Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(013)-59/2025 30.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Təqsirləndirilən şəxslər X4 və X5, Müdafiəçi /vəkil/ Müdafiəçi iştirakları ilə, 21 dekabr 1959-cu ildə Ağdam Rayon Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, rayonun Şurabad kəndində qeydiyyatda olmaqla hazırda Quzanlı Qəsəbəsində yaşayan, X4 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair, 28 aprel 1980-cı ildə Ağdam Rayon Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, rayonun Papravənd kəndində qeydiyyatda olmaqla hazırda 689 saylı Quzanlı Qəsəbəsi ev 79-da yaşayan, X5 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Fərhad Quliyev məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində aşkar sürətdə onun şərəf və ləyaqətini alçaldaraq qonşularının, dostlarının, iş yoldaşlarının və ictimaiyyətin arasında olan nüfuzunu ləkələyərək təhqir edən və böhtan atanlar - X4 və X6 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2-ci, 148 və 148.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə rəsmi təkzib verərək üzr istəmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı Fərhad Quliyev şikayətini onunla əsaslandırmışdır ki, öz peşə fəaliyəti ilə məşğul olur. Direktoru olduğu Kanal 21-in sabiq bölgə müxbiri işləyən, hazırda həbsdə olan X13 adlı şəxsi işdən azad etmiş və Kanal 21-in bütün səhifəsində onun işdən azad olunmasını qeyd etmişdir. Buna baxmayaraq Ağdam rayon sakinləri olan X9 və X2-02 vasitəsi ilə TİKTOK səhifələrində onu söyüşlərlə təhqir etmişlər. X19 və onun müavini Səfail Quliyev onu təhqir edərərək təhdid etməklə nömrə qoyublar ki, onlara zəng edərək onlarla görüşsün, onu döysünlər. Bu hal kişiyə uyğun haldır, ancaq efirdə, maşında oturub telefonun üzərinə hücum çəkərək ifadə edilməsi, utancverici sözlərlə onu təhqir edərək elə bil üz-üzə dayanmış kimi davranaraq guya onu döyəcəyinə cəhd etmişdilər. Halbuki onların barəsində heç vaxt heç nə deməmişdir. Ola bilər ki, o, yuvarlaq danışmış, onlar özlərinə götürmüşlər. Ancaq elə bir rəsmi sənəd və videoçəkiliş təqdim edə bilməzlər ki, onlardan hansınınsa adını çəkmiş və təhqir etmişdir. Belə bir tərbiyənin sahibi deyil. Qeyd edir ki, bu hadisədən sonra səhhətində problemlər yaranıb. Görür ki, xüsusi ittiham qaydasında şikayət etdiyi şəxsin canlı yayımda ifadə etdiyi böhtan və təhqiredici ifadələrə görə qonşuları və dostlarının ona qarşı fikirləri dəyişmişdir. Dostlarından və qonşularından uzaqlaşmağı və təhqir olunmağı onda depresiya halları yaradır, hətta görmə qabiliyəti də aşağı düşüb. 2024-cü ildə deputatlığa namizəd olmuş, dövlət və dövlətçiliyə xidmət etmişdir. Daimi hörmətli Prezident və onun daxili və xarici siyasətini dəstəkləmişdir. Bu gün də dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir. Həmişə cənab Prezidentin göstəriş və tapşırığına uyğun olaraq nöqsanları demişdir. Bu da dövlətimizə etdiyi xidmətin bariz nümunəsidir. Hətta bu şəxslər anlamır ki, istintaq gedişinə ciddi maneə yaradırlar. Halbuki bunlar istintaq getdiyi vaxt hər hansısa bir fikir söyləyib istintaqa təsir edə bilərlər. Ona görə də hesab edir ki, V.Əbilov və S.Quliyevin onun şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla təhqir etdiklərinə və böhtan atdıqlarına görə barələrində Azərbaycan Respublikası CM nin 147.1, 147.2-ci və 148 və 148.1-ci maddələri ilə cinayət təqibi başlanmalı və onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Ağdam Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli Qərarı ilə X7 xüsusi ittiham qayasında şikayəti məhkəmənin icraatına qəbul edilmiş, X11 /xüsusi ittihamçı/ zərərçəkmiş şəxs, X9 və X10 isə təqsiləndirilən şəxslər qismində tanınmışlar. Zərərçəkmiş şəxs /xüsusi ittihamçı/ qismində məhkəmədə ifadə vermiş X11 göstərdi ki, KANAL 02 təqsirləndirilən şəxslərə məxsusdur. Onlarla heç bir pis münasibətləri olmayıb, heç vaxt onları söyməmişdir, sadəcə fikirlərini bölüşmüş, rəylər vermişdir. Təqsirləndirilən şəxslər isə onun fikirlərini onlara yönəlmiş kimi özlərinə götürmüşlər. Səfaili dəmirçi kimi tanımışdır. Təqsirləndirilən şəxslər onun valideynlərinə və həm də özünə sataşıblar. Sosial şəbəkələrdə ailəsinin və özünün ünvanına nalayiq sözlər danışıblar, onu təhqir etmişlər. Həmişə dövlətə və dövlətçiliyə sadiq olmuşdur. 2024-cü ildə Milli Məclisin üzvlüyünə namizəd olub, dövlət başçısının siyasətini həmişə dəstəkləyib. Təqsirləndirilən şəxslər onu təhqir ediblər, ona böhtan atıblar. Ona görə də təqsirləndirilən şəxslərin cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs Fərhad Quliyev məhkəmə iclasına teleqram vurmuş, Vidadi Əbilovdan şikayət və ya tələbinin olmamasını bildirmiş, şikayətindən imtina etmiş, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmiş, digər təqsirləndirilən Səfail Əliyev barəsində isə cinayət təqibinin davam etdirilməsini və S.Əliyev barəsində onun iştirakı olmadan qanuni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən X9 özünü təqsirli bildi, Fərhad Quliyevi təhqir etdiyini bildirdi, lakin böhtan atmamısını qeyd etdi. Göstərdi ki, 212 ƏSR nəşriyyatında çalışır, jurnalistika fəaliyyəti ilə məşğuldur, 55 illik iş stajı var, həmişə dövlət başçısının tədbirlərində iştirak etmişdir. Fərhadı tanımasa da onun fəaliyyətini bəyənir. Fərhadın onun çıxışından xoşu gəlməyib, Fərhad onun ünvanına "bu adam alkaşdır", "bunun ağzından horra tökülür" kimi ifadələr işlədib. Fərhada telefon danışı zamanı ona Ağdam rayonuna pis münasibət bəsləməməsini deyib. Həmişə sözünü açıq deyən adam olduğu üçün Fərhadın ünvanına aqressiv danışıb. Səhv etdiyini başa düşür. Nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən X10 ona qarşı irəli sürülən ittihamlarla bağlı bildirdi ki, 4 uşaq atasıdır, 212 ƏSR nəşriyyatında çalışır. 2 il 8 ay Vətən Müharibəsində 781 saylı Hərbi Hissədə xidmət edib, 2-ci qrup əlildir. Fərhad onun ünvanına "Zabuxda qanunsuz 15 nəfər işlədirsiz", "get dəmirini döy" kimi ifadələr işlədib, buna görə də evində ailəsi və uşaqları stress keçiriblər. Fərhad deyib ki, "Səfaili gətirəcəm üzr istəsin". Fərhad onu-bunu şantaj edir, sonra isə pul müqavilində geri çəkilir. Fərhad Kamil adlı, Cəsarət adlı şəxslərin hərəsindən 1000 manat pul alıb. Əslində ilk olaraq Fərhad onları təhqir edib. Rayonun Təmizlik idarəsinin müdiri Fəzail müəllim ona deyib ki, "Fərhadın səsini kəs, icra başçısı tapşırıb". Fərhadla sivil qaydada danışmaq istəmiş, lakin alınmamışdır. Bundan sonra isə Fərhada cavab vermiş, onu təhqir etmişlər, ünvanına aqressiv danışıb. Bununla belə özünü təqsirli bilir, barəsində amnistiya aktının tətbiqini xahiş edir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Fərhad Quliyev xx.xx.1989-cu il təvəllüdlüdür. İş materiallarında olan 001 saylı vəsiqənin surətindən görünür ki, X11 Azərbaycan Respublikası Kanal 21 X3 təsisçisi və direktorudur. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Şahsevən Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 avqust 2025-ci il tarixli, 5-30- 35/3-89/2025 saylı arayışdan görünür ki, X1 rayon Şahsevən Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Diskdən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 və X10 zərərçəkmiş X11 barəsində sosial şəbəkədə yayım etmişlər, onun ünvanına çoxsaylı hədələyici, aşağılayıcı fikirlər bildirmişlər. Məhkəmədə baxılmış, xüsusi ittihamçı tərəfindən işə əlavə edilmiş diskdən görünür ki, X9 və X10 TİKTOK Sosial Şəbəkədə yayım açaraq F.Quliyev barəsində nalayiq ifadələr işlətmişlər. Məhkəmə-linqvistik ekspertizasının 27 oktyabr 2025-ci il tarixli, 4/1582 saylı RƏYindən göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə qeydə alınmış "VİD20250825-VA0061" adlı videogörüntüdə X9 və X10 tərəfindən sosial şəbəkələrdə X11 barədə səsləndirilmiş ("alçax", "əclaf", "nakişi", "şərəfsiz", "pox yeyir", "sənin dalını dağıdacam", "sən gəlib məni mamanın yanında görərsən", "cındır", "oğraş" ) və s. kimi söz, söz birləşməsi və ifadələr X7 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab edilir. Sözügedən RƏYdə 2-ci abzasda göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə qeydə alınmış "VİD20250825-VA0061" adlı videogörüntüdə X9 və X10 tərəfindən sosial şəbəkələrdə X11 barədə səsləndirilmiş ("Ay milləti sındıran, ay ağdamlılara ayrı cür söz deyən", "Sən 21-ci kanal, sən Azərbaycana zülm vermisən, pul almısan", "Sən camaatı yoluxdumusan", "A olar, bu alçax Prezidenti aldadır, şəklini qoyub oyunnar oynuyur", "X20 21, Kanal 21. Demək 65 yaşında kişini təhqir eliyib, hər sözü deyib", "Səni millət axtarır, səni devlət axtarır, səni Prezident axtarır", "mən sənin kimi iynə vururam", mən sənin kimi nəşə çəkirəm, "Deməli Kanal 21-də aparıcı Fərhad bizi şantaj eliyir", "bu adam mənə alkaş deyir", "Söz deyim saa iynə vuran. Nəşə çəkib gedib puluynan gedib ona-buna pul verən oğlan", "O deyirsən Ağdamlı, Ağcabədi olaraq altınnan bir cızıq eliyək", "yox e, Ağcabədiynən Ağdamın arasına girir e bu) və s. kimi söz, söz birləşməsi və ifadələr böhtan olduğu təqdirdə X7 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab edilir. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən ekspert linqvistin səlahiyyətlərinə aid deyildir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlər : Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Vidadi Əbilov nümayəndəliyin Baş Qərvənd kənd sakinidir, hazırda rayonun Təzəkənd Qəsəbəsində yaşayır, ərazidə müsbət xarakterizə olunur. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Papravənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Səfail Əliyev nümayəndəlikdə pasport qeydiyyatındadır, ailə tərkibi arvadı və 3 övladlarından ibarətdir, ərazidə müsbət xarakterizə olunur. Ağdam Rayon Polis Şöbəsinin 15 noyabr 2025-ci il tarixli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, Səfail Əliyev məhkum olunmamış, Vidadi Əbilov isə məhkumluğu olmayan şəxslərdirlər. Məhkəmə xüsusi ittihamçı Fərhad Quliyevin teleqramını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən Vidadi Əbilov barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, CPM-nin 43.1.1-ci maddəsinə görə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Digər təqsirləndirilən şəxs S.Əliyevə münasibətdə isə məhkəmə hesab edir ki, onun barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməli, cinayət təqibinə xitam verilməlidir. Sözügedən Qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 20-ci hissəsinə görə məhkəmələr bu Qərarın 2.12 və 2.13-cü bəndlərində, 3cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Qərarın 1.6-cı bəndinə görə 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər, 1.16-cı bəndə əsasən öhdəsində yetkinlik yaşına çatmayan övladı olan şəxslər barəsində cinayət işlərinə həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr tərəfindən xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi S.Əliyev özü barəsində amnistiya aktının tətbiq edilməsinə razıdır, məcburi köçkündür, himayəsində yetkinlik yaşına çatmayan övladı var. Həmçinin sözügedən amnistiya qərarının 6 və 7-ci hissələrində qeyd olunan məhdudiyyətlər S.Əliyevin təqsirləndirildiyi maddələrə şamil edilməmişdir. Məhkəmə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, S.Əliyev barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs S.Əliyevdən 100 manat məhkəmə-linqvistik ekspertizasının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Xüsusi ittihamçı tərəfindən ərizəsinə əlavə edilmiş bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-43, "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinin müddəalarının tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X4 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2 və 148-ci maddələri ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. X5 - Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə və cinayət təqibi üzrə icraata "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən xitam verilsin. Səfail Əliyevdən 100 (bir yüz) manat məhkəmə-linqvistik ekspertizasının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Xüsusi ittihamçı tərəfindən ərizəsinə əlavə edilmiş 1 /bir/ ədəd disk iş materiallarında saxlanılsın. Qərardan 20 /iyirmi/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №1(013)-59/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(013)-59/2025
30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver