Məhkəmə qərarları › İş №1(013)-54/2024

Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(013)-54/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(013)-54/2024 24.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Ağcabədi Rayonu Şahmallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Ağcabədi Rayonu Şahmallar kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, 31 avqust 2024-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməyən vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən xeyli miqdarda, yəni 1 ədəd qəhvəyi rəngli döşəkcə üzlüyünün içərisində olan 1 ədəd şəffaf polietilen bağlamada, təmiz çəkisi 335 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz əldə edib 01 sentyabr 2024-cü il, saat 00-39-dək, yəni işğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası DİN-nin müvafiq əmri ilə yaradılmış Ağdam Rayon Əhmədavar kəndində fəaliyyət göstərən X4 Şahid1 etibarnamə əsasında idarə etdiyi “OPEL” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmaqla həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunub götürülənədək satış məqsədi olmadan narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz əldə edib saxlamış və daşımışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam olaraq təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, əməlindən peşmanolmasını, ilk dəfə ictimai təhlükəli əməl törətməsinin nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 3-4 ildir ki, ara-sıra qurudulmuş marixuanadan istifadə edir. Şahid1, Şahid2 və Şahid3 tanıyır, həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində Şahid1 idarə etdiyi “OPEL” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə səfər etmişlər. Xankəndi şəhərinə çatdıqdan sonra Şahid3la piyada gəzmək istədiklərini bildirmişlər. Onlar avtomobildən enərək piyada Xankəndi şəhəri ərazisində gəzməyə davam etmişlər. Şahid2lə Şahid1 isə avtomobillə Xankəndi şəhərini gəzməyə davam etmişlər. Rəşadla təxminən bir saat birlikdə gəzdikdən sonra şəhər ərazisində ayrı-ayrı gəzmişlər. Şəhər ərazisində gəzərkən orada yolun kənarında zibillikdə müxtəlif məişət əşyaları tapmış, əşyaları yolun kənarında bir yerə yığaraq yenidən gəzməyə başlamışdır. Şəhərin kənarında hazırda xatırlamadığı ərazidə bir ədəd sellofan paket görmüş, paketi açan zaman özü narkotik vasitə istifadəçisi olduğuna görə sellofanın içərisində olan maddələrin narkotik vasitə olduğunu bilmişdir. Həmin sellofanı götürüb şəhər ərazisinə qayıtmışdır. Yolun kənarından qəhvəyi rəngli döşək üzünü götürüb həmin sellofanı döşək üzünün içərisində yerləşdirmişdir ki, onunla eyni avtomobildə olan şəxslər onun narkotik vasitə apardığını bilməsinlər. Həmin içərisində narkotik vasitə olan qəhvəyli rəngli döşək üzünü də Xankəndi şəhəri ərazisindən tapdığı məişət əşyalarının yanında qoymuşdur. Təxminən bir saat sonra Rəşadla Xankəndi şəhərinin ərazisində görüşmüş, həmin vaxt Rəşadın da yanında müxtəlif növdə məişət əşyaları olmuşdur. Rəşad həmin əşyaları Xankəndi ərazisində yolun kənarında zibillik kimi bir yerdən götürdüyünü bildirmişdir. Bundan sonra təxminən saat 20-00 radələrində onlar Allahşükür və Anarla Xankəndi şəhərində görüşmüşlər. Anarla Allahşükürə müəyyən məişət əşyaları tapdıqlarını bildirmiş və həmin əşyaları avtomobilə yığmağa kömək etmələrini xahiş etmişlər. Lakin içərisində narkotik vasitə olan qəhvəyi rəngli döşək üzünü o, özü avtomobilə yerləşdirmişdir. Bundan sonra birlikdə Xankəndi şəhəri ərazisində xeyli piyada gəzmişlər. Saat 22-00 radələrində avtomobilin yanına qayıtmışlar. Onlar həmin əşyaları avtomobilə yüklədiklərindən Rəşadın əyləşməsi üçün avtomobildə yer olmamışdır. Buna görə də Allahşükür Xankəndi şəhərində usta işləyən həmkəndlisi Vilayətə zəng edərək yaşadığı evə gedərkən Rəşadı da öz avtomobilləri ilə aparmalarını xahiş etmişdir. Bundan sonra Vilayət adının sonradan Ziya olduğunu bildiyi şəxsin idarə etdiyi “VAZ-2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmiş və Rəşad həmin avtomobilə əyləşmişdir. Bundan sonra onlar təxminən yarım saat Xankəndi şəhərində qalıb Ağdam rayonu ərazisindən keçərək yaşadıqları Ağcabədi rayonuna getmək üçün Xankəndi şəhərindən Ağdam rayonu istiqamətinə yola düşmüşlər. İşğaldan azad edilmiş Ağdam rayonu Əhmədavar kəndi ərazisində yerləşən stasionar polis postuna çatdıqda orada xidmət aparan polis əməkdaşları onların olduğu avtomobili saxlamışlar və avtomobilin yoxlanılacağını bildirmişlər. Polis əməkdaşları avtomobilin yük yerini və salonunu nəzərdən keçirərkən Rəşadla onun Xankəndi şəhəri kənarından tapdıqları əşyalar və onun avtomobilin salonunda arxa tərəfdə yerləşdirdiyi qəhvəyi rəngli yastıq üzünün içərisində olan kütlə polis əməkdaşlarında şübhə oyatmışdır. Həmin vaxt polis əməkdaşları kiməsə məlumat vermişlər. Bir qədər sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ora gəlmişlər. Təhqiqatçının, polis əməkdaşlarının və onların iştirakıyla videoçəkilişlə avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilə yerləşdirdiyi qəhvəyi rəngli döşək üzlüyünün içərisindən narkotik vasitə olan qurudulmayan marixuana aşkar edilmişdir. Baxış zamanı özünü müdafiə etmək üçün həmin narkotik vasitədən xəbəri olmadığını bildirsə də, sonradan əməlini etiraf edərək həmin narkotik vasitəni avtomobilə yerləşdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid4 göstərmişdir ki, 2017-ci ildən Daxili İşlər orqanlarında, 2023-cü ildən isə Ağdam Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 əvvəlcədən tanımamış, həmin şəxslərlə aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası DİN-nin müvafiq əmri ilə yaradılmış Ağdam Rayon Əhmədavar kəndində fəaliyyət göstərən X4 xidmət edir. xx.xx.2024-cü il tarixdə, saat 23- 00 radələrində digər polis əməkdaşları ilə xidmətdə olarkən “Opel” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil işğaldan azad edilmiş ərazilərdən məntəqəyə yaxınlaşmışdır. Həmin avtomobilə yaxınlaşdıqda avtomobildə sürücü və iki nəfər sərnişin olduğunu görmüşlər. Onlar həmin vaxt avtomobilin işğaldan azad olunmuş ərazilərdən çıxdığından avtomobilin yük yeri və salonuna baxmalı olduqlarını bildirmişlər. Həmin şəxslər avtomobilin salonuna və yük yerinə baxılmasına dair heç bir etirazlarının olmadığını bildirmişlər. Onlar avtomobilin yük yerini və salonunu nəzərdən keçirərkən avtomobildə müxtəlif məişət əşyalarının olması diqqətlərini cəlb etmişdir. Bundan başqa avtomobilin salonunun arxa tərəfində arxa şüşənin yanında yerləşdirilən qəhvəyi rəngli döşəkçənin içərisində olan kəskin qoxulu kütlənin narkotik maddə olmasından şübhələnmişlər. Həmin vaxt dərhal bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Daha sonra oraya gələn Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onların da iştirakları ilə avtomobilə videoçəkilişlə baxış keçirilərkən avtomobildə olan qəhvəyi rəngli döşək üzlüyünün içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa baxış zamanı avtomobildən müxtəlif məişət əşyaları aşkar edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı həmin şəxslər məişət əşyalarını yol kənarından tapdıqlarını, narkotik vasitədən isə xəbərləri olmadığını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs əməlini etiraf edərək həmin narkotik vasitəni avtomobilə özünün yerləşdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid6 göstərmişdir ki, 2022-ci ildən DİO-da, həmin vaxtdan da Ağdam Rayon Polis X9 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 əvvəlcədən tanımamış, həmin şəxslərlə aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qanunsuz keçidinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası DİN-nin müvafiq əmri ilə yaradılmış Ağdam Rayon Əhmədavar kəndində fəaliyyət göstərən X4 xidmət edir. xx.xx.2024-cü il tarixdə, saat 23- 00 radələrində digər polis əməkdaşları ilə həmin məntəqədə xidmətdə olarkən “Opel” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil işğaldan azad edilmiş ərazilərdən məntəqəyə yaxınlaşmışdır. Onlar həmin avtomobilə yaxınlaşdıqda avtomobildə sürücü və iki nəfər sərnişin olduğunu görmüşlər. Onlar həmin vaxt avtomobilin işğaldan azad olunmuş ərazilərdən çıxdığından avtomobilin yük yeri və salonuna baxmalı olduqlarını bildirmişlər. Həmin şəxslər avtomobilin salonuna və yük yerinə baxılmasına dair heç bir etirazlarının olmadığını bildirmişlər. Onlar avtomobilin yük yerini və salonunu nəzərdən keçirərkən avtomobildə müxtəlif məişət əşyalarının olması diqqətlərini cəlb etmişdir. Bundan başqa avtomobilin salonunun arxa tərəfində arxa şüşənin yanında yerləşdirilən qəhvəyi rəngli döşəkçənin içərisində olan kəskin qoxulu kütlənin narkotik maddə olmasından şübhələnmişlər. Həmin vaxt orada onlarla birlikdə xidmət aparan Ağdam Rayon PŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 dərhal bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Daha sonra oraya gələn Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onların da iştirakıyla avtomobilə videoçəkilişlə baxış keçirilərkən avtomobildə olan qəhvəyi rəngli döşək üzlüyünün içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa baxış zamanı avtomobildən müxtəlif məişət əşyaları aşkar edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı həmin şəxslər məişət əşyalarını yol kənarından tapdıqlarını, narkotik vasitədən isə xəbərləri olmadığını bildirsələr də sonradan Təqsirləndirilən şəxs əməlini etiraf edərək həmin narkotik vasitəni avtomobilə özünün yerləşdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən polis əməkdaşı Şahid5 da bundan əvvəlki şahidlərlə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. F.Yusifov göstərmişdir ki, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncular onun həmkəndliləridir. Həmin şəxslərlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində onlar etibarnamə əsasında idarə etdiyi “Opel” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə Xankəndi şəhərinə səfər etmişlər. Xankəndi şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxsla Şahid3 piyada gəzmək istədiklərini bildirmiş və avtomobildən enərək piyada hərəkətlərini davam etdirmişlər. Özü isə Şahid2lə birlikdə avtomobillə Xankəndi şəhərini gəzməyə davam etmişlər. Həmin gün saat 20-00 radələrində onlar Rəşad və Heydarla Xankəndi şəhərində görüşmüşlər. Sonuncular onlara zibillikdən müəyyən məişət əşyaları götürdüklərini bildirmiş və həmin əşyaları avtomobilə yığmağa kömək etməyi xahiş etmişlər. Onlar həmin şəxslərə kömək etmiş və birlikdə əşyaları avtomobilə yığmışlar. Rəşad və Heydar həmin əşyaları Xankəndi şəhərində yolun kənarından zibillik bir ərazidən tapdıqlarını bildirmişlər. Bundan sonra birlikdə Xankəndi şəhəri ərazisində xeyli piyada gəzmişlər. Həmin gün saat 22-00 radələrində onlar avtombilin yanına qayıtmışlar. Onlar həmin əşyaları avtomobilə yüklədiklərindən Şahid3 əyləşməsi üçün avtomobildə yer olmamışdır. Buna görə də Xankəndi şəhərində usta işləyən həmkəndlisi Vilayətə zəng edərək yaşadığı evə gedərkən Şahid3 da öz avtomobilləri ilə aparmalarını xahiş etmişdir. Vilayət adının sonradan Ziya olduğunu bildiyi şəxsin idarə etdiyi “VAZ-2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmiş və Rəşad həmin avtomobilə əyləşmişdir. Daha sonra onlar Ağdam rayonu istiqamətinə yolda düşmüşlər. İşğaldan azad edilmiş Ağdam Rayonu Əhmədavar kəndi ərazisində yerləşən stasionar polis postuna çatdıqda orada xidmət aparan polis əməkdaşları idarə etdiyi avtomobili saxlamış və idarə etdiyi avtomobilin yoxlanılacağını bildirmişlər. Polis əməkdaşları avtomobilin yük yerini və salonunu nəzərdən keçirərkən X7 şəhəri kənarından tapdıqları əşyalar və avtomobilin salonunda arxa tərəfdə yerləşdirilən qəhvəyi rəngli yastıq üzünün içərisində olan kütlə polis əməkdaşlarında şübhə oyatmışdır. Həmin vaxt polis əməkdaşları kiməsə məlumat vermişlər. Bir qədər sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları ora gəlmişlər. Təhqiqatçının, polis əməkdaşlarının və onların iştirakıyla videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə olan qəhvəyi rəngli döşək üzlüyünün içərisindən narkotik vasitə olan qurudulmayan marixuana aşkar edilmişdir. Bundan başqa baxış zamanı avtomobildən X8 şəhəri yaxınlığından tapdığı məişət əşyaları aşkar edilmişdir. Baxış zamanı Heydar həmin narkotik vasitədən xəbəri olmadığını bildirsə də sonradan əməlini etiraf edərək həmin narkotik vasitəni avtomobilə özünün yerləşdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid3 göstərmişdir ki, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndliləridirlər. xx.xx.2024-cü il tarixdə, saat 13-00 radələrində onlar Şahid1 idarə etdiyi “Opel” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə səfər etmişlər. Xankəndi şəhərinə çatdıqdan sonra o, Təqsirləndirilən şəxsla birlikdə piyada gəzmək istədiklərini bildirmişlər. Onlar avtomobildən enərək piyada Xankəndi şəhəri ərazisində gəzmişlər. Şahid2lə Şahid1 isə avtomobillə Xankəndi şəhərini gəzməyə davam etmişlər. Heydarla təxminən bir saat birlikdə gəzdikdən sonra ayrı-ayrılıqda şəhər ərazisində gəzmişlər. Orada gəzərkən yol kənarında zibillik bir ərazidən müxtəlif məişət əşyaları tapmış və yaşadığı evə aparmaq məqsədilə özüylə götürmüşdür. Təxminən bir saat sonra Heydarla Xankəndi şəhərinin ərazisində görüşmüşlər, həmin vaxt Heydarın da yanında müxtəlif növdə məişət əşyaları olmuşdur. Sonuncu həmin əşyaları Xankəndi ərazisində yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra təxminən saat 20-00 radələrində onlar Allahşükür və Anarla Xankəndi şəhərində görüşmüşlər. Onlar sonunculara müəyyən məişət əşyaları tapdıqlarını bildirmiş və həmin əşyaları avtomobilə yığmağa kömək etmələrini xahiş etmişlər. Allahşükür və Anar onlara kömək etmiş və birlikdə həmin əşyaları avtomobilə yığmışlar. Bundan sonra onlar birlikdə Xankəndi şəhəri ərazisində xeyli piyada gəzmiş, saat 22-00 radələrində onlar avtombilin yanına qayıtmışlar. Onlar həmin əşyaları avtomobilə yüklədiyindən onun əyləşməsi üçün avtomobildə yer olmamışdır. Buna görə də Allahşükür Xankəndi şəhərində usta işləyən həmkəndlisi Vilayətə zəng edərək yaşadığı evə gedərkən onu da öz avtomobilləri ilə aparmalarını xahiş etmişdir. Vilayət adının sonradan Ziya olduğunu bildiyi şəxsin idarə etdiyi “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmiş və o, həmin avtomobilə əyləşmişdir. Bundan sonra onlar təxminən yarım saat Xankəndi şəhərində qaldıqdan sonra Ağdam rayonu ərazisindən keçərək yaşadıqları Ağcabədi rayonuna getmək üçün Xankəndi şəhərindən yola düşmüşlər. İşğaldan azad edilmiş Əhmədavar kəndi ərazisində yerləşən stasionar polis postuna çatdıqda orada xidmət aparan polis əməkdaşlarının Şahid1 idarə etdiyi Opel markalı atomobilin yanında olduğunu görmüşlər. Bu zaman avtomobildə əyləşmiş Vilayət adlı şəxs həmin maşında olan şəxslərin onların həmkəndliləri olduğunu bildirərək oraya yaxınlaşmağı təklif etmişdir. Onlar avtomobildən düşərək ora yaxınlaşmışlar. Orada onlara məlum olmuşdur ki, həmin “Opel” markalı avtomobildən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 da istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi ki, onun ifadələri də bundan əvvəlki şahidlər Şahid3 və Şahid1 ifadələri ilə eyni məzmunludurlar. Məhkəmə Bioloji Ekspertizasının 01 sentyabr 2024-cü il tarixli, 16/922 saylı RƏYindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Şahid1 idarə etdiyi OPEL markalı, ** BX *** d.n.n. avtomaşından aşkar edilmiş 01 şəffaf rəngli polietilen torbada olan narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan sellofan paketdəki 1 ədəd qəhvəyi rəngli döşəkçə üzlüyünün içərisində olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 335 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 19 oktyabr 2024-cü il tarixli, 1728 saylı RƏYindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yol kənarından tapıb götürdüyü yeri göstərmiş, əməllərini etiraf etmişdir. Məhkəmə tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli, həmin maddənin sanksiyası hüdudlarında ona cəza təyin olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bildi, həmçinin onun hazırkı cinayət əməlini törətməsi iş üzrə toplanılmış çoxsaylı sübutların məcmusu və şahidlərin ifadələri ilə birmənalı olaraq təsdiq edildi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 10 fevral 2017 tarixli Azərbaycan Respublikasının Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, həmçinin Sərəncamın 13.4-cü bəndi nəzərdə tutur ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına məhkəmələr xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edəcəyi cəzanı müzakirə edərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli TƏLƏBNAMƏsindən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin Şərəfxanlı Kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 202 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Şahmallar kəndində yaşayır. X1 görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerdən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağcabədi Rayon X6 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-23/2-1048/2024 saylı məktubundan görünür ki, H.X10 X5 şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını, əməlini etiraf etməsini, 3 nəfər övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş mateiallarında olan şübhəli şəxsin tutulması və qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin müddət CM-nin 69-cu maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınacaq. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə görə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2024-cü il tarixli RƏYi ilə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən edilir, görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi müalicə təyin edilməlidir, həmçinin narkoloji kabnetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, “OPELAstra minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 1 ədəd qəhvəyi rəngli döşəkçə üzlüyünün içərisində olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 335 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, tədqiqatdan sonrakı qalıq kimi təmiz çəkisi 334,92 qram olan qurudulmamış marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 30,40 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərində və avtomaşında axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və sair məhkəmə xərcləri yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381-383-384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 /bir/ il 6 /altı/ ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 /dörd/ gününə bərabər hesablanılmaqla üzərində qəti olaraq 1 /bir/ il 5 /beş/ ay 26 /iyirmi altı/ gün müddətinə azadlığın məzdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23-00-dan növbəti gün saat 06-00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi Rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün, ona cəza çəkdiyi müddətdə məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, “Opel Astra minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd qəhvəyi rəngli döşəkçə üzlüyünün içərisində olan 1 (bir) ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 335 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, tədqiqatdan sonrakı qalıq təmiz çəkisi 334,92 qram olan qurudulmamış marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində və avtomaşında axtarış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd Disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci olan 30,40 /otuz manat qırx qəpik/ manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Baryamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar