Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-53/2025 09.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Tərtər Rayon Cəmilli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Balakəngərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxxx 1977-ci ildə Tərtər rayon Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayon Balakəngərli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 aprel 2025-ci ilin tarixdə, saat 07-00 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək işğaldan azad edilmiş Ağdam rayon Xıdırlı kəndi 57-ci küçədə yerləşən 18 saylı evin önündən "xxxx" MMC-yə məxsus 05 ədəd radiatoru və 01 ədəd duş dəstini gizli yolla talayaraq zərərçəkmiş MMC-yə 850 manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, əmək haqqı ala bilmədiklləri üçün oğurluq etmişlər, MMC-yə məxsus 05 ədəd radiatoru və 01 ədəd duş dəstini oğurlamışlar. Əməllərindən peşmandır, zərər məbləğini ödəyiblər, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Şahid2 tanıyır, onun həmkəndliləridirlər, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs2lə birlikdə işğaldan azad edilmiş Ağdam rayonu Xıdırlı kəndi ərazisində məcbur köçkünlər üçün tikilən evlərin tikintisində 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart ayının 15-dək işləmişdir. 15 mart 2025-ci il tarixədək işlədikləri pullar verilmədiyinə görə onlar işlərini dayandırmışlar. Həmin vaxtdan sonra dəfələrlə işlədiyi şirkətinin əməkdaşı Kamil adlı şəxsdən pullarını istəsələr də sonuncu hər dəfə müxtəlif bəhanlərlə pullarını verməyib. xx.xx.2025-ci il tarixdə Naib ona xx.xx.2025-ci il tarixdə pulların veriləcəyini və həmin tarixdə Xıdırlı kəndinə getmək lazım olduğunu bildirmişdir. Naiblə razılaşaraq xx.xx.2025-ci il tarixdə birlikdə həmkədliləri Şahid2 yanına gedib ondan onları aparmasını xahiş etmişlər. Vüsal səhətində problem olduğunu bildirmiş, “Ford” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili onlara vermişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 06-00 radələrində Naiblə kənd ərazisində görüşüb Vüsala məxsus avtomobillə Xıdırlı kəndinə getmişlər. Ora çatanda həmin ərazidə işçilərin olduğunu, lakin şirkətin məsul şəxslərindən heç kimin olmadığı görmüşürlər. Kəndin ərazisini Naiblə piyada gəzərkən orada olan 18 saylı evin girişində 5 ədəd radiatorun və 01 ədəd duşun olduğunu görmüşlər. Naib ona həmin radiatorları və duşu oğurlayıb satmağı təklif etmiş, onunla razlaşmışdır. Bundan sonra Naib həmin radiatorlardan ikisini qucağına götürüb avtomobilin yük yerinə yerləşdirmişdir. Həmin radiaotorlardan ikisini yük yerinə, birini avtomobilin salonuna, 01 ədəd duşu isə avtomobilin qabaq sərnişin yerinə yerləşdirmişdir. Bundan sonra avtomobili işə salmış və onlar oradan çıxaraq yaşadıqları Tərtər rayonu istiqamətində yola düşmüşlər. Yolda olarkən avtomobildə nasazlıq yaranmış və avtomobilin mühərriki işə düşməmişdir. Vüsala zəng edərək avtomoilin xarab olduğunu bildirib kömək etməsi üçün onların yanlarına gəlməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqə sonra Vüsal onların yanlarına gəlmişdir. Vüsal avtomobilin nasazlığını aradan qaldırıb işə salmış və onlar yola düşmüşlər. İşğaldan azad edilmiş ərazilərə vətəndaşların giriş-çıxışını tənzimləyən polis postuna çatmağa təxminən 2 kilometr qalmış Vüsal ondan ön tərəfə gəlməyini xahiş etmişdir. Bu zaman o, Vüsala Xıdırlı kəndi ərazisindən radiatorlar oğurladıqlarını bildirmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra onlar polis postuna çatmışdır. Orada polis əməkdaşları avtomobilə baxış keçirirərkən oğurladığları radiatorları və duşu avtomobildən aşkar etmişlər. Polislər həmin əşyaları haradan əldə etdiyiklərini soruşandan həmin əşyaları oğurladıqlarını etiraf etmişlər. Bundan sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməlin cinayət xarakterli olduğunu dərk edir və əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, işlədikdən sonra 3500 manat əmək haqqını verməmişlər, həmçinin digər ustaları da işə cəlb etmiş, onların da əmək haqları verilmədiyi üçün ustalar ondan pullarını tələb etmişlər, məcbur qalıb 4000 manat kredit götürərək ustaların pullarını vermişdir. İşlədiyi təşkilatın müdirinə əmək haqqı tələbi ilə müraciət etmiş, şikayət edəcəyini bildirmiş, müdir isə ona "hara istəyir ora da şikayət etsin" demişdir. Bu səbəblərdən də hazırkı oğurluq əməllərini törətmişlər. Əməllərindən peşmandır, zərər məbəlğini ödəyiblər, nəzərə alınmasını xahiş edir. N.Quliyev istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid2 tanıyır, həmkəndlidirlər, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə işğaldan azad edilmiş Ağdam rayonu Xıdırlı kəndi ərazisində məcbur köçkünlər üçün tikilən evlərin tikintisində 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart ayının 15-dək işləmişlər. 15 mart 2025-ci il tarixədək işlədikləri pullar verilmədiyinə görə onlar işlərini dayandırmışlar. Həmin vaxtdan sonra dəfələrlə işlədiyi şirkətin əməkdaşı Kamil adlı şəxsdən pullarını istəsə də sonuncu hər dəfə müxtəlif bəhanlərlərlə pullarını verməmişdir. xx.xx.2025-ci il tarixdə həmin şirkətdə fəhlə işləyən Emin adlı şəxslə telefonla danışan zaman sonuncu ona xx.xx.2025-ci il tarixdə pulların veriləcəyini bildirmişdir. Elminə pulların xx.xx.2025-ci il tarixdə veriləcəyini və Xıdırlı kəndinə getmək lazım olduğunu bildirmiş, razılaşmışlar. Bundan sonra onları Ağdam rayonuna aparması üçün həmkədliləri Şahid2 xahiş etmişlər. Sonuncu səhətində problem olduğunu bildirib onlarla gedə bilməyəcəyini deyəndə Elmin ondan avtomobilin açarlarını istəmişdir ki, onlar özləri gedib pulları alıb qayıtsınlar. Vüsal da onlarla razılşaraq idarə etdiyi avtomobilin açarlarını Elminə vermişdir. Həmin vaxt avtomobil Vüsalın yaşadığı evin önündə küçədə olmuşdur. Onlar ona səhər tezdən avtomobili götürüb gedəcəklərini bildirmişlət. xx.xx.2025-ci il tarixdə, saat 06-00 radələrində Elminlə kənd ərazisində görüşmüş, Vüsala məxsus avtomobili idarə edərək Xıdırlı kəndinə getmişlər. Ora çatanda həmin ərazidə işçilərin olduğunu, lakin şirkətin məsul şəxslərindən heç kimin olmadığı görmüşlər. Onlar kəndin ərazisini Elminlə piyada gəzərkən orada olan evlərdən birinin girişində 5 ədəd radiatorun və 01 ədəd duşun olduğunu görmüşlər. Həmin vaxt Elminə həmin radiatorları və duşu oğurlayıb satmağı təklif etmiş, razılaşmışlar. Bundan sonra həmin radiatorlardan ikisini qucağına götürüb avtomobilin yük yerinə yerləşdirmiş, Elmin də həmin radiaotorlardan ikisini yük yerinə, birini avtomobilin salonuna, 01 ədəd duşu isə avtomobilin qabaq sərnişin yerinə yerləşdirmişdir. Bundan sonra Elmin avtomobili işə salmış və onlar oradan çıxaraq yaşadıqları Tərtər rayonu istiqamətində yola düşmüşlər. Yolda olarkən avtomobildə nasazlıq yaranmış və avtomobilin mühərriki işə düşməmişdir. Elmin Vüsala zəng edərək avtomoilin xarab olduğunu bildirərək kömək etməsi üçün onların yanına gəlməsini xahiş etmişdir. 30-40 dəqiqə sonra Vüsal onların yanına gəlmiş, avtomobilin nasazlığını aradan qaldırıb işə salmış və onlar yola düşmüşlər. Onlar işğaldan azad edilmiş ərazilərə vətəndaşların giriş-çıxışını tənzimləyən polis postuna çatmağa təxminən 2 kilometr qalmış Vüsal avtomobildə arxa sərnişin yerində əyləşmiş Elmindən ön tərəfə gəlməsini xahiş etmişdir. Bu zaman X5 kəndi ərazisindən radiatorlar oğurladıqlarını bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra polis postuna çatmışlar. Orada polis əməkdaşları avtomobilə baxış keçirirərkən oğurladıqları radiatorları və duşu avtomobildən aşkar etmişlər, həmin əşyaları haradan əldə etdiklərini soruşanda həmin əşyaları oğurladıqlarını etiraf etmişlər. Bundan sonra onları rayon polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməli könüllü etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə oğlu iştirak etməmişdir. Nümayəndə 09 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və ya tələbləri yoxdur. Nümayəndə göstərmişdir ki, 2024-cü ilin may ayından Zərərçəkmiş şəxs MMC şirkətinin iş icraçısı vəzifəsində çalışır. Ağdam rayon Xıdırlı kəndi 57-ci küçədə yerləşən 18 saylı evin önündən ümumi dəyəri 850 manat olan 5 ədəd radiatorun və 1 ədəd duş dəstinin naməlum şəxslər tərəfindən oğurlanması faktı ilə əlaqədar Ağdam Rayon Polis Şöbəsində aparılan araşdırma ilə tanış olmuşdur. Bildirir ki, həmin ərazidə aparılan tikinti işlərində sahə rəisi kimi işləyir. Həmin ünvandan ümumi dəyəri 850 manat olan 5 ədəd radiator və 1 ədəd duş dəsti oğurlanmışdır. Onların şirkəti işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində sakinlərin köçürülməsi məqsədilə evlər inşa edir və həmin evləri təmir edərək tam hazır vəziyyətdə vətəndaşlara təqdim edirlər. Hər bir ev üçün lazım olan tikinti əşyaları həmin evin önünə əvvəllcədən yığılır ki, ustalar həmin əşyalardan istifadə etməklə təmir işlərini həyata keçirsinlər. Həmçinin Xıdırlı kəndi ərazisində yerləşən 18 saylı evin önünədə həmin ev üçün nəzərdə tutulmuş kombi radiatorları və duş dəsti yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 09-00 radələrində kənd ərazisində görülmüş işlərə nəzarət etmək məqsədilə gəzərkən radiatorların və duş dəstinin orada olmadığını müəyyən etmişdir. Dərhal aidiyyəti əməkdaşlardan həmin radiator və duş dəstinin istifadə edilib-edilmədiyini maraqlanmış, əşyaların hələ istifadə edilmədiyini ona bildirmişlər. Bundan sonra həmin əşyaların oğurlandığını başa düşmüş və bu barədə dərhal polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Şahid2 göstərmişdir ki, ailəlidir, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 və Şahid2 tanıyır. Belə ki, sonuncular onun həmkəndliləridirlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 20-00 radələrində yaşadığı evdə olarkən həmkədliləri Naib və Elmin yaşadığı ünvana gələrək ondan sabah onları Ağdam rayon Xıdırlı kəndinə aparmağını xahiş etmişlər. Onlara səhəttində problemlər olduğunu bildirib onun maşını götürüb gedə biləcəklərini demişdir. Onlarda razılaşmış və o, özünəməxsus “Ford” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını Elminə vermişdir. Elmin ona səhər avtomobili götürəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 08-00 radələrində Elmin ona zəng edərək avtomobilin xarab olaraq yolda qaldığını bildirmiş və ondan onlara kömək etməyi xahiş etmişdir. Dərhal onlara kömək etmək üçün yaşadığı evdən çıxaraq sürücüsünü tanımadığı taksiylə onların yanına gəlmişdir. Orada avtomobilin nasazlığını aradan qaldırıb avtomobili işə salmış və Tərtər rayonu istiqamətində yolda düşmüşdür. Onlar işğaldan azad edilmiş ərazilərə vətəndaşların giriş-çıxışını tənzimləyən polis postuna çatmağa təxminən 2 kilometr qalmış o, arxa sərnişin yerinə əyləşmiş Elmindən qabaq tərəfə gəlməsini xahiş etmişdir. Bu zaman Elmin Ağdam rayon Xıdırlı kəndi ərazisindən radiatorlar və duş dəsti oğurladıqlarını ona bildirmişdir. Avtomobili idarə edib polis postuna çatmışlar. Orada polis əməkdaşları avtomobilə baxış keçirirərkən avtomobildən 05 ədəd radiator və 01 ədəd duş dəsti aşkar edilmişdir. Şifahi sorğu zamanı Naib və Elmin həmin əşyaları Xıdırlı kəndi ərazisində yerləşən evlərdən birinin önündən oğurladıqlarını etiraf etmişlər. Daha sonra onları rayon polis şöbəsinə gətirmişlər. Cinayət işinin materillarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 oğurluq etdiyi Ağdam rayonu Xıdırlı kəndi 57-ci küçədə yerləşən 18 saylı evin önündən 05 ədəd radiatoru və 01 ədəd duş dəstini oğurladığı yeri göstərir. Daha sonra Təqsirləndirilən şəxs1 həmin evin önündən 05 ədəd radiatoru və 01 ədəd duş dəstini oğurladıqdan sonra maşına kimi piyada apardığı istiqaməti göstərir. Sonda isə Təqsirləndirilən şəxs1 həmin evin önündən oğurlaqları 05 ədəd radiatoru və 01 ədəd duş dəstini maşına yüklədiyi yeri göstərir. Sonda isə Təqsirləndirilən şəxs1 oğurladıqları 05 ədəd radiatoru və 01 ədəd duş dəstini maşına yüklədikdən sonra getdiyi istiqaməti göstərir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər "xxxx" Firmasının xx.xx.2025-ci il tarixli, 11 saylı məktubunda göstərilmişdir ki, 01 ədəd 10 panelli istilik radiatorunun 2025-ci ilin aprel ayına pərakəndə satış qiyməti 145 manat, 01 ədəd duş dəstinin 2025-ci ilin aprel ayına pərakəndə satış qiymət isə 125 manat təşkil edir. Məhkəmə iclasında hər 2 təqsirləndirilən şəxslər onlara Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamlarla özlərini tam təqsirli bilmişlər ki, onların təqsirli olmaları həmçinin cinayət işi materiallarında olan sair sübutların məcmusu ilə də təsdiq olunur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 09 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və ya tələblərinin olmamasını və ərizəsinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 17 iyun 2025-cü il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Cəmilli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 178 saylı arayışdan görünür ki, X3 kəndində qeydiyyatda olmaqla orada yaşayır. Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur, himayəsində arvadı və 2018-ci il təvəllüdlü azyaşlı qızı var. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 poliknika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 18 iyun 2025-ci il tarixli TƏLƏBNAMƏsindən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Cəmilli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 176 saylı arayışdan görünür ki, Quluyev X1 qeydiyyatda olmaqla yaşayır. Xasiyyətnamə ilə yaşayış yerindən müsbət xarakterizə olunur, himayəsində arvadı, 2007 və 2008-ci il təvəllüdlü 2 oğlu var. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adına Azərbaycan Respublikası üzrə Tərtər rayonu, Balakəngərli kəndində yerləşən 6 nəfər ailə üzvü ilə birlikdə 0.07 ha həyətyanı torpaq sahəsi (JN-057A) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 poliknika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup təşkil edərək tamah məqsədi ilə qəsdən özgənin əmlakını gizli olaraq ələ keçirmək niyətilə gizli yolla talayaraq oğurlaması faktı tamamilə sübuta yetir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmiş, onlara həmin maddənin sanksiyası hüdudlarında cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəcində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq bildirməsini, himayəsində avradı və 2018-ci il təvəllüdlü azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, himayəsində 2007, 2008-ci il təvəllüdlü övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin edəcəyi cəza məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması cəzanın məqsədlərini təmin edər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə CM-nin həmin maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 28 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, ona cəza təyin ediləcəyindən həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-yə məxsus 05 ədəd 10 panelli istilik radiatoru və 01 ədəd duş dəsti maddi sübut kimi tanınmış və sahiblərinə təhvil verilmişdir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası CPM-344, 347, 349, 351, 353, 381-383- 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində yaşayış yerini hər gün saat 23-00dan növbəti gün saat 06-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində yaşayış yerini hər gün saat 23-00dan növbəti gün saat 06-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin.
Maddi sübut kimi tanınmış 05 ədəd 10 panelli istilik radiatorun və 01 ədəd duş dəstinin saxlanması üçün Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən : E.Bayramov