Məhkəmə qərarları › İş №1(013)-50/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-50/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-50/2024 26.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Vəkil X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Ağdam Rayon Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İİİ qrup müharibə əlili, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Zəngişalı kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı Ağdam Rayon Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinin həyət qapısının qarşısında dayanmaması barədə dəfələrlə irad tutmasına baxmayaraq sonuncunun xx.xx.2024-cü il tarixdə, saat 19-00 radələrində yenidən onun yaşadığı evin həyət qapısının qarşısında daş parçasının üzərində oturduğunu görüb ona irad tutması nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir dəfə burun nahiyəsinə zərbə endirərək sonuncunun burun sümüyünün yerini dəyişməmiş sınığı, burun beli və burun kökü nahiyəsinin qançırı və sıyrığı, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi, həmçinin zərərçəkmiş şəxslə barışdığını, məhkəməyə ərizə təqdim etdiyini, barəsində olan cinayət təqibinə xitam verilməsini bildirdi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə rayonun Zəngişalı kəndində yaşayır, evlidir. Zərərçəkmiş şəxs tanıyır, onun qonşusudur, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Sadiq onun yaşadığı fərdi yaşayış evinin həyət qapısının qarşısında oturduğuna görə dəfələrlə Sadiqə öz iradını bildirib orada oturmamasını tələb etmişdir. Buna səbəb onun evinin həyət qapısının açılması anında həyətinin görünməsi, həmçinin orada oturan şəxslərin nalayiq ifadələr işlətməsi olmuşdur. Lakin Sadiq onun sözlərinə məhəl qoymaraq dəfələrlə həmin yerdə əyləşmiş, bu azmış kimi yanında olan hazırda xatırlamadığı şəxslərlə nalayiq ifadələr işlətmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat təxminən 19-00 radələrində yaşadığı evin həyət qapısını açaraq küçəyə çıxan zaman Sadiqin yenidən evinin qarşısında olan daş parçasının üzərində oturduğunu görmüşdür. Sadiqə öz iradını bildirərək burda oturmamasını bildirmiş, onların arasında mübahisə yaranmağa başlamışdır. Həmin vaxt həmkəndliləri Vasif və Zahir onları aralaşdırdıraraq yaşadıqları evlərinə göndərmişlər. Təxminən 3-4 dəqiqə sonra yenidən küçəyə çıxanda Sadiqin küçədə qardaşı Mehmanla söhbət etdiyini görmüş və arxadan Sadiqə yaxınlaşaraq burun nahiyəsinə bir dəfə yumruqla zərbə endirmiş, zərbənin təsirindən Sadiq yerə əyləşmişdir. Bundan sonra özü yaşadığı evə qayıtmış, həyətdən baltanı götürüb küçəyə çıxmışdır ki, Sadiqgilin üzərində oturduğu daşları parçalasın. Lakin sonra fikrindən daşınmış və yaşadığı evə qayıtmışdır. Sadiqə evinin qarşısında oturmamasını irad bildirdikdən sonra aralarında mübahisə baş vermişdir. Sadiqi bir dəfə yumruqla burun nahiyəsinə vurmuşdur. Sadiqi vurarkən orada qardaşı Mehman və Vasif olmuş, sonra isə ora Etibar və Zahir gəlmişlər. Hadisə Zəngişalı kəndində yaşadıqları küçənin baş tərəfindən keçən asfalt yolun kənarında baş vermiş, hadisə zamanı Sadiq onu vurmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı ətrafa heç bir ziyan dəyməmişdir. O, Sadiqi baltalayacağını bildirməmişdir. Baltanı atdığı yeri hazırda xatırlamır, bu səbəbdən istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etdiyini bildirdi, həmçinin təqsirləndirilən şəxslə barışdığını, məhkəməyə barışıq ərizəsi təqdim etdiyini, başqa şikayət və ya tələbinin olmamasını bildirdi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə rayonun Zəngişalı kəndində yaşayıgöstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşusudurlar, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 19-00 radələrində yaşadığı evə gələrkən küçədə azyaşlı övladı Binyamin qarşısına gələrək ondan “marojna” almaq üçün bir manat pul istəmiş, 1 manat pul çıxararaq oğluna vermiş və küçələrinin baş tərəfindən olan daşın üstündə oturub övladının marketdən qayıtmasını gözləmişdir. Bu zaman qonşusı Rəhman yaşadığı evin həyət qapısından çıxaraq ona “mən hər qapıdan çıxanda səni görməliyəm, burada dayanma” demişdir. Rəhmana övladının marketdə olduğunu, burada oğlunu gözlədiyini bildirmişdir. Bundan sonra onların aralarında mübahisə yaranarkən həmkəndliləri Vasif və Zahir qaçaraq yanlarına gəlmiş, onları aralaşdırmışlar. Zahir onu öz evlərinə tərəf, Vasif isə Rəhmanı evlərinə tərəf aparmışdır. Daha sonra övladının marketdə olduğu üçün yenidən küçəyə çıxmış, övladının gəldiyini görmüş və onun qarşısında getmişdir. Övladı ilə birlikdə Rəhmanın qardaşı Mehman da onun yanına çatmışdır. Həmin vaxt onların da yanında Vasif olmuşdur. Mehmanla söhbət edərkən arxadan kiminsə əlini çiyin nahiyəsinə qoyduğunu hiss etmiş, geriyə dönəndə Rəhman qəflətən bir dəfə yumruqla onun burun nahiyəsinə zərbə endirmişdir. Orada olan şəxslər onu tutaraq yaşadığı evə tərəf aparmışlar, özü isə öz yaşadığı evə getmişdir. Daha sonra Rəhman əlinə balta götürərək yaşadığı evin həyət qapısının qarşısında dayanıb onu baltalayacağı ilə hədələmişdir. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Rəhmanın ondan küçələrinin baş tərəfində dayanmamağı tələb edərkən onların aralarında mübahisə baş vermişdir. Rəhman bir dəfə yumruqla burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Rəhman onu vurarkən orada Mehman, Vasif və azyaşlı övladı Binyamin olmuşlar. Daha sonra isə oraya Zahir və əmisioğlu Etibar gəlmişlər. Hadisə Zəngişalı kəndində yaşadıqları küçənin baş tərəfindən keçən asfalt yolun kənarında baş vermişdir. Hadisə zamanı Rəhmanı vurmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İş materiallarında olan şahidlər Şahid1, Şahid3 və X2 ifadələrində də təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrində göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 06 avqust 2024-cü il tarixli, 269 nömrəli ekspert RƏYi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün yerinin dəyişməmiş sınığı, burun beli və burun kökü nahiyyəsinin qançırı və sıyrığ küt əşyanın dəyməsi təsirindən əmələ gəlmişdir, ilk məlumatda göstərildiyi kimi xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli olması onun özünün etirafları ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, toplanmış digər rəsmi sənədlərlə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 128-ci maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsinin TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ki, ictimai təhlükəli əməl törədir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı Kənd İƏD üzrə Nümayəndəliyinin 25 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, azyaşlı övladları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla 3-cü qrup müharibə əlildir, yaşadığı yerdən müsbət xarakterizə olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən və zərərçəkmiş şəxs barışmışlar, iş üzrə hər hansı şikayət və ya tələb yoxdur. Təqdim edilmiş barışıq ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər : 40.2.1 - səmimi peşmanlıq çəkdikdə, 40.2.2 - zərər çəkmiş şəxslə barışdıqda və 40.2.3 - şərait dəyişdikdə. CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1,143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs törətdiyi, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 40-43, 321, 344, 346, 381, 383 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar