Məhkəmə qərarları › İş №1(013)-51/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-51/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-51/2024 17.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ətlik heyvanların alqı-satqısında köməklik etdiyi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Səbail rayonu 20-ci sahə adlanan ərazidə qəssablıq fəaliyyəti ilə məşğul olan Şahid3 və X1 ətlik heyvanlar göndərərək gəlir əldə edəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin fevral ayından may ayındək olan müddət ərzində Ağdam rayon, Alıbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermadan hər birinin 200 (iki yüz) kiloqram təmiz əti, 2400 (iki min dörd yüz) manat dəyəri olmaqla ümumi dəyəri 33600 (otuz üç min altı yüz) manat təşkil edən 14 (on dörd) baş yerli cinsdən olan iribuynuzlu, erkək cinsli, ətlik danalarını cinayətdən xəbərsiz Şahid3 və Rafiq İsmayılova sataraq pulların 2021-ci ilin fevral ayından may ayınadək olan müddət ərzində istintaqla müəyyən edilməyən gün və vaxtda Şahid5 məxsus olmaqla onun istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4169 7388 1243 7675 nömrəli plastik karta və Şahid1 məxsus olmaqla onun istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4169 7388 6911 0548 nömrəli plastik karta köçürülməsinə nail olub nağdlaşdıraraq əldə etdiyi ümumilikdə 33600 (otuz üç min altı yüz) manatı ələ keçirməklə Zərərçəkmiş şəxs1 33600 (otuz üç min altı yüz) manat maddi ziyan vurmaqla tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ətlik heyvanların alqı-satqısında köməklik etdiyi Zərərçəkmiş şəxs1 Bakı şəhəri Səbail rayonu 20-ci sahə adlanan ərazidə qəssablıq fəaliyyəti ilə məşğul olan Şahid3 və X1 ətlik heyvanlar göndərərək gəlir əldə edəcəyi barədə yalan vəd verib aldadaraq 2023-cü ilin mart ayından aprel ayınadək olan müddət ərzində Ağdam rayon, Alıbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermadan hər birinin 200 (iki yüz) kiloqram təmiz əti, 2600 (iki min altı yüz) manat dəyəri olmaqla ümumilikdə 15600 (on beş min altı yüz) manat təşkil edən 6 (altı) baş yerli cinsdən olan iribuynuzlu, erkək cinsli, ətlik danalarını cinayətdən xəbərsiz Şahid3 və Rafiq İsmayılova sataraq Şahid3 tərəfindən Bakı şəhəri Səbail rayonu 20-ci sahə, Salyan küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat və xx.xx.2023-cü il tarixdə 1600 (min altı yüz) manat, Rafiq ismayılov tərəfindən Bakı şəhəri Səbail rayonu 20-ci sahə, Nemanzadə küçəsində yerləşən “Araz” və “Şəmkir” marketlərdə quraşdırılmış ödəmə terminalları vasitəsilə xx.xx.2023-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat və xx.xx.2023-cü il tarixdə 3000 (üç min) manat pulu Şahid5 məxsus olmaqla onun istifadəsində olan "Kapital Bank” ASC-dən verilmiş 4169 7388 1243 7675 nömrəli plastik karta, qalan hissəsini isə istintaqla müəyyən edilə bilməyən tarixlərdə plastik kartlara köçürülməsinə nail olub 2000 (iki min) manat pulu xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Xındırıstan kəndində yerləşən “SPAR” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən, 1600 (min altı yüz) manat pulu xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu Hindarx kəndində yerləşən “Planet” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus ATMdən, 2700 (iki min yeddi yüz) manat pulu xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Xındırıstan kəndində yerləşən “SPAR” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən, 3000 (üç min) manat pulu xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Bənövşələr kəndində yerləşən “Azər” marketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən, qalan hissəsini isə istintaqla müəyyən edilə bilməyən ATM-lərdən nağdlaşdıraraq əldə etdiyi ümumlikdə 15600 (on beş min altı yüz) manat pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs1 15600 (on beş min altı yüz) manat maddi ziyan vurmaqla tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ətlik heyvanların alqı-satqısında kömək etdiyi Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 mobil telefon vasitəsilə zəng edərək Zərərçəkmiş şəxs1 xəstə olmasını və sonuncunun ona Zərərçəkmiş şəxs2 məxsus iri buynuzlu ətlik heyvanları Bakı şəhərində qəssablıq fəaliyyəti ilə məşğul olan şəxslərə kəsim üçün göndərməsi barədə yalandan bildirib aldadaraq və aralarında olan inam və etibardan sui-istifadə edərək cinayətdən xəbərsiz Şahid1 ƏN-Vİ 088528 nömrəli sürücülük etibarnaməsi əsasında BC kateqoriyalı, AE 926270 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, Qaz 3302 markalı yük avtomobili ilə Ağdam rayon, Çəmənli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus həyətində olan tövlədən 2023-cü ilin mart ayının sonlarında istintaqla dəqiq müəyyən edilə bilməyən gündə və vaxtda hər birinin 260 (iki yüz altmış) kiloqram təmiz əti, 3100 (üç min bir yüz) manat dəyərində olmaqla ümumi dəyəri 18600 (on səkkiz min altı yüz) manat təşkil edən 6 (altı) baş “Anqus” sortundan olan iribuynuzlu, erkək cinsli, ətlik danalarını, 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilə bilməyən gündə və vaxtda hər birinin 260 (iki yüz altmış) kiloqram təmiz əti, 3100 (üç min bir yüz) manat dəyərində olmaqla ümumi dəyəri 12400 (on iki min dörd yüz) manat təşkil edən 4 (dörd) baş “Anqus” cinsindən olan iribuynuzlu, erkək cinsli, ətlik danalarını, 2023-cü ilin aprel ayının ortalarında istintaqla dəqiq müəyyən edilə bilməyən gündə və vaxtda 260 (iki yüz altmış) kiloqram təmiz əti, 3100 (üç min bir yüz) manat dəyərində olan 1 (bir) baş “Anqus” cinsindən olan iribuynuzlu, erkək cinsli, ətlik danasını, 2023-cü ilin aprel ayının sonlarında istintaqla dəqiq müəyyən edilə bilməyən gündə və vaxtda 260 (iki yüz altmış) kiloqram təmiz əti, 3100 (üç min bir yüz) manat dəyərində olan 1 (bir) baş “Anqus” sortundan olan iribuynuzlu, erkək cinsli, ətlik dana olmaqla ümumilikdə 37200 (otuz yeddi min iki yüz) manat dəyərində 12 (on iki) baş “Anqus” sortundan olan iribuynuzlu, erkək cinsli, ətlik danalarını Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən “Bərdə mal bazarı” adlanan heyvanların alqı-satqısı bazarında istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdiyi pulları ələ keçirib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 37200 (otuz yeddi min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadının adına kredit götürüb ona verməsini xahiş etmişdir. Arvadının adına 5500 manat kredit götürərək Həsənə vermiş, həmçinin arvadının əmək haqqı kartını da Həsənə vermişdir. Zərərçəkmiş şəxs1la şərik işləməmişlər. Həsənin fermasında olan malların satılmasına köməklik etmişdir. Həsənin fermasından 6 baş heyvanı nə özü, nə də ki oğlu Elvin götürməmişdir. Zərərçəkmiş şəxs1la birlikdə Şaiq adlı sürücü ilə Zərərçəkmiş şəxs2 qapısına getmiş və 9 baş heyvan gətirmişlər. 9 baş heyvanı əvvəl onun həyətinə düşürərək orada iki gün saxlamış, sonra isə Həsənin həyətinə aparmışlar. Həsən hər həftə ona 30-40 manat zəhmət haqqı vermişdir. Aydın ona zəng edərək demişdir ki, «Həsənə de mənim zənglərimi açsın, 30 baş heyvanımı aparıb pulumu qaytarmayıb». Həsənin yanına gedərək sonuncunun Aydına hansı məbləğdə borcunun olduğunu soruşmuş, Həsən isə Aydınla olan hesabını itirdiyini ona demişdir. Aydından mal almamışdır. Eldar və Rafiq adlı qəssabları tanımış, həmin qəssablar onun müştərisi olmuşlar. Həsən hərdən ona pul verərək başqa şəxslərə çatdırmasını tapşırmışdır. Xındırıstan kəndindən mal alarkən Həsənin 5000 manat pulu çatmamışdır. Həsən onun arvadının adına 5000 manat kredit götürərək malların pulunu vermişdir. Həsənin iştirakı olmadan fermadan mal aparmamışdır. Mahir ondan Həsənlə onun arasında olan məsələ barədə soruşduqda, hər heyvanın üstündə 100 manat olduğunu, həmin məbləğin də onun zəhmət haqqı olduğunu, dəftərdə 5000-10000 manat pul olduğunu, həmin pulun onun özünə aid olduğunu, Həsənin ona borcunun olduğunu Mahirə demişdir. Həsənlə aldığı malların pulunu ödədiyini qeyd etməklə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, maldarlıqla məşğul olur. Təqsirləndirilən şəxslə həmkəndli olmaqla aralarında normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs heyvanların çəkisindən anlayışı olduğundan və Taleh kənd camaatına alverdən borclu qaldığından 2021-ci ildə Talehə ona kömək etməsini, qarşılığında isə pul verəcəyini təklif etmişdir. Kiçikli kəndində mal olduğunu Təqsirləndirilən şəxs demiş, Talehlə birlikdə həmin heyvanı almış və 500 manat qazancları olmuşdur. 500 manatdan 300 manat özünə götürmüş, 200 manat isə Talehə vermişdir. Axşam vaxtı Taleh onu evinə dəvət etmiş, yemək yeyərkən Talehin arvadı ərinin vəziyyətinin pis olduğunu, borc yiyələrinin pulları istədiklərini deyərək Talehin borclarını qaytarmaq üçün onlara köməklik etməsini ondan xahiş etmişdir. Bir müddət Talehlə işləmiş, Talehin borclu olduğu şəxslərdən bəzilərinə borcunu qaytarmışdır. Eldar və Rafiq adlı qəssablara mal göndərmişlər. Eldar və Rafiq mallar kəsiləndən sonra onların pulunu göndərmişlər. Taleh Bakı şəhərinə 14 baş mal göndərmiş, lakin pulunu gətirməmişdir. Talehdən pulunu istəmiş, lakin sonuncu arvadının adına bankdan 5590 manat kredit götürərək ona vermişdir. Pulun az olduğuna etiraz etmiş və bundan sonra Taleh arvadına məxsus əmək haqqı kartını ona vermişdir. Taleh arvadının əmək haqqı kartını üç ay sonra ondan geri almışdır. Talehə məxsus avtomobili borclu olduğu şəxs 7300 manata görə girov götürmüşdür. Talehin hərbi xidmətdə olan oğlu ona zəng edərək atasının avtomobilini başqa şəxsdən geri qaytarmasını ondan xahiş etmişdir. Talehin borclu olduğu şəxsə 7300 manat ödəyərək avtomobili geri alıb Talehə vermişdir 2023-cü ildə Taleh ondan 12 baş mal aparmış və pulunu verməmişdir. 12 baş malın dəyərini hazırda xatırlamır. Taleh Səfərli kəndində Anar adlı şəxsdən 26000 manat dəyərindən mal almışdır. Anar ona zəng edərək heyvanları Talehə verib-verməməsini ondan soruşmuş, o isə 26000 manat dəyərində malları Talehə verməsini Anara demişdir. Həmin malların pulu gəlmədikdə Bakı şəhərində yaşayan Eldar adlı qəssabın mobil telefonunu taparaq sonuncudan pulunu istəmiş, lakin Eldar Talehin pulunu verdiyini, əlavə olaraq 8700 manat aldığını, lakin mallar göndərmədiyini ona demişdir. Talehin oğlu Elvin də onların yanında işləmişdir. Ona ümumilikdə 49200 manat ziyan dəymişdir. Taleh 5000 manat qaytarmış, qalan pulu isə borclu qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 iribuynuzlu cins malları olmuşdur. Talehlə birlikdə gedərək Aydına məxsus mallara baxmışlar. Bakı şəhərində yaşayan Eldar və Rafiq adlı qəssabları şəxsən tanımamış, onları Talehin vasitəsi ilə tanımışdır. Eldara bir dəfə Talehin razılığı ilə heyvan göndərmişdir. Təqsirləndirilən şəxs Yüzbaşılı kəndinən olan Habil, Ballar kəndindən olan Hafis adlı və başqa şəxslərə olan borcunu qaytarmışdır. Onun xəstə olduğu vaxt Taleh Aydından 12 baş malı almışdır. Xəstə olduğu vaxt 2023-cü ilin mart ayının əvvəlində təxminən bir həftə ərzində telefonu bağlı qalaraq işləməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2023-cü ilin yanvar-fervral aylarında tanışı Zərərçəkmiş şəxs1 zəng edərək onun təsərrüfatındakı 12 baş cins «anqus» sortundan olan mallara baxmasını demişdir. Həsən Talehlə birlikdə gələrək onun mallarına baxmışlar. Həsən malların yetişdiklərini və gəlib onları aparacağını demişdir. Taleh onun təsəsrrüfatında olan 12 baş dananın əvvəl 6 başını, sonra 4 başını, sonra isə iki dəfəyə hər dəfə bir başını aparmışdır. 6 baş heyvan aparılarkən Taleh özü gəlmişdir. Taleh ona zəng edərək heyvan lazım olduğunu demiş, o isə Talehə «mallar sizindi, gəl apar» demişdir. 12 baş malı Vüqar adlı şəxsin idarə etdiyi «Qazel» maşını ilə Taleh və sonuncunun oğlu Elvinlə birlikdə aparmışlar. Talehdən soruşduqda sonuncu malların Həsənin qapısında olduğunu demiş, Həsənin çobanı Samirdən soruşduqda isə «anqus» cinsli danaların onların tövləsinə gəlmədiyini demişdir. Yenidən Talehə zəng etdikdə sonuncu malların gah Həsəndə, gah qəssabda olduğunu demişdir. Bir müddət sonra Həsənə zəng edərək malın pulunu istəmişdir. Taleh ona üç dəfəyə 2000 manat, 2000 manat və 3000 manat vermişdir. Taleh ona cəmi 37200 manat ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza verilməsini və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Şahid1 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1la həmkəndli olmaqla aralarında normal münasibət olmuş, Zərərçəkmiş şəxs2 isə tanımışdır. Özünə məxsus «Qazel» markalı avtomobillə işləyir. Təqsirləndirilən şəxs ona zəng edərək Çəmənli kəndində mal alacağını demişdir. Talehin sözü ilə Çəmənli kəndinə gedərək orada olan Aydının fermasından 1-ci dəfə 6 baş, 2-ci dəfə 4 baş, 3-cü dəfə 1 baş, 4-cü dəfə 1 baş olmaqla cəmi 12 baş dana aparmışdır. 6 baş dana aparılarkən Taleh də mal aldığı həyətdə olmuşdur. Aydın fermaya sonra gəlmişdir. 6 baş heyvanı götürərək Bərdə rayonunda yerləşən mal bazarına aparmış və mallar orada satılmışdır. Hər dəfə Aydının fermasından mal apardıqda Taleh ona 15 manat vermişdir. Talehin 3-cü və 4-cü dəfə heyvan alarkən Aydının həyətində olubolmasını xatırlamır. Aydının həyətindən malları hər dəfə Talehin oğlu Elvinlə birlikdə aparmışdır. Şahid qismində məhkəmədə ifadə verən Şahid2 göstərmişdir ki, 10 ildən artıqdır Zərərçəkmiş şəxs2 fermasında fəhlə işləyir. Taleh Aydının fermasından mal aparmışdır. Talehi mal apardığı vaxt tanımışdır. Taleh Aydının fermasına gələrək Vüqar adlı şəxsin maşını ilə oradan əvvəl 6 baş, sonra 4 baş, iki dəfə isə 1 baş olmaqla cəmi 12 baş heyvan aparmışdır. Taleh 6 baş heyvan apararkən Aydın da orada olmuş, qalan vaxtlarda Taleh heyvan apararkən Aydının fermada olub-olmamasını xatırlamır. Taleh 4 dəfəyə Aydının fermasından 12 baş heyvan apardığı vaxt Zərərçəkmiş şəxs1 orada olmamışdır. Həsən Aydının fermasına Taleh oradan mal aparmamışdan bir müddət əvvəl gələrək heyvanlara baxmışdır. Şahid6 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə qohumdur. Həsən isə onun həmkədlisidir. Aydını sonradan tanımışdır. Özü maşınla mal daşımaq işi ilə məşğuldur. Zərərçəkmiş şəxs1 məxsus heyvanları Bakı şəhərinə aparmışdır. Eldar və Rafiq adlı qəssabları tanıyır. Talehlə Həsən işlədikləri vaxt dəfələrlə Eldar və Rafiqə heyvan aparmışdır. Təxminən 1 il olar ki, Eldar və Rafiqə heyvan aparmır. Eldar və Rafiqə apardıqları mallar Təqsirləndirilən şəxs məxsus olmamışdır. Talehlə Həsənin arasında olan narazılıq sonradan ona məlum olmuşdur. Şahid7 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 3 ay bundan əvvələ qədər Zərərçəkmiş şəxs1 fermasında fəhlə işləyib mal saxlamışdır. Taleh Həsənin işçisi kimi mal alıb satmışdır. Taleh çox vaxt oğlu Elvinlə birlikdə onun işlədiyi fermaya gələrək mal aparmışdır. Həsən ona zəng vuraraq Talehin gəlib heyvan aparacağını ona demiş, bundan sonra isə Taleh gələrək heyvanları aparmışdır. Talehlə Həsənin arasında olan məsələnin dərinliyini bilməmişdir. Aydının fermasından mal götürülmüş, həmin mal Həsənin fermasına gəlməmiş və bu səbəbdən Talehlə Həsən arasında narazılıq olmuşdur. Taleh Həsənin fermasından malları özü seçib aparmışdır. Həsən xəstə olub işə çıxmadığı vaxt Taleh gələrək fermadan heyvanları aparmışdır. Həsənin fermadan apardıqları malları hara aparması ona məlum olmamışdır. Şahid qismində məhkəmədə ifadə verən Şahid8 göstərmişdir ki, Taleh və Həsənlə həmkəndlidir. Zərərçəkmiş şəxs2 tanımamışdır. Təqsirləndirilən şəxs ona borcu olmuşdur. Zərərçəkmiş şəxs1 Talehin onun yanında işləyəcəyini və ona olan borcunu özünün, yəni Həsənin verəcəyini demişdir. Həsən Talehin borcunun əvəzində ona 300 manat, sonra yenidən 300 manat olmaqla cəmi 600 manat vermişdir. Talehin ona qalan borcunu sonuncunun oğlu və özü ödəmişdir. Talehlə Həsən arasında olan mübahisə barədə ona heç nə məlum olmamışdır. Şahid9 Nurəddin oğlu şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasının əmisi oğlu, Zərərçəkmiş şəxs1 isə həmkəndlisidir. Zərərçəkmiş şəxs2 tanımamışdır. Talehin Həsənə 70000 manat borcunun olduğu ona məlum olmuşdur. Bu barədə Talehdən soruşduqda sonuncu Həsənə borcunun olmadığını ona demişdir. Taleh 2-3 ət mağazasında pul olduğunu və həmin pulun onun zəhmət haqqı olduğunu ona demişdir. Talehin Həsənə borcunun olmasını sonuncudan eşitmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid3 göstərmişdir ki, 5-7 ildir Təqsirləndirilən şəxs tanımış, Zərərçəkmiş şəxs1 isə Talehin vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs2 isə tanımamışdır. Təqsirləndirilən şəxslə arasında mal alveri olmuşdur. Taleh ona mal göndərmiş, o isə malın pulunu Talehə göndərmişdir. 2021-ci ildə Talehlə işləməmişdir. 2022-ci ildən Talehlə işləmişdir. Talehin ona göndərdiyi malların kimə məxsus olmasını bilməmişdir. Malın pulunu Talehə vermişdir.Sonradan ona məlum olmuşdur ki, Talehin Həsən adlı şəriki var. Həsənə pul göndərməmişdir. Həsən ondan iki dəfə Talehin vasitəsi ilə pul götürmüşdür. Talehin oğlu Elvinin kartına hansı məbləğdə pul göndərdiyini xatırlamır. Taleh malların və pulun Həsənə aid olduğunu, lakin Həsəni deyil, onu tanıdığını ona demişdir. Taleh bir neçə dəfə «Kamaz» sürücündən 50 manat almış, bir neçə də isə ondan pul almışdır. Həsən ona cəmi bir baş dana göndərmiş, Həsən ondan pulu istədikdə Həsənə borcunun olmadığını, Həsən gilin ona borcunun olduğunu, dana göndərməli olduqlarını demişdir. Talehin arvadını görməmiş və səsini eşitməmişdir. Taleh ona üç ədəd kart göndərmiş, həmin kartlardan biri qadın adına, digəri Talehin oğlu Elvinin adına,üçüncü isə Vüqar adlı sürücünün adına olmuşdur. Talehlə təxminən 1 il neçə ay işləmiş, tarixi dəqiq xatırlamır. Taleh üçün ən çox Elvinin, sonra isə Vüqarın kartına pul atmış, lakin məbləği dəqiq xatırlamır. Həsən gecə vaxtı ona zəng vuraraq Talehin ona borcunun olduğunu demişdir. Talehin Həsənə hansı məbləğdə bordunun olduğunu soruşduqdda, sonuncu «beş-on min olsa dərd yarıdır, çoxdur» demişdir. Talehin ona təxminən 7900 manat borcu yaranmışdır. Həmin məbləğdən 4000 manat əvvəllər yaranmışdır. Taleh ona həmin pul əvəzində mal göndərməli olmuş, lakin göndərməmişdir. Talehin göndərdiyi bəzi malları Rafiq İsmayılova vermişdir. X3 şahid qismində məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-2023-cü illərdə tanımış, həsəni isə son vaxtlar tanışının ad günü tədbirində görərək tanımışdır. Zərərçəkmiş şəxs2 tanımamışdır. Talehi Şahid3 vasitəsi ilə tanımışdır. Mal Eldara gəlmiş, o, malları Eldardan götürərək sonuncu ilə haqq-hesab etmişdir. Talehə əlbəəl təxminən 1000 manat pul vermişdir. Eldardan götürdüyü malların sayını və dəyərini xatırlamır, həmin rəqəmləri dəftərində qeyd edərək müstəntiqə demiş və ifadəsində yazılmışdır. Şahid qismində məhkəmədə dindirilmiş Şahid5 göstərmişdir ki, Taleh onu atası, Həsən həmkəndlisidir, Aydını isə sonuncudan mal alarkən tanımışdır. xx.xx.2022-ci ildə hərbi xidmətdən gəlmişdir. Hərbi xidmətdə olarkən atası Talehin Həsənlə birlikdə işlədiyini bilmişdir. Malları alaraq Həsənin iştirakı ilə bazarda satmışdır. xx.xx.2022-ci ildə «KapitalBank»dan kart açdırmışdır. Həmin karta gələn pulları Həsən çıxarmışdır. Həsən ondan heç vaxt atasının borcunu istəməmişdir. Aydının mal fermasından 6 baş heyvan götürüb Səfərli kəndində «Kamaz»a mindirmişdir. Aydının fermasından mal apardığı vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. Heyvanları Həsənin göstərişi ilə aparmış, Aydının fermasıına cəmi bir dəfə 2023-cü ilin may ayında getmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5604 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 49200,00 manat müəyyən olunur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən, yəni Zərərçəkmiş şəxs1 5000 manat, Zərərçəkmiş şəxs2 7000 manat ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirini etiraf etməsə də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və məhkəmədə araşdırıılmış yuxarıda göstərilən sübutlarla təsdiq olunmuşdur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işinə məhkəmədə baxılarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tutduğu cinayət əməlindən peşmançılıq hissi keçirməmiş zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməyə cəhd etməmiş və həmin səbəbdən zərərçəkmişlər şikayətçi olmuşlar. Bu halları nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial adalətin bərpası, onun islah edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısını almaq kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən yüngül hesab edilən cərimə və azadlığın məhdudlaşdırılması cəzası ilə islah etmək və cəzanın digər məqsədlərinə nail olmaq mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Cinayət işinin ibtidai araşdırma zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək mülki iddiaçı qismində tanınmalarını xahiş etmiş və onlar hər biri qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəyərək mülki iddia ərizələri ilə tələb irəli sürmüşlər. Cinayət işi üzrə ziyan Təqsirləndirilən şəxs törətdiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bilavasitə vurulduğundan, məhkəmə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddialarının təmin olunaraq Təqsirləndirilən şəxs 44200 (qırx dörd min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 237 (iki yüz otuz yeddi) manat 60 (altmış) qəpik alınaraq Zərərçəkmiş şəxs1, 30200 (otuz min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 201 (iki yüz bir) manat 60 (altmış) qəpik alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fizki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirlərin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsində göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarında olan müdafiəçi T.S.Süleymanovun hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 5 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 6 manat vəkil T.S.Süleymanovun bankda olan hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349,351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 44200 (qırx dörd min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 237 (iki yüz otuz yeddi) manat 60 (altmış) qəpik alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 30200 (otuz min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 201 (iki yüz bir) manat 60 (altmış) qəpik alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 5 iş saatı üçün hər saatı 6 manat olmaqla 30 (otuz) manat fərdi qaydada fəaliyyət göstərən vəkil X2 bankda olan hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökm müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar