Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-45/2025 16.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Ağdam rayon Qızıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Qızıllı kəndində qeydiyyatda olmaqla, hazırda Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 228.1-ci və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “171243953” nömrəli, 7,62 mm kalibrli, Rusiya Federasiyasında “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, “AK-103” markalı, döyüş təyinatlı, saz, atəş açmaq üçün yararlı, 01 ədəd yivli-odlu avtomat silahını, “AK-103” (AK, AKM, AKS, AKMS) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd sandıqçanı, 7,62 mm kalibrli “AK-103”, “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 29 ədəd patronu və zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 01 (bir) ədəd süngü-bıçağı qanunsuz əldə edib idarə etdiyi “Mercedes Benz 1528 yük” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda 16 mart 2025-ci il saat 21:20-dək, yəni rayonun Bənövşələr qəsəbəsi ərazisində idarə etdiyi “Mercedes Benz 1528 yük” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb rayon polis şöbəsinə gətirilməklə rayon polis şöbəsinin inzibati binasının həyətində həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundan aşkar olunub götürülənədək qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi, döyüş sursatını və soyuq silahı qanunsuz olaraq qəsdən əldə edib daşıyaraq saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay bundan əvvəl o Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş layihə üzrə heyvan daşınması ilə əlaqədar işğaldan azad edilmiş Xocalı rayonu ərazisinə getmişdir. Orada olan yaşayış evlərinə baxan zaman sahibsiz yaşayış evinin birindən yataq dəstinin altından 01 ədəd “Kalaşnikov” avtomatı, süngü bıçağı və darağı ilə birlikdə bükülü vəziyyətdə tapmışdır. Həmin darağa baxan zaman daraqda 29 ədəd patronun olduğunu görmüşdür. Həmin avtomatı, süngü bıçaqı və daraqı idarə etdiyi yük avtomobilinin arxa yük hissəsində olan iribuynuzlu heyvanların ayaqaltına ataraq gizlətmişdir. Sonra həmin heyvanları göstərilən yerə boşaltdıqdan sonra tapdığı avtomatı, darağı və süngü bıçağı Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən atası Yusif Hüseynovun yaşadığı evə gətirmiş və həyətyanı sahədə torpağa basdırmışdır. Bundan atasının xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixdə basdırdığı silahı uzaqlaşdırıb kənara atmaq məqsədilə basdırdığı yerdən çıxarmış və idarə etdiyi “Mercedes Benz 1528 yük” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsinə yerləşdirmişdir. Ağdam rayonu, Bənövşələr qəsəbəsi ərazisində polis əməkdaşları avtomobili saxlatdırmışlar və onun rayon polis şöbəsinə dəvət etmişlər. Sonra onun idarə etdiyi “Mercedes Benz 1528 yük” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı yük avtomobilinin salonundan 01 ədəd avtomat, bir ədəd daraq içərisində 29 ədəd güllə və 01 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. O, törətdiyi əməli könüllü etiraf etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona cəza təyin edərkən bu kimi halları nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını saxlaması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Ağdam rayon Bənövşələr qəsəbəsi ərazisində tərəfimizdən saxlanılaraq Ağdam rayon polis şöbəsinin cərimə meydançasına gətirilmişdir. Burada Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Əkbərzadə tərəfindən şübhəli şəxs qismində tutuluqdan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Mercedes markalı **-BV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bükülmüş vəziyyətdə 01 ədəd avtomat, həmin avtomatın üzərinə bağlanmış 01 ədəd daraq, həmin darağın içərisində 29 ədəd güllə və avtomatın yanından 01 ədəd süngü bıçaq aşkar edilərək qablaşıdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilərək oxunmuş və onlar həmin protokola imza etmişlər. Baxış zamanı avtomobildən başqa iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya prdetmet aşkar edilməmişdir. Daha sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildi lakin sonuncunun üzərindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilə baxış keçirilmiş, lakin baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya prdetmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını saxlaması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Ağdam rayon Bənövşələr qəsəbəsi ərazisində tərəfimizdən saxlanılaraq Ağdam rayon polis şöbəsinin cərimə meydançasına gətirilmişdir. Burada Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Əkbərzadə tərəfindən şübhəli şəxs qismində tutuluqdan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Mercedes markalı **-BV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bükülmüş vəziyyətdə 01 ədəd avtomat, həmin avtomatın üzərinə bağlanmış 01 ədəd daraq, həmin darağın içərisində 29 ədəd güllə və avtomatın yanından 01 ədəd süngü bıçaq aşkar edilərək qablaşıdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilərək oxunmuş və onlar həmin protokola imza etmişlər. Baxış zamanı avtomobildən başqa iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya prdetmet aşkar edilməmişdir. Daha sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildi lakin sonuncunun üzərindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilə baxış keçirilmiş, lakin baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Ağdam rayon Bənövşələr qəsəbəsi ərazisində saxlanılaraq Ağdam rayon polis şöbəsinin cərimə meydançasına gətirilmişdir. Burada Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Əkbərzadə tərəfindən şübhəli şəxs qismində tutuluqdan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Mercedes markalı **-BV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bükülmüş vəziyyətdə 01 ədəd avtomat, həmin avtomatın üzərinə bağlanmış 01 ədəd daraq, həmin darağın içərisində 29 ədəd güllə və avtomatın yanından 01 ədəd süngü bıçaq aşkar edilərək qablaşıdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilərək oxunmuş və onlar həmin protokola imza etmişlər. Baxış zamanı avtomobildən başqa iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya prdetmet aşkar edilməmişdir. Daha sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildi lakin sonuncunun üzərindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilə baxış keçirilmiş, lakin baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya prdetmet aşkar edilməmişdir. Bütün istintaq hərəkətləri “Panasonic” markalı videokamera vasitəsilə videoçəkilişlə həyata keçirilmiş və həmin videokameradan istifadə etməklə videoçəkilişi o, aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sürsatını saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Ağdam rayon Bənövşələr qəsəbəsi ərazisində saxlanılaraq Ağdam rayon polis şöbəsinin cərimə meydançasına gətirilmişdir. Burada Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Əkbərzadə tərəfindən şübhəli şəxs qismində tutuluqdan sonra onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Mercedes markalı **-BV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan bükülmüş vəziyyətdə 01 ədəd avtomat, həmin avtomatın üzərinə bağlanmış 01 ədəd daraq, həmin darağın içərisində 29 ədəd güllə və avtomatın yanından 01 ədəd süngü bıçaq aşkar edilərək qablaşıdırılıb götürülmüşdür. Bundan sonra protokol tərtib edilərək oxunmuş və onlar həmin protokola imza etmişlər. Baxış zamanı avtomobildən başqa iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya prdetmet aşkar edilməmişdir. Daha sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildi lakin sonuncunun üzərindən istifadəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən mənzilə baxış keçirilmiş, lakin baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya prdetmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Kompleks məhkəmə ballistik və soyuq silah ekspertizanın xx.xx.2025-ci il tarixli 3/334;3/335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah Rusiya Federasiyasında “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, 7,62 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, “AK-103” markalı, “171243953” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahdır, sazdır və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça “AK-103” (“AK”, “AKM”, AKS”, “AKMS”) markalı avtomat silahlarının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş 29 ədəd predmet 7,62 mm kalibrli “AK-103”, “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarındaistifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli patronlar, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. -Ağdam rayon İcra Hakimiyyəti başçısının Boyəhmədli kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2025-ci il tarixli 130 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Boyəhmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qızıllı kəndində qeydiyyatdadır. -Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 228.1-ci və 228.5-ci maddələri tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.5-ci maddələri ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının, xx.xx.2015-ci il təvəllüdlü Uğur Hüseynovun, xx.xx.2018-ci il təvəllüdlü Mələk Hüseynovanın olmasını, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun ilk dəfə az ağır cinayətin törətməsi, onun səmimi peşmançılığını, onun məcbiri köçkün və ikinci Qarabağ müharibəsinin veteranı olması və dövlət tərəfindən onun “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medları ilə təltif edilməsi, habelə onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci və 228.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndiyi maddələrin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza təyin etməklə onun islah olunması və cəzanın məqsədlərini təmin edilməsini mümkün hesab etmir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 228.5-ci maddələri ilə təqsirli bilinməli, ona CM-nin 228.1-ci və 228.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun 16 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdrilməli və o, məhkəmə iclas zalından həbs olunmalı, cəza çəkməsinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi subutlar- “171243953” nömrəli, 7,62 mm kalibrli, Rusiya Federasiyasında “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, “AK-103” markalı, döyüş təyinatlı, saz, atəş açmaq üçün yararlı, 01 ədəd yivli-odlu avtomat silahı, “AK-103” (AK, AKM, AKS, AKMS) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd sandıqça, 7,62 mm kalibrli “AK-103”, “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 29 ədəd patron və zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, istifadə üçün yararlı bir ədəd süngü-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməli, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza təhqiqatın dəyəri 96 manat ondan tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd edilən cəza növünü seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və onun üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkməsi müddətinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut “171243953” nömrəli, 7,62 mm kalibrli, Rusiya Federasiyasında “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, “AK-103” markalı, döyüş təyinatlı, saz, atəş açmaq üçün yararlı, 01 ədəd yivli-odlu avtomat silahı, “AK-103” (AK, AKM, AKS, AKMS) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilməyən 01 ədəd sandıqça, 7,62 mm kalibrli “AK-103”, “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarda, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 29 ədəd patron və zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən, istifadə üçün yararlı bir ədəd süngü-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin, 01 ədəd DVD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(013)-45/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-45/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver