə müsbət xarakterizə olunmaqla, onun mənfi xarakteri barədə heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudalarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. "xxxx" MMC-dən əldə olunaraq iş üzrə maddi sübut kimi tanınmış telefon danışıqlarını özündə əks etdirən bir ədəd «SD» diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan müdafiəçi R.M.Ağamalıyevin hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia, digər məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağdam rayonu Birinci Baharlı qəsəbəsində yerləşən 421 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. "xxxx" MMC-dən əldə olunaraq iş üzrə maddi sübut kimi tanınmış telefon danışıqlarını özündə əks etdirən bir ədəd «SD» diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 6 manat olmaqla 60 (altmış) manat Bərdə Rayon Vəkil Bürosunun vəkili X1 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bərdə rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-44/2023
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-44/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver