Məhkəmə qərarları › İş №1(013)-44/2025

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-44/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-44/2025 30.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Ağdam Rayonu Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 övladları olan, orta təhsilli, qaynaqçı işləyən, məhkum olmayan, Ağdam Rayonu Orta Qərvənd kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən DT-9033 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətinin silah zavodunda 1963-cü ildə istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı 01 ədəd avtomatı qanunsuz əldə edib yaşadığı Ağdam Rayon Orta Qərvənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan taxta materiallı şkafın alt hissəsində 16 mart 2025-ci il saat 22-52-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsində olan taxta materialdan olan şkafın altından aşkar edilib götürülənədək qanunsuz olaraq qəsdən odlu silah əldə edib daşıyaraq saxlamışdır. Həmin hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 4-5 ay bundan əvvəl dostu Nicat Bağırovla birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə işğaldan azad edilmiş Ağdərə rayonuna gəzinti məqsədilə səfər etmişlər. Həmin vaxt orada tanımadığı kəndlərdən birində yerləşən, hazırda xatırlamadığı evlərdən birinin həyətyanı sahəsində olan ot tayasının altından “Kalaşnikov” avtomatı tapmışdır. Həmin avtomatı tapmağı barədə Nicata heç bir söz deməmiş, Nicatın həmin avtomatı tapdığını biləcəyi təqdirdə götürməyinə mane olacağını düşünmüşdür. Buna görə də qərara gəlmişdir ki, Nicata heç nə demədən həmin avtomatı oradan götürüb yaşadığı evə gətirərək həyətyanı sahəsində gizlətsin. Bu məqsədlə ona heç nə demədən həmin avtomatı götürüb yemək apardığı torbanın içərisində gizlətmiş və həmin torbanı oturduğu qabaq sərnişin yerində ayaqaltına qoymuşdur. Bundan sonra hava qaralanadək Nicatla həmin əraziləri gəzdikdən sonra yaşadıqları kəndə qayıtmaq qərarına gəlmişlər. Nicatın idarə etdiyi avtomobilə əyləşmişlər. Nicat sürücü yerində, özü isə qabaq sərnişin yerində əyləşmiş və onlar yaşadıqları kəndə qayıtmışlar, Nicata heç nə bildirmədən ayaqlatında olan torbanı götürüb avtomobildən enmiş və yaşadığı evə getmişdir. Yaşadığı evə avtomatı apara bilməyəcəyini, ailə üzvlərinin xəbər tutacağını bildiyi üçün həmin avtomatı yaşadığı evin həyətyanı sahəsində olan taxta materiallı şkafın alt hissəsində gizlətmiş və bundan sonra yaşadığı evə getmişdir. xx.xx.2025ci il tarixdə isə polis əməkdaşları yaşadığı evə gələrək ona qanunsuz silah və onun komponentlərinin daşınmasında və gəzdirilməsində şübhəli bilindiyini söylərək yaşadığı evdə axtraış aparacaqlarını bildirmişlər. Bundan sonra yaşadığı evə keçirilən baxış zamanı həyətyanı sahədə gizlətdiyi avtomat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etdi ki, ailəlidir, 2 yetkinlik yaşlarına çatmayan uşaqları var. İşğaldan azad olunmuş Ağdərə rayonunda iş olanda işləmişdir. Silahı işğal ərazisində həyətdən tapmış, özü ilə götürmüşdür. Silahı götürməkdə heç bir başqa niyyəti olmamışdır. Silahı gətirib evində gizlətmişdir. Sonra polislər onun həyətindən silahı aşkar etmişlər. Əməlindən peşmandır, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir. 2 övladı var. Nəzərə alınmasını xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə Ağdam rayon Orta Qərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına getmişlər və orada Təqsirləndirilən şəxs evin həyət qapısının önünə dəvət edərək ona qanunsuz olaraq odlu silah əldə etməsində saxlamasında şübhəli olduğunu və evində, həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, Təqsirləndirilən şəxs yazılı ərizə ilə müraciət edərək etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan taxta materiallı şkafın altından bir ədəd avtomat saxladığını bidirmişdir. Bundan sonra onlar həyətə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən taxta materiallı şkafın alt hissəsində gizlətdiyi 01 ədəd Kalaşnikov avtomatını gizlətdiyi yerdən çıxararaq onlara təqdim etmişdir. Daha sonra həmin avtomat tərəflərindən qablaşdırılaraq möhürlənib götürülüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd avtomat silahını Ağdərə rayonu ərazisində yerləşən hazırda xatırlamadığı evlərdən birinin həyətindən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi izahatını təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Orta Qərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında dərhal yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına getmişlər, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək evə baxılmasına etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində olan taxta materiallı şkafın altından bir ədəd avtomat saxladığını bidirmişdir. Bundan sonra onlar həyətə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən taxta materiallı şkafın alt hissəsində gizlətdiyi 01 ədəd Kalaşnikov avtomatını gizlətdiyi yerdən çıxararaq onlara təqdim etmişdir. Daha sonra həmin avtomat tərəflərindən qablaşdırılaraq möhürlənib götürülüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd avtomat silahını Ağdərə rayonu ərazisində yerləşən hazırda xatırlamadığı evlərdən birinin həyətindən tapdığını bildirmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Orta Qərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına getmişlər və orada Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının önünə dəvət edərək ona qanunsuz olaraq odlu silah əldə etməsində saxlamasında şübhəli olduğunu və evində, həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, Səbuhi ərizə ilə müraciət edərək etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində olan taxta materiallı şkafın altından bir ədəd avtomat saxladığını bidirmişdir. Bundan sonra onlar həyətə daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində yerləşən taxta materiallı şkafın alt hissəsində gizlətdiyi 01 ədəd Kalaşnikov avtomatını gizlətdiyi yerdən çıxararaq onlara təqdim etmişdir. Daha sonra həmin avtomat tərəflərindən qablaşdırılaraq möhürlənib götürülüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd avtomat silahını Ağdərə rayonu ərazisində yerləşən hazırda xatırlamadığı evlərdən birinin həyətindən tapdığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 iştirak etməmiş, onun ifadəsi elan edilmişdir ki, onun ifadəsi də bundan əvvəl ifadə vermiş şahidlərin ifadələri ilə eyni məzmunludur. 16 mart 2025-ci il tarixdə X1 Protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən 01 ədəd avtomat aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Həmin görüntülər 01 ədəd “DVD” diskə köçürülüb maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Məhkəmə Ballistik Ekspertizası barədə KTİnin 17 mart 2025-ci il tarixli, 3-13-11/2-3309/2025 saylı RƏYindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd, DT-9033 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1963-cü ildə istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə etmə və saxlama cinayət əməlini törətmiş, 2025-cü ildə istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən DT-9033 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1963-cü ildə istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə üçün yararlı 01 ədəd avtomatı Ağdam rayon Orta Qərvənd kəndində yerləşən evin həyətyani sahəsində olan taxta materialdan olan şkafın altına saxlamışdır. Məhkəmə tədqiq olunan subutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü həmin əməli törətməkdə səmimi olaraq təqsirli bildi, əməlini etiraf etdi ki, onun həmin əməli törətməsi həmçinin iş üzrə şahidlərin ifadələri, toplanmış sair sübutların məcmusu ilə də təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 11 aprel 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X3 Dispanserinin 02 aprel 2025-ci il tarixli, 439 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 X2 Ağdam Şəhər Poliklinikasının 03 aprel 2025-ci il tarixli, 18-1-21/3-1076/2025 saylı tibbi arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanası PHŞ-in Narkoloji Kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 iyun 2025-ci il tarixli, 357 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda Orta Qərvənd kəndində qeydiyyatda olmaqla, yaşayır. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə hazırda müsbət xarakterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşmançılıq bildirməsini, ilk dəfə olaraq ictimai təhlükəli əməl törətməsini, himayəsində 2 nəfər övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, 18 mart 2025-ci il barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin müddət CM-nin 69-cu maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınacaq. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsinin maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində aşkar edilmiş DT- 9033 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1963-cü ildə istehsla olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə üçün yararlı 01 ədəd avtomat müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 /altı/ ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X4 Cəzaçəkmə Müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından dərhal həbsə alınsın, hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində aşkar edilmiş DT- 9033 nömrəli, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1963-cü ildə istehsla olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə üçün yararlı 01 ədəd avtomat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar