Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-50/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Elnurə Gülməmmədli məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində X2 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanması xahiş etmişdir. Xüsusi ittihamçı Elnurə Gülməmmədli şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Ağdam rayonu, Qalayçılar kəndindən məcburi köçkün düşərək ailə üzvləri ilə birlikdə rayonun Quzanlı kəndində məskunlaşmışdır. 2025-ci ildə həyat yoldaşına məxsus telefonunda adı qeyd olunmayan nömrə ilə bir neçə dəfə zəngi və vatsap yazışmalarını görmüşdür. Zəng edənin kimin olmasını bilmək üçün həmin nömrəyə vatsap vasitəsi ilə yazarkən onun əvvəllər tanımadığı X3 oldugunu bilmiş və həmin vatsap yazışmaları zamanı Vüsalə Məhərrəmova onun şərəf və ləyaqətimi alçaldaraq onu təhqir etmişdir. Həmin şikayətə əlavə edilmiş sosial şəbəkə vastəsi ilə şərəf və ləyaqətini alçaldaraq ünvanına yazılmış sözləri oldugu kimi qeyd edir : “Arvadın qəhbənin videolarını özüm gözümnən gördüm, onun bunun sikini əmir də, arvadının var-yoxunu nəslim siksin, qəhbə, elə sənin ərin düz edir gəzir ay qəhbə“ kimi nalayiq ifadələr işlənmişdir. Göründüyü kimi V.Məhərrəmova barəsində alçalıcı ifadələr işlətməklə onu təhqir etmişdir. V.Məhərrəmovanın onun barəsində yazdığı bu yalan məlumatlara görə çox ciddi mənəvi sarsıntılar keçirmiş, bu gün də özünə gələ bilmir. Ona görə də məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, V.Məhərrəmova onun şərəf və ləyaqətimi nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Xüsusi ittihamçı Elnurə Gülməmmədli məhkəməyə 25 iyul 2025-ci il tarixdə ərizə ünvanlayaraq şikayətindən imtina etmiş və məhkəmə iclasına gəlməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 məhkəmə iclası barədə məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Elnurə Gülməmmədli xx.xx.2004-cü il təvəllüdlüdür. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş V.Məhərrəmova barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət işi başlanması barədə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300-302-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X3 - barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-50/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-50/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver