Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-48/2025 05.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Rzalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə 2025-ci ilin aprel ayının sonlarında istintaqla dəqiq müəyyən edilə bilinməyən gün və vaxtda qardaşı Şahid5 qanunsuz əldə etdiyi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,72 qram, 1,43 qram, 2,59 qram və 1,68 qram olmaqla ümumi təmiz çəkisi 6,42 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 5,7 qram olan hissəsini Ağdam rayonu Rzalar kəndində yaşadığı fərdi yaşayış evinin qonaq otağında stolun üzərində olan “West” markalı siqaret qutusunun içərisində 30 aprel 2025-ci il saat 08:33-dək, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,72 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə işlədiyi Ağdam rayon Rzalar kəndində yerləşən bərbərxanada olan şüşə materiallı qabın içərisində 30 aprel 2025-cü il saat 08:50-dək, yəni Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub götürülənədək satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitəni satmaq məqsədi olmamış, xəstə olduğu üçün özünün istifadəsi üçün saxlamışdır. Müharibə vaxtından narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni ona çəkmək üçün qardaşı Tahir vermişdir. Marixuana cəmi dörd büküm olmuş, onlardan üç bükümü yaşadığı evdə, bir bükümü isə bərbər işlədiyi bərbərxanada saxlamışdır. İki dəfə insult, bir dəfə infarkt xəstəliyi keçirmişdir. Şahid4 qonşu kəndin sakini kimi tanımış, onun və Məcidin arvadı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində bir yerdə işləmişlər. Məcidlə münasibəti yaxşı olmamış, işlədiyi bərbərxanaya Məcidi buraxmamışdır. Məcid əvvəllər ailəsi ilə birlikdə ermənilərə tərəf keçmək istəmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Məcid ona zəng vuraraq uşaqlarının saçını qırxmasını ondan xahiş etmiş, o, da arvadlarının bir yerdə işlədiklərinə görə Məcidin uşaqlarının saçını qırxmışdır. Heç kimə, o cümlədən Məcidə narkotik vasitə satmamışdır. Narkotik vasitə əldə etdiyinə görə tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində bir azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən 30 aprel 2025-ci ildə Mahirin yaşadığı evə və bərbər işlədiyi yerə baxış keçirmişlər. Mahirin yaşadığı evdən üç büküm, işlədiyi bərbərxanadan bir büküm marixuanaya oxşar maddə aşkar edilmişdir. Şahid4 bu hadisə ilə bağlı tanımışdır. Lakin əvvəllər Şahid4 ermənilərə tərəf keçmək istədiyini eşitmişdir. Əməliyyat məlumatı aldıqları vaxt Mahirin Məcidə narkotik vasitə satması məlum olmamış, bu hal sonradan polisə məlum olmuşdur. Ağdam Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və X1 baş innspektor-kriminalisti Şahid3 şahid qismində məhkəmədə dindirilərkən Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə vermişlər. Şahid qismində məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Mahiri qonşu kənddə yaşayan saç ustası kimi tanımışdır. Mahirə bir dəfə uşaqlarının saçını, bir dəfə isə özünün saçını qırxdırmışdır. Özünün üz-başını qırxdırarkən Mahirə üz-başına görə 4 manat vermiş, həmin vaxt Mahirdən balaca bükümdə narkotik vasitə alaraq 6 manat pul vermişdir. Mahiri marixuana satan şəxs kimi tanımamış, sadəcə kənddə çayxanada 1-2 nəfərdən eşitmişdir ki, Mahir marixuana satır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)-13/2025 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etdiyi qardaşı - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Şahid5 barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmışdır. Üzrlü səbəblərdən məhkəmədə iştirak etməyən Şahid5 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elan olunmuşdur. Şahid5 həmin ifadəsində göstərmişdir ki, özü təxminən bir ildir narkotik vasitə istifadəçisidir. Təxminən 2-3 ay əvvəl ona mobil telefon vasitəsi ilə zəng gəlmiş, ona zəng edən şəxs qadın olmuş, lakin o İran Respublikasının vətəndaşı olmasını bildirsə də adını ona deməmişdir. Həmin şəxs ona narkotik maddə lazım olduğu təqdirdə onunla əlaqə saxlamağını bildirmişdir. Bakı şəhəri ərazisində olan zaman bir neçə dəfə həmin şəxsə zəng edərək narkotik vasitə marixuana bitkisinin qurudulmuşunu almışdır. Qadına zəng edərək ona narkotik maddə lazım olduğunu bildirmiş, həmin şəxsə məxsus olan kart hesabına 50 manat atdıqdan sonra Sabunçu rayonunda yerləşən «Bolmart» mağazasının qarşısında tanımadığı kişi cinsindən olan şəxs narkotik maddəni kibrit qutusunda ona təhvil vermişdir. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra 2025-ci ilin aprel ayının sonlarında dəqiq xatırlamadığı vaxtda həmin qadın ona zəng edərək xeyli miqdarda narkotik maddəsinin olduğunu və ona satmaq istədiyini bildirmiş, o da qadınla razılaşmış, bundan sonra narkotik maddəni ona gətirən şəxslə həmişə görüşdüyü Sabunçu rayonu ərazisində yerləşən «Bolmart» mazağasının yaxınlığında dayanaraq onu gözləmiş, həmin şəxs ona zəng edərək onun olduğu yerdə polis əməkdaşlarının olduğunu bildirmiş, o da həmin şəxs polis əməkdaşlarının ərazidə daimi xidmət apardıqlarını bildirmişdir. Bir qədər keçdikdən sonra həmin şəxs ona yenidən zəng edərək onun olduğu ərazinin yaxınlığında olan zibiliyin yanına getməyini bildirmiş, o da sözügedən yerə getmişdir. Zibillikdə olan qutuların yanında bir ədəd qara rəngli sellofan bağlamanın olduğunu görmüş, bağlamanı açan zaman içərisində narkotik maddələrin və bir ədəd elektron tərəzinin olduğunu görərək onları götürmüşdür. Daha sonra tanımadığı taksi ilə Ağdam rayonuna gəlmiş, onun həmin qadınla danışığı həmin ona verilən narkotik maddə müqabilində ona 10 gün müddətində 6000 manat pul verməsindən ibarət olmuşdur. Qadına götürdüyü maddələrin müqabilində pul verməmişdir. Narkotik vasitələri yaşadığı Ağdam rayonunun Rzalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində yerləşən yardımçı tikilidə gizlətmişdir. Bundan bir neçə gün sonra Ağdam rayonu Rzalar kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində olan zaman qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün Mahirə qəbul etməsi məqsədi ilə yardımçı tikilidə olan şkafın üzərində yerləşən kapron qutuya yığmış olduğu narkotik maddələrdən dəqiq çəkisini bilmədiyi miqdarda dörd ədəd kağız bükümə yığaraq vermiş, bunun müqabilində Mahirdən pul almamışdır. Təqsirləndirilən şəxs istifadə etməsi məqsədi ilə narkotik vasitə verərkən dörd ədəd kağız bükümdə vermişdir. Daha sonra Mahir oradan çıxaraq getmişdir. 30 aprel 2025-ci ildə saat 08 radələrində yaşadığı evdə olarkən evin həyət qapısının döyüldüyünü eşitmişdir. Qapıda olan şəxsin kimliyini öyrənmək məqsədi ilə küçəyə çıxmışdır. Küçəyə çıxarkən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onun narkotik vasitələrin əldə edilməsində və dövriyyəsində şübhəli olduğumu bildirmiş və barədə tərtib edilmiş əməliyyat qərarını ona təqdim edərək yaşadığı evə, evin həyətyanı sahəsinə, yardımçı tikiliyə baxış keçiriləcəyini bildirmişlər. O, yazılı ərizə ilə müraciət edərək yaşadığı evə, həyətyani sahəyə, yardımçı tikiliyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı iləa yaşadığı evə və yardımçı tikiliyə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin həyətyani sahəsində yerləşən yardımçı tikilidə olan taxta materiallı şkafın üzərindəki karton qutudan dörd ədəd kağız bükümdə, iki ədəd plastik qabda narkotik vasitələri və bir ədəd elektron tərəzini aşkar edərək qablaşdırıb götürmüşlər. Təqsirləndirilən şəxs istifadə etməsi məqsədi ilə narkotik vasitə verərkən dörd ədəd kağız bükümdə vermişdir Məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 16/403 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs işlətdiyi Ağdam rayon Rzalar kəndində yerləşən bərbərxanadan aşkar olunmuş içərisində marixuanaya bənzər kütlə olan 01 ədəd kağız büküm» yazı və imzalar olan kağız paketdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evində West markalı siqaret qutusunun içərisindən aşkar olunmuş 03 ədəd içərisində marixuanaya bənzər kütlə olan 01 ədəd kağız bükümlər» yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,43 qram, 2,59 qram, 1,68 qram, ümumi təmiz çəkisi 5,70 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 6,42 qram olmuş, tədqiqata 0,16 qram (hər obyektdən 0,04 qram) sərf edilmiş, qalıq 6,26 qram təşkil edir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətindədir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X5 xx.xx.2025-ci il tarixli 18-1-21/3- 1521/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həmin X5 poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evdən və işlədiyi bərbərxanadan aşkar edilmiş cəmi dörd ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,72 qram, 1,43 qram, 2,59 qram və 1,68 qram olmaqla ümumi təmiz çəkisi 6,42 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana satmaq niyyətində olmasını təsdiq etmək üçün məhkəməyə ittiham tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmş cəmi 6,42 qram qurudulmuş marixuananın çəkisinin 6,42 qram və dörd bükümdə olması da özü-özlüyündə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin sözügedən narkotik vasitəni satmaq niyyətində olmamasına dəlalət edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən 01 may 2025-ci ildə cinayət işi başlanılarkən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin yaşadığı evdən və işlədiyi bərbərxanadan aşkar edilərək götürülmüş qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla onun əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehlak etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması məhkəmə baxışında sübut olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən və işlədiyi bərbərxanadan aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün ittiham tərəfindən məhkəməyə mötəbər sübut, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi barədə dəlillər təqdim edilməmişdir. İşə baxılarkən məlum olduğu kimi Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Məhkəmə baxışında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməmişdir. Qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin o, heç vaxt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə ona ittiham elan olunmamışdır. Şahid4 ibtidai istintaq orqanında ifadə verərkən Təqsirləndirilən şəxs 10 manata, məhkəmədə dindirilərkən isə ziddiyyətli fikir söyləyərək 6 manata narkotik vasitə əldə etdiyini bildirmişdir. Təqsirləndiriən şəxs isə istər ibtidai istintaq orqanında, istərsə də məhkəmədə verdiyi ifadəsində heç kimə, o cümlədən Şahid4 narkotik vasitə satmadığını bildirmişdir. Bu səbəbdən, həmçinin heç bir sübut olmadığından məhkəmə Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satmadığı qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satması hər hansı bir sübutla təsdiq olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və işlədiyi bərbərxanadan aşkar edilmiş içərisində müxtəlif çəkilərdə dörd bükümdə narkotik vasitə olan dörd ədəd bükümlərin çəkisi müxtəlif olmuş, onlar üzərində çəkisi göstərilməmiş və başqa işarə vurulmamışdır. Bu hal ona dəlalət edir ki, narkotik vasitə bükümlərə ayrılması Təqsirləndirilən şəxs üçün əhəmiyyət kəsb etməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bu səbəbdən ittiham elan edilmişdir ki, satış məqsədi ilə 2025-ci ilin aprel ayının sonlarında istintaqla dəqiq müəyyən edilə bilinməyən gün və vaxtda qardaşı Şahid5 qanunsuz əldə etdiyi dörd ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,72 qram, 1,43 qram, 2,59 qram və 1,68 qram olmaqla ümumi təmiz çəkisi 6,42 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana satış məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə baxılarkən məlum olmuşdur ki, onun ittihamda göstərildiyi kimi qanunsuz olaraq narkotik vasitə əldə etdiyi qardaşı Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)- 13/2025 saylı qərarı ilə barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmışdır. Şahid5 satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxladığına görə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid5 satış məqsədi ilə dörd bükümdə narkotik vasitə əldə edəcəyi təqdirdə, Şahid5 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən əlavə olaraq həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə də, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tərəfindən törədildiyinə görə tövsif edilməli idi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 11:52-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(013)-14/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(013)-45/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması, 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66-cı maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həbsdə saxlanıldığı üç ay on üç gün müddət altı ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla üzərində qəti olaraq iki il beş ay dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(013)-45/2022 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza üzrə məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdığından həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 7(013)-08/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş qəti olaraq iki il beş ay dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş iki il beş gün hissəsi bir il iki gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü ildən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)-746/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2024-cü ildə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar olmasa da, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(013)-45/2022 saylı hökmü ilə olan məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməsi və təyin olunmuş cəza ilə islah olunmayaraq yenidən cinayət törətməsi şəxsiyyətini xarakterizə edən haldır. Bu səbəbdən məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi ona cəza təyini zamanı nəzərə almağı məqsədə müvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirəndirildiyi maddənin saknsiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə islah etmək mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, cəzanın təyin edilmə əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmalarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 6,26 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş xx.xx.2025-ci il tarixdə baxış keçirilməsini özündə əks edirən iki ədəd «DVD» diski iş materiallarında saxlanılmalıdır. 30,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarında olan müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olmaqla Ağdam Rayon Polis Şöbəsində saxlanılan 6,26 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işinə maddi sübut kimi əlavə edilmiş hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən iki ədəd «DVD» diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil X2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-48/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-48/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver