Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-5/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)-14/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(025)-28/2024 saylı hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-489/2024 saylı, 23 dekabr 2024-cü il tarixli hökmünə əsasən qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 3800 manat cərimə cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli Qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya şöbəsinin müdiri, həkim laborant vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Ağdam Rayonu Əfətli kəndinin sakini Zərərçəkmiş şəxs aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibarından istifadə edərək sonuncunun qaynı Şahid1 Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sürücü vəzifəsinə təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib həmin işin həll olunması müqabilində rayonun Quzanlı Qəsəbəsində yerləşən “ŞİR-ŞİR” adlı Kafedə Zərərçəkmiş şəxs 2500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə qəsdən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməllərini etiraf etdi, zərərçəkmiş şəxsə vurduğu zərər məbləğini ödədiyini, bunun nəzərə alınmasını bildirdi və istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanımış, aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs onun iş yerinə gələrək qaynı Şahid1 iş axtardığını, sonuncunu həmin mərkəzdə sürücü vəzifəsində işə düzəltməyi ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs qaynı Şahid1 2500 manat müqabilində Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində sürücü vəzifəsində işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya şöbəsinin müdiri vəzifəsində işlədiyindən Zərərçəkmiş şəxs onun həmin məsələni həll edəcəyindən əmin olaraq həmin məbləği verməyə razılaşmış və oradan ayrılaraq getmişdir. Bundan bir neçə gün sonra 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs qaynı Şahid1la birlikdə Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onu yaxınlıqda yerləşən "ŞİR-ŞİR" kafesinə dəvət edərək orada söhbət etmək istədiyini bildirmiş, orada görüşmüşlər, S.Məhərəmov qaynı Şahid1 yanında ona 2500 manat pul vermişdir. Zərərçəkmiş şəxs qaynı Şahid1 aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və sürücülük vəsiqəsinin surətlərini istəyib götürmüş, bir qədər söhbət edib ayrılmışlar. Zərərçəkmiş şəxs qaynı Şahid1 2023-cü ilin aprel ayının 1-dək Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sürücü vəzifəsinə işə düzəldəcəyini bildirsə də, sonradan həmin ştat vahidində boş yer olmadığı üçün Zərərçəkmiş şəxs iyun ayının 1-dən sonra düzələcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin may ayının 6-da insult keçirdiyi üçün səhhətində problemlər yaranmış və Şahid1 işə düzəltmək üçün almış olduğu 2500 manat pulu sağlamlığı ilə bağlı dərman və vasitələrə, eləcə də digər şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs qaynı Şahid1 həmin işə düzəlmək istəmədiyini deyib ona vermiş olduğu pulu tələb etmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsini bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona vurulan zərər məbləğinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini, hazırda heç bir şikayət və ya tələblərinin olmamasını bildirdi, həmçinin istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanımış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvələr Tərtər Rayon Mərkəzi Xəstəxanasında həkim işləmiş, daha sonra Ağdam Rayon Quzanlı Qəsəbəsində yerləşən Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. 2023cü ilin yanvar ayında Mətanətin yeni işini təbrik etmək məqsədilə onun iş yerinə getmişdir. Orada Mətanətlə söhbət əsnasında sonuncuya qaynı Şahid1 üçün iş axtardığını bildirmiş və münasib iş olacağı təqdirdə ona xəbər etməsini xahiş etmişdir. Mətanət ona narahat olmamağı, iş olacağı təqdirdə xəbər edəcəyini bildirmişdir. Bundan sonra 2023-cü ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Ağdam Rayonu Quzanlı Qəsəbəsində görüşərək sonuncuyla həmin məsələ barədə söhbətləşərkən Təqsirləndirilən şəxs ona mərkəzdə sürücü vəzifəsinin boşalacağını, Vüqarı həmin vəzifəyə işə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində isə 3000 manat pul verməli olduğunu bildirmişdir. Səhəri gün Vüqarla birlikdə Mətanətin işlədiyi idarəyə getmişlər. Orada Mətanətlə görüşdükdən sonra sonuncuyla birlikdə qəsəbəndə yerləşən “Şır-Şər” adlı Kafeyə getmiş, orada Mətanətlə 2500 manat pula razılaşmışlar və həmin pulu orada Vüqarın yanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mərkəzdə laboratoriya şöbəsinin müdiri vəzifəsində işlədiyindən o, Təqsirləndirilən şəxs onun qaynı Vüqarı işə düzəldəcəyindən əmin olmuşdur. Sonradan isə iş düzəlməmişdir. Ona dəymiş maddi ziyan hazırda Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən onun heç bir şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının həyat yoldaşıdır, münasibətləri normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin mart ayının əvvəllərində yeznəsi Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs adlı tanışının onu Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini, lakin bunun müqabilində 3000 manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Həmin vaxt Samirə özünün pulu olmadığını, işə düzəldikdən sonra müəyyən məbləğdə pul verə biləcəyini bildirdikdə Samir onun işə düzəlməsi üçün özünün Mətanətə 2500 manat pul verə biləcəyini bildirmişdir. Növbəti gün, yəni 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Samirlə birlikdə Ağdam Rayonu Quzanlı Qəsəbəsinə Mətanətin işlədiyi Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə getmişlər. Orada Mətanətlə görüşdükdən sonra sonuncuyla birlikdə “Şır-Şər” adlı Kafeyə getmiş, orada Samir Mətanətlə onu işə düzəltməsi üçün 2500 manat pula razılaşmış və Samir həmin pulu orada onun yanında Mətanətə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisdir, sonuncuyla münasibəti normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin oktyabr ayında xatırlamadığı gündə günorta saatlarında yaşadığı Ağdam Rayonu Əfətli kəndində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs ona qaynı Şahid1 Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sürücü vəzifəsinə düzəlməsini təmin etmək üçün həmin mərkəzdə şöbə müdiri işləyən Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında ondan 2500 manat pul aldığını, lakin Vüqarı həmin işə düzəlməsini təmin etmədiyini, eləcə də həmin pulu ona qaytarmadığını bildirmişdir. Həmin vaxt xatırlamadığı mobil nömrəylə Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən xatırlamadığı mobil nömrəyə zəng edərək özünü təqdim etmiş və həmin şəxsin Zərərçəkmiş şəxs pul alıb-almadığını soruşmuşdur. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, sonuncudan 2500 manat pul aldığını və aldığı pulu həmin həftənin 4-cü günü qaytaracağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefon danışığı başa çatmışdır. Təqsirləndirilən şəxs ilə mobil telefonla danışarkən Zərərçəkmiş şəxs onun danışığını mobil telefonun videokamerası ilə qeydə almışdır. Məhkəmə iş materiallarını tam öyrənib, məhkəmə iclasında təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, ittiham və müdafiə tərəfininin dəlillərini təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafları ilə yanaşı sair sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərfindən CM-nin 178.2.3-cü maddəsi ilə tövsifini əsaslı hesab edir, ona təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 159 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında həmin mərkəzdə laboratoriya şöbəsinin müdiri, həkim laborant vəzifəsində işləməyə başlamış, işlədiyi müddətdə işə işçi götürmək kimi səlahiyyəti olmamış, 2023-cü ilin aprel ayında öz ərizəsinə əsasən Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzində tutduğu vəzifədən azad edilmişdir. Tərtər MRX-nın 28 oktyabr 2024-cü il tarixli, 18-1-75/2-1254/2024 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Tərtər RMX PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materillarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2500 manat pul verdiyi “Şır-Şır” kafesi Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşir. Baxış zamanı fotocədvəl tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş və həmkəndlisi Şahid2 ilə Təqsirləndirilən şəxs telefon danışıqlarının səslərinin əks olunduğunu bildirdiyi 01 ədəd DVD diskdə Təqsirləndirilən şəxs 01 dəqiqə 57 saniyə davam edən səslərin tanımadığı şəxslə ona məxsus olduğu, həmin danışığın mobil telefon vasitəsiylə özünü Zərərçəkmiş şəxs qohumu kimi təqdim edən şəxslə onun arasında olduğu, həmin şəxslə Zərərçəkmiş şəxs sonuncunun qaynı Şahid1 işə düzəltmək adıyla aldığı 2500 manat pulu qaytaracağı ilə bağlı danışdığı, onunla telefonda danışan videogörüntüdəki şəxsi tanımadığı məlum olur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2-ci (CM 74) maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qəbələ Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və cinayət işi xx.xx.2024-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş Tərtər Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, PX0018652/24-66-02 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilməsi barədə Tərtər Rayon Məhkəməsinin hökmü və hökmün icrası barədə göstəriş Tərtər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və məhkum qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimədən 200 manatı ödənilmiş, hazırda ödənilməmiş 3800 manat cərimə cəzası qalmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(025)-28/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə və 3800 manat cərimə cəzasına məhkum edilmişdir. Müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin 1(107)-489/2024 saylı, 23 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli hökmü əsas cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 3800 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən məhkəmə aşağıdakıları qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin 1(107)-489/2024 saylı, 23 dekabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 3800 manat cərimə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə törətdiyi cinayət əməlini barəsində çıxarılmış hökmdən əvvəl, yəni 2023-cü ilin mart ayında törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən CM-nin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində “CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər” sözləri “Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər” sözləri ilə əvəz edilmişdir. Orada göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Təqsirləndirilən şəxsi səciyyələndirən hallar : Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-78-1/2-50/2024 saylı ARAYİŞ və XASİYYƏTNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunur. Tərtər MİTİS-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 509 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, Ə.Paşayev küçəsi, ev 08/09 evdə (yataqxana) ailə tərkibi olan anası, 1950-ci il təvəllüdlü Lüdmila Sadıqova və qardaşı, 1984-cü il təvəllüdlü Fuad Hüseynzadə ilə yaşayır. İş materiallarından görünür ki, X2, Veteranları və X7 X4 08 yanvar 2018-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs "VƏTƏN NAMİNƏ" medalı ilə təltif edilmişdir. Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən Təqsirləndirilən şəxs "44 günlük" VƏTƏN MÜHARİBƏSİ günlərində arxa cəbzədə fədakar və nümunəvi xidmətinə görə FƏXRİ DİPLOMLA təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 051 saylı Hərbi Hissə komandiri tərəfindən Təqsirləndirilən şəxs vətən müharibəsində yaralı hərbi qulluqçulara tibbi yardımın göstərilməsində və təxliyəsində fərqləndiyinə görə FƏXRİ FƏRMANla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 056 saylı Hərbi Hissə komandiri tərəfindən Təqsirləndirilən şəxs "26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü" münasibəti ilə FƏXRİ FƏRMANla təltif edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs 08 dekabr 2024-cü il tarixdə yazdığı ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilib, Təqsirləndirilən şəxs ilə barışıb, heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşını, ictimai həyatda ümumən müsbət xarakterizə edilməsini, dəfələrlə vətən uğrunda xidmətlərinə görə təltif edilməsini, zərərçəkmiş şəxsə vurduğu zərər məbləğini tam ödəməsini, zərərçəkmişlə barışıq əldə etməsini /mad. 59.1.12, 59.1.13/, əməlini etiraf etməsini, peşmançılıq bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi hazırkı iş üzrə zərər məbləği ödənilmiş, təqsirli şəxsə qarşı hər hansı şikayət və ya tələb yoxdur. Qeyd olunanlara və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini hazırda əsaslandırmaq mümkün deyil, məhkəmənin qənaətincə bu hal cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olar. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edilərkən törədilmiş cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirkar şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri, cinayətin törədilməsindən sonra təqsirkar şəxsin davranışları, əməlin ictimai təhlükəliliyini azaldan hazırkı hallar nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır ki, məhkəmə bu qaydada cəza təyin edilməsini cəzanın məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin əvvəllər də mülkiyyət əleyhinə olan cinayət əməlləri törətməsini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nın 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməli, o, dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyul 2024-cü il tarixdə azad edilmiş, yenə də 27 avqust 2024-cü il tarixdə tutulmuş və həmin tarixdə azad edilmiş, sonra isə məhkəmə hökmü çıxarılarkən 23 oktyabr 2024-cü il tarixdə tutulmuş və 23 dekabr 2024-cü il tarixdə azad edilmiş, beləliklə də bu işlə bağlı 2 ay 3 gün saxlanılmışır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə 1 gün 2 günə hesabı ilə hesablanılmaqla təyin olunan ümumi cəzasından çıxılmalıdır. Həmçinin Tərətr Rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə təqdim etdiyi 21 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, M.X3 Məhkəməsinin yuxarıda qeyd olunan 23 dekabr 2024-cü il tarixli Qərarından sonra 28 dekabr 2024-cü il tarixdə cəzasının çəkilməsi ilə bağlı həmin şöbədə qeydiyyata götürülmüş, cəzasının 24 gününü çəkmiş, hazırda çəkilməmiş 2 il 7 cəzası qalmaqdadır, təyin edilmiş 3800 manat cərimə cəzası ödənilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla CM-nin 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmçinin barəsində dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməli, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əsasən Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin 1(107)-489/2024 saylı, 23 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə əlavə cəza hissəsində qismən toplanılmaqla, əsas cəza hissəsində əhatə olunmaq yolu ilə ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş 3800 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun üzərinə qanunla nəzərdə tutulan bir sıra vəzifələr qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan dəymiş, həmin maddi ziyan ödənilmişdir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələləri CM-nin 99-cu maddəsinin müddəaları baxımından müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs barəsində Ağdam Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərarı ilə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Maddi sübut kimi tanınmış Şahid2 ilə Təqsirləndirilən şəxs mobil telefon danışıqlarının görüntü və səslərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzasını icra edən orqanda, Tərtər Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürüldüyü 28 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 2 /iki/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 1 /bir/ il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 2 /iki/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin 1(107)-489/2024 saylı, 23 dekabr 2024-cü il tarixli Qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması və 3800 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş əlavə cəzaya münasibətdə qismən toplanılmaqla, hazırkı hökmlə təyin edilmiş əsas cəzaya münasibətdə cəzaları əhatə edilməklə ona qəti olaraq 02 /iki/ il 6 /altı/ müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 /üç/ il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 3800 /üç min səkkiz yüz/ manat cərimə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 03 gün müddət, həmçinin saxlanıldığı 23 oktyabr 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək olan 2 ay müddət olmaqla, ümumilikdə 2 ay 3 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanılmaqla 4 ay 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 /iki/ il 7 /yeddi/ ay 24 /iyirmi dörd/ gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan saat 07-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı 28 dekabr 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Maddi sübut kimi tanınmış Şahid2 ilə Təqsirləndirilən şəxs mobil telefon danışıqlarının görüntü və səslərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-5/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-5/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver