Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-47/2024 05.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Ağdam Rayon Çıraxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olmayan, Çıraxlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs - CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədilə 2024-cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda Ağdam Rayonu Çıraxlı kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin təxminən 0,001 hektarında əkərək yetişdirdiyi, ümumi təmiz çəkisi 50 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 17 iyul 2024-cü il tarixdə saat 17-50-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib götürülənədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini yumşaldaraq alaq otlarından təmizləyib, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Bu əməllərinə görə ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, Ağdam Rayonu Çıraxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə özünə məxsus evdə tək yaşayır, subaydır. Təxminən 2021-ci ildən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin iyun ayında dəqiq xatırlamadığı gündə və vaxtda yaşadığı Çıraxlı kəndinin ərazisində piyada gəzərkən yolun kənarında “Argo” markalı siqaret qutusunu görmüş, həmin qutu diqqətini cəlb etdiyindən qutunu götürüb baxdıqda orada 03 ədəd toxum olduğunu görmüş və əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən həmin toxumların çətənə bitkisinə məxsus olduğunu tanımışdır. Həmin toxumları özü istifadə etmək məqsədilə əkmək üçün götürüb yaşadığı evə aparmış, qutunu isə xatırlmadığı yerdə tullamışdır. Həmin toxumları bir neçə gündən sonra yaşadığı evin həyətyanı sahəsində bir-birinə çox yaxın məsafədə əkmiş, sonra həmin toxumları tez-tez suvarmışdır. Toxumlar bitdikdən sonra onlara qulluq etmişdir. Belə ki, həmin bitkiləri tez-tez suvarmış, diblərini yumşaltmış və diblərində bitən alaq otlarını təmizləmişdir. 17 iyul 2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis şöbəsinin əməkdaşları evə gələrək özlərini təqdim etməklə evinin həyətyani sahəsinə və evinə baxış keçirəcəklərini və bu baxışın video çəkiliş vasitəsilə aparılacağını bildirmiş, onlara etiraz etməmişdir. Polis əməkdaşları ondan evində və evinin həyətində qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuşlar, həmin vaxt polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib–becərdiyini bildirmişdir. Sonra polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin həyətyanı sahəsində əkdiyi 3 ədəd narkotik tərkibli çətənə kollarını aşkar etmişlər. Bitkilərin uzunluğu polis əməkdaşları tərəfindən ölçülmüş, kökləri torpaqdan çıxarılaraq qablaşdırılmış, sənədləşdirilmiş, imzalarla təsdiq edilmiş, sair qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 şahid qismində istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, 2009-cu ildən daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam Rayon Polis Şöbəsinə rayonun Çıraxlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilibbecərilməsi, saxlanması və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Mütəxəssis dəvət edərək dərhal yaradılmış əməliyyat qrupu ilə kəndə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gedərək evinə və həyətyani sahəsinə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, bu barədə ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 17-25 dəqiqədə Ə.Allaverdiyevin yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi başlanmış, ağacların arasında bir-birinə çox sıx olaraq torpağa əkilmiş 03 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Kolların uzunluğu ölçülmüş, onların 75 sm, 63 sm və 42 sm olması müəyyən edilmişdir. Mütəxəssis qismində dəvət olunmuş Şahid4 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və sənədləşdirilərək imzalarla təsdiq edilmişdir. Yaşayış evində baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, sair hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid4 göstərmişdir ki, 2023-cü ildən X3 İnkişaf Mərkəzində bitikiçilik sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Ağdam rayon polis şöbəsinin əməkdaşları əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Ağdam rayonu Çıraxlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə və evə baxış keçirilməsində mütəxəssis kimi iştirak etməyini ondan xahiş etmişlər. O, polis əməkdaşları ilə birlikdə videogörüntüdən istifadə edilməklə Ağdam rayonu Çıraxlı kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evə və həmin evin həyətyani sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında bir-birinə çox sıx olaraq torpağa əkilmiş 03 ədəd narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmin kolların uzunluğu ölçülərkən uzunluqlarının müvafiq olaraq 75 sm, 63 sm və 42 sm olması müəyyən edilmişdir. Baxış zamanı o, həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, eləcə də, həmin bitkilərə aqrotexniki qulluq olunmasını müəyyən etmişdir. Həmin bitkilər yerindən çıxarılmış, qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 qismində istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, 2016-cı ildən daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə rayonun Çıraxlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkilərin əkilibbecərilməsi, saxlanması və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Mütəxəssis dəvət etmişlər və dərhal əməliyyat qrupu ilə Çıraxlı kəndinə getmişlər. Saat 17-25 dəqiqədə Ə.Allaverdiyevin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, meyvə ağaclarının arasında bir-birinə çox sıx olaraq torpağa əkilmiş 03 ədəd narkotik tərkibli bitkiyə bənzər kollar aşkar edilmişdir. Mütəxəssis qismində dəvət olunmuş Şahid4 həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə bənzədiyini, eləcə də həmin bitkilərə aqrotexniki qulluq olunmasını bildirmişdir. Kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və sənədləşdirilərək imzalarla təsdiq edilmişdir. Evə baxış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 da istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi və bundan əvvəlki şahidlərlə eyni məzmunlu ifadə verdi. Məhkəmə-bioloji ekspertizasının 18 iyul 2024-cü il tarixli, 16/788 saylı RƏYindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Ağdam rayonu Çıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli maddəyə bənzər kütlələr” adlar və imzalar olan sintetik kisədəki 3 ədəd ümumi təmiz çəkisi 50 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid4 17 iyul 2024-cü il tarixli RƏYinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ağdam Rayon Ağdam rayonu Çıraxlı kəndində evə və həmin evin həyətyanı sahəsinə sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin həyətində meyvə ağaclarının əhatəsində bir-birinə sıx şəkildə torpağa əkilmiş 03 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, hər hansı əlavə və qeyd daxil olmamışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2024-cü il tarixli, 1652 saylı RƏYindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etdiyi bitkilər aşkar edilib götürülmüş, onun bu cinayət əməlləri özünün səmimi etirafları ilə yanaşı işin materiallarında olan digər sübutların məcmusu ilə də tam təsdiq edilir, həmçinin onun həmin əməli törətməsi məhkəmə iclasında şahidlərin ifadələri ilə təsdiq olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirini səmimi olaraq etiraf etdi, digər sübutlar onun təqsirli sayılması üçün yetərlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmiş və o, təqsirli bilinərək həmin maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndinin 3-cü bəndində nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qərarda həmçinin məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəjəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır . Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 iyul 2024-cü il tarixli ARAYİŞından görünür ki, Təqsirləndirilən şəxs dairənin Çıraxlı kəndində qeydiyyatda olmaqla orada yaşayır və təsərrüfatda təkdir, yaşayış yerindən müsbət xarakterizə olunur. X2 surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2019-cu il təvəllüdlü Səkinə adlı azyaşlı övladı var və Ağdam Rayon İcra və Probasiya Şöbəsinin 07 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, həmin uşağın saxlanılması üçün hər ay Təqsirləndirilən şəxs 130 manat aliment tutulur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlini etiraf etməsini, peşmançılıq bildirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir, məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini /tamamilə və ya günün müəyyən vaxtlarında/ və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən islah olunması mümkündür, ona görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, bu cəza onun islah olunması üçün yetərlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı inzibati ərazi vahidini onun cəzasına nəzarət edən müvafiq orqanın icazəsi olmadan tərk etməsinə məhdudiyyət qoyulmalıdır. Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə tutulmuş, 18 iyul 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin müddət cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabnetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan, çəkisi 49,94 qram olan 03 ədəd çətənə (kannabbis) bitkiləri məhv edilməlidir. 32,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, sair məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356- 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 /dörd/ gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 1 /bir/ il 05 /beş/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məzdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 07-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi subut olan və Ağdam Rayon Polis Şöbəsində saxlanılan 49,94 qram qalmış 03 ədəd çətənə (kannabbis) bitkiləri məhv edilsin. 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-47/2024
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-47/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver