Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-57/2025 16.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, 09 avqust 1990-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsillli, evli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olan, Ağdam rayonunun Çəmənli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə saat 06 radələrində AE 917108 nömrəli “B,C” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Lada Priora» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam-Ağcabədi avtomobil yolunun Ağdam rayonu Evoğlu kəndindən keçən hissəsində Evoğlu kəndi istiqamətində hərəkətdə olarkən avtomobili 50-60 km/saat sürətlə idarə edərək qarşı hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mersedes Benz» markalı **-MB-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkət hissəsinə çıxmaqla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu, mümkün olan tədbirləri görməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək sonuncunun idarə etdiyi avtomobillə toqquşmuş, onun ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, digər zərərçəkmiş şəxs «Lada Priora» markalı **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 06 yanvar 2025-ci il tarixdə saat 06 radələrində etibarnamə əsasında idarə etdiyi «Lada Priora» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam-Ağcabədi avtomobil yolunun Ağdam rayonu Evoğlu kəndindən keçən hissəsində Əfətli kəndində qarşıdan gələn mikroavtobusla toqquşmuş, həm özü, həm də avtomobilində olan anası ağır xəsarət almışlar. Vətən müharibəsinin veteranı olmaqla müxtəlif medallarla təltif olunduğunu və zərərçəkmişlərlə barışdığını qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə dindirilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini təsdiqləmiş və təqsirləndirilən şəxsin onun oğlu olduğundan və ona dəymiş maddi ziyanı ödədiyindən sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək işin icratına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 06 yanvar 2025-ci il tarixdə saat 06 radələrində idarə etdiyi «Mersedes Benz» markalı avtomaşınla Ağdam rayonundan qayıtdığı zaman Nicat onun yoluna çıxmış və onlar toqquşmuşlar. Toqquşma nəticəsində xəsarət almışdır. Ona dəymiş maddi ziyanı ödədiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək işin icratına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 5 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyü, cismin və sol İİ qabırğanın az yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddirlər. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarının qapalı küt travması, döş boşluğunun travması, qara ciyərin cırılmış yarası, daxili qanaxma, sağ bazu sümüyünün orta 1/3-nin qəlpəli sınığı, sağ mil sümüyünün sınığı, sağ İ-Vİİİ qabırğaların sınıqları, üzün sağ yarısının 3 (üç) ədəd cırılmış yaraları, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yer dəyişmiş sınığı, sağ mil sümüyünün aşağı 1/3-nin dirsək orta 1/3-nin sınığı, qabırğaların çoxsaylı sınıqları, hemotoraks, boyun fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, yol nəqliyyat toqquşma hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 13 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın sümüyünün solunda frontal sinus anterior divarının qəlpəli sınığı, alının sol yarısının, burun beli və burun ucu nahiyəsinin, sol alın gicgah nahiyəsinin, sol yarısında çənə bucağı nahiyəsinin, sağ budun aşağı 1/3-nin və sağ diz oynağının bayır səthinin sıyrıqları, sol üst göz qapağının qançırı, küt əşyanın(əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2025-ci il tarixli 8/300 saylı rəyindən görünür ki, «Lada Priora» markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-c maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən; - hərəkət üçün təhlükə yaranan anda «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 24,4–29,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 24,4-29,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissasinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaga texniki imkanı olmuşdur. İbtidai istintaq orqanı tərəfindən 11 avqust 2025-ci il tarixdə keçirilmiş istintaq eksperimenti zamanı müəyyən olundu ki, 06 yanvar 2025-ci il tarixdə baş vermiş avtoqəza hadisəsi zamanı təhlükə yaranan anda «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşma yerindən 8,60 metr məsafədə olmuşdur. Bütün bunlar isə hərəkət üçün təhlükə yaranan anda «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 24,4–29,5 metrdən kiçik məsafədə olmasının, sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-1/2-314/2025 saylı məktubundan və AE 917108 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Ağcabədi RQİ və TBŞ tərəfindən xx.xx.2017-ci il tarixdə AE 917108 nömrəli «B,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixə qədərdir. Sərxoşluq üçün tibbi müayinənin xx.xx.2025-ci il tarixli 880 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ərizəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyini və sonuncularla barışdığını qeyd edərək cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində oğlu olan təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyini bildirərək sonuncunun cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyini bildirərək sonuncunun cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, himayəsində xx.xx.2013-cü ildə anadan olmuş Pialə, xx.xx.2014-cü ildə anadan olmuş Nigar və xx.xx.2019-cu ildə anadan olmuş Nihat adlı üç azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, 44 X1 iştirakçısı olmaqla «Suqovuşanın azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» və «Vətən Müharibəsinin iştirakçısı» medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi «Lada Priora» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün özünə qaytarılması nəzərə alınmalı, Ağdam Rayon Polis Şöbəsinin duracağında saxlanılan Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 10 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, 346, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilsin. 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi «Lada Priora» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün özünə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – Ağdam Rayon Polis Şöbəsinin duracağında saxlanılan Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi «Mercedes Benz» markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 10 iş saatı üçün hər saatı 11 manat olmaqla 110 (yüz on) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilməmişdirsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №1(013)-57/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-57/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver