Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-54/2025 12.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət təqibi başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinə 12 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin açıq hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: S.M.Həmzəyeva məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində A.M.Muradovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. S.M.Həmzəyeva xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, X3 Sənayesi Kollecində hüquqşünas kimi fəaliyyətə başladığı müddət ərizində dəfələrlə iş prosesində nizam-intizam, kollektivin çoxsaylı üzvləri olan işçilərlə, laborant, komendant, gözətçi, fəhlə, psixoloq, sosioloq, müəllimlərlə, şöbə müdirləri, müavinlərlə münaqişə yaratmış, özünün təhsil ocağına yaraşmayan, etik qaydalara uyğun olmayan davranışları ilə kollecin normal iş prosesinə xələl gətirmişdir. Bununla yanaşı kollec rəhbərliyi və bir sıra əməkdaşlar barədə müxtəlif dairələrə, Elm və Təhsil Nazirliyinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Təhsil İşçiləri X8, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə, Azərbaycan Dövlət İqtisad Uiversitetinə böhtan xarakterli ərizə və məktublar ünvanlamış, sosial şəbəkələrdə S.M.Həmzəyevanın direktoru olduğu kollec və özü barədə yalan məlumatların və həqiqətə uyğun olmayan video görüntülərin yayılmasını təşkil edərək kollecin nüfuzuna xələl gətirmişdir. Pedoqoji şura üzvlərinin təklifi ilə Aynurə Muradovaya «Qafqazinfo.az» saytına göndərdiyi yalan və böhtan xarakterli məlumatları yəni «İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür»-başlığı altında video görüntülər əsasında bir çox televiziya kanallarında bununla bağlı getmiş fraqmentlər üzrə təkzib verməsi və kollektivdən üzr istəməsi üçün vaxt verilməsi barədə Pedoqoji şuranın qərarına əhəmiyyət verməmişdir. Aynurə Muradova 2022-ci ildə kollecə mal-material alınmasında, istifadəsində guya saxtakarlıq edilməsi barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova böhtan və yalanlarla dolu olan məktublar ünvanlamışdır. Bu şikayətdən dərhal sonra UNEC-in daxili audit şöbəsinin müdiri Hikmət Babayevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən kollecdə yoxlama aparılmış və nəticədə heç bir saxtakarlıq və neqativ hal aşkar edilməmişdir. Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 16 iyun 2025-ci il tarixli sübut kimi şikayətə əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 120C-25 nömrəli qərarı üzrə araşdırma materialına əlavə edilmiş əmrlərdən görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində X10 direktorunun 01 fevral 2023-cü il tarixli 03/Ü-26 N-li əmri ilə Aynurə Muradovaya şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində X10 direktorunun 06 fevral 2023-cü il tarixli 03/Ü-31 N-li əmri ilə Aynurə Muradovaya yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X10 direktorunun 06 fevral 2023-cü il tarixli, 03/Ü-32 N-li əmri ilə Aynurə Muradovaya töhmət verilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X10 direktorunun 06 dekabr 2024-cü il tarixli 03/Ü-269 N-li əmri ilə Aynurə Muradovaya yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində X10 direktorunun 17 iyul 2025-ci il tarixli, 03/Ü-188 N-li əmri ilə Aynurə Muradovaya töhmət verilmişdir. X6 öz «İnstaqram» səhifəsində kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya vasitələrində böhtan və yalan məlumatlar yaymış və bununla bağlı heç bir fakt və sübut təqdim edə bilməmiş, 3529 izləyicisi olmuş və baxılmışdır 06 may 2025-ci il tarixdə Aynurə Muradova «Cəbhə.İnfo» saytına müraciət edərək «Kollecdə qalmaqal; Hüquqşünas direktordan şikayətçidir» başlıqlı yazı və Sevin Həmzəyevanın fotoşəklini paylaşıb aşağıda qeyd edilən böhtan və yalan məlumatları yayıb: «…kollecin direktoru Sevinc Həmzəyeva bir sıra qanunsuz addımlar atıb… direktoru Sevinc Həmzəyevanın qanunsuz əməlləri barədə şikayətlər edib… Aynurə Muradovanın iddialarına görə, kollecdə tələbələrin yazılı imtahanlarda kütləvi şəkildə kəsilməsi adi hala çevrilib. Bu tələbələrin əlavə ödəniş etməsi ilə nəticələnir…Tələbələr yazılı imtahanlardasüni şəkildə kəsilir. Bu da onların yenidən 25 faiz əlavə ödəniş etməyi deməkdir…Bundan əlavə Aynurə Muradova qeyd edib ki, kollecin daxili maliyyə siyasətində də şəffaflıq yoxdur… Kollecin büdcəsindəki vəsaitlər isə dəftərxana xərcləri adı altında silinir deyə Aynurə Muradova iddia edib. 08 oktyabr 2024-cü il tarixdə saat 17:46da «Meydan.Tv» saytında yayımlanmış və 08 oktyabr 2024-cü il tarixdə saat 23:23-də son dəyişikliklə verilmiş Aynurə Muradova «Sevinc Həmzəyeva əvvəlki direktorun adamıdır, mənimlə ədavət aparırlar» başlıqlı yazıda … «Sevinc Həmzəyeva bir ay direktor əvəzi işlədi, sonra vəzifəsi təsdiqləndi. Həmin vaxt mən Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə şikayət etdim. Səs yazısını da göndərmişdim ki, bu, Savadsizin Biridir, X13. Lakin Agentlik şikayətimlə maraqlanmadı» demişdir. Buradan da Aynurə Muradovanın açıq aşkar Sevinc Həmzəyevanı təhqir etməsi görünür. Bundan başqa təkrar olaraq «Arqument.Az» saytında Aynurə Muradova «Sevinc Həmzəyeva əvvəlki direktorun adamıdır, mənimlə ədavət aparırlar» başlıqlı yazıda … «Sevinc Həmzəyeva bir ay direktor əvəzi işlədi, sonra vəzifəsi təsdiqləndi. Həmin vaxt mən Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinə şikayət etdim. Səs yazısını da göndərmişdim ki, bu, Savadsizin Biridir, X13. Lakin Agentlik şikayətimlə maraqlanmadı» şikayətçi Aynurə Muradova deyib. Eyni zamanda özünün «Facebook» və «İnstaqram»- səhifələrsində Aynurə Muradovanın açıq aşkar təkrar olaraq Sevinc Həmzəyevanı təhqir etməsini təsdiq edən ifadələrini və bunu təsdiq edən onun «Facebook» və «İnstaqram» səhifəsindən çıxarışları şikayətə əlavə edilir. Həmin ifadələri qeyd edilir: «Salam Şəhriyar müəllim. Kaşki bizim kollecin direktoru Sevinc Həmzəyeva kimisi yox, sizin kimi mədəni, savadlı, vətənpərvər şəxs olardı… - Şəkillər hər şeyi deyir mənim nəsə deyimə ehtiyac yoxdu. Salon işlədən qadından rəhbər olmaz. Sevinc Həmzəyeva ana bətnindən aktrisalıq diplomun alıb çıxıb. O, ilandır… Buradan da Aynurə Muradovanın açıq aşkar təkrar olaraq Sevinc Həmzəyevanı təhqir etməsi görünür. Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 16 iyun 2025-ci il tarixli sübut kimi şikayətə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 120C-25 nömrəli araşdırma materialına əlavə edilmiş iki ədəd disk, 04 iyun 2025-ci il tarixli baxış protokolundan görünür ki, 2-ci diskin içərisində 4 ədəd qovluq, 3 ədəd video, 1 ədəd səs yazısı, 2 ədəd isə «Zip» formatlı fayl mövcuddur. «Sübutlar» adlı qovluqda «sevincin şöbə müdiri olanda rüşvət alması» adlı üç ədəd qovluq, «imtahanların köçürülməsi-1», «imtahanların köçürülməsi-2», «imtahanların köçürülməsi-3», imtahanlar qurtardıqdan sonra tələbələrin otaqda saxlanılması»…qeyd olunanalar Sevinc Həmzəyevanın və kollecin nüfuzuna xələl gətirən böhtan xarakterli qərəzli məlumatlardır. «İnstaqramda hüquqşünasın təhqir olunması» adlı qovluqda 5 ədəd fotoşəkillər mövcuddur. «WhatsApp İmage 2025-04-03 at 16.09.14» adlı fotoşəkildə isə "ststst555st"adlı istifadəçiyə «Tələbə adı ilə səhifə açıb anana aid sözü mənə yazma Sevinc. Bu sənin son çırpınışındır» sözlərindən ibarət mesaj mətni vardır . Buradan da Aynurə Muradovanın açıq aşkar təkrar olaraq Sevinc Həmzəyevanı təhqir təhqir etməsi görünür. «Sevincin şöbə müdiri olanda rüşvət alması» adlı qovluğa daxil olduqda «WhatsApp İmage 2025-04-03 at 16.12.03» adlı və «WhatsApp İmage 2025-04-03 at 16.12.04» adlı üç ədəd fotoşəkil mövcuddur. «Sevincin şöbə müdiri olanda rüşvət alması» adlı fotoşəkildə 070- 865-74-09 saylı mobil nömrəyə bağlı «WhatsApp» mobil tətbiq hesabından Sevinc adlı şöbə müdirinin semestr ərzində imtahanlara görə tələbələrdən 500 manat pul aldığı qeyd olunmuş, «WhatsApp İmage 2025-04-03 at 16.12.03» adlı fotoşəkildə ***-***-**-** saylı mobil nömrəyə bağlı «WhatsApp» mobil tətbiq hesabından Sevinc adlı şöbə müdirinin semestr ərzində imtahanlara görə tələbələrdən hər fənn üçün 50 manat pul, 8 fənn üçün isə ümumilikdə 400 manat pul aldığı qeyd olunmuş, «WhatsApp İmage 2025-04-03 at 16.12.04» adlı fotoşəkildə ***-***-**-** saylı mobil nömrəyə bağlı «WhatsApp» mobil tətbiq hesabından Sevinc adlı şöbə müdirinin semestr ərzində tələbələrdən 400 manat pu aldığı qeyd olunmuşdur. X4 böhtan xarakterli, qərəzli və yalan məlumatları öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. «X9 Sevinc Həmzəyevanın təhsil adı altındakı «Biznes» fəaliyyəti» başlıqlı yazıda X4 məlumatına əsasən aşağıdakılar gəstərilib və Sevinc Həmzəyevanın fotoşəkilləri paylaşılıb: Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X9 rüşvət, saxtalaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının sistemli xarakter aldığına dair ciddi iddialar və sübutlar ortaya çıxıb. Tələbələrin imtahan zamanı telefonla köçürməyə şərait yaradılması, qanunsuz təyinatlar, selektiv yardımlar və rəsmilərin saxta müdafiəsi təhsil sisteminin korrupsiya girdabında boğulduğunu göstərir. Kollec rəhbərliyi tələbələrə imtahanın əvvəlində «bilik yeniləmək»-adı ilə 3-5 dəqiqəlik telefona baxmağa icazə verdiyini desə də, görüntülər göstərir ki, bu proses bütün imtahan boyu davam edib və tələbələr açıq şəkildə sualları telefondan köçürüblər. Mənbələrin redaksiyamıza təqdim etdiyi məlumatlara əsasən, bu imkan yalnız müəyyə şərtlərlə rüşvət qarşılığındayaradılır.İddialara görə imtahandan kəsilən tələbələr, təkrar imtahana buraxılmaq üçün əvvəlcə 25 faiz ödəniş ödəyir; daha sonra hər bir fənn üzrə əlavə olaraq 50 manat qeyrirəsmi «rüşvət» verərək köçürməyə şərait əldə edirlər. Bu isə açıq şəkildə rüşvətin təhsil sisteminə inteqrasiya olunmuş formasıdır. Tələbə qiyməti biliklə yox, cəmi 50 manata alır. Bu fakt yalnız təhsil sistemini yox, gənclərin gələcəyini də sıradan çıxarır. Ortaya çıxan bu faktlar göstərir ki, X9 təhsil bir məqsəd deyil, formal alver predmetinə çevrilib. Diplomlar pulla, vəzifələr şəxsi münasibətlə, yardım paketləri isə himayə ilə verilir». X6 özünün «İnstaqram» -səhifəsində də həmin böhtan və yalan məlumatları bir daha yaymış və 3529 izləyicisi olub baxılmışdır. 19 iyul 2025-ci il tarixində X6 yenə təkrar olaraq "xxxx" MMC-yə materiallar təqdim edərək yenə də şər və böhtan xarakterli eyni məzmunlu məlumatlar verərək yalan məlumatlar yaymış: «kollecin direktoru S.Həmzəyeva bir sıra qanunsuz addımlar atıb…kollecdə korrupsiya faktları və direktor Sevinc Həmzəyevanın qanunsuz əməlləri» barədə şikayətlər edib. A.Muradovanın iddialarına görə kollecdə tələbələrin yazılı imtahanlarda kütləvi şəkildə kəsilməsi adi hala çevrilib. Bu tələbələrin əlavə ödəniş etməsi ilə nəticələnir…Tələbələr yazılı imtahanlarda süni şəkildə kəsilir. Bu da onların yenidən 25 faiz əlavə ödəniş etməsi deməkdir…» "xxxx" MMC bu məlumatları araşdırmış və A.Muradovanın qərəzli və öz təsdiqini tapmayan, şəxsi motivasiyasının olması üzə çıxarılmış və bu araşdırma barədə "xxxx" MMC-nin instaqram, tiktok, teleqram kanalında və saytında məlumat dərc etdirmişdir. Bundan əlavə 26 iyul 2025-ci il tarixində X4 verdiyi saxta şər və böhtan xarakterli eyni məzmunlu məlumatlar əsasında «Bakunews.az» saytı video çarx hazırlayaraq «tiktok» və «instaqram» hesablarında paylaşım etmiş, eyni paylaşımı «Bakunews.az» saytına istinad edərək «Aknews.az» saytı instaqram və tiktok hesabında, «Operativ.x» adlı xəbər kanalı isə tiktok hesabında paylaşmışdır. Daha sonra 27 iyul 2025-ci il tarixində X6 «Soztv.az» saytının tiktok sosial media hesabında canlı müsahibəsində yenə də şər və böhtan xarakterli eyni məzmunlu məlumatlar verərək, «rüşvət xaosu», "2024-cü ilin dekabr yanvar aylarında kollecimizin ən azı 80 faiz tələbəsi imtahanlardan kəsildi», «bu 25 faiz ödənişlərdə, tələbələrin illik təhsil haqqı 1000 manatdı 1 imtahandan kəsrdə 250 manat edir», «rəhbərə səcdə edən işçilər», «zəncirvari qorunma» ifadələrini işlədərək yalan məlumatlar yaymışdır. Canlı yayımın tam forması «Soztv.az» saytının youtube kanalında, bir hissəsini qısa formada «Soztv.az» saytının tiktok sosial media hesabında paylaşlaşmışdır. Əlavə olaraq canlı yayımın başqa bir hissəsi isə «Aknews.az» saytının tiktok hesabında paylaşılmışdır. X1 verdiyi saxta, şər və böhtan xarakterli eyni məzmunlu məlumatlar «xalqxeber.az», «bakunews.az», «soztv.az», «icma.az», «cebheinfo.az», «tehsilmedia.az», «xeber.media», «dunyapress.info», «aknews.az», «paralel.az», «mediatv.az», «dogruxeber.az», «teref.az», «aztehsil.com», «BizimXəbər»tv, «Operativ.x», meydan.tv, azad söz" facebook, tiktok, instagram, youtube kanallarında və saytlarında paylaşılmışdır. xx.xx.2025-ci il tarixində «dogruxeber.az» saytında və digər saytlarda X9 rüşvət saxtalaşdırma və vəzifə səlahiyyətlərindən suiistifadə hallarının sistemli xarakter alındığı barəsində iddialar dərc olunmuşdur. Bununla bağlı UNEC rəhbərliyinin göstərişi ilə xx.xx.2025-ci il tarixində daxili audit şöbəsinin nümayəndələri tərəfindən X9 araşdırma aparılmışdır. Aparılan araşdırma nəticəsində «dogruxeber.az» və digər saytlarda yayımlanan məlumatların heç bir həqiqəti əks etdirmədiyi və təsdiqedici heç bir faktın mövcud olmadığı məlum olmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 vəkili Müdafiəçi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 ayrı-ayrılıqda məhkəməyə ərizə ünvanlayaraq işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X2 X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən şikayət Ağdam Rayon Məhkəməsinə aid olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.4, 302.1.1 və 302.2.1-ci maddələrinə əsasən imtina edilərək xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından şəxsiyyət vəsiqəsinin məlumatlarından və digər sənədlərdən göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs S.M.Həmzəyeva xx.xx.1978-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş, hazırda Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi 1969-cu məhəllə 34,8-də qeydiyyatda olmaqla yaşayır. Xüsusi ittiham qaydasında şikayətdə A.M.Muradovanın qeydiyyat ünvanı səhvən ünvan 2 yeri Bakı şəhəri Nərimanov rayonu ərazisidir. Cinayət hadisəsinin Ağdam rayonu ərazisində baş verməsi barədə iş materiallarına sübut əlavə olunmamışdır. Həmçinin S.M.Həmzəyeva xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunundan belə başa düşülür ki, onun barəsində həqiqətə uyğun olmayan məlumatlar Bakı şəhərində yayılmışdır. S.M.Həmzəyevanın iddia etdiyi barəsində məlumatların yayıldığı kütləvi informasiya vasitələrini və internet informasiya ehtiyatlarının ünvanı Ağdam rayonu ərazisi deyil. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qanunun məzmunundan göründüyü kimi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardan apelyasiya şikayəti verilə bilməz. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300, 302-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X2 X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-54/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-54/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver