Məhkəmə qərarları › İş №1(013)-56/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-56/2025

22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-56/2025 22.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində X1 onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiyinə və böhtan atdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət təqibi başlanması xahiş etmişdir. Xüsusi ittihamçı Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, X2 onu sosial şəbəkələrdə təhqir edərək, ona böhtan atmışdır. Şikayətinə əlavə edilmiş audio diskdən və TikTok sosial şəbəkə yazışmasından görünür ki, X2 tərəfindən 2025-ci ilin iyul ayının sonlarında TikTok sosial şəbəkə vasitəsi "HAKKİN SəSİ **********" səhifə adı ilə onun barəsində təhqiredici, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuma xələl gətirən məlumatlar yaymış və böhtan dolu məlumatları həmin səhifədə xeyli sayda izləyici oxumuşdur. Həmin şikayətə əlavə edilmiş "TikTok" sosial şəbəkə yazışmasında barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi G.Quliyevanın sözlərini olduğu kimi qeyd edir "Kamxoz İdarəsinin Rəhbəri Fəzail məllim İdarənin Həyəti bu gündədirsə yollar ne vezyetdedir Allah bilir", "Ağdam Rayonun Devletin inzibati heyətinin içi zibil içində itib batır Kamxoz idarəsinin Rəhbəri isə Bodrumdadır" sözlərini yazmışdır. Həmin paylaşımları musiqi ilə onu məsxərəyə qoyaraq etmişdir. Ona görə də hesab edir ki, 10 oktyabr 1994-cü ildə İmişli rayonu Qaraqaşlı kəndində anadan olmuş, Ağdam rayonu Boyəhmədli lƏD, Salahlı Kəngərli kəndində qeydiyyatda olan X1 məhkəmə məsuliyyətinə verilməsini və onun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Xüsusi ittihamçı Zərərçəkmiş şəxs 21 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina etmiş, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 məhkəməyə gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1965-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2012-ci il tarixli 363 № əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Ağdam Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Şəxsiyyət Vəsiqəsi məlumatlarından görünür ki, X2 10 oktyabr 1994cü il təvəllüdlüdür, Ağdam rayonu Boyəhmədli ƏD-nin Salahlı Kəngərli kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir, /302.2.3/ bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302ci maddəsinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: X2 barəsində - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət təqibi başlanmasına dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar