Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-51/2025 19.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Ağdam rayonu Eyvazlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı bövladı olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Eyvazlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14-00 radələrində ayıq halda, B1, B, C1, C kateqoriyalı BD 901486 nömrəli sürücülük vəsiqəsi əsasında BD255543 nömrəli qeydiyyat şəhadətnaməsi ilə X4 məxsus olmaqla verilmiş ƏN-Vİİ 219144 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, Optima minik modelli, Sedan tipli, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu X15 Əliyev prospektindən keçən hissəsində “Əlillər” Binasının qarşısında Tərtər rayonu istiqamətində hərəkətdə olarkən avtomobili 90-100 km/saat surətlə idarə edərək öz hərəkət zolağında ümumi eni 13,8 metr olan yolun sağdan sola 3,3 metr hissəsində, yolu sağdan sola keçən piyada X7 avtomobilinin sol ön hissəsi ilə vurmaqla “X22” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda bunları etməyərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin döş qəfəsinin sağ yarısında İX-X qabırğaların döşyanı xətt üzrə yerdəyişməyən sınıqları, sol aşağı ətrafın travmatik amputasiyası, kütləvi qanitirmə, döş qəfəsinin ön səthinin, sol və sağ dirsək oynağı nahiyələrinin, üzün sol yarısının, sağ baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirərək V.Əliyevin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadələrini təsdiq etdi. Əlavə olaraq qeyd etdi ki, əməlindən peşmandır, zərərçəkmiş tərəflə barışıq əldə etmiş, onlara bütün köməkliyini etmiş, himayəsində 1 azyaşlı uşağı var, nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində qeyd etmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Ağdam rayon Eyvazlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailəlidir, 1 övladı vardır, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçısıdır, vətən müharibəsi veteranıdır. İdarə etdiyi “Kia Optima” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə Ağcabədi rayonu Hindarx Qəsəbəsi istiqamətindən yaşadığı evə gəlmişdir. Həmin vaxtı avtomobili saatda təxminən 90-100 kilometr sürətlə idarə etmişdir. Həmin vaxtı rayonun Quzanlı qəsəbəsi ərazisində yerləşən Əlillər Binası istiqamətinə çatan zaman qarşıda markasını və nömrəsini xatırlamadığı avtomobil yolun sağ hissəsində dayanmışdır. Avtomobili ötüb keçmək istəyən zaman qəflətən qarşısına kişi cinsli piyada çıxmışdır və piyada qarşısına qəflətən çıxdığından onu görməmişdir və həmin piyadanı görən kimi əyləc pedalını sıxsa da piyadanı idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur və piyada yolun sol hissəsinə digər hərəkət zolağına düşmüşdür. Avtomobili saxlayandan sonra cəld piyadanın yanına getmişdir. Həmin vaxtı piyadanın sol ayağı diz nahiyəsinin aşağı hissəsində qopmuşdur və onun ayağından qan axmışdır. Həmin vaxtı tanımadığı və adını bilmədiyi bir nəfər kişi cinsli orta yaşlı şəxs də piyadanın yanına gəlmişdir. Piyada qan itirməsin deyə onun əynində olan şalvarının belində olan bel kəmərini çıxartmışdır və həmin kəmərlə onun ayağının dizindən yuxarı hissəsindən sıxaraq bağlamışdır ki, piyada qan axmasından ölməsin. Həmin vaxtı orada olan tanımadığı və adını bilmədiyi bir nəfər şəxs X27 Stansiyasına zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Bu vaxt hadisə yerinə DYPB-nin əməkdaşları gəlmişlər. Bundan bir qədər sonra təcili yardım avtomobili hadisə yerinə gəlmişdir və vurduğu piyadanı xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerində dayanıb gözləmişdir. Sonra isə polis əməkdaşları hadisə yerini onun iştirakı ilə müayinə etmişlər, müvafiq sənədləşmə işləri aparmışlar. Hazırda zərərçəkmiş şəxsin hüqiqi varisi X17 ilə razılıq əldə edib, ona maddi, mənəvi dəstəyini göstərib, A.Əliyevin ona qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüqiqi varisi X17 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və ya tələblərinin olmamasını bildirdi. Vidadi Əliyevin iş materiallarında olan ifadəsində o, göstərmişdir ki, Quzanlı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, bir övladı vardır, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 190 saylı Hərbi Hissəsində MAHHXQ-su sürücü vəzifəsində işləyir. X2 onun atasıdır. Təqsirləndirilən şəxs əvvəllərdən tanımamışdır, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə dəqiq xatırlamadığı saatda xalası oğlu X8 ona mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Kia Optima” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektindən keçən hissəsində hərəkətdə olarkən getdiyi istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada atası mərhum V.Əliyevi vurulmasını və bundan sonra atasının müayinə olunmaq üçün Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparıldığını bildirmişdir. Lakin bir qədər sonra xalası oğlu B.Zeynalov ona mobil telefonla zəng edərək atası V.Əliyevin xəstəxanada vəfat etdiyini bildirmişdir. Bundan sonra mərhum atası V.Əliyevin meyiti ekspertiza müayinəsindən keçirilməsi üçün Bərdə şəhərində yerləşən Müayinə Mərkəzinə aparılmış, ekspertlər tərəfindən müayinə olunduqdan sonra atası Ağdam rayon Ergi qəsəbəsi qəbristanlığında dəfn edilmişdir. Hadisəni görməmiş, bu barədə ətraflı məlumatı olmadığından hadisənin necə, hansı şəraitdə baş verməsini bilmir. Lakin sonradan öyrəndiyinə görə Ağdam rayonu Eyvazlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektindən keçən hissəsində Quzanlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən getdiyi istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada, mərhum atası V.Əliyevi avtomobilin qabaq sol tərəfi ilə vurmuşdur, nəticəsində atası V.Əliyev hadisə zamanı aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona maddi və mənəvi köməklik edilmişdir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, 2019-cu ildən X10, 2021-ci ildən isə Ağdam Rayon Polis X25 Bölməsinin YPX-nin inspektoru vəzifəsində xidmət edir, polis serjantıdır. Ağdam rayonu, Eyvazlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəlllər tanımamış, onunla düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14-00 radələrində qrafikə uyğun olaraq Ağdam RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Şahid1 və həmin bölmənin YPX-nin operatoru vəzifəsində xitmət edən Şahid2 birlikdə xidməti avtomobillə Ağdam rayon Quzanlı qəsəbəsində xidmətdə olan zaman Ağdam rayonu, Quzanlı qəsəbəsində piyadanın vurulması ilə bağlı məlumat daxil olmuş, dərhal baş vermiş hadisə yerinə getmişlər, hadisə ilə bağlı RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Hadisə yerinə çatan zaman ora çoxlu sayda insan yığışdığını görmüş, həmin vaxtı hadisə yerində dayanmış “Kia Optima” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolu sağdan sola doğru keçmək istəyən piyadanı vurduğunu, hadisə nəticəsində piyadanın yaralandığını bildirmişdir. Piyada həmin vaxtı yolun digər hərəkət zolağında yolun orta hissəsində uzanıqlı vəziyyətdə olmuş və piyadanın sol ayağı diz nahiyəsindən amputasiya olunmuşdur. Həmin vaxtı məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsindən sonra piyadanın ayağının diz nahiyəsindən amputasiya olunduğunu görmüş, piyadanın əynində olan şalvarının bel kəmərini çıxardaraq piyadaya ilkin tibbi yardım göstərərək onun qopmuş ayağından qanaxmanı dayandırmaq məqsədilə sol ayağını diz nahiyəsinin yuxarı hissəsindən həmin kəmərlə sıxaraq bağlamışdır. Bundan bir qədər sonra Təcili yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər piyada V.Əliyevi TTTYS-nin avtomobilinə yerləşdirərək Ağdam MRX-na tibbi yardım göstərilməsi üçün aparmışlar. Bir qədər sonra Ağdam RPŞ-nin istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş, sonra isə hal şahidləri və sürücünün iştirakı ilə birlikdə hadisə yerinə baxış keçirməyə başlamışlar. “Kia Optima” markalı avtomobil hadisə yerində Ağdam rayonu istiqamətində yolun sağ hərəkət hissəsində dayanmış vəziyyətdə olmuş, hadisə baş vermiş yerdə yolun eni 13,8 metr, avtomobilin tormoz izinin ümumi uzunluğu 108 metr, yolun sağından piyadanın vurulma nöqtəsinə qədər məsafə 3,3 metrdir. Baxış başa çatdıqdan sonra yol nəqliyyat hadisəsinin baş vermə sxemi çəkilmiş, müvafiq sənədləşmə aparılmaqla tərtib edilmiş baxış protokolu imzalarla təsdiq edilmişdir. Bundan sonra sürücü Ağdam MRX-nın TTTYS-na aparılaraq sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında Şahid2 da istinttaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, 2019-cu ildən X10, həmin ildən isə Ağdam Rayon Polis X25 Bölməsinin YPX-nin operatoru vəzifəsində xidmət edir, polis serjantıdır. Ağdam rayonu, Eyvazlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəlllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 14-00 radələrində qrafikə uyğun olaraq Ağdam RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Şahid1 və həmin bölmənin YPX-nin inspektoru vəzifəsində xitmət edən Şahid3 birlikdə xidməti avtomobillə rayonun Quzanlı qəsəbəsində xidmətdə olan zaman qəsəbədə piyadanın vurulması ilə bağlı məlumat daxil olmuş, dərhal baş vermiş hadisə yerinə getmişlər və hadisə ilə bağlı RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Ora çatan zaman çoxlu sayda insan yığışdığını görmüş, həmin vaxtı hadisə yerində dayanmış “Kia Optima” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolu sağdan sola doğru keçmək istəyən piyadanı vurduğunu, hadisə nəticəsində piyadanın yaralandığını bildirmişdir. Piyada həmin vaxtı yolun digər hərəkət zolağında yolun orta hissəsində uzanıqlı vəziyyətdə olmuş və piyadanın sol ayağı diz nahiyəsindən amputasiya olunmuşdur. Həmin vaxtı məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsindən sonra piyadanın ayağının diz nahiyəsindən amputasiya olunduğunu görüb onun əynində olan şalvarının bel kəmərini çıxardaraq piyadaya ilkin tibbi yardım göstərərək qopmuş ayağından qanaxmanı dayandırmaq məqsədilə sol ayağını diz nahiyəsinin yuxarı hissəsindən həmin kəmərlə sıxaraq bağlamışdır. Bundan bir qədər sonra Təcili yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər piyada V.Əliyevi TTTYS-nin avtomobilinə yerləşdirmiş və piyadanı Ağdam MRX-na tibbi yardım göstərilməsi üçün aparmışdırlar. Bir qədər sonra Ağdam RPŞ-nin istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş, sonra isə istintaq-əməliyyat qrupunun üzvləri hal şahidləri və sürücünün iştirakı ilə birlikdə hadisə yerinə baxış keçirməyə başlamışlar. “Kia Optima” markalı avtomobil hadisə yerində Ağdam rayonu istiqamətində yolun sağ hərəkət hissəsində dayanmış vəziyyətdə olmuşdur. Hadisə baş vermiş yerdə yolun eni 13,8 metr, avtomobilin tormoz izinin ümumi uzunluğu 108 metr, yolun sağından piyadanın vurulma nöqtəsinə qədər məsafə 3,3 metrdir. Baxış başa çatdıqdan sonra yol nəqliyyat hadisəsinin baş vermə sxemi çəkilmiş, müvafiq sənədləşmə aparılmaqla tərtib edilmiş baxış protokolu imzalarla təsdiq edilmişdir. Bundan sonra sürücü onlar tərəfindən Ağdam MRX-nın TTTYS-na aparılaraq sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının 19 mart 2025-ci il tarixli, 14 saylı RƏYindən görünür ki, X2nun meyitinin müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısında İX-X qabırğaların döşyanı xətt üzrə yerdəyişməyən sınıqları, sol aşağı ətrafın travmatik amputasiyası, kütləvi qanitirmə, döş qəfəsinin ön səthinin, sol və sağ dirsək oynağı nahiyələrinin, üzün sol yarısının, sağ baldırın ön səthinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi, minik avtomobilinin piyadanı vurması zamanı törənə bilərlər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Mərhum V.Əliyevin ölümünə səbəb sol aşağı ətrafın amputasiyası nəticəsində baş vermiş kütləvi qanitirmə olmuşdur. Həmçinin mərhum V.Əliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025ci il tarixli, 3-16-16/2-8/1122/2025 saylı məhkəmə-yol nəqliyyat ekspertizasının RƏYindən görünür ki, “Kia Optima” markalı, minik modelli, Sedan tipli, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində Qanununun tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 91 saylı AKTından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs müayinə olunan zaman sərxoş olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin Ağcabədi Regional Qeydiyyat, İmtahan və Texniki-Baxış şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şöbə tərəfindən BD 901486 saylı “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verildiyi bildirilir. DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs hal-hazırda sürücülük hüququ məhdudlaşdırılmamışdır. 24 dekabr 2024-cü il tarixli hadisə yerinə keçirilmiş BAXİŞ PROTOKOLundan görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə, saat 14-00 radələrində baş vermiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, minik modelli, Sedan tipli, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Quzanlı Qəsəbəsi H.Əliyev prospektindən keçən hissəsində hərəkətdə olarkən yolu sağdan sola keçən piyada X7 vurmuş, hadisə nəticəsində zərərçəkmiş şəxs ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsiri olması sübuta yetir, Təqsirləndirilən şəxs özünü təqsirli bilir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli TƏLƏBNAMƏdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquq varisi A.Əliyev ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələblərinin olmamasını bildirmişdir. Ağdam Rayon İHB-nın X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyin 552 nömrəli, 11 iyul 2025-ci il tarixli arayışından görünür ki, Həsənov X1 Eyvazlı kəndində yaşayır. Həmin Nümayəndəliyin XASİYYƏTNAMƏsi ilə Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir. X31 Dispanserinin xx.xx.2025-ci il tarixli, 685 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanser müşahidəsində dayanmır. 16077 saylı Hərbi Hissə komandiri /VMİE/ polkovnik-leytenant Eyvaz İsmayılovun xx.xx.2024-cü il tarixli, 3-13-14-16/Ə344/2024 saylı Əmrindən görünür ki, 2024-cü ilin 1-ci yarımili ərzində xidməti döyüş fəaliyyətinin yekunları və xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiyinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə, ayrı yerləşən xüsusi təyinatlı dəstənin 2-ci Xüsusi Təyinatlı Bölmənin atış təminat qrupunun zirehli texnika yarımqrupunun maşın komandiri cavuş Təqsirləndirilən şəxs Fəxri Fərmanla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş «Azərbaycan Doğma Diyarımdır» gənclər üçün vətənpərvərlik yay istirahət düşərgəsinin iştirakçısı Təqsirləndirilən şəxs Futbol (ən yaxşı qapıçı) yarışında İ yeri tutduğuna görə təltif olunmuşdur. Azərbaycan Vətən Müharibəsi X6 Rayon Şöbəsinin sədri T.Rüstəmov tərəfindən imzalanmış X19 və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 106-cı il dönümü münasibəti ilə çavuş Təqsirləndirilən şəxs təltif olunmuşdur. Azərbaycan Respublikası DİN Daxili Qoşunları 17071 saylı Hərbi Hissə komandiri Elçin Məmmədovun xx.xx.2020-ci il tarixli, 13 saylı Əmri ilə Hərbi hissənin birinciliyi uğrunda 11 yanvar 2020-ci il tarixində keçirilən «Ağırlıq çəki daşı qaldırmaq» yarışı üzrə 70 kq çəki dərəcəsində 1-ci yeri tutduğuna görə XVTD-nin 2-ci XVTB-nin götürmə qrupunun 1-ci yarımqrupunda atıcı əsgər Təqsirləndirilən şəxs mükafatlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti, X26 25 dekabr 2020-ci il tarixli, 2362 saylı Sərəncamı ilə verilmiş İ-3800 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “X11 Görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, X26 18 dekabr 2020-ci il tarixli, 2353 saylı Sərəncamı ilə verilmiş İ-1159 saylı Azərbaycan Respublikası Medalı Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur Döyüşçü” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Baş X28 21 aprel 2022-ci il tarixli, 250s saylı Sərəncamı ilə verilmiş İ-29112 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “X3” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 17 fevral 2022-ci il tarixdə verilmiş 035560 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası 17071 saylı Hərbi Hissə komandiri Elçin Məmmədovun, X20 müavini, daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 229 saylı Əmri ilə verilmiş DQ- 017693 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zoğalı Beretin daşınması hüququ verilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar onun gənc olması, himayəsində azyaşlı övladının olması, ilk dəfə ehtiyyatsızlıqdan hazırkı əməli törətməsi, yaşadığı ərazinin dövlət orqanı tərəfindən müsbət xarakterizə edilməsi, əməlini səmimi etiraf etməsi, peşmançılıq bildirməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və ya tələblərinin olmaması və bir sıra dövlət təltiflərinin olmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cazanı ağırlaşdıran halların olmamasını əzərə alacaq. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin humanizim prinsipini müəyyən edən 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. CM-nin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hallar konkret olaraq göstərilsə də, həmin Məcəllənin 59.2-ci maddəsi cəzanı yüngülləşdirən hallar qismində həmin normalarda sadalanmayan digər halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Qeyd edilən cinayət hüquq normalarının məzmunundan aydın olur ki, təqsirkar şəxsə təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət hüquqi tədbir olaraq qiymətləndirilməsi üçün CM-nin 58-ci maddəsində təsbit edilmiş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin edilmiş cəza ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəzanın təqsirkarın şəxsiyyətinə uyğun olduğu aydın görünsün. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunulmuş, bu işdə əsas prinsiplər kimi üzv dövlətlərə azadlıqdan məhrum etmənin ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulması, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməsi, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi tövsiyyə edilmişdir. Göstərilən prinsiplərdən yanaşdıqda və ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlindən zərərçəkmiş şəxsə və ya zərərçəkmiş şəxsin hüquqi varisinə münasibətinə, onlarla razılıq əldə etməyə cəhd etməsinə, dəymiş zərərin mümkün qədər kompensasiya etməsinə yönəlmiş hərəkətlərinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olubolmamasına, həmçinin təqsirləndirilən şəxsin cəmiyyətdə formalaşan əxlaqi və insani dəyərlərə münasibətinə, cəmiyyətin özəyi sayılan ailədə ailə üzvləri ilə rəftarına və onlarla ünsiyyətinə, həmçinin cəmiyyətin həmin cinayət əməlinə mövqeyi nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əməlin ehtiyatsızlıqdan az ağır cinayətlər qrupuna daxil olması məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən də islah olunması imkanları tükənməmişdir. Məhkəmənin qənaətincə ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsi və mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilərək, yaxud da barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Məhkəmə hadisənin baş vermə hallarını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan ictimai təhlükəli əməl törətdiyindən və barəsində yuxarıda sadalanan yüngülləşdirici hallar nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi mümkündür, onun bu yolla islah olunma imkanları gözləniləndir, cəzanın bu qaydada tətbiqi onun islah olunması üçün yetərli hesab oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunma imkanlarından istifadə etməsi üçün ona imkan yaradılmalı və bu imkandan ümumilikdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsi aydınlaşdırmaq üçün o müəyyən müddət sınaqdan keçirilməlidir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təyin ediləcək sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 10 iyul 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, daimi yaşadığı yeri olmasını, cəzasını çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Kia Optima” markalı, minik modelli, Sedan tipli, **-RS-*** dövlət qeydiyyat naşanlı avtomobil 11 iyul 2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılmışdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və sair məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 381- 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 /üç/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəzası 1 /bir/ il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Maddi sübut olan “Kia Optima” markalı, minik modelli, Sedan tipli, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-51/2025
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-51/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver