Məhkəmə qərarları › İş №1(013)-44/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-44/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-44/2024 05.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər Müdafiəçi1, X1 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Laçın rayonu Kirov Sovxozu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(017)-34/2024 saylı hökmü ilə 2 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Laçın Rayonu Nağdalı kəndində qeydiyyatda olmaqla Tərtər rayonu ərazisində yerləşən fermada yaşamış, X6 - Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağdam rayonu Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 azyaşlı övladları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla Ağdam Rayonu Zəngişalı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təqsiləndirilir ona görə ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq cinayət əməlini, habelə təkrarən tamah niyyəti ilə özgənin əmlakını xeyli miqdarda gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yaz aylarında, istintaqa məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı 35.000 manat məbləğində 150 baş xırda buynuzlu heyvanları quzuları ilə birlikdə satıldığını bildirib həmin heyvanları almağı təklif edib işlədiyi fermada saxlayıb qazanc əldə edəcəklərinə inandırıb yalan vəd verməklə aldadaraq 2022-ci ilin yaz aylarında istintaqa məlum olmayan gündə və vaxtda Zərərçəkmiş şəxs1 məxsus Ağdam rayon Çəmənli kəndində yerləşən evində vahid niyyətlə 21.000 manat, bundan bir neçə gün sonra 2022-ci ilin yaz aylarında istintaqa məlum olmayan gündə və vaxtda eyni ünvanda 10.000 manat, bundan bir neçə gün sonra 2022-ci ilin yaz aylarında istintaqa məlum olmayan gündə və vaxtda rayonun Quzanlı qəsəbəsində yerləşən Dördyol deyilən ərazidə 4.000 manat pulu etibardan suiistifadə etməklə aldatma yolu ilə alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 35.000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını xeyli miqdarda gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 22 yanvar 2024-cü il tarixdə, saat 01-00 radələrində gəlini Təqsirləndirilən şəxs2 ilə ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün aralarında olan rol bölgüsünə əsasən gəlini Təqsirləndirilən şəxs2 kənarda, yəni Zərərçəkmiş şəxs2 yaşadığı Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsində dayanıb kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün pusquda durub müşahidə aparmış, özü isə hasardan aşıb həyətə daxil olduqdan sonra ayrıca girişi olan həmin evin ikinci mərtəbəsinə pilləkənlə qalxaraq kilidi olmayan taxta qapısını fiziki güc tətbiq edib əli ilə açaraq evə qanunsuz daxil olub, yaşayış olmayan otaqdakı şkafın alt sağ qapısını açıb orada olan qara rəngli çantanın içərisindən 20, 50, 100 manatlıq əskinaslardan ibarət 10.300 manat pulu tamah niyyəti ilə gizli yolla talamaqla, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olub qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən qəsdən oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 təqsiləndirilir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını xeyli miqdarda gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, E.İsmaylova tamah niyyəti ilə özgənin əmlakını xeyli miqdarda gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 22 yanvar 2024-cü il tarixdə, saat 01-00 radələrində, qayınatası Təqsirləndirilən şəxs1 ilə ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs2 yaşadığı Çəmənli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan bağ sahəsində kənarda dayanaraq kənar şəxslər yaxınlaşdıqda xəbər vermək üçün pusquda durub müşahidə aparmış, qayınatası Təqsirləndirilən şəxs1 isə hasardan aşıb həyətə daxil olduqdan sonra ayrıca girişi olan həmin evin ikinci mərtəbəsinə pilləkənlə qalxaraq kilidi olmayan taxta qapısını fiziki güc tətbiq edib əli ilə açaraq evə qanunsuz daxil olub yaşayış olmayan otaqda olan şkafın alt sağ qapısını açıb orada olan qara rəngli çantanın içərisindən 20, 50, 100 manatlıq əskinaslardan ibarət 10.300 manat pulu tamah niyyəti ilə gizli yolla talamaqla, Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olub qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs1 istintaq orqanına verdiyi ifadələrində göstərmişdir ki, ailəsi ilə 1992-ci ilin məlum hadisələrindən sonra Laçın rayonundan məcburi köçkün olaraq çıxmış və həmin vaxtdan sonra əvvəlcə Ağdam rayonu Ergi Qəsəbəsi ərazisində yerləşən fermada yaşamış, lakin həmin qəsəbə Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez atəşə məruz qaldığından köçməyə məcbur olmuşlar və 1993-cü ildə Bərdə rayonu ərazisində yerləşən “Xamtorpaq” deyilən yerdə məskunlaşmışlar. Həmin yerdə dövlət tərəfindən verilən yardımla, eləcə də maldarlıqla məşğul olaraq əldə etdikləri gəlirlə yaşamışlar. 2006-cı ilin sentyabr ayında isə ailəsi ilə birlikdə “Qarabağ Atçılıq” adlanan atçılıq təsərrüfatına məxsus olmaqla Ağcabədi rayonu ərazisi hesab edilən fermer təsərrüfatında ailəsi ilə birlikdə köçərək orada işlməyə başlamışlar. Onun işi həmin təsərrüfatda xırda buynuzlu heyvanları saxlayaraq aldığı məvaciblə dolanmaq olmuşdur. Uzun illər ailəsi ilə orada işləmiş və yaşamışlar. Həmin təsərrüfat Raquf Səmədova məxsus olmuş, sonuncu ilə aralarında uzun illər ərzində inam və etibar yaranmışdır. Raquf ona özünə aid şəxsi heyvanlarını saxlamağa icazə vermişdir. Uzun illər bu şəkildə yaşamışlar və işləmişlər. 2 oğlu, 1 qızı var. Böyük oğlu Sənur ailəlidir və 2011-ci ildən ayrılaraq Xamtorpaq adlanan ərazidə dövlət tərərəfindən verilmiş fərdi evdə yaşamışdır, sonradan isə Tərtər rayonu ərazisində fermada yaşamağa başlamışdır. X18 rayon sakini Seymurla ailə quraraq 2010-cu ildən Goranboy rayonu Ağcakənd Qəsəbəsində yaşayır. Kiçik oğlu Seymur isə 2018-ci ildə Ağdam rayonu Zəngişalı kənd sakini Esmira ilə ailə quraraq həmin vaxtdan onlarla birlikdə yaşamışdır. Təxminən 2021-ci ildə böyük oğlu Sənurun pula ehtiyacı olmuşdur. Belə ki, Sənur əvvəllər mal-qara alqı-satqısı ilə məşğul olmuş və həmin alqı-satqı zamanı çoxlu borcu yaranmışdır. Sənur evini satsa da həmin borcları bağlaya bilməmişdir. Buna görə də o, Sənura kömək etmək qərarına gəlmişdir. Ailəsinə məxsus mal-qaranı satsa da borcu yenə də ödəyə bilməmişlər. Həmin vaxt məcbur olaraq oğluna kömək etmək üçün Raquf Səmədova məxsus heyvanlardan da bir qismini sataraq Sənurun borcunu bağlamışdır. Bundan sonra Raqufun ondan şübhələnəcəyini düşünərək vəziyyətdən çıxış yolu axtarmağa başlamışdır. Həmin ərəfələrdə gəlini Esmiranın dayısı Məhərrəmdə pul olmasını, onun şərikli olaraq heyvan alıb saxlaya biləcəyini bildiyindən sonuncuya müraciət etmişdir. Bunun üçün əvvəlcə ucuz olaraq heyvan tapmışdır. Məhərrəmə 35.000 manata 150 baş qoyun alıb saxlayaraq yaxşı gəlir əldə edəcəklərini bildirmiş, sonuncu onunla razılaşmışdır. Məhərrəmlə aralarında razılaşmışlar ki, həmin qoyunları o, saxlamalı, qoyunların saxlama xərclərini çıxdıqdan sonra qalan gəliri bütöv olaraq Məhərrəmə verməli, Məhərrəmin verdiyi pul qaytarıldıqdan sonra onunla heyvanlara şərik olacaqlar. Məhərrəm 31.000 manat pul düzəldə bilmişdir. Özü isə isə əvvəllər də faizə pul alıb qaytardığı Zərərçəkmiş şəxs2 4.000 manat faizə pul götürmüşdür. Zərərçəkmiş şəxs2 bir ay sonra isə 4.400 manat pul qaytarmışdır. Belə ki, hər dəfə 2000, 3000, 4000 manat Zərərçəkmiş şəxs2 pul alaraq hər ay aldığı hər 1000 manat üçün 400 manat məbləğində faiz ödəmişdir. Zərərçəkmiş şəxs2 aldığı 4.000 manatı Zərərçəkmiş şəxs1 vediyi 31.000 manatın üzərinə qoyub Bərdə rayonu ərazisində yerləşən fermadan 150 baş doğar qoyun almışdır. Həmin qoyunların təxminən 30-35 başının yanında quzu da olmuşdur. Həmin qoyunları gətirib Raquf Səmədova məxsus fermada saxlamağa başlamışdır. X14 bu barədə heç nə deməmişdir. Şahid7 hər dəfə gələndə heyvanları öz heyvanı bilmişdir. Zərərçəkmiş şəxs1 isə gələrək heyvanlara baş çəkmişdir. Təxminən bir il sonra, 2023-cü ilin xatırlamadığı ayında və günündə həmin 150 baş qoyunun quzularını sataraq saxlama xərclərini çıxıb 15.000 manat pulu Çəmənli kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs1 vermişdir və aralarında 16.000 manat borc qalmışdır. Onun bunları etməkdə niyyəti Zərərçəkmiş şəxs1la birlikdə pul qazanaraq özünə düşən qazancla Raquf Hüseynovun satdığı heyvanlarını alıb yerinə qoymaq olmuşdur. Lakin bundan bir müddət sonra Raquf Səmədov şübhələnərək heyvanları saymışdır və əskik olduğunu bilmişdir. Belə ki, Raqufun qoyunları cəmi 478 baş olmalı olsa da, fermada cəmi 382 qoyun olduğunu görmüşdür. Raquf qoyunları sayanda Zərərçəkmiş şəxs1la aldığı qoyunları da öz heyvanları bilərək öz heyvanları kimi saymışdır. Hətta bununla belə onun 96 baş heyvan əskiyi olmuşdur. Raquf 21 sentyabr 2023-cü ildə onu və ailəsini fermadan qovmuş, barəsində şikayət etmişdir. Bununla bağlı araşdırma aparılaraq cinayət işi başlanmışdır. Ağcabədi rayon prokurorluğu tərəfindən aparılmış istintaq zamanı 11.000 manat maddi ziyan ödəsə də 62 qoyun borcu qaldığı üçün xx.xx.2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda cəzasını çəkir. Bundan başqa 21 yanvar 2024-cü il tarixdə, saat 01-00 radələrində Çəmənli kəndində, Zərərçəkmiş şəxs2 evindən 9.000 manat pul oğurlamışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi barəsində istintaq aparılmış, maddi vəziyyəti olduqca pis olmuş, vurduğu maddi ziyanı ödəməsə tutulacaqdır. Buna görə də bundan çıxış yolunu pul oğurlamaqda görmüşdür. Belə ki, yuxarıda da qeyd etdiyi kimi Zərərçəkmiş şəxs2 dəfələrlə faizə pul almışdır, onun evini tanıyır, hər dəfə pulu verəndə üst evə çıxaraq gətirdiyi çantasından pulları çıxarıb vermişdir. Həmçinin Arzu tək yaşamışdır. Buna görə də Zərərçəkmiş şəxs2 evində külli miqdarda pul ola biləcəyini düşünərək onun evindən pul oğurlamaq qərarına gəlmiş, lakin bunu tək edə bilməyəcəyini bilmişdir. Çünki Zərərçəkmiş şəxs2 evinə daxil olanda kənardan kiminsə gələ biləcəyini və etdiyi oğurluğun üstünün açılacağını düşünmüşdür. Buna görə də kənarda kiminsə dayanıb gələn olanda ona məlumat verməsi lazım olmuşdur. Gəlini Esmiranın xətrini çox istəmişdir, Esmira çox etibarlı insan olmaqla yanaşı ona qarşı eyni münasibət bəsləmişdir. Bu səbəbdən onun üçün ən güvənli insan olan gəlini Esmiraya bu barədə bildirmişdir. Esmira israrla imtina etmiş, lakin ona pis vəziyyətdə olduğunu, maddi ziyanları ödəmək üçün pula ehtiyacı olduğu üçün bunu etdiyini, əgər pulu ödəməzsə tutulacağını bildirmişdir. Bundan sonra Esmira köməklik etməyə razı olmuşdur. Esmiranın həmin oğurluqda rolu yalnız kənarda dayanıb müşahidə aparmaq, gələn olarsa ona məlumat vermək olmuşdur. Əldə edə biləcəyi pulların cüzi hissəsini Esmiraya verib qalan hissəsini maddi ziyana ödəməli idi. Çünki ona aid maddi ziyan ümumi ailə büdcələrinə təsir etmişdir, Esmira da gəlini olaraq ailənin üzvü idi. Onlar düşündükləri kimi də etmişlər. Belə ki, Esmirayla birlikdə çıxmağı şübhə yaradacağından münasib vaxtı və şəraiti gözləmişlər. 2023-cü ilin dekabr ayının sonlarında Esmira əri Seymurdan küsüb Zəngişalı kəndində olan ata evinə gəlmişdir. Onu evlərinə qaytarmaq bəhanəsilə bir neçə dəfə gəlib görüşsə də qardaşının və anasının yanında Esmira ilə evdən çıxa bilməmişlər. xx.xx.2024-cü il tarixdə isə telefon danışığı zamanı o, Esmiranın bacısı Sürəyyanın Sarıcalı kəndində yerləşən evində olmasını, Sürəyyanın ərinin evdə olmaması səbəbilə Esmiranın gecəni orada qalacağını bilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sarıcalı kəndində Sürəyyanın evinə gedərək Esmiranı evlərinə aparmaq barədə israr etmişdir, Esmira razılaşmamışdır. Guya mollaya dua yazdıraraq Esmiranı evlərinə qaytara biləcəyini və Esmiranı uşaqları ilə görüşdürmək adı ilə Sürəyyanı aldadaraq Esmira ilə 2024-cü ilin yanvar ayının 21-də saat 21-00 radələrində evdən çıxaraq Esmira ilə birlikdə piyada Çəmənli kəndinə doğru getməyə başlamışlar. Təxminən saat 23- 00 radələrində Arzunun evinin yanına çatmışlar. Əvvəlcədən planlaşdırdıqları kimi Esmira Zərərçəkmiş şəxs2 evinin yanında olan palıd ağacının altında gözləmişdir. Özü isə ətrafda heç kimin olmadığına əmin olaraq Arzunun evinə yaxınlaşaraq əvvəlcədən faizə pul götürəndə dəqiqləşdirdiyi üçün birbaşa üst evə çıxmışdır. Evin ağ rəngli, yuxarı hissəsi şüşə olan taxta qapısını itələyərək açmışdır. Hətta itələyən zaman şüşə sınaraq yerə düşmüşdür və sonradan həmin şüşəni özü ilə apararaq sahədə xatırlamadığı yerə atmışdır. Qapını açandan sonra həmin otağın boş olmasını görmüşdür. Digər otağa daxil olmuş, həmin otaqda çarpayı, bir ədəd şkaf olmuşdur. Şkafın yuxarı hissəsi şüşəli, aşağı hissəsi isə taxtadan olmuşdur. Sağ taxta qapını açanda içərisində çanta aşkar etmişdir. Əvvəlcə Zərərçəkmiş şəxs2 pulları çantada saxlmasını bildiyindən dərhal çantanı açmışdır. Çantanın içərisində 20, 50 və 100 manatlıq əskinaslardan ibarət düz şəkildə dəstələnmiş pul olmuşdur. Həmin pulları götürüb saymadan, əynində olan şalvarının sağ yan cibinə qoyaraq otaqdan çıxmışdır. Esmiranın yanına gələrək onunla birlikdə Sürəyyanın evinə tərəf getməyə başlamışdır. Esmiraya pulları oğurlaması barədə məlumat vermiş, lakin pulları saya bilmədiyi üçün məbləği deyə bilməmişdir. Sürəyyanın evinə çatmazdan əvvəl mağazadan kolbasa, şirin su, çörək almışdır. Onlar yol gedərkən pulları yenə də saymamışlar. Lakin 200 manat, yəni iki ədəd 100 manatlıq əskinas çıxararaq Esmiraya vermişdir. Sonra Sürəyyanın evində kolbasa yemişlər, söhbət etmişlər və oradan çıxaraq maşın olmadığı üçün bir qədər kənd ərazisində gözləmiş, sonra hava soyuq olduğundan piyada olaraq Quzanlı Qəsəbəsinə doğru getmişdir. Quzanlı Qəsəbəsinə səhər çağı çatmışdır. Oradan isə xatırlamadığı taksi ilə Tərtər Rayonuna yaşadığı evə getmişdir. Pulları evdəkilər görməsin deyə yol kənarında sayaraq gizlətmişdir. Pulların 8.800 manat olmasını görmüşdür. Belə ki, 200 manat Esmiraya vermişdir və oğurladığı pulların 9.000 manat olması məlum olmuşdur. Əvvəlcədən həmin pulları maddi ziyanın əvəzi olaraq ödəmək fikrində olsa da, sonradan planları dəyişmişdir. Çünki oğurladığı pulları maddi ziyanını tam ödəmirdi, həmin məbləği maddi ziyana ödəmək isə oğurluğu onun etdiyində şübhə yaradardı. Buna görə də pulları Esmiranın və özünün ehtiyaclarına xərcləmişdir. Belə ki, tutulanadək hər ay 300 manat kreditlərini ödəmiş, gəlini Esmira ilə birlikdə Bərdə Rayonu ərazisində yerləşən “Prins” Restoranında bir neçə dəfə yemək yemiş, bir neçə dəfə Esmiraya 150 manat, 10, 20 manat və s. olmaqla pul vermişdir. Ümumiyyətlə həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Esmira və onun etdiyi əməldən başqa heç kimin xəbəri olmamaışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, Məhərrəmdən əvvəllər də pul götürmüş, sonra isə həmin pulu əlavəsi ilə qaytarmışdır. Ümumilikdə 44000 manat Məhərrəmdən pul götürmüş, 15000 manatını qaytarmışdır. Hazırda Məhərrəmə 29000 manat borcu qalır. Gəlini Esmiranı oğurluq əməlinə o, cəlb edib, Zərərçəkmiş şəxs2 evindən apardığı pulların məbləği 9000 manat olmuşdur. Həmin pulun cüzi bir hissəsini Esmiraya verib, qalan oğurluq pulları isə öz ehtiyaclarına sərf edib. İmkanı olmadığından zərər məbləğini ödəyə bilməmişdir. Əməllərindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2018-ci ildən Laçın rayonu Şamkənd kənd sakini Şahid3 ilə ailə qurmuş, birgə nikahlarından 2 övladları vardır. Seymurla ailə quranda Seymur və ailəsi Ağcabədi rayonu ərazisində yerləşən “Xamtorpaq” deyilən yerdə, Raquf Səmədova məxsus fermer təsərrüfatında yaşamaqla orada işləmişlər. Seymur və ailəsi Raquf Səmədova məxsus xırda və iri buynuzlu heyvanları saxlamışlar. Təxminən 2021-ci ildə qaynı Sənurun mahiyyətini tam bilmədiyi maliyyə problemləri yaranmışdır. Belə ki, ailədə gedən söhbətlərdən məlum olmuşdur ki, Sənurun həmin problemdən qurtarması üçün 75.000 manat pul lazımdır. Həmin vaxt qaynatası Təqsirləndirilən şəxs1 Sənura dövlət tərəfindən verilmiş evi 23.000 manata satmış, əlavə olaraq isə Raquf Səmədova məxsus xırda buynuzlu heyvanları gizli sataraq 75.000 manat pulu toplayaraq Sənuru həmin problemdən qurtarmışdır. Lakin Raquf hərdən fermer təsərrüfatına gəlmişdir. X11 məxsus heyvanları satdığını biləcəyini düşünərək bu məsələdən çıxış yolu axtarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 dayısı Zərərçəkmiş şəxs1 pulu olmasını bildiyindən sonuncu ilə şərikli heyvan alıb Raquf Səmədova məxsus fermer təsərrüfatında saxlamağı, bu yolla Raquf Hüseynovun məsələdən xəbərdar olmasını əngəlləməyi planlaşdırmışdır. Qayınatası Təqsirləndirilən şəxs1 əvvəlcə sərfəli qiymətə satılan heyvanlar tapmış, bundan sonra dayısı Məhərrəmə ucuz qiymətə heyvan olduğunu, şərikli saxlayaraq yaxşı gəlir əldə edəcəklərini bildirmişdir. Belə ki, Xaliq dayısı Məhərrəmə 35.000 manata 150 baş qoyun satıldığını, həmin qoyunları Raqufa məxsus fermer təsərrüfatında saxlayaraq yaxşı pul qazanacaqlarını bildirmiş, dayısı Məhərrəm Xaliqlə razılaşmışdır və 31.000 manatı Xaliqə vermişdir. Qaynatası Xaliq həqiqətən də 150 baş xırda buynuzlu heyvanı, yəni doğar qoyunu özündə olan 4.000 manat pulu əlavə edərək 35.000 manata almışdır, hətta qoyunların təxminən 30-35 başının yanında balası da olmuşdur. Qayınatası Xaliq həmin heyvanları təxminən 2023-cü ilin noyabr ayınadək, yəni Raquf Hüseynovun məsələni bilərək heyvanlarını tələb etməsinə qədər saxlamışdır. Raquf heyvanlarının əskik olmasını bildikdə qaynatası Xaliqin həmin fermer təsərrüfatında saxladığı bütün qoyunları, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus qoyunları öz qoyunları hesab edərək saymış və damğa ilə işarələmişdir. Həmin vaxt bütün heyvanlar sayılsa belə 96 baş xırda buynuzlu heyvanının yerində olmamasını görmüşdür. Belə olan halda Raquf bu barədə şikayət etmiş və cinayət işi başlanılaraq qayınatası Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb olunmuşdur. Qaynatasını həbs etməsinlər deyə iki yerdən kredit götürərək 11.000 manat həmin cinayət işi üzrə maddi ziyanı ödəmişlər. Qalan maddi ziyanı 62 baş qoyun olmuşdur və buna görə də xx.xx.2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə qayınatası Təqsirləndirilən şəxs1 təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Qayınatası Təqsirləndirilən şəxs1la birlikdə xalası Zərərçəkmiş şəxs2 evindən pul oğurlamışlar. Belə ki, yuxarıda qeyd etdiyi hadisələrlə bağlı olaraq ailəsində daimi olaraq narazılıq yaranmışdır. Əri ilə təxminən 2023-cü ilin əvvəllərindən soyuq münasibətdədirlər. Təxminən 2023cü ilin dekabr ayının sonlarında ər evində uşaqlarını qoyaraq ata evinə, Zəngişalı kəndində gəlmişdir. Bir neçə dəfə qayınatası Xaliq onlara gələrək onu evlərinə qaytarmağa çalışmış, lakin bundan imtina etmişdir. Qayınatası Xaliq hər dəfə onlara gələndə və telefon danışıqları zamanı vəziyyətinin pis olmasını, ona maddi kömək lazım olmasını, Raquf Səmədova və Zərərçəkmiş şəxs1 olan borcları ödəməli olmasını bildirmişdir. Bunun üçün isə onun doğma xalası Zərərçəkmiş şəxs2 evindən pul oğurlamaqda çıxış yolu görmüşdür. Çünki Arzuda pul olmasını bilmişdir, bir neçə dəfə onun vasitəsiylə xalası Arzuya müraciət edərək üzərində müəyyən faiz qaytarmaq şərtilə pul almışdır. Hər dəfə 2000, 3000, 4000 manat Arzudan pul alaraq hər ay aldığı 1000 manat üçün 400 manat faiz ödəmişlər. Sonuncu dəfə 35.000 manata qoyunlar alınanda Zərərçəkmiş şəxs2 4.000 manat pul alaraq bir ay sonra 4400 manat pul qaytarmışlar. Həmin 4400 manatı Zərərçəkmiş şəxs2 isə qaynatası Təqsirləndirilən şəxs1 35.000 manata aldığı qoyunlardan sataraq vermişdir. Əri ilə münasibətləri pozulduğundan hər dəfə qaynatası Xaliq onu müdafiə etmiş, qorumuşdur. Buna görə də özünü qaynatasına qarşı borclu hiss etmiş və ona köməklik etməyə çalışmışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində qaynatası anası evinə gələrək ona adını xatırlamadığı 1 ədəd dərman həbi verərək yuxu dərmanı olmasını bildirmiş və münasib vaxtda həmin həbi xalası Arzuya qida və ya su vasitəsilə verməyini, sonra isə bu barədə ona bildirməyini demişdir. 2024-cü ilin yanvar ayının 21-də xalası Arzu qonaq olaraq anası evinə gəlmişdir. Anası həmin vaxt toyuq bişirmiş, yeməkləri isə özü bölüşdürmüşdür. Yeməkləri mətbəxdə bölərək həmin həbi xalası Arzunun yeməyinə əzib qatmışdır. Xalasının yeməyi tam yeməsindən əmin olandan sonra qaynatası Xaliqə bu barədə bildirmişdir. Həmin gün qaynatası yenə də onu evə qaytarmaq bəhanəsi ilə gəlmişdir. Həmin gün o, bacısı evinə getdiyindən qayınatası Xaliq birbaşa bacısı Sürəyyanın evinə gəlmişdir. Bacısı Sürəyyanın evində onunla görüşərək evinə qayıtmağı üçün dilə tutmuş, onunla razılaşmamışlar. Qayınatası bacısına onu mollaya apararaq dua yazdıracağını, sonra isə uşaqları ilə görüşdürərək geri qaytaracanı bildirmişdir və 2024-cü ilin yanvar ayının 21-də, saat 21-00 radələrində bacısı evindən qayınatasıyla birlikdə çıxaraq piyada Çəmənli kəndinə doğru getməyə başlamışlar. Qayınatası Xaliqlə birlikdə xalası Zərərçəkmiş şəxs2 yaşadığı Çəmənli kəndində yerləşən evinə tərəf getmişlər. Əvvəlcədən qayınatasıyla xalası Arzunun evinə gedəcəklərini, qayınatasının xalası Arzunun evindən pul oğurlayacağını planlaşdırmışlar. Təxminən saat 23-00 radələrində xalası Arzunun evinin yanına çatmışlar. Həyətə daxil olmamış və xalasının evinin yaxınlığında olan palıd ağacının yanında qayınatası Xaliqin xalası Arzunun evindən pul oğurlayaraq qayıtmasını gözləmişdir. Təxminən 2 saat sonra, yəni saat 01-00 radələrində qayınatası Xaliq onun yanına qayıtmışdır. O, Zərərçəkmiş şəxs2 evində pul oğurlamasını bildirmiş, lakin pulun məbləğini bildirməmişdir. Qaynatası 2 ədəd 100 manatlıq əslkinas olmaqla ona 200 manat pul vermiş və onlar birlikdə bacısı evinə qayıtmışlar. Hətta yolda “Dağlar Market” adlı ərzaq mağazasında Xaliq çörək, kolbasa və şirin su alaraq ona vermiş və o, həmin ərzaqları bacısı evinə gətirmişdir. Geri qayıdandan sonra evdə Sürəyya onlardan mollaya gedib dua yazdırıbyazdırmadıqlarını, uşaqlarını görüb-görmədiyini soruşmuşdur. Qayınatası Xaliq cibindən kağız çıxararaq dua olmasını, həmin duanı özündə saxlayacağını bildirərək bacısı Sürəyyanı inandırmışdır. O, isə uşaqlarla görüşdüyünü, uşaqların yaxşı olmasını bildirmişdir. Bundan sonra qaynatası çıxıb getmişdir. Təxminən 2-3 gün sonra qayınatası ona zəng edərək hal-əhval tutmuşdur. Hal-əhval edərək xalası Zərərçəkmiş şəxs2 evindən 10.300 manat pul oğurlanmasını bildirmişdir. Qayınatası Təqsirləndirilən şəxs1 isə xalasının yalan danışmasını, pulun 9.000 olmasını ona bildirmişdir. Başqa heç nə deməmişdir və telefon danışıqları bitmişdir. Baş verənlər barədə yalnız qayınatası Təqsirləndirilən şəxs1la özü bilmişdir, başqa heç kimə bu barədə bildirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirini əvvəl etiraf etdi, sonra isə təqsiri olmamasını bildirdi. Əlavə olaraq göstərdi ki, xalası Arzunun evindən pul oğurlanmasına əvvəlcə razı olmasa da, qaynatası Xaliqə görə bu işə razılıq vermişdir. Xaliq həmşə ona bildirmişdir ki, problemləri var, ona çoxlu pul lazımdır. Qaynatası Xaliq oğurladığı pulun 9000 manat olmasını ona bildirmişdir, lakin sonradan oğurlanmış pulun 10.300 manat olmasını xalası Arzudan və sair şəxslərdən eşitmişdir. Həmin puldan qaynatası Xaliq ona kredit ödəməsi üçün 200 manat pul vermişdir, qalan pulları Xaliqin hara xərcləməsindən məlumatı olmamışdır. Hər bir halda baş verənlərdən peşmandır, himayəsində 2 azyaşlı uşaqları var, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu bacısı Gülnarənin qudasıdır. Şahid3 tanıyır, bacısı Gülnarənin kürəkənidir, onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Xaliq ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Xamtorpaq deyilən ərazidə yaşamaqla Raquf adlı şəxsə məxsus qoyun fermasında uzun müddət çoban işləmişdir. Təxminən 7 il bundan əvvəl Seymur arvadı Esmira, atası Xaliq, anası Nübar ilə birlikdə onlara qonaq gəlmişlər. Söhbət zamanı Seymur ona fermada yaşadıqlarını, orada qoyun saxlamağa yaxşı şəraitin olduğunu deyərək bildirmişdir ki, “sən özünə məxsus olan 12 baş qoyunları ver bizə aparıb fermada saxlayaq, nə vaxt istəsən gəlib götürərsən”. Həmin vaxtı onun qoyun saxlamağa imkanı olmadığı üçün Seymurla razılaşmış və ona qoyunları qısa müddət ərzində yaşadıqları fermaya gətirəcəyini bildirmiş, sonuncu onunla razılaşmışdır. Bundan təxminən 4-5 gün sonra özünə məxsus olan 12 baş olmaqla biri erkək, qalanı dişi boğaz qoyunları tanışı, rayonun Xındırıstan kəndində yaşayan və qəssablıqla məşğul olan Elnur adlı şəxsə məxsus, nömrəsini unutduğu VAZ-21011 markalı avtomobilin arxa yük yerinə yığaraq Seymurun işlədiyi və yaşadığı fermaya aparmış və Seymura təhvil vermişdir. Bundan sonra hər il Seymurdan 1 baş olmaqla 7 baş toğlu alıb yaşadığı evə gətirib qurbanlıq üçün kəsmişdir. 2022-ci ilin yaz aylarında Xaliq bacısı qızı Esmira əri Seymurla birlikdə onun yaşadığı Çəmənli kəndində yerləşən evinə gəlmişlər. Söhbət edərkən Xaliq ona demişdir ki, Tərtər rayonu ərazisində bir nəfər şəxs fermasını ləğv etdiyindən fermada olan qoyunları ucuz qiymətə satır və həmin fermanın hansısa nazirə məxsus olduğunu bildirmişdir. Xaliq ona həmin fermada 150 baş balalı qoyunun olduğunu və həmin qoyunları 35.000 manata satdığını bildirmiş və ona demişdir ki, 35.000 manat pul versin, həmin qoyunları alsınlar. Xaliqlə Seymura etibar etdiyinə görə onlarla razılaşmış, razılaşmaya görə 35.000 manata 150 baş yanıbalalı qoyunları alıb saxlamaq üçün Xaliqə verəcəyini bildirmiş, sonuncu isə həmin qoyunları işlədiyi fermanın ərazisində saxlayaraq alınmış qoyunların quzularının bir hissəsini satıb onun pulunu qaytardıqdan sonra yerdə qalan qoyunlara şərik olacaqlarına razılaşmışlar. Xaliq də onunla razılaşmışdır. Bundan 2 gün sonra, yəni 17 fevral 2022-ci il tarixdə Xaliq oğlu Seymur və gəlini Esmira ilə birlikdə tanımadığı bir taksi ilə onlara gəlmişlər, həmin vaxtı o, evdə olan özünə məxsus müxtəlif əskinaslardan ibarət olan 21.000 manat pulu Xaliqə vermişdir. Həmin vaxtı orada arvadı Sevinc, bacısı Arzu, oğlu Səid, Seymur və Esmira olmuşlar. Bundan sonra Xaliq çıxıb getmişdir. 18-19 fevral 2022-ci il tarixlərdə Xaliq yenidən oğlu Seymur və gəlini Esmira ilə birlikdə tanımadığı bir taksi ilə onlara gəlmişlər. Həmin vaxtı Xaliqə əlavə olaraq 10.000 manat pul vermişdir ki, ondan aldığı 21.000 manatın üzərinə qoysun. Xaliqə pulu verən zaman orada arvadı Sevinc, bacısı Arzu, oğlu Səid, Seymur və Esmira olmuşlar. Sonra Xaliq çıxıb getmişdir. Bundan sonra 22 fevral 2022-ci il tarixdə Xaliq ona mobil telefon vasitəsilə zəng edərək pulun çatmadığını, qoyunların əldən çıxacağını, buna görə də əlavə 4000 manat pul verməyini bildirmişdir. Həmin vaxtı onun özündə 2.000 manat pul olmuş, 2.000 manat pul çatmadığından qohumu, Zəngişalı kənd sakini X4 borc olaraq, qısa müddətə qaytarmaq şərtilə almışdır. Bundan sonra həmin günü rayonun Quzanlı qəsəbəsində Dördyol deyilən ərazidə işıqforun yaxınlığında Xaliqlə görüşmüş, özünə məxsus olan Hundai markalı avtomobillə həmin yerə getmiş və avtomobildən düşməmiş, Xaliq gəlib avtomobilin ön sağ sərnişin oturacağında əyləşmiş və özü ilə gətirdiyi 4000 manat pulu Xaliqə sayıb vermişdir. Bundan sonra Xaliq ondan pulu alıb çibinə qoymuş və ona pulun tam düzəldiyini və gedib qoyunları alacağını bildirmiş, sonra ayrılmışlar. Bu görüşdən bir neçə gün sonra Xaliq ona mobil telefonla zəng edərək qoyunları aldığını və onun gedib qoyunlara baxmağını bildirmişdir. Həmin söhbətdən təxminən 3 gün sonra tanışı Qəşəm adlı şəxslə Xaliqin işlədiyi fermaya getmiş, Xaliq ona və Qəşəmə qoyun sürülərini göstərmiş və ona demişdir ki, “sənin verdiyin 35.000 manata aldığı 150 baş yanıbalalı qoyunlar bunlardır”. Həmin vaxtı qoyunları Esmira otarmışdır. Xaliqə inandığından qoyunlara yaxınlaşmamışdır və bir qədər sonra Qəşəmlə çıxıb getmişlər. Onunla Xaliqin arasında pul verməmişdən əvvəl gəldikləri razılığa görə Xaliq satın alacağı qoyunların bir hissəsini satıb onun 35.000 manat pulunu qaytarmalı idi. Bundan sonra isə qalan qoyunları şərikli saxlamalı və qoyunlardan əldə ediləcək gəlirləri öz aralarında böləcəkdirlər. 2022-ci ilin payız aylarında Xaliq oğlu Seymur və gəlini Esmira ilə birlikdə onun yaşadığı evə gəlmiş, Xaliq ona 15.000 manat pul verib demişdir ki, qoyunların və quzuların bir hissəsini satmış, əldə edilən pul 15.000 manatdır, pulu verir, yerdə qalan 20.000 manat pulu isə qoyunların bir hissəsini satdıqdan sonra gətirib verəcək. Sonra isə qalan qoyunları şərikinə saxlayarlar, əldə olunan qazancı da yarı bölərlər. Xaliqlə razılaşmış, Xaliqgil çıxıb getmişlər. Təxminən 3-4 gün sonra Seymur və anası Nübar ona mobil telefon vasitəsilə zəng edərək yaxınlıqda illik bir biçənək yerinin satıldığını, həmin sahəni almaq üçün 13.000 manat pul lazım olduğunu və həmin biçənəyi almaq üçün ondan 2023-cü ilin may ayında qaytarmaq şərtilə 13.000 manat borca pul istəmişdir. Seymurla razılaşmış, evdə olmadığını ona bildirərək gəlib pulu evdən arvadı Sevincdən götürməsini ona söyləmiş, Seymur onunla razılaşmışdır. Bir neçə saat sonra Seymur arvadı Esmira ilə birlikdə onun evinə gəlmiş və arvadı Sevincdən 13.000 manat pulu götürmüşdür. 2023-cü ilin yaz ayında biçin vaxtında Xaliq ona zəng edərək Seymurun aldığı biçin sahəsini biçdirdiyini, hazırda 10.000 ədəd ot kipinin olduğunu, həmin ot kiplərini ucuz istədiklərindən baha qiymətə ona alıcı tapmağını xahiş etmişdir. Həmin ot kiplərinə alıcı axtarmış, rayon ərazisində ot kiplərinin 4 manat 50 qəpiyə aldıqlarını Xaliqə bildirmişdir. Xaliq də ona Ağcabədi rayon sakinləri də həmin ot kiplərini həmin qiymətə, yəni 4 manat 50 qəpiyə istədiklərini bildirərək orada satacağını bildirmişdir. Bundan sonra tanışı Qəşəmlə birlikdə 2023-cü ilin yay ayında Seymurun yaşadığı fermaya getmiş, həmin vaxtı Seymur ona fermada yaşadığı evin təxminən 100 metr məsafəsində yerləşən biçənək sahəsini göstərərək aldığı sahənin həmin sahə olduğunu bildirmişdir. Həmin vaxtı sahə biçilməmiş vəziyyətdə olmuşdur. Seymur ona demişdir ki, qısa müddət ərzində həmin sahəni biçdirəcək və ondan borca aldığı 13.000 manat pulu qaytaracaqdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Seymur ondan aldığı 13.000 manat pulu bu günə kimi qaytarmamışdır. Seymur pulu ona vermədiyinə görə həmin fermanın sahibi Raqufla telefon vasitəsilə əlaqə saxlayaraq hadisəni ona danışmış, sonuncu ona demişdir ki, Seymur buradan heç bir biçin sahəsi almamışdır, həmin sahənin onun fermasına məxsus olduğunu bildirmişdir. Başa düşmüşdür ki, Seymur onun pulunu ələ keçirmək üçün onu aldadtmışdır. Bundan başqa Raquf ona demişdir ki, Xaliq onu aldadıb, verdiyi pula heç bir heyvan almayıbdır. Xaliq isə ona demişdir ki, “sənin pullarına aldığım heyvanların satıb sənə verdiklərimdən başqa qalan hissəsini Raquf zorla mənim əlimdən alıb öz heyvanlarının içərisinə qatmışdır”. Xaliq həmin 150 baş xırdabuynuzlu heyvanları 35.000 manata Tərtər rayonunda yerləşən fermaların birindən alacağını bildirmişdir, lakin qoyunları alan zaman özü orada olmamışdır. Xaliq ona 150 baş yanıbalalı qoyun aldığını bildirmişdir. Ona və Qəşəmə göstərilən guya ki, aldığı həmin qoyunların içərisində hər rəngdə qoyun olmuş, qoyunlar yerli növ qoyunlar olmuş, lakin qoyunları yaxından görmədiyinə görə onların çəkisinin nə qədər olmasını və neçəsinin qoyun, neçəsinin quzu olmasını deyə bilməmişdir. Xaliqin əvvəllər kimlərəsə qarşı dələduzluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. 150 baş xırdabuynuzlu heyvanları almaq təklifini Xaliq özü Seymurla birlikdə olanda ona etmişdir. Xaliqə pulları Seymura etibar etdiyinə görə vermişdir. Xaliqə verdiyi 35.000 manat pul onun özünə məxsus olmuşdur. Özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Xaliqlə sonuncunun işlətdiyi ***-***-**-** saylı nömrə ilə, Seymurla isə ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq danışmışdır. Xaliqə və Seymura verdiyi pullar müxtəlif əskinaslardan, yəni 100, 50, 20, 10 və 5 manatlıq əskinaslardan ibarət olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etdi ki, Xaliqə qoyunlar alması üçün 35.000 manat pul verib. Xaliq 1 ildən sonra ona 15.000 manat pul verib ki, guya qazanc ediblər. 13.000 manat pulunu Seymur aldadıb alıb. Hesab edir ki, qoyunları Seymur, Xaliq və Xaliqin Sənur adlı oğlu satıblar, lakin buna baxmayaraq həmin digər şəxslər məsuliyyətdən kənarda qalıblar. Xaliqə 27000 manat, 4000 manat, bir dəfə 13000 manat, bir dəfə isə 2000 manat pul verib, ümumiyyətlə Xaliq və ailə üzvləri onun 48.000 manat pulunu mənimsəyib. Hazırda Xaliqdən şikayətçidir, pullarını tələb edir, əks halda ona ağır cəza təyin edilməsini istəyir. Həmçinin qeyd edir ki, Arzunun evindən oğurluq olunan gecə Xaliqlə Esmiranı gecə satlarında həmin istinamətdə görmüşdür. Səhərisi günü Arzunun evindən oğurluq olmasını eşitmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq orqanına vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 1999cu ildən rayonun Əhmədağalı kənd musiqi məktəbinin Çəmənli Filialının müdiri işləyir, kənddə evində tək yaşayır. Hər gün saat 13-00 radələrində işlədiyi məktəbə gedib saat 18-00 radələrində yaşadığı evə qayıdır. Yaşadığı ev iki mərtəbəlidir, ikinci mərtəbədə yaşayış olmur. Birinci mərtəbədə iki otaq və bir mətbəx yerləşir. Birinci mərtəbədən girişdən sağ tərəfdə pilləkənlərlə qalxdıqda iki otaqdan ibarət ikinci mərtəbə yerləşir. Həmçinin birinci mərtəbədən sağ tərəfdə hamam otağı yerləşir. 1992-ci ildən aldığı əmək haqqı pulundan, həmçinin toyuq-cücə satışından az miqdarda müəyyən müddətlərdə özü üçün pul toplamışdır. Həmin pulu yaşadığı evin 2-ci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın yuxarı tərəfində olan şkafın içərisində qoyduğu, özünə məxsus olan çantaya yığmışdır. Həmin çantanı şkafa qoyduqdan sonra şkafın qapısını açarla bağlayıb açarı da ikinci mərtəbədə yerləşən digər otaqda olan çarpayının döşəyinin altında gizlətmişdir. Şkafdakı çantada ümumilikdə 10.300 manat pulu olmuşdur. Həmin pulların içərisində 3 ədəd 200 manatlıq əskinas, qalanı isə 100 manatlıq, 50 manatlıq, bir neçə ədəd 20 manatlıq və 10 manatlıq əskinaslar da olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 11-00 radələrindən başlayaraq yaşadığı evin müxtəlif otaqlarında təmizlik aparmağa başlamışdır. Həmin vaxt ikinci mərtəbədə yerləşən otaqda şkafın içərisində olan çantaya qoyduğu pulları saymışdır və həmin pulun yerində olduğundan əmin olmuşdur. Bundan sonra yenidən həmin şkafı bağlayıb açarı digər otaqda olan çarpayının üzərindəki döşəyin altına qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12-00 radələrində yaşadığı evin ikinci mərtəbəsinə yığdığı isti çəkmələrini oradan götürmək üçün ikinci mərtəbəyə qalxarkən giriş qapısından çöl tərəfdə olan pərdənin cırılıb çıxdığını görmüşdür. Əvvəlcədən həmin qapını kilidlə bağlamadığından pərdəni həmin qapının üzərinə çəkib orada işarə qoymuşdur ki, həmin yerə kənar şəxs daxil olarsa bundan xəbəri olsun. Bundan sonra həmin giriş qapısının üzərində olan aşağı hissədəki şüşənin yerində olmadığını görmüşdür. Həmin evin ikinci mərtəbəsində şkafa baxdıqda şkafın bağlı olduğunu görmüşdür. İkinci mərtəbənin digər otağında yerləşən çarpayının döşəyinin altına qoyduğu açarı götürüb şkafı açdıqda həmin şkafda olan içərisində pul saxladığı çantaya baxdıqda orada saxladığı pulun yerində olmadığını aşkar etmişdir. Çantada olan özünə məxsus 01 ədəd qızıl üzük isə orada qalmışdır. Güman etmişdir ki, pulunu oğurlayan şəxs həmin qızıl üzüyü orada görməmişdir. Yaşadığı evdə otaqlarda heç bir dağıntı və söküntü olmamışdır. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat vermişdir. Daha sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, baxış keçirmiş, fotoşəkillər çəkilmiş, müvafiq sənədləşmə aparılmışdır. Eyni həyətdə digər evdə qardaşı Zərərçəkmiş şəxs1 Maqsud oğlu və onun arvadı Şahid1 da yaşayırlar. Yaşadığı evin həyəti hər tərəfdən hasarla əhatə olunmuşdur. Evlərinin digər otaqlarında heç bir dağıntı, söküntü olmamış, axtarışlar aparılmamış, pərakəndəlik olmamışdır. Yaşadığı evdən 10.300 manat pul oğurlanmış, puldan başqa heç bir şey oğurlanmamışdır. Yaşadığı evin ikinci mərtəbəsində şkafda yerləşən çantada pul saxlamağı barədə heç kim heç nə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 əlavə olaraq qeyd etdi ki, 2 gözünü itirib, evdə tək yaşayır. Xaliq onun evinə silahla, bıçaqla gəlib. Həmin pulları gözünü əməliyyat etdirmək üçün yığmışdır. Həmin gün səhhəti pis olmuş, güman edir ki, ona dərman içiriblər. Evdə şüşəni də sındırıblar. Evdən 10.380 manat pul aparıblar. Həmin yerdə üzüyü və diplomu da olub, onlar yerindədirlər. Hazırda şikayətçidir, pullarının qaytarılmasını tələb edir, əks halda təqsirləndirilən şəxslərin ciddi cəzalandırılmasını istəyir, şikayətlərini davam etdirəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqt orqanına vermiş olduğu ifadələrini təsdiq etdi. Şahid1 göstərmişdir ki, rayonun Mahrızlı kənd xəstəxanasında xadimə işləyir, Zərərçəkmiş şəxs1 Maxsdu oğlu onun həyat yoldaşıdır, 2002-ci ildən ailəlidirlər, 2 övladları var. Şahid3 tanıyır, baldızı Gülnarənin kürəkənidir, onlarla aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin fevral ayında əri Məhərrəm ona zəng edərək Seymurun onlara gələcəyini, ondan 13.000 manat pulu biçin üçün yonca sahəsi almaq məqsədilə borca pul istədiyini bildirmişdir. Sonra Məhərrəm demişdir ki, Seymur gələndə ona 13.000 manat pulu sayıb versin. Həmin günün axşamı Seymur arvadı Esmira ilə birlikdə onlara gəlmiş, biçin sahəsini almaq məqsədilə borc olaraq 13.000 manat pulu sayıb Seymura vermişdir. Seymur onun verdiyi pulu sayıb 13.000 manat olduğunu bildirib həmin pulu cibinə qoymuş və bundan sonra arvadı Esmira ilə birlikdə çıxıb getmişdirlər. Məhərrəmin Seymura pulu sələm şəklində verməsi barədə göstərdikləri yalandır, Seymura 13.000 manat pulu borc olaraq yonca biçini sahəsi alsın deyə vermişlər. Məhərrəmin Xaliqə 35.000 manat pulu hissə-hissə olaraq verdiyindən xəbəri vardır. Belə ki, Məhərrəm 35.000 manat pulu Xaliqə hissə-hissə olaraq 3 dəfəyə vermişdir, birinci və ikinci dəfə pullar verilən zaman orada olmuş, lakin üçüncü dəfə pulu Xaliqə rayonun Quzanlı qəsəbəsi ərazisində verən zaman orada olmamışdır. Məhkəmə iclasında Şahid1 əlavə olaraq qeyd etdi ki, əri Məhərrəm ümumilikdə Xaliqə və oğluna 48000 manat pul verib. Həmin pulun 13000 manatını Seymur və Esmira gəlib aparıb. Pulu Seymura görə vermişlər. Məhkəmə iclasında Şahid3 istintaq orqanına vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, Xaliq onun atasıdır, Zərərçəkmiş şəxs1 Maqsud oğlu isə arvadının dayısıdır. Əvvəllər ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Xamtorpaq deyilən ərazidə yaşamış və orada yerləşən Raquf adlı şəxsə məxsus qoyun fermasında uzun müddət çoban işləmişlər. 2022-ci ilin xatırlamadığı ayında atası ilə birlikdə Bərdə rayonu ərazisində yerləşən Eldar adlı şəxsin fermasına getmişdir. Bundan sonra onlar oradan sayını bilmədiyi miqdarda yanıbalalı qoyun almışlar və işlədiyi fermaya gətirmişlər. Həmin qoyunları Məhərrəmin verdiyi pulla almışlar, qoyunları yaşadıqları fermada olan qoyunlarla birlikdə saxlamışlar. Həmin qoyunların quzularını atası tərəfindən satılmasından xəbəri olmuşdur, lakin həmin satılan quzuların pullarını kimə verməsindən xəbəri yoxdur. Məhərrəmin ondan 13.000 manat pul almağı ilə bağlı verdiyi ərizə və izahatında göstərilənləri təsdiq edir. Belə ki, 2023-cü ilin fevral ayında aralarında olan razılaşmaya görə 13.000 manat pulu arvadı Esmira ilə birlikdə Məhərrəmin evinə gəlmiş və arvadı Şahid1 13.000 manat pulu almışlar. Məhərrəmə aldığı pulun üzərinə 2000 manat pul əlavə edərək ümumilkdə 15.000 manat verəcəyini bildirmişdir. Lakin həmin yonca sahəsini yağış zərər vurduğundan ot məhv olmuş, buna görə də Məhərrəmin pulunu qaytara bilməmişdir. Bundan başqa sonradan bildiyinə görə atası Xaliq Məhərrəmdən heyvan alveri etmək məqsədilə pul almışdır. Lakin həmin pulu alarkən orada olmamış və pulun məbləğini bilmir. Sonradan fermada təhvil-təslim zamanı əskiklik olduğundan atası fermanın sahibi Raqufa dəymiş ziyanı ödəmişdir, lakin nə qədər pul verdiyindən xəbəri yoxdur. Bundan sonra, yəni 2023-cü ilin iyul ayından Laçın rayonunda yerləşən şirkətlərdə işləmək üçün müraciət etmiş və həmin vaxtdan da Laçın rayonunda fəhlə işləyir. Atasının Məhərrəmdən nə qədər pul almasından vəbəri yoxdur, lakin atası ilə Məhərrəm qoyun-quzu alveri etmək məqsədilə Məhərrəm atasına pul vermişdir və atası da sayını bilmədiyi qədər qoyun-quzu alaraq işlədikləri fermada saxlamış və sonradan qoyunların quzularını sataraq Məhərrəmə pul vermişdir. Atası ilə Məhərrəm arasında alver məqsədilə pul alınıb verilməsini bilir. Arvadı Esmira ilə birlikdə 2022-ci ilin sonlarında Məhərrəmin yaşadığı evə getmiş, orada Məhərrəmin arvadından 13.000 manat pul almışdır. Bundan sonra arvadı Esmira ilə birlikdə yaşadığı evə getmişdir. Məhərrəmdən pulu almaqda məqsədi yonca sahəsini alıb otunu biçdirib satmaq fikiri olmuşdur. Məhərrəm atasına təxminən 7 il bundan əvvəl 12 baş qoyun verdiyini və həmin qoyunların ona qaytarılmadığı barədə heç bir məlumatı olmamışdır. Şahid3 məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, Məhərrəmdən 13000 manat pul alıb, qaytarmamışdır. Atası Xaliqin isə Məhərrəmdən nə qədər pul almasını, qaytarıb-qaytarmamasını bilmir. Məhkəmə iclasında Şahid5 istintaq orqanına vermiş olduğu ifadələrini təsdiq etməsini bildirmişdir. Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, o, bacısı Esmiranın qayınatasıdır. Zərərçəkmiş şəxs1 onun dayısıdır, Zərərçəkmiş şəxs2 isə onun xalasıdır, onların aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Xalası Zərərçəkmiş şəxs2 evindən baş vermiş oğurluqdan əvvəlcədən xəbəri olmamışdır. Sonradan xalası Arzudan eşitmişdir ki, onun yaşadığı evindən 10300 manat məbləğində pul oğurlanmışdır. Lakin pulun kimlər tərəfindən oğurlnmasını bilməmişdir. Sonradan tanımadığı polis əməkdaşlarından bacısı Esmiranın qayınatası Xaliqlə birlikdə xalası Arzunun evindən pul oğurladıqlarını müəyyən etdiklərini eşitmişdir. Həmin oğurluq hadisəsindən sonra və başqa vaxtlarda da bacısı Esmiranın üzərində xeyli miqdarda pulların olmasını görməmişdir. Xaliq ona bir dəfə borc kimi 500 manat pul vermiş, maddi imkanı olmadığından Xaliqdən aldığı 500 manat pulu qaytara bilməmiş, söz vermişdir ki, qısa müddət ərzində qaytaracaqdır. Şahid5 məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, Xaliqlə Məhərrəmin iş birliyini eşitmişdir. Məhərrəm dayısının pullarını Xaliqgil alıblar ki, mal-heyvan saxlayacaqlar. Xalası Arzunun evindən oğurlanmış pulların dəqiq məbləğini bilmir, sonradan məbləğin 10300 manat olmasını eşitmişdir. Məhkəmə iclasında Şahid6 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısıdır, onunla münasibəti normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. X5 və üç azyaşlı övladı ilə birlikdə rayonun Sarıcalı kəndində yaşayırlar. X16 rayonunda yol çəkilişində iştirak etdiyindən bəzən uzun müddət evdə olmur. Təxminən 2024-cü ilin yanvar ayının 21-də axşam saatlarında azyaşlı oğlu Abbas Təhməzzadə xəstələnmiş və bu barədə anası Gülnarə Həsənovaya məlumat vermişdir. Bir qədər sonra anası Gülnarə Həsənova, bacısı Esmira və qardaşı Məmmədhüseyn onlara gəlmişlər. Bir qədər keçdikdən sonra oğlu yuxulamış, anasıgil getmək istəyərkən bacısı Esmiraya qalmasını xahiş etmişdir. Bundan sonra bacısı Esmira onunla qalmışdır və anası ilə qardaşı yaşadıqları evə qayıtmışlar. Həmin gün gecə saatlarında Esmiranın qayınatası, “Xudaverdi” adıyla tanıdığı Xaliq Esmiranın mobil telefonuna zəng edərək danışmağa başlamışdır. Xaliq onunla da telefonda danışaraq Esmiranı əri Seymurla barışdırmaq üçün onu molla yanına aparmaq istədiyini, buna görə də Esmiranın evdən çıxmasına şərait yaratmağı xahiş etmişdir. Esmiranın həmin gecə onun yanında qalmasını anasından xahiş etdiyini, buna görə də Esmiranın anasıgildən xəbərsiz Seymurun yanına gedərsə anası və qardaşı ilə aralarında problem yarana biləcəyini bildirmişdir. Lakin Xaliq tez qayıdacaqlarını, Esmiranı molla yanına aparıb əriylə barışması üçün “dua” yazdırıb geri qayıdacaqlarını bildirmişdir. Bundan sonra razılaşmışdır və bir qədər sonra Xaliq onun yaşadığı evə gəlmişdir. Xaliq maşınla gəldiyini bildirmiş və Esmira da onunla birlikdə evdən çıxıb getmişlər. Esmira əvvəllər ona Tərtər rayonunda tanımadığı ünvanda və Goranboy rayonunda “Goran” adlanan yerdə yaşayan molla yanına getdiklərini bildirmiş və həmin vaxt gedərkən həmişə getdikləri mollanın yanına gedəcəyini bildirsələr də, onların konkret olaraq hara getdiklərini bilməmişdir. Bir qədər sonra bacısı Esmiranın nömrəsinə zəng etmişdir. Həmin vaxt Esmira ona mollanın yanından çıxıb Tərtərə uşaqlarını görməyə getdiyini bildirmişdir. Sonra narahat olaraq teztez zəng etsə də, Esmira zənglərinə cavab verməmiş və etdiyi zənglə bağlı arabir mobil telefonu açaraq gələcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə, saat 02-00 radələrində bacısı Esmira və qayınatası Xaliq onun yaşadığı evə gəlmişlər. Həmin vaxt Esmira ilə Xaliq çörək, kolbasa, su və Chipsi alıb özləri ilə gətirmişlər, həmçinin əllərində bir torba olmuşdur ki, onun içərisindəkilərin dua olduğunu bildirmişlər. Bundan sonra Esmira kolbasanı doğramış və yemək yedikdən sonra bir qədər söhbət etmişlər. Sonra Xaliq yaşadıqları evdən çıxıb getmişdir. Həmin vaxtdan bir neçə gün sonra Çəmənli kəndində yaşayan xalası Arzunun evindən 10300 manat pulunun oğurlanmasını eşitmişdir. Arzunun evində pul olub-olmamasını, hansı məbləğdə pulu olmasını və harada saxlamasını bilməmişdir. Bacısı Esmiranın və Xaliqin Arzunun evindən pul oğurlaması barədə heç bir məlumatı olmamışdır. Bacısı və Xaliq bu barədə ona heç nə deməmişlər və bu barədə onun yanında söhbət də etməmişlər. Şahid6 məhkəmə iclasında əlavə olararq qeyd etdi ki, oğurluq hadisəsi baş verən gecə saat 11-00 radələrində Xaliqlə Esmira onların evindən çıxıb gediblər, gecə saat 02-00 radələrində qayıdıb gəliblər, Xaliq çıxıb getmiş, Esmirə isə qalmışdır. Onların oğurluq etməsindən məlumatı olmayıb. Sonradan xalası Arzudan pullarının oğurlanmasını eşitmişlər. Həmçinin qeyd edir ki, dayısı Məhərrəmin heyvanları Xaliqgildə olmuşdur. Məhkəmə iclasında Şahid7 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Xaliq ona məxsus olan “Mehman” fermet təsərrüfatında 2006-cı il tarixdən 2023-cü il tarixədək ailəsi ilə birlikdə çoban işləyərək yaşamışdır, onların arasında ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin sentyabr ayında Xaliqin çoban işlədiyi fermada olan qoyunların az olmasından şübhələndiyindən həmin qoyunlara baxış keçirmişdir. Həmin vaxtı fermada olan qoyunlardan müəssənin 96 baş xirdabuynuzlu heyvanlarının əskik olduğunu müəyyən etmişdir. Bundan sonra Xaliq işdən azad olunmuşdur və o, qoyunları qısa müddət ərzində qaytarıb verəcəyinə söz vermişdir. Həmin vaxtı Xaliqin hesabında olan qoyunları təhvil-təslim etmiş və həmin qoyunları yeni təyin edilmiş çobana təhvil vermişdir. Həmin 96 baş xırdabuynuzlu heyvanların əskik olması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda istintaq araşdırması aparılmış, Təqsirləndirilən şəxs1 fermaya vurduğu maddi ziyanı ödəmədiyinə görə o, Ağcabədi Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xaliq yalan ifadə vermiş, o, heç bir vaxt fermaya qoyun gətirməmişdir, əgər heyvan gətirmiş olsa idi onun bundan xəbəri olardı. Çünki mütəmadi olaraq fermaya məxsus olan qoyunların içərisində olmuş, əgər orada başqa qoyunlar olsaydı bundan xəbəri olardı. Zərərçəkmiş şəxs1 tanımır, onun fermaya gəldiyini də görməmişdir. Həmin fermada Xaliqin dediyi kimi 150 baş yanıbalalı qoyun olmamışdır. Həmin fermanın yaxınlığındakı ərazilər fermaya məxsus olan ərazilərdir, həmin sahələrdən yalnız fermada olan qoyunları saxlamaq üçün istifadə olunur və həmin ərazilər heç kimə satılmır. Xaliq onunla təhvil-təslim edərkən o, fermaya heç bir əlavə qoyun verməmişdir, ondan yalnız fermaya məxsus olan qoyunları təhvil alınmışdır. Şahid7 əlavə olaraq qeyd etdi ki, Xaliq onun yanında 17 il çoban işləyib. Bir dəfə şübhələndiyi üçün fermada olan qoyunları saymış, 96 başının əksik olmasını müəyyən etmişdir. Həmin məsələ araşdırılıb məhkəməyə verilmiş, həmin məhkəmə Xaliqə 5 ay vaxt vermişdir ki, ziyanı ödəsin. 96 baş qoyun-quzunun dəyəri 36500 manat müəyyən edilmişdir. Xaliq ona həmin zərərdən 2023-cü ilin noyabr ayında 11000 manat ödəmiş, 26500 manat borclu qalmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, yalnız Xaliq həbs olunandan sonra tanımışdır. Məhərrəm Xaliqin oğlu ilə bir dəfə fermaya gəlib. Bir daha qeyd edir ki, Xaliqin 150 baş qoyun-quzunu onun fermasına qatmasından məlumatı olmayıb. Beləliklə məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə və Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş, törətmiş olduqları cinayət əməllərini etiraf etmişlər, onların təqsirli olmaları həmçinin iş materiallarında olan çoxsaylı sübutların məcmusu, məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən də törətmiş olduqları cinayəti harada, hansı üsulla törətməklərini izah etmişlər, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əvvəlki ifadələrində təqsirini etiraf etmiş, sonradan təqsirli olması ilə bağlı ziddiyyətli ifadə vermiş, sonda isə məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir ki, məhkəmə onun ziddiyyətli ifadələrinə tənqidi yanaşır, özünü müdafiə xarakterli hesab edir. Təqsirləndirilən şəxs2 oğurluq cinayət əməllərinin törədilməsində təqsirli olması iş materiallarında olan və məhkəmə iclasında verdiyi ifadələri, digər təqsirləndirilən şəxsin və onun əməli üzrə zərərçəkmişin ifadələri ilə təsdiq olunur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə düzgün olaraq CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş, onlara həmin maddələrin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın tam şəkildə ödəniləcəyi təqdirdə təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmayacağını bildirmişlər, onlara vurulan zərər məbləği isə ödənilməmiş qalmaqdadır. Cinayət işi materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanılmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X12 Dispanserinin 22 may 2024-cü il tarixli, 1354 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Mərkəzi Xəstəxanası Ağdam şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 18-1-21/3-1289/2024 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs1 narkoloji kabinetində qeydiyyatda yoxdur. Laçın Rayon İHB-nın Şamkənd Kənd İƏD üzrə Nümayəndəliyinin 03.08 2024-cü il tarixli, 5- 64/44-3-2-92/2024 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Təhlə kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-83661/2024 saylı məktubundan görünür ki, kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-4377/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə əmlak qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 29 may 2024-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X12 Dispanserinin 21 may 2024-cü il tarixli, 1392 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Mərkəzi Xəstəxanası Ağdam Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 18-1-21/3-1292/2024 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyatda yoxdur. Ağdam Rayon İHB-nın Zəngişalı Kənd İƏD üzrə Nümayəndəliyinin 07.08 2024-cü il tarixli, 282 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin kənddə qeydiyyatda olmaqla yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cildində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Şahid4 Seymur qızı və xx.xx.2019-cu iltəvəllüdlü X3 adlı azyaşlı uşaqları var. E.İsmaylova barəsində 16 may 2024-cü il tarixli qərarla istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəcində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndinin 3-cü hissəsində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəjəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsirini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması cəzanın məqsədləri baxımından məqsədəmüvafiqdir və bu cəza növü cəzanın məqsədlərini təmin edər. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin tarixdən hesablanılmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin əməlləri 2023-cü ilin sentyabr ayı ərzində törətmiş, hazırda həmin hökmə əsasən cəza çəkir, hazırkı əməlləri isə hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin edilmiş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsiri olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı ümumi X2 çəkməlidir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 məhkəmə hökmü ilə hazırda cəza çəkir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin yuxarıda qeyd olunan müddəalarının tələbləri nəzərə alınmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf etməklə peşmançılıq çəkməsini, himayəsində azyaşlı, xx.xx.2017-ci il təvəllüdlü Şahid4 Seymur qızı və xx.xx.2019-cu iltəvəllüdlü X3 adlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə CM-nin həmin maddəsinin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 16 may 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Cinayət işi üzrə maddi ziyan ümumilikdə 45300 manat təşkil edir və ödənilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381- 383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

1. Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 /iki/ il müddətinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 /üç/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində 4 /dörd/ il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağcabədi Rayon Məhkəməsinn 30 aprel 2024-cü il tarixli hökmü ilə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 4 /dörd/ il 9 /doqquz/ ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin iş üzrə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzasından çıxılmaqla qəti olaraq üzərində 4 /dörd/ il 8 /səkkiz/ ay 28 /iyirmi səkkiz/ gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. X.X10 X2 çəksin. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın.

2. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Şahid3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar