Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-45/2024 19.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və 18 aprel 2023-cü il təvəllüdlü X6 qanuni nümayəndəsi X7, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci ildə Ağdam rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olan, Ağdam rayonu Qaradağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı-Əfətli kəndlərarası avtomobil yolunun 1-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlama xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmamalı, qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunu etməyərək, “Yol hərəkəti haqqında” Azərbayca Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, avtomobillə 80 km/saat sürətlə Ağdam rayon Xındırıstan kəndi istiqamətində hərəkətdə olan zaman, hərəkətin soluna doğru hərəkət edib 1.1 üfüqi nişanlama xəttini keçib Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətdində olan əks istiqamətli hərəkət zolağına daxil olub avtomobilin qabaq sağ hissəsi, Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs4 40 km/saat sürətlə idarə etdiyi “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Quzanlı qəsəbəsi istiqamətin sağından səkinin başladığı yerdən sola doğru 3,4 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 21063” markalı avtomobildə olmuş sərnişin X3 ağ ciyərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, bədən səthinin əzilmiş yaraları, sıyrıqları və qançırları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq hadisə yerində ölməsində, bundan başqa “VAZ 21063” markalı avtomobildə olmuş sərnişinlər azyaşlı X1 vəziyyətlə müşayiət olunan orta ağır dərəcəli qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ təpə sümüyünün xətti sınığı, İ boyun fəqərəsinin arxa çıxıntısının xətti sınığı, sol qamış sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı, sağ gicgah nahiyəsinin hematoması ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs3 kəskin qanitirmə ilə müşayiət olunan sol sirkə kassasının çoxqəlpəli yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sağ qasıq oturaq sümüklərinin yerdəyişməyən sınığı, qarının küt travması, kiçik çanaqda retroperitoneal hematoması ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sağ qasıq sümüyünün qasıq oturaq birləşməsinə yaxın yerdəyişməyən sınığı, alt çənə nahiyəsinin çapıq torxuması ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs1 hər iki bur sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, travmatik şok İİ dərəcə, sağ qasıq oturaq sümüklərinin yerini dəyişməyən sınıqları, sağ üst göz qapağının, sağ dirsək oynağının arxa səthinin, sağ sağrının bayır səthinin, sağ budun yuxarı 1/3-nin bayır səthinin əzilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına və “VAZ 21063” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sol said və sol əl nahiyələrinin səthi əzilmiş yaraları, təpə nahiyəsinin əzilmiş yarası, sağ əl, sol gicgah, sağ diz, sağ dirsək, sol dirsək nahiyələrinin sıyrıqları, sol mil sümüyünün sınığı, dirsək sümüyünün bizvari çıxıntısının qopmuş sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili atası X4 "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə lizing alğı-satqı müqaviləsi ilə 16000 manat məbləğində üç illik kreditlə almışdır, hər ay ödəniş etmişlər, MMC tərəfindən atasının və onu adına avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. 01 may 2024-cü il tarixdə saat 13:20 radələrində o, idarə etdiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsindən yaşadığı Qaradağlı kəndinə gedərkən Ağdam rayonu Quzanlı-Əfətli kəndlərarası avtomobil yolunun 1-ci kilometriyi ilə yolun sağ hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkət olan zaman tələsdiyim üçün qarşıda onunla eyni zolaqla hərəkətdə olan markasını və qeydiyyat nişanını bilmədiyi avtomobili ötmək üçün ağ düz nişanlanma xəttini keçib əks istiqamətli hərəkət zolağına daxil olmuş, bu zaman görmüşdür ki, çıxdığı zolaqla markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir, o, toqquşmadan yayınmaq üçün avtomobili sola doğru istiqmətləndirmiş, həmin vaxtı “VAZ 21063” markalı avtomobil öz hərəkətinin sağına, yəni onun avtomobilini çəkdiyim istiqamətə istiqamətləndirmiş və avtomobilinin qabaq sağ hissəsi həmin avtomobilin qabaq sağ hissəsinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra “VAZ 21063” markalı avtomobil yerində qalmış, onun avtomobili isə yolun sol kənarına çıxaraq dayanmışdır. Hadisə nəticəsində o, sağ əlimdən xəsarət almışdır. O, avtomobildən düşmüş, toqquşduğu avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlərin xəsarət aldıqlarını görmüşdür. Sonra hadisə yerinə polislər və təcili tibbi yardım gəlmiş, xəsarət alanları oradan xəstəxanaya aparmışlar. Sonra hadisə yerinə gəlmiş müstəntiq tərəfindən onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, tərtib edilmiş protokola və sxemə imza etmişdir. Sonradan ona məlum olmişdur ki, “VAZ 21063” markalı avtomobildə olmuş sərnişin adını sonradan bildiyim Zülfiyyə adlı qadın aldığı xəsarətlərdən vəfat etmişdir. Hazırda tutduğu əməldən peşman olmasını bildirərək məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 yaxın qohumu olan hüquqi varisi və zərər çəkmiş şəxs 18 aprel 2023-cü il təvəllüdlü X6 qanuni nümayəndəsi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X5 onun arvadı idi, xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşlar, həmin nigahdan xx.xx.2023-cü il təvəllüdlü X12 adında övladları vardır. 01 may 2024-cü il tarixdə saat 13:20 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinin yaxınlığında Quzanlı-Əfətli yolunu 1-ci kilometrliyində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına daxil olaraq həmin vaxt öz hərəkət zolağında hərəkətdə olan atası Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə atasının idarə etdiyi avtomobildə digər sərnişinlərlə yanaşı oğlu 18 aprel 2023-cü il təvəllüdlü X12 bədən xəsarətləri almış, arvadı Zülfiyyə Zeynallı isə vəfat etmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir və onun qanunamüvafiq cəzalandırılmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi “VAZ 21063” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. 01 may 2024cü il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi “VAZ 21063” markalı avtomobillə Ağcabədi rayonu Boyat kənindən yaşadığı Ağdam rayonu Xaçınçay qəsəbəsinə gedirmiş. Avtomobilində mərhum gəlini X5, gəlinin iş yoldaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Məleykə adlı müəllimə olmuş, bundan başqa avtomobildə oğlu Xaliq Əliyevlə gəlini Zülfiyyə Zeynallının körpə övladları Fateh Əlizadə də olmuşdur. O, avtomobili idarə etmiş, gəlini Zülfiyyə avtomobildə qabaqda sərnişin qismində oturmuşdur, arxada sol tərəfdə Məleykə, ondan sonra Nüyvər, ondan sağda Pərvanə, lap sağda isə Türkan əyləşmidir. Körpə nəvəsi Fateh isə Pərvanənin qucağında oturmuşdur. O, Ağdam rayonu Quzanlı-Əfətli kəndlərarası avtomobil yolunun 1-ci kilometriyi ilə sağ zolaqla Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. O, Ağdam rayonu Quzanlı köçkün qəsəbəsinin yanından keçən zaman Zərərçəkmiş şəxs1 orada düşürmək üçün sürətini yavaşlatmış, 40 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı o, görmüşdür ki, qarşıdan markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə qarşısı ilə hərəkətdə olan markasnı və qeydiyyat nişanını bilmədiyim avtomobili ötmə edib ağ düz xətti keçib onun yoluna çıxışdır, toqquşmamaq üçün sükanı sola çəkmiş və ayağını tormoza atmışdır, bu zaman “Mercedes Bens E350” markalı avtomobil qabaq sağ tərəfi ilə onun avtomobilinin qabaq sağ hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma zamanı avtomobili toqquşma yerində dayanmış, “Mercedes Bens E350” markalı avtomobil isə onun hərəkətdə olduğu zolağın sağına doğru istiqamətlənib yol kənarında yerləşən şəhid lövhəsinə dəyib dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almış, avtomobildə qabaqda oturan gəlini Zülfiyyə aldığı bədən xəsarətlərindən vəfat etmişdir. Avtomobilində olan digər qadınlarla yanaşı körpə nəvəsi də xəsarət almışdır. Hadisə yerinə toplaşmış tanımadığı şəxslər onları avtomobildən çıxmağa kömək etmişlər, onları təcili tibbi yardımla Ağdam rayon xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalandırılmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ağdam rayonu İmamqulubəyli kəndində yaşayıram. Ağdam köçkünlər tam orta məktəbdə texiki işçi işləyir. Zülfiyyə Zeynallı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Məleykə adlı müəlimlər iş yoldaşlarıdır. 01 may 2024-cü il tarixdə saat 13 radələrində işdən çıxan zaman mərhum iş yoldaşı Zülfiyyənin qayınatası Zərərçəkmiş şəxs4 özünün idarə etdiyi “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onları da evə aparmaq üçün avtomobilinə mindirmişdir. Həmin vaxtı avtomobildə qabaqda sağda sərnişin qismində Zülfiyyə oturmuş, arxada sol tərəfdə Məleykə, daha sonra Nüyvər, daha sonra o, ondan sonra isə sağda Türkan oturmuşdur. Onlar gələrkən yolda Ağdam rayonu Böyükbəyli kəndində Zülfiyyənin atası evindən Zülfiyyənin azyaşlı övladı Fateh Əlizadəni də götürmüşlər, o, Fatehi qucağımda saxlamışdır. Ağdam rayonu ərazisində xatırlamadığı yerdə Vidadi avtomobili saxlamış və Məleykə avtomobildən düşmüş və onlara demişdir ki, həyat yoldaşı gəlib obu götürəcəkdir. Bundan sonra Vidadi avtomobili idarə edərək hərəkətini davam etdirmişdir. Onlar Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olduqları zaman qəfildən qarşıdan gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ düz xətt üzərindən keçib onların hərəkətdə olduğumu zolağa çıxıb gəlib Vidadinin idarə etdiyi avtomobillə toqquşmuşdur. O, xəsarət almışdır, bundan sonra nə baş verməsini xatırlamamışdır. Hadisədən sonra onları Ağdam rayon xəstəxanasına aparmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və o, bilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Boyat kəndində yerləşən Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. X8ə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Məleykə adlı müəllimləri təxminən 2023-cü ilin oktyabr ayından tanımışdır, həmin şəxslərlə birlikdə Boyat kənd orta məktəbində işləmişlər. Onlar hər gün yaxın qohumlarının avtomobilləri ilə işə gedibgəlmişlər. 01 may 2024-cü il tarixdə saat 13 radələrində işdən çıxan zaman, iş yoldaşı Zülfiyyənin qayınatası Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə gələrək onları Ağdam rayonuna evə aparmaq üçün götürmüşdür. Həmin vaxta qabaqda sərnişin qismində Zülfiyyə otumuşdur, arxada sol tərəfdə Məleykə, daha sonra Nüyvər, sonra Pərvanə, ən sağda isə o, oturmuşdur. Onlar gələrkən Ağdam rayonu Böyükbəyli kəndində Zülfiyyənin atası evindən azyaşlı oğlu Fateh Əlizadəni də götürmüşlər, Fatehi Pərvanə qucağında saxlamışdır. Ağdam rayonu ərazisində Xındırıstan kəndini keçdikdən sonra adını bilmədiyi yerdə Vidadi avtomobili saxlamış, Məleykə həyat yoldaşının onu gəlib götürəcəyini deyərək avtomobildən düşmüşdür. Sonra Vidadi avtomobili idarə edib hərəkətini davam etdirdi. Onlar Ağdam rayonu Quzanlı qəsəbəsinə çatan zaman, yolun sağ hərəkət zolağı ilə hərəkətdə olduqları zaman qəfildən qarşıdan onların hərəkət zolağına keçib onlara doğru hərəkət edən “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onların avtomobili ilə toqquşmuşdur. Bundan sonra nə baş verməsini xatırlamamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və o, bilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Boyat kəndində yerləşən 114 saylı Ağdam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləyir, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Məleykə adlı müəlimə onun iş yoldaşlarıdır. Onlar birlikdə hər gün biri-birilərinin yaxın qohumlarının avtomobilləri ilə iş yerlərinə gedib gəlmişlər. 01 may 2024-cü il tarixdə saat 13 radələrində işdən çıxarkən iş yoldaşı Zülfiyyənin qayınatası Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbdən onkları götürüb Ağdam rayonuna yola düşmüşlər. Avtomobildə qabaqda sağda Zülfiyyə oturmuşdur, arxada sol tərəfdə Məleykə, daha sonra o, ondan sağda Pərvanə ən sağda isə Türkan oturmuşdur. Onlar gələrkən yolda Ağdam rayonu Böyükbəyli kəndində Zülfiyyənin atası evindən Zülfiyyənin azyaşlı oğlu Fateh Əlizadəni də evə aparmaq üçün götürmüşlər və Pərvanə uşağı qucağında saxlamışdır. Ağdam rayonu ərazisində Xındırıstan kəndini keçdikdən sonra adını bilmədiyi yerdə Vidadi avtomobili saxlamış, Məleykə həyat yoldaşının gəlib onu aparacını deyərək avtombildən düşmüşdür. Sonra Vidadi avtomobili idarə edib hərəkətini davam etdirmişdir. Onlar Ağdam rayonu Quzanlı qəsəbəsinə çatan zaman, Vidadi idarə etdiyi avtomobillə sağ zolaqla hərəkətdə olmuş, qəfildən qarşı hərəkət zolağından “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil əks zolağa daxil olub onlara doğru gəlib Vidadinin avtomobili ilə toqquşmuşdur. Qəzadan sonra heç bir şeyi xatırlamadığını bidirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və o, bilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. Ona görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsindən idarə etdiyi “VAZ 21011” minik markalı **-BO-*** qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Xındırıstan kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxtı yolda ondan təxminən 300 metr qarşıda Ağdam rayonu Xındırıstan kəndi istiqamətində hərəkətdə olan “Mercedes Benz E350” minik markalı avtomobilin qarşı hərəkət zolağına çıxaraq Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ 21063” markalı avtomobillə toqquşmuş, yolun kənarında olan şəkil lövhəsinə dəyib dayanmışdır, “VAZ 21063” markalı avtomobil isə hərəkətdə olduğu zolaqda yolun ortasında yola perpendikulyar şəkildə dayanmışdır. O, hadisə yerinə çatdıqda “VAZ 21063” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərin və sürücününü xəsarət aldıqlarını, sərnişinlərdən birinin isə öldüyünü öyrənmişdir. O, hadisə yerinə çatan zaman ətrafdakı insanlarla birlikdə “VAZ 21063” markalı avtomobildə olan sərnişinləri avtomobilə çıxarmağa başı qarışdığından, “Mercedes Benz E 350” markalı avtomobilin sürücüsünün xəsarət alıb-almadığını bilməmişdir. Sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş, xəsarət alanları Ağdam rayon xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2108 nömrəli ekspertizasının rəyindən görünür ki, “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayca Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayca Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 1692/K nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və mütafetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar kannabionid aşkar edilməmişdir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü tarixli 11 nömrəli rəyindən görünür ki: X3 bədənində olan xəsarətlər – ağ ciyərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli sınığı, bədən səthinin əzilmiş yaraları, sıyrıqları və qançırları – həyatidirlər, ölümdən az əvvəl törənmişdir, xx.xx.2024-cü il tarixə uyğun gəlir, küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X3 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar qabırğaların çoxsaylı sınıqları ilə ağ ciyərlərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, X6 bədənində olan xəsarətlər – komatoz vəziyyətlə müşayiət olunan orta ağır dərəcəli qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ təpə sümüyünün xətti sınığı, İ boyun fəqərəsinin arxa çıxıntısının xətti sınığı, sol qamış sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı, sağ gicgah nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 223 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər – kəskin qanitirmə ilə müşayiət olunan sol sirkə kassasının çoxqəlpəli yerdəyişmiş sınığı, sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, sağ qasıq oturaq sümüklərinin yerdəyişməyən sınığı, qarının küt travması, kiçik çanaqda retroperitoneal hematoma - küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində olan xəsarətlər – sol said və sol əl nahiyələrinin səthi əzilmiş yaraları, təpə nahiyəsinin əzilmiş yarası, sağ əl, sol gicgah, sağ diz, sağ dirsək, sol dirsək nahiyələrinin sıyrıqları, sol mil sümüyünün sınığı, dirsək sümüyünün bizvari çıxıntısının qopmuş sınığı – küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 192 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər – sağ qasıq sümüyünün qasıq oturaq birləşməsinə yaxın yerdəyişməyən sınığı, alt çənə nahiyəsinin çapıq torxuması – küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 191 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər – hər iki bur sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, travmatik şok İİ dərəcə, sağ qasıq oturaq sümüklərinin yerini dəyişməyən sınıqları, sağ üst göz qapağının, sağ dirsək oynağının arxa səthinin, sağ sağrının bayır səthinin, sağ budun yuxarı 1/3-nin bayır səthinin əzilmiş yaraları – küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. -X10, İmtahan və Texniki-Baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 214/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə BC kateqoriyalı BD807485 nömrəli sürücülük vəsiqəsi verilmişdir. -xx.xx.2024-cü il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Xocavənd rayon İHB-nın Əmirallar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələrindən və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Beləliklə də məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 maddəsi ilə təqsirli bilinməli, ona CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdrilməli və o, məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə 306 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü seçərkən bu cəza növünün onun islah olunmasına təsir dərəcəsini, eləcə də ailə vəziyyətini və bu cəzanın onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi, zərər çəkmiş şəxs 18 aprel 2023-cü il təvəllüdlü X6 qanuni nümayəndəsi və mülki iddiaçı X11 təqsirləndirilən mülki cavabdeh Təqsirləndirilən şəxs garşı mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində ona dəymiş 311000 (üç yüz on bir min) manat məbıləğində maddi zərərin əvəzi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısialınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Cinayət Prosessual Məcəlləsinin 181.5-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Cinayət Prosessual Məcəlləsinin 187.1.-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, zərərçəkmiş şəxs X3 dəfn, yas mərasimlərini keçirilməsi və digər xərcləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 10000 manat ziyan tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 ödənilməli, mülki iddiaya münasibətdə Təqsirləndirilən şəxs 120 manat dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Mülki iddia qalan hissələrdə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut “Mercedes Bens E350” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 306 (üç yüz altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 10000 (on min) manat ziyan tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 ödənilsin. Mülki iddiaya münasibətdə Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. Mülki iddia qalan hissələrdə təmin edilməsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-45/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-45/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver